Məhkəmə qərarları › İş №e-2(005)-159/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-159/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-159/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı "xxxx" ASC cavabdehX3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3225,25 AZN; kart krediti üzrə 491,53 AZN əsas borcu və 365,54 AZN faiz borcu olmaqla, cəmi 857,07 AZN borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 60,83 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********37 nömrəli X9 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 22 %-lə, 48 ay müddətinə 3300 manat məbləğində nağd kredit verilmiş, illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 127416 nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müracət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixində “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2024- cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 3225,25 manat əsas borcu, kart krediti üzrə 491,53 manat əsas borcu və 365,54 manat faiz borcu olmaqla, cəmi 857,07 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini İcra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-29901/2023 nömrəli, 6-2-22/2-29900/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda 60,83 AZN dövlət rüsumu və 0.40 AZN xidmət haqqı ödənilmişdir. Daha sonra iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli X9 müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 3225,25 manat, müqavilənin 4.1.1.2-bəndinə əsasən verilmiş kredit (kredit xətti) üzrə isə 857,07 manat borcu olmaqla, ümumilikdə 4082,32 manat kredit borcunun və ödənilmiş 60,83 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarımasını xahiş etmişdir. Məhkəmə prosesi iştirakçılarının izahatları Məhkəmə prosesində iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, onun mərhum həyat yoldaşının kredit üçün banka müraciət etməsindən xəbərinin olmadığını bildirmişdir. Hazırda, maddi imkanı aşağı olduğundan mərhum həyat yoldaşının banka olan borcunu tam ödəyə bilməmişdir. Cavabdeh “Rahat market”də aşbaz işlədiyini və başqa bir banka kreditinin olduğunu, bu səbəbdən də borcu ödəməyə imkanının olmadığını bildirdi. İddiaçının nümayəndəsi X6 elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BMP**********29 saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün illik 22% hesablanması şərti ilə 48 ay müddətinə 3300,0 AZN məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BMP**********37 saylı X9 Müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC cavabdeh X4 illik 24 faizlə, 36 ay müddətinə 500,0 manat məbləğində kredit xətti ayrılmışdır. Ödəniş cədvəlindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı Banka 3300,0 manat əsas borc, 1690,27 manat faiz borcu olmaqla, cəmi 4990,25 manat borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. Maliyyə arayışının surətindən görünür ki, X3 banka xx.xx.2020-ci il tarixli nağd kredit müqaviləsi üzrə 3225,25 manat əsas borcu vardır. Maliyyə arayışının surətindən görünür ki, X3 banka xx.xx.2020-ci il tarixli X9 Müqaviləsi üzrə 491,53 manat əsas borcu və 365,54 manat faiz borcu olmaqla cəmi 857,07 manat borcu vardır. İddiaçı cavabdehə kredit borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixində tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 01 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli 1023 saylı məktubun surətinə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 adına xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış və xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan arvadı – Cavabdeh tam hissədə pay olmaqla vərəsilik hüququ haqqında şəhadətnamə verilmişdir. Ödəniş tapşırığından aydın olur ki, "xxxx" ASC hazırkı iddia üzrə 60,83 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6191 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən X5 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli BMP**********37 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2024-cü il tarixə 3255,50 manat, xx.xx.2020-ci il tarixli BMP**********37 saylı kart krediti müqaviləsi üzrə əsas borc üzrə 491,53 manat, faiz borcu üzrə 365,54 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Həmin Məcəllənin 72.4-cü maddəsinə əsasən qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. İşə baxan məhkəmənin mövqeyi Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BMP**********37 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən X4 şəxsi məqsədlər üçün illik 22% hesablanması şərti ilə 48 ay müddətinə 3300,0 AZN məbləğində kredit verilmiş, xx.xx.2020-ci il tarixli BMP**********37 saylı X9 Müqaviləsinə əsasən isə 24 faizlə, 36 ay müddətinə 500,0 manat məbləğində kredit xətti ayrılmışdır. Lakin borclu şəxs X5 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka nağd kredit müqaviləsi üzrə 3225,25 manat və “Tam Kart” kredit xətti üzrə 857,07 manat olmaqla ümumilikdə 4082,32 AZN məbləğində borcu qalmışdır. 09 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 mirası qəbul etmiş vərəsəsi arvadı Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 17, 9 saylı mənzildir. Bu baxımdan, cavabdehvərəsə Cavabdeh borclu şəxsin vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu da öz növbəsində bankın cavabdeh şəxsdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Məhkəmə cavabdehdən tələb olunan borcun məbləği ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizanın qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Məhkəmə ekspertiza rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillərin ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X5 vəfat etdikdən sonra Cavabdeh onun vərəsəsi olduğundan və X2 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh “Nağd pul krediti müqaviləsi”nə əsasən 3225,25 manat əsas borc, “Tam Kart” kredit xətti üzrə əsas 857,07 manat borc olmaqla, cəmi 4082,32 manat məbləğində pul tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC ödənilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 50,0 manat məbləğində pul cavabdehdən alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 212.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli BMP**********37 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 3225,25 manat məbləğində əsas borc, xx.xx.2020-ci il tarixli BMP**********37 saylı kredit xətti müqaviləsi üzrə 857,07 manat olmaqla, cəmi 4082, 32 (qırx min səksən iki manat 32 qəpik) manat pul; məhkəməyə müraciət etmək üçün ödənilmiş 60,83 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla cəmi 4143,45 manat (dörd min bir yüz qırx üç manat, qırx beş qəpik) pul tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 50,0 manat məbləğində pul Cavabdeh alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar