Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1595/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı "xxxx" ASC-nin cavabdeh Bayramov Gülhüseyn Dadaş oğluna qarşı kreditin tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Bayramov Gülhüseyn Dadaş oğluna qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehiddiaçı"xxxx" ASC-nin xeyrinə BPM**********36 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 1,354.73 manat əsas borc, 21.15 manat faiz borcu olmaqla, cəmi 1,375.88 (bir min üç yüz yetmiş beş manat 88 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 33.76 (otuz üç manat, 76) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 22 faiz olmaqla 3300 (üç min üç yüz) manat məbləğində nağd kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən tam kart çərçivə müqaviləsinin şərtlərinə uyğun olaraq tam kart çərçivə müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin tam kart çərçivə müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Hazırda cavabdehin BPM**********36 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə 1,354.73 manat əsas borc, 21.15 manat faiz borcu olmaqla, cəmi 1,375.88 (bir min üç yüz yetmiş beş manat 88 qəpik) manat məbləğində borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 33.76 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Tam kart çərçivə müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh PKİD/MİŞ- 0779 nömrəli, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" ASC-nin Bayramov Gülhüseyn Dadaş oğlu arasında bağlanmış BPM**********36 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 22 faiz olmaqla 3300 (üç min üç yüz) manat məbləğində nağd kredit verilmişdir. - xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Bayramov Gülhüseyn Dadaş oğluna borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. - Maliyyə arayışdan müəyyən olunur ki, Bayramov Gülhüseyn Dadaş oğlunın BPM**********36 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 1,354.73 manat əsas borc, 21.15 manat faiz borcu olmaqla, cəmi 1,375.88 (bir min üç yüz yetmiş beş manat 88 qəpik) manat borcu vardır. Göründüyü kimi, tərəflər arasında kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank cavabdeh Bayramov Gülhüseyn Dadaş oğluna kredit verməyi, cavabdeh isə banka müqavilə üzrə ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh Bayramov Gülhüseyn Dadaş oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********36 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 1,354.73 manat əsas borc, 21.15 manat faiz borcu olmaqla, cəmi 1,375.88 (bir min üç yüz yetmiş beş manat 88 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 33.76 (otuz üç manat, 76) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********36 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 1,354.73 (min üç yüz əlli dörd manat, yetmiş üç qəpik) manat əsas borc, 21.15 (iyirmi bir manat on beş qəpik) manat faiz borcu olmaqla, cəmi 1,375.88 (bir min üç yüz yetmiş beş manat səksən səkkiz qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 33.76 (otuz üç manat, yetmiş altı qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1595/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1595/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver