Məhkəmə qərarları › İş №e-2(005)-1567/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1567/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1567/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər, Cavabdeh1 oğlundan və Qasımov Rövşən Məhəddin oğlundan “X3 50” markalı nəqliyyat vasitəsinə görə ödənilmiş 190 AZN züy) doxsan manat) pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 oğlu tərəfindən idarə olunan “Daewoo Nexia” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X3 50” markalı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyükimi Cavabdeh1 oğlunun idarə etdiyi “Daewoo Nexia” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığortada sığortalanmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “X3 50” markalı nəqliyyat vasitəsinə 190 AZN (yüz doxsan manat) məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 11141 nömrəli ödəniş tapşırığına əsasən, “X3 50” markalı nəqliyyat vasitəsinə görə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışda qeyd olunan nəqliyyat vasitəsinin mülkiyyətçisi Səfərov Aqil Xanhüseyn oğluna 190 AZN züy) doxsan manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirik ki, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 oğlu və Qasımov Rövşən Məhəddin oğluna qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, xx.xx.2019-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Həsənov Gəray Rövşən oğluna məxsus olan “Daevoo Nexia” markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən Qasımov Rövşən Məhəddin oğlu sürücülük vəsiqəsi olmayan Cavabdeh1 oğluna həmin nəqliyyat vasitəsini vermiş və həmin şəxsin sürücülük vəsiqəsinin olmadığını bilə-bilə bunu etmişdir. Ayrıca Cavabdeh1 oğlunun ruhi-əsəb dispanserində qeydiyyatda olduğunu və bu səbəbdən sürücülük vəsiqəsini ala bilmədiyi barədə Qasımov Rövşən Məhəddin oğlunun məlumatlı olduğu həmin qərarda nəzərdə tutulur. Bundan əlavə xx.xx.2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi Cavabdeh1 oğlu İHXM-nin 327.6-cı və 332.2-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş izahatda da şəxsən özü sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyini və hadisə yerindən yayınmasını qeyd etmişdir. Bu səbəbdən hesab edirik ki, 190 AZN züy) doxsan manat) pul hər iki şəxsdən, yəni Qasımov Rövşən Məhəddin oğlundan və Cavabdeh1 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş: - 11141 nömrəli ödəniş tapşırığına əsasən, “X3 50” markalı nəqliyyat vasitəsinə görə “Avtonəqliyyat vasitəsisahiblərinin mülki məsuliyyətinin icbarisığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışda qeyd olunan nəqliyyat vasitəsinin mülkiyyətçisi Səfərov Aqil Xanhüseyn oğluna 190 manat züy) doxsan manat) sığorta ödənişi həyata keçirmişdir. - Sığorta aktının surətlərindən və dəymiş zərərin hesabatlarından görünür ki, sığortalanmış xx.xx.2019-cu il tarixdə Cavabdeh1 oğlu tərəfindən idarə olunan “Daewoo Nexia” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X3 50” markalı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi nəticəsində 190 manat zərər vurmuş və həmin məbləğdə sığorta ödənişi hesablanmışdır; - İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 oğlu tərəfindən idarə olunan “Daewoo Nexia” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X3 50” markalı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş və nəticədə “X3 50” markalı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də sığortalı olmuşdur; - xx.xx.2019-cu il tarixli TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh1 oğlu İXM-nin 327.6-cı və 332.2-ci maddələri ilə təqsirli bilinmişdir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 sentyabr 2019-cu i tarixli Qərarına əsasən, hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh1 barəsində AR İXM-nin 327.6-cı və 332.2-ci maddələrinə, Cavabdeh2 barəsində isə AR İXM-nin 335.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. -“İnzibati tənbeh vermə haqqında” TP =3317717 saylı, xx.xx.2019-cu il tarixli Qərara əsasən Cavabdeh1 AR İXM-nin 332.2 və 327.6-cı maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. - “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” 04 noyabr 2019-cu il tarixli hesabata əsasən, zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 190 manat həcmində olması müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 13 avqust 2019-cu il tarixdə X1 xüsusi mülkiyyətində olan “Daevoo Nexia” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 oğlu tərəfindən sürücülük vəsiqəsi olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və “X3 50” markalı nəqliyyat vasitəsinə zərər dəymişdir. İddiaçı tərəfdən dəymiş zərərə görə 190 manat sığorta ödənişi həyata keçirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, digər Cavabdeh2 avtomobili Gəsənov gəray Rövşən oğlundan nəqliyyat vasitəsini idarə etmək üçün aldığı etibarnamə əsasında idarə edir. Cavabdeh2 avtonəqiyyat vasitəsini sürücülük vəsiqəsinin olmadığını bilə-bilə idarə etmək üçün Cavabdeh1 təhvil vermişdir. Cavabdeh1 barəsində AR İXM-nin 327.6-cı və 332.2-ci maddələrinə, Cavabdeh2 barəsində isə AR İXM-nin 335.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1.6-cı maddəsinə əsasən Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. MM-in 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyində hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə, sığorta hadisəsi baş verərkən nəqliyyat vasitəsi sürücülük vəsiqəsi olmayan Cavabdeh1 tərəfindən idarə edildiyini,onun hadisə yerindən yayındığını, nəqliyyat vasitəsinə etibarnamə əsasında sahiblik edən Cavabdeh2 nəqliyyat vasitəsi sürücülük vəsiqəsi olmadığından məlumatlı olduğunu, bununla da iddiaçının verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququnun hər iki cavabdehə qarşı yarandığını, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli cavabdehlərdən birgə qaydada 190 manat məbləğində ziyan və 30,40 manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər, Cavabdeh1 oğlundan və Qasımov Rövşən Məhəddin oğlundan “X3 50” markalı nəqliyyat vasitəsinə görə ödənilmiş 190 AZN züy) doxsan manat) pulun və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar