Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1620/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı “Bank Respublika” ASC-nin cavabdeh Hacıyev Bəhruz Burzu oğluna, Vəlməmmədov Elgiz Elburus oğluna və Feyzullayev Xəyal Balaqardaş oğluna qarşı “borcun tutulması”na dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Bank Respublika” ASC cavabdeh Hacıyev Bəhruz Burzu oğluna, Vəlməmmədov Elgiz Elburus oğluna və Feyzullayev Xəyal Balaqardaş oğluna qarşı “borcun tutulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıyev Bəhruz Burzu oğlundan, və Vəlməmmədov Elgiz Elburus oğlundan və Feyzullayev Xəyal Balaqardaş oğlundan “Bank Respublika” ASC-nin xeyrinə müştərək qaydada 4859,46 (dörd min səkkiz yüz əlli doqquz manat 46 qəpik) manat əsas borc, 24,24 (iyirmi dörd manat 24 qəpik) manat faiz borcu olmaqla, cəmi 4883,7 (dörd min səkkiz yüz səksən üç manat 70 qəpik) manat borcun, həmçinin 68,84 (altmış səkkiz manat 84 qəpik) manat ödənilmiş dövlət rüsumunun “Bank Respublika” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Bank Respublika” ASC ilə cavabdeh Hacıyev Bəhruz Burzu oğlu arasında bağlanmış 010CASA191710001 saylı, 20.06.2019cu il tarixli Güzəştli kredit müqaviləsinə əsasən cavabdeh Hacıyev Bəhruz Burzu oğluna 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə illik 1 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5519,46 manat məbləğində kredit verilmişdir. “Bank Respublika” ASC ilə digər cavabdehlər Vəlməmmədov Elgiz Elburus oğlu arasında 20.06.2019-cu il tarixli, 010FİZAM20034904 saylı, Feyzullayev Xəyal Balaqardaş oğlu arasında 20.06.2019-cu il tarixli, 010FİZAM35764502 saylı zaminlik müqavilələri bağlanmış və onlar cavabdeh Hacıyev Bəhruz Burzu oğlunun 010CASA191710001 saylı, 20.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini öz üzərlərinə götürmüşlər. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Hacıyev Bəhruz Burzu oğlunun “Bank Respublika” ASC-yə 10.02.2022-ci il tarixinə 4859,46 (dörd min səkkiz yüz əlli doqquz manat 46 qəpik) manat əsas borc, 24,24 (iyirmi dörd manat 24 qəpik) manat faiz borcu olmaqla, cəmi 4883,7 (dörd min səkkiz yüz səksən üç manat 70 qəpik) manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişlər. Cavabdehlər Hacıyev Bəhruz Burzu oğluna, Vəlməmmədov Elgiz Elburus oğluna və Feyzullayev Xəyal Balaqardaş oğluna rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehlər Hacıyev Bəhruz Burzu oğlu və Vəlməmmədov Elgiz Elburus oğlu tərəfindən qəbul edilmiş, lakin Feyzullayev Xəyal Balaqardaş oğlu həmin ünvanda yaşamadığı səbəbindən bildiriş qəbul edilməmiş, beləliklə cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan: - “Bank Respublika” ASC ilə Hacıyev Bəhruz Burzu oğlu arasında bağlanmış 010CASA191710001 saylı, 20.06.2019-cu il tarixli Güzəştli kredit müqaviləsinə əsasən cavabdeh Hacıyev Bəhruz Burzu oğluna 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə illik 1 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5519,46 manat məbləğində kredit verilmişdir. - “Bank Respublika” ASC ilə digər cavabdehlər Vəlməmmədov Elgiz Elburus oğlu arasında 20.06.2019-cu il tarixli, 010FİZAM20034904 saylı, Feyzullayev Xəyal Balaqardaş oğlu arasında 20.06.2019-cu il tarixli, 010FİZAM35764502 saylı zaminlik müqavilələri bağlanmışdır. - 20.06.2019-cu il tarixli memorial orderin surətindən görünür ki, “Bank Respublika” ASC tərəfindən Mehdiyev Vasib Vəlyəddin oğluna 5519,46 manat kredit ödənmişdir. - “Bank Respublika” ASC tərəfindən 04.02.2022-ci il tarixdə Hacıyev Bəhruz Burzu oğluna, Vəlməmmədov Elgiz Elburus oğluna və Feyzullayev Xəyal Balaqardaş oğluna göndərilmiş bildirişdən görünür ki, borclular 20.06.2019-cu il tarixli kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri üçün yaranmış borcu ödəməyi tələb olunur. Cavabdehlər tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. - 10.02.2022-ci il tarixə olan maliyyə arayışından görünür ki, Hacıyev Bəhruz Burzu oğlunun “Bank Respublika” ASC-yə cəmi 4883,7 (dörd min səkkiz yüz səksən üç manat 70 qəpik) manat borcu var. - AZE 13291457 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hacıyev Bəhruz Burzu oğlu Cəbrayıl rayonu, Mehdili kəndi ünvanında qeydiyyatdadır, lakin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 21.02.20ci il tarixli 02/389 №-li məktubundan görünür ki, Hacıyev Bəhruz Burzu oğlu Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksi, ev 14, mənzil 76 ünvanında faktiki olaraq məskunlaşmışdır. - AZE 17582337 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Vəlməmmədov Elgiz Elburus oğlu Ağdam rayonu, Əliağalı kəndi ünvanında qeydiyyatdadır, lakin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 21.02.20-ci il tarixli 02/389 №-li məktubundan görünür ki, Vəlməmmədov Elgiz Elburus oğlu Bakı şəhəri, Qaradağ rayonu, məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksi, ev 32, mənzil 49 ünvanında faktiki olaraq məskunlaşmışdır. - AZE 16511702 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Feyzullayev Xəyal Balaqardaş oğlu Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 67, mənzil 98 ünvanında qeydiyyatdadır. -05.03.2022-ci il tarixli, 8765350995 №-li mədaxil qəbzinin surətindən görünür ki, “Bank Respublika” ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 68,84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və 10.02.2022-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Hacıyev Bəhruz Burzu oğlundan, Vəlməmmədov Elgiz Elburus oğlundan və Feyzullayev Xəyal Balaqardaş oğlundan müştərək qaydada 4859,46 (dörd min səkkiz yüz əlli doqquz manat 46 qəpik) manat əsas borc, 24,24 (iyirmi dörd manat 24 qəpik) manat faiz borcu olmaqla, cəmi 4883,7 (dörd min səkkiz yüz səksən üç manat 70 qəpik) manat məbləğində borc və 68,84 (altmış səkkiz manat 84 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu “Bank Respublika” ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “Bank Respublika” ASC ilə cavabdeh Hacıyev Bəhruz Burzu oğlu, Vəlməmmədov Elgiz Elburus oğlu və Feyzullayev Xəyal Balaqardaş oğlu arasında bağlanmış 20.06.2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən cavabdehlər Hacıyev Bəhruz Burzu oğlundan, Vəlməmmədov Elgiz Elburus oğlundan və Feyzullayev Xəyal Balaqardaş oğlundan müştərək qaydada 4859,46 (dörd min səkkiz yüz əlli doqquz manat 46 qəpik) manat əsas borc, 24,24 (iyirmi dörd manat 24 qəpik) manat faiz borcu olmaqla, cəmi 4883,7 (dörd min səkkiz yüz səksən üç manat 70 qəpik) manat məbləğində borc və 68,84 (altmış səkkiz manat 84 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu “Bank Respublika” ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1620/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1620/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver