Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1610/2024 26.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı cavabdeh “X15 Sanayi Ve Ticaret Anonim Şirketi” Azərbaycan Respublikasındakı Filialına qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X15 Sanayi Ve Ticaret Anonim Şirketi” Azərbaycan Respublikasındakı Filialına qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 Yapı Sənayi və Ticaret A.Ş Ticarət Azərbaycan Respublikasındakı filialına məxsus olan “Volvo FM 2MRC3C” markalı, **-JZ- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol hərəkəti qaydalarını pozup 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Cəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-341/2022 saylı xx.xx-2022-ci il tarixli hökmündə göstərilir ki, “o 29 mart 2022-ci il tarixdə saat 11:50 radələrində Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazinisndən keçən 450-ci kilometrliyində “X10” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci və 6-cı hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə zamanısürücünün apardığımanevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkiledilmiş yolayrıcına dönmək (daxil olma) istisna olmaqla sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyəti tutmalı və bununla da hadisənin qarşısınıalmağa texniki imkanı olduğu halda, bunlarıetməyərək idarə etdiyi “Volvo FM 2MRC3C “ markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax rayonu istiqamətində hərəkət etdirərkən geriyə qayıtmaq məqsədi ilə sola doğru manevr edən zaman arxasınca eyni istiqamətində ona nisbətdə sol tərəfə hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusun qarşısına çıxmaqla toqquşması nəticəsində avtobusda olan 3 nəfər ölmüşdür”. Baş vermiş yol-qəza hadisəsi ilə bağlı X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsininn 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqıaparılmış və işə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 341/2022 saylı, xx.xx-2022-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilininb 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-193/2023 saylı, xx.xx-2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1969/2023 saylı, xx.xx-2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsnin qərarı dövlət ittihamçısı tərəfindən verilmiş protestə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Cavabdehin təqsiri ekspert rəyi, qanuni qüvvəyə minmiş qərarla və digər iş materialları ilə sübuta yetirilmişdir. Həmin cinayət işi üzrə mən zərərçəkmiş şəxs kimi tanınmışdır. Baş vermiş yol-qəza hadisəsi ilə bağlı cavabdeh tərəfindən ona heç bir maddi yardım göstərilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi zamanı ərazi aidiyyəti ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizələrinin verilməsi zamanı ərazi aidiyyəti barədə hər hansı norma birbaşa öz əksini tapmamışdır. Qanunla başqa hal nəzərdə tutulmadığından qanunvericiliyin tələbinə əsasən iddia cavabdehin qeydiyyat ünvanı üzrə aidiyyəti məhkəməyə verilməlidir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, cavabdeh İsmayılov “X15 Sanayi Ve Ticaret Anonim Şirketi” Azərbaycan Respublikasındakı Filialının hüquqi ünvanı ünvan 1yon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 36.2- ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh X3 qarşı miras əmlakın satışından əldə edilmiş payın və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X15 Sanayi Ve Ticaret Anonim Şirketi” Azərbaycan Respublikasındakı Filialına qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş 165 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1610/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1610/2024
26.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver