Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1581/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvabdeh Cavabdeh 1650 (bir min altı yüz əlli) manat məbləğində pulun, həmçinin vəkilə, nümayəndəyə çəkilən 150 (bir yüz əlli) manat və iddia ərizəsi üçün ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1837 (min səkkiz yüz otuz yeddi) manatın alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində Mercedes Benz ML- 350 minik markalı, dövlət qeydiyyat nişanlı **-NN-*** nömrəli avtomobili var. Avtomobilin texniki vəziyyəti nasaz olduğu üçün ustaya aparmaq zərurəti yaranmış və bu məqsədlə sosial şəbəkə də Baba adlı şəxs özünü usta kimi ona təqdim etmişdir. O da avtobildə olan nasazlığı onun nəzərinə çatdırmış və o da yaşadığı ünvandan evakotor vasitəsilə avtomobili özünün işlədiyi Əhmədlidə yerləşən “Leqenda” adlı təmir servisinə aparıb təmir edəcəyini öhdəsinə götürmüşdür. O avtomobili tam şəkildə təmir edəcəyini və avtomobildə bu işləri yəni yağ nasosunu, balans val, klapan salnik yag filtrin korpusu, sveçalar farsumkaları yumağı, salnikləri dəyişməyi və motorun arxa salnikini yağ filtrini dəyişməklə bunun müqabilində ondan 1650 (min altı yüz əlli) manat pul almışdır. Qeyd edir ki, iki aydan çox avtomobil Baba adlı ustanın yanında qalsa da həmin nasazlıqlar avtomobildə yenə də yaranmış və bununla bağlı başqa İlkin adlı motorist ustaya apararaq həmin nasazlıqların aradan qaldırılıb-qaldırılmadığını, yəni yuxarıda göstərilən detalların avtomobildə dəyişilib-dəyişilmədiyini göstərmiş və müəyyən olunmuş ki, 1650 (min altı yüz əlli) manat müqabilində xırda işlərin salniklərin dəyişməyi və motorun arxa salnikini yağ filtrinin dəyişildiyi aşkar olundu (çəkiliş var bununla bağlı). İddiaçı usta Babaya zəng edərək avtomobildə heç bir iş görmədiyini yəni 1650 (min altı yüz əlli) manat müqabilində detalların dəyişmədiyi barədə iradını bildirsə də, bunlara əhəmiyyət verməmiş, ona qarşı etibardan sui-istifadə edərək dələduzluq etmişdir. Bununla bağlı usta Babanın əməlinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Bakı şəhəri Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 178.1-ci maddəsinə əsasən məcburi gətirilmə tətbiq etməklə təqsirkar şəxs usta Baba barəsində cinayət işinin açılmasını və onun əməlinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin təhqiqatçı, polis mayoru X6 tərəfindən araşdırılma aparılmış və etiraf edərək bildirmişdir ki, həqiqətən də onun Baba ləqəbi olduğunu, həmçinin qeyd olunan avtomaşını isə təmirə qəbul etdiyini müəyyən təmir işlərini apardığını bildirmişdir. Polis Şöbəsinə yaxınlaşaraq ətraflı izahat verəcəyini vəd etsə də, təhqiqat araşdırma müddəti izahat verməkdən ötrü gəlməmişdir. Araşdırılma zamanı Xətai Rayon Polis Şöbəsinin 19 oktyabr 2023-cü il tarxli qərarı ilə Cavabdeh barəsində cinayət işinin başlanması rədd olunmuş və ona isə mülki qaydada məhkəməyə müraciət etməyi izah olunmuşdır. Hazırda cavabdehin iddiaçıya yerinə yetirmədiyi öhdəliyə görə 1650 (min altı yüz əlli) manat borcu var və cavabdeh bu günə kimi yerinə yetirmədiyi işə görə pulu qaytarmamış, onun vəsaiti ilə əsassız varlanmış, gəlir əldə etmişdir. Bu faktı onun tanışları, eləcə də qeyd edilən avtomobil təmir edən “AKAY AUTO” Servisin əməkdaşı X4 adlı usta şəxs təsdiq edə bilər və həmin şəxsin istənilən vaxt məhkəmə iclasında iştirakını təmin etmək mümkündür. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsilə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi tələblər həqiqətə uyğun deyil və həmin faktları təsdiq edən heç bir əsas yoxdur. İddiaçının qaldırdığı iddia ərizəsi əsassız olduğundan onun tələbi hərtərəfli tam və obyektiv araşdırılaraq rədd edilməlidir. İddiaçı ilə tanışlığı onun dediyi kimi usta kimi sosial şəbəkədən tapdığı kimi olmamışdır. Tanışlığı usta olmağı yox, adi tanışlıq olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə “votsap” vasitəsi ilə ona yazaraq avtomobilinin xarab olduğunu və başqa usta yanına apardığını lakin, həmin ustanın ona avtomobilini tam düzəlməsi üçün 5000 manat xərc olduğunu bildirdi və onda xahiş etdi ki “sən də ustasan, mənə kömək elə avtomobilimi idarə edə bilim”. Həmçinin ona bildirmişdir ki, hal-hazırda 1500 manat pulu var və həmin məbləğə avtomobilinin düzəlməsini xahiş etmişdir. Sonra İddiaçı avtomobilini evakator ilə işlədiyi sexə gətirdi. Avtomobilə baxış keçirdikdən sonra ona təxmini avtomobilin işlək vəziyyətə gəlməsi üçün 1500 manat xərc olduğunu, lakin avtomobilin motorunda vanus detalının dəyişdirilməsi lazım olduğunu bildirmiş və həmin detalın 2000 manat xərci olduğunu demişdir. O isə o qədər pulunun olmadığını və avtomobilin müvəqqəti olaraq işlək vəziyyətə gəlməsini xahiş etmişdir. Onunla razılaşaraq onun avtomobilini təxmini ay yarıma təmir edib ona təhvil vermişdir. Avtomobil sexində təmirdə olan müddətdə ona dəfələrlə demişdir ki, avtomobildə vanus detalı dəyişdirilməlidir. Lakin hər dəfə bildirmişdir ki, maddi vəziyyəti yaxşı deyil və həmin detalı bir müddət sonra dəyişdirər. Həmçinin verdiyi 1650 manat pulu da hissə-hissə ödəniş etmişdir. İddiaçının avtomobilində yağ nasosunu, balans-val, klapan-salnik, yağ filtirinin korpusu, sveçalar, farsunlar yuyulub salniklər dəyişilib, matorun arxa salniki, yağ və yağ fıltiri iki dəyişdirilmişdir. Hətta ona bildirmişdir ki, bütün bu görülən işlər üçün eləcə usta pulu, yəni zəhmət haqqı 1200 manat təşkil edir. Lakin ödədiyi 1650 manat pulu avtomobilə qoyulan ehtiyat hissələrə vermişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini 1000 manat hissədə qəbul edir. İddiaçı avtomobili onun yanına gətirəndə avtomobili təmir etmək istədiyini, lakin pulunun olmadığını bildirdi. Həmin vaxt özü Xəzər dairəsi yaxınlığında avtoservisdə işləyirdi, lakin hazırda həmin servis fəaliyyət göstərmir. Dəyişdiyi hissələr mühərrikə aid olan hissələr idi. Avtomobil onun yanına gətirilərkən işlək vəziyyətdə olmamışdır. Avtomobilin dəyişdiyi hissələri barədə dəyişən zaman iddiaçıya bildirmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə məhkəməyə daxil olmuş yazılı ərizədən görünür ki, 1000 manat borcu qəbul edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı polis mayoru X2 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı avtomobilin təmiri üçün verdiyi 1650 manat pulun geri alınması barədə müraciəti mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - “Akay Auto” fiziki şəxs X8 (VÖEN:**********) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusu yağı, sürətlər qutusu filtr praklatka, arxa ötürücünün sepi, arxa ötürücünün yağı, sükan mexanizminin yağı, büblikin yağı, sürətlər qutusu plata təmiri və xidmət haqqı cəmi 1740 manat təşkil edir. - “Akay Auto” fiziki şəxs X8 (VÖEN:**********) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, ** NN *** dövlə qeydiyyat nişanlı avtomobilin porsen, vkladış karnavoy, praklatka qalofka, salnik klapan, raspidval, vanus təmir, mühərrik ön salnik, mühərrik arxa salnik, mühərrik ön sinəlik salnik, sep, yağ nasos, balans val, germetik, yağ, yağ filtri, mühərrik giliz, qalofka təmiri, mühərrik moyka, taxi, antifriz, xidmət haqqı cəmi 5384 manat təşkil edir. - 10.03.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 3 saylı vəkil bürosunun hesabına 150 (yüz əlli) manat köçürülmüşdür. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçünnəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir - məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında əldə edilmiş şifahi razılaşmaya əsasən, cavabdeh usta kimi iddiaçıya məxsus "Mercedes Benz ML-350” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi xidmətini göstərməyi, iddiaçı isə bunun müqabilində cavabdehə xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı bildirir ki, cavabdeh öz öhdəliyini lazımi qaydada icra etməmiş, avtomobilin təmirinə görə aldığı 1650 manat pulu isə geri qaytarmaqdan imtina edir. Cavabdeh bildirir ki, iddia tələbini 1000 manat hissədə qəbul edir. İddiaçı avtomobili onun yanına gətirəndə avtomobili təmir etmək istədiyini, lakin pulunun olmadığını bildirdi. Həmin vaxt özü Xəzər dairəsi yaxınlığında avtoservisdə işləyirdi, lakin hazırda həmin servis fəaliyyət göstərmir. Dəyişdiyi hissələr mühərrikə aid olan hissələr idi. Avtomobil onun yanına gətirilərkən işlək vəziyyətdə olmamışdır. Avtomobilin dəyişdiyi hissələri barədə dəyişən zaman iddiaçıya bildirmişdir. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddiaçı cavabdehlə aralarında bağlanmış şifahi əqd üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün 1650 manat məbləğin geri qaytarılmasını xahiş edir. İddiaçıya məxsus "Mercedes Benz ML-350” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin nasaz vəziyyətdə olması, onun təmiri üçün iddiaçının cavabdehə müraciət etməsi tərəflər arasında mübahisə doğurmur. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş “Akay Auto” fiziki şəxs X8 (VÖEN:**********) tərəfindən verilmiş xx.xx.2023cü il tarixli qüsur aktından görünür ki, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusu yağı, sürətlər qutusu filtr praklatka, arxa ötürücünün sepi, arxa ötürücünün yağı, sükan mexanizminin yağı, büblikin yağı, sürətlər qutusu plata təmiri və xidmət haqqı cəmi 1740 manat təşkil edir. Həmçinin “Akay Auto” fiziki şəxs X8 (VÖEN:**********) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, ** NN *** dövlə qeydiyyat nişanlı avtomobilin porsen, vkladış karnavoy, praklatka qalofka, salnik klapan, raspidval, vanus təmir, mühərrik ön salnik, mühərrik arxa salnik, mühərrik ön sinəlik salnik, sep, yağ nasos, balans val, germetik, yağ, yağ filtri, mühərrik giliz, qalofka təmiri, mühərrik moyka, taxi, antifriz, xidmət haqqı cəmi 5384 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2024-cü il tarixli 9/5419 saylı ekspert rəyindən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından 1-ci sual üzrə tədqiqat aparılmamışdır. Nəzəri hesablama yolu ilə, iş materiallarında “Fiziki Şəxs X1 **********” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı, "Mercedes Benz ML-350” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1740,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 370,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1370,00 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında “Fiziki Şəxs X1 **********” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı, "Mercedes Benz ML-350” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5384,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 2917,00 manat; təmir-bərpa işlərinin qiyməti - 2467,00 manat. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə məhkəməyə daxil olmuş yazılı ərizədən görünür ki, cavabdeh 1000 manat borcu qəbul edir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh ona verilmiş pula ehtiyat hissələri alaraq avtomobili təmir etdiyini, lakin iddiaçı tərəfindən ona vəd edilmiş 1.200 manat xidmət haqqının verilmədiyini bildirsə də, bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış şifahi razılaşmaya əsasən avtomobilə dair üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən iddia qismən, cavabdehin etiraf etdiyi hissədə, yəni 1000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır. Həmçinin iddiaçı nümayəndəyə ödənilmiş 150 (yüz əlli) manat xərcin cavabdehdən öz xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, iddiaçının hazırkı məhkəmə mübahisəsinə görə peşəkar hüquqi xidmət alması işin mübahisəsiz halıdır. İddiaçı məhkəmədə Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili tərəfindən təmsil olunmuşdur. İddiaçı tərəfindən vəkil xidmətlərinin dəyəri ilə bağlı mədaxil qəbzi təqdim edilmişdir. Qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 3 saylı vəkil bürosuna 150 (yüz əlli) manat məbləğdə ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmalıdır. Məhkəmə hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 150 (yüz əlli) manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri tərəflərə aid edilməli, iddia tələbinin təmin olunmuş hissəsi nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumu kimi 25 (iyirmi beş) manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1000 (min) manat, hüquqi xidmətə görə 150 (yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat, hüquqi xidmətə görə 150 (yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1581/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1581/2024
27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver