Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-163/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı "X7 Kredit Təşkilatı" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin faktiki halları: 16 avqust 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki,”borc verən”- “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti şəxsi məqsədlər üçün “borc alan”a- Cavabdeh2 illik 32(otuz iki) faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 20 000(iyirmi min) manat məbləğində kredit verməyi öhdəsinə götürür.Borc alan isə bu müqaviləyə əsasən kredit qəbul etməyi,göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür.Kredit müqaviləsi üzrə əsas borcun və əsas borc üzrə hesablanmış faizlərin təminatı olaraq “NİSSAN PATROL” minik markalı (qeydiyyat nişanı-77CU013; buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598;Rəngi:qara) minik avtomobili təqdim edilir. 16 avqust 2023-cü il tarixli,4337/2023G nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki,16 avqust 2023-cü il tarixli,4337/2023 nömrəli kredit müqaviləsinin təminatı kimi,”ipoteka saxlayan”-"X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti “ipoteka qoyan”a Cavabdeh1 “NİSSAN PATROL” minik markalı (qeydiyyat nişanı-77CU013; buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598) nəqliyyat vasitəsini ipoteka qoyur.Həmin müqavilə “borc alan”- Cavabdeh2 “ipoteka saxlayan”-"X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında əsas öhdəliyinin icrasının təmini məqsədi ilə bağlanılır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki,16 avqust 2023-cü il tarixli,4337/2023 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx"BOKT MMC-nə xx.xx.2024-cü il tarixə (iddia tarixinə) 20.000,00 manat əsas borc,2.628,89 manat faiz borcu olmaqla cəmi 22.628,89 manat,xx.xx.2024-cü il tarixə(rəy verilən tarixə) 20.000,00 manat əsas borc,4.508,89 manat faiz borcu olmaqla cəmi 24.508,89 manat borcu müəyyən edilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı "X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh2 kreditin əsas borcu üzrə 20 000 (iyirmi min) manat məbləğində əsas, ona hesablanmış 10426.19 (on min dörd yüz iyirmi altı manat on doqquz qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 11669.64 (on bir min altı yüz altmış doqquz manat altmış dörd qəpik) manat məbləğində dəbbə pulu, cəmi 42095.83 (qırx iki min doqsan beş manat səksən üç qəpik) manat borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 (altı yüz doxsan) manat, dövlət rüsumu kimi ödənilmiş 176 (yüz yetmiş altı) manat və 40.29 (qırx manat iyirmi doqquz qəpik) məbləğində pulun tutulması; Tələbin Cavabdeh1 mülkiyyətində olan girov predmeti “NİSSAN PATROL” minik markalı (buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598, rəngiqara) , 77- CU-013 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 20 000 (iyirmi min) manat məbləğində əsas, ona hesablanmış 10426.19 (on min dörd yüz iyirmi altı manat on doqquz qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 11669.64 (on bir min altı yüz altmış doqquz manat altmış dörd qəpik) manat məbləğində dəbbə pulu, cəmi cəmi 42095.83 (qırx iki min doqsan beş manat səksən üç qəpik) manat borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 (altı yüz doxsan) manat, dövlət rüsumu kimi ödənilmiş 176 (yüz yetmiş altı) manat və 40.29 (qırx manat iyirmi doqquz qəpik) məbləğində pulun iddiaçı "xxxx" BOKT MMC-nə ödənilməsinə dair qətnamə qəbul edilsin iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "X7 Kredit Təşkilatı" MMC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixində 4337/2023 saylı Kredit müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli 4337/2023 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 32% (otuz iki) faiz hesablanmaq şərti ilə, 24 (iyirmi dörd) ay müddətinə 20 000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 4337/2023 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2023-cü il tarixində 4337/2023G saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 mülkiyyətində olan “NİSSAN PATROL” minik markalı (qeydiyyat nişanı-77CU013; buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598, rəngi-qara) nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir (İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 153032 saylı xx.xx.2023-cü il tarixli çıxarış). Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yazzılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən "X7 Kredit Təşkilatı" MMC-nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək,iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin əsassız olduğunu qeyd edərək, bildirdi ki, vətən müharibəsi iştirakçısı olmuşdur. Pulu özü götürmüşdür. İşçisinə kreditin vaxtında ödənilməsi ilə bağlı tapşırıq versə də, ödəniş etməmiş və bu barədə ona məlumat verməmişdir. 2024-cü ilin may ayında 1800 manat və 500 manat ödəniş etdiyini bildirdi.Qeyd olunan məbləği tam şəkildə ödəyə bilməsə də hər ay 1500 manat ödəniş edə biləcəyini bildirdi. Eyni zamanda yazılı ərizə təqdim edərək, 22628,89 manat məbləğində borc məbləği ilə razı olduğunu bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, avtomobil ona məxsus olduğunu lakin, onun borcu olmadığını bildirdi. Borcu digər cavabdeh ödəməli olduğunu qeyd etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materialları - 16 avqust 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki,”borc verən”- “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti şəxsi məqsədlər üçün “borc alan”a- Cavabdeh2 illik 32(otuz iki) faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 20 000(iyirmi min) manat məbləğində kredit verməyi öhdəsinə götürür. Borc alan isə bu müqaviləyə əsasən kredit qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə əsas borcun və əsas borc üzrə hesablanmış faizlərin təminatı olaraq “NİSSAN PATROL” minik markalı (qeydiyyat nişanı-77CU013; buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598; Rəngi: qara) minik avtomobili təqdim edilir. - 16 avqust 2023-cü il tarixli,4337/2023G nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, 16 avqust 2023-cü il tarixli,4337/2023 nömrəli kredit müqaviləsinin təminatı kimi, ”ipoteka saxlayan”- "X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti “ipoteka qoyan”a Cavabdeh1 “NİSSAN PATROL” minik markalı (qeydiyyat nişanı-77CU013; buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598) nəqliyyat vasitəsini ipoteka qoyur.Həmin müqavilə “borc alan”- Cavabdeh2 “ipoteka saxlayan”-"X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında əsas öhdəliyinin icrasının təmini məqsədi ilə bağlanılır. - 14 fevral 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki,"X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borcalan Cavabdeh2 xx.xx.2023-cü il tarixli,4337/2023 nömrəli kredit müqaviləsi üzrə 20000 manat əsas borc, 3737,83 manat faiz borcu, 4060 manat dəbbə borcu olmaqla,cəmi 27797,83 manat müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli, BD5 nömrəli ödəniş tapşırığından görünür ki, ”X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi xidmətin göstərilməsi ilə bağlı AZ23AİİB******************** hesab nömrəsinə 690 manat pul vəsaiti ödənmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, 16 avqust 2023-cü il tarixli,4337/2023 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" BOKT MMC-nə xx.xx.2024-cü il tarixə (iddia tarixinə) 20.000,00 manat əsas borc,2.628,89 manat faiz borcu olmaqla cəmi 22.628,89 manat, xx.xx.2024-cü il tarixə(rəy verilən tarixə) 20.000,00 manat əsas borc, 4.508,89 manat faiz borcu olmaqla cəmi 24.508,89 manat borcu müəyyən edilmişdir. - 01 noyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, ,"X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borcalan Cavabdeh2 xx.xx.2023-cü il tarixli,4337/2023 nömrəli kredit müqaviləsi üzrə 20000 manat əsas borc, 5575,55 manat faiz borcu, 4060 manat dəbbə borcu olmaqla, cəmi 29635,55 manat müəyyən edilmişdir. - 07 mart 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ,"X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borcalan Cavabdeh2 xx.xx.2023-cü il tarixli,4337/2023 nömrəli kredit müqaviləsi üzrə 20000 manat əsas borc,9217,83 manat faiz borcu,10600 manat dəbbə borcu olmaqla,cəmi 39817,83 manat müəyyən edilmişdir. - "X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 15 fevral 2024-cü il tarixli,3138 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən göründü ki, xx.xx.2023-cü il tarixli,4337/2023 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin 7(yeddi) gün ərzində icra edilməsi,əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2024-cü il tarixli məxaric qəbzindən görünür ki, "xxxx" MMC vasitəsi ilə "X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2 məktub göndərmişdir. - "xxxx"MMC-nin 29 aprel 2025-ci il tarixli hesabatından görünür ki, “Nissan Patrol” minik markalı,77CU013 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar qiyməti 53.000 manat,likvid dəyəri 47.700 manat müəyyən edilmişdir. - 14 may 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ,"X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borcalan Cavabdeh2 xx.xx.2023-cü il tarixli,4337/2023 nömrəli kredit müqaviləsi üzrə 20000 manat əsas borc,10426,19 manat faiz borcu,11669,64 manat dəbbə borcu olmaqla,cəmi 42095,83 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2025-ci il tarixli rəyindən görünür ki,16 avqust 2023-cü il tarixli,4337/2023 saylı kredit müqaviləsi üzrə X3 "xxxx"BOKT MMC-nə xx.xx.2025-ci il tarixə 20.000,00 manat əsas borc, 9.364,44 manat faiz borcu,xx.xx.2025-ci il tarixə isə 20.000,00 manat əsas borc,10.591,11 manat faiz borcu təşkil edir. - Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 176 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər; 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 39.3 və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir; 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir; 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanılmış 16 avqust 2023-cü il tarixli kredit müqaviləsinə əsasən,”borc verən”- “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti şəxsi məqsədlər üçün “borc alan”a- Cavabdeh2 illik 32(otuz iki) faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 20 000(iyirmi min) manat məbləğində kredit verməyi öhdəsinə götürür.Borc alan-Cavabdeh2 isə bu müqaviləyə əsasən kredit qəbul etməyi,göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.Kredit müqaviləsi üzrə əsas borcun və əsas borc üzrə hesablanmış faizlərin təminatı olaraq “NİSSAN PATROL” minik markalı (qeydiyyat nişanı-77CU013; buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598;Rəngi:qara) minik avtomobili təqdim edilməsi göstərilmişdir.Daha sonra tərəflər arasında 16 avqust 2023-cü il tarixli kredit müqaviləsinn təminatı kimi bağlanılmış ipoteka müqaviləsinə əsasən,”ipoteka saxlayan”-"X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti “ipoteka qoyan”a Cavabdeh1 “NİSSAN PATROL” minik markalı (qeydiyyat nişanı-77CU013; buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598) nəqliyyat vasitəsini kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi məqəsdi ilə ipotkea yüklü edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı kredit müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh2 öhdəliyi lazımınca icra etmədiyi üçün ipoteka qoyan-Cavabdeh1 borcun ödənilməsi üçün tam öhdəlik daşıyır.Buna görə də, Cavabdeh2 və Cavabdeh1 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablnamış əsas və faiz borcunu iddiaçı “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməlidirlər. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Məhkəmə ekspertiza rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən rəyi hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. Məhkəmə iddiaçı “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinin kredit müqaviləsi üzrə əsas məbləginin tam tutulması qənaətinə gəlir. Lakin hesablanmış faiz məbləği ilə bağlı məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2024-cü il tarixli rəyini əsas götürərək qeyd edir ki, müvafiq ekspert rəyi ilə qeyd edilən 16 avqust 2023-cü il tarixli, 4337/2023 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" BOKT MMC-nə xx.xx.2024-cü il tarixə (pretenziya tarixinə) 20.000,00 manat əsas borc, 2.628,89 manat faiz borcu olmaqla iddiaçı “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 15 fevral 2024-cü il tarixdə göndərilmiş bildiriş məktubunda yaranmış öhdəliyin ödənilmsəi tələb edilmiş, əs halda tutumanın yönəldiləcəyi və məhkəməyə müraciət barədə xəbrdar edilmişdirlər. Məhkəmə hesab edir ki, belə olan halda BOKT həmin tarixdən sonra faiz borclarını tələb etməyə haqlı deyildir və ekspert rəyi ilə müəyyənləşdirilmiş 20000 əsas borc və 2628,89 manat faiz borcu tutulmalıdır. Məhkəmə cərimə borcunun cavabdehlərdən tutulması ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbi üzrə hesablanmış 11669.64 (on bir min altı yüz altmış doqquz manat altmış dörd qəpik) manat məbləğində cərimə borcunun tutulması tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği borc məbləğinə mütənasib olmadığından 2000 manat məbləğində cərimə borcu cavabdehlərdən iddiaçı “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçı “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin kredit müqaviləsinin təminatı kimi cavabdehlər ilə bağlanmış ipoteka müqaviləsi üzrə Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş “NİSSAN PATROL” minik markalı (qeydiyyat nişanı- 77CU013; buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598, rəngi-qara) nəqliyyat vasitəsinə yönəldilməsi, “NİSSAN PATROL” minik markalı (qeydiyyat nişanı-77CU013; buraxılış ili- 2014, BAN:JN8AY2NY8F9110598, rəngi-qara) nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına "X7 Kredit Təşkilatı" MMC-nin hesabına ödənilməsi ilə bağlı tələbinə əsasən qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh2 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 məxsus olan “NİSSAN PATROL” minik markalı (qeydiyyat nişanı-77CU013; buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598, rəngi-qara) nəqliyyat vasitəsinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Nəqliyyat vasitəsinin ilkin satış qiymətinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan normaların da tələblərindən görünür ki, ilkin satış qiyməti tərəflər arasında razılıq olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Avtomobilin ilkin satış qiyməti barədə hər hansı razılıq əldə olunmadığı üçün məhkəmə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, müstəqil qiymətləndiricinin rəyi ilə“NİSSAN PATROL” minik markalı (qeydiyyat nişanı-77CU013;buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598, rəngiqara) nəqliyyat vasitəsinin real bazar dəyərinin 53000 manat göstərilmiş, likvid qiyməti isə xx.xx.2025-ci il tarixə 47700 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia qismən təmin edilməli, iş üzrə ödənilmiş 176 manat dövlət rüsumunun 103 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı, qalan hissədə ididaçıya aid edilməlidir. Məhkəmə vəkil xərci ilə bağlı onu qeyd edir ki, mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosuna 690 manat məbləğində ödəniş həyata keçiilmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, mülki mübahisənin xarakterini, eyni zamanda iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehlərdən 300 manat məvləğində hüquqi yardıma görə xərc tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 20 000 (iyirmi min) manat məbləğində əsas kredit borcu, 2.628,89 (iki min altı yüz iyirmi səkkiz manat 89 qəpik) manat faiz borcu, 2000 manat cərimə borcu ümumilikdə 24 628,89 (iyirmi dörd min altı yüz iyirmi səkkiz manat,89 qəpik) manat kredit borcu, 690(altı yüz doxsan) manat vəkil xərci, dövlət büdcəsinə ödənilmiş 176 manat dövlət rüsumunun 103 manatı iddiaçı “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, Cavabdeh2 oğlundan tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “NİSSAN PATROL” minik markalı (buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598, rəngi-qara) , 77- CU-013 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldiməli, həmin əmlak açıq hərrac yolu ilə realizə edilməli, əmlaklın satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitlər əmlakın mülkiyyətçisi Cavabdeh1 verilməli, Cavabdeh1 məxsus olan “NİSSAN PATROL” minik markalı (buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598, rəngiqara), 77- CU-013 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 47.700 manat müəyyən edilməlidir. Bundan başqa aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat pulun 58 manatı iddiaçı “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətindən, 92 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 20 000 (iyirmi min) manat məbləğində əsas kredit borcu, 2.628,89 (iki min altı yüz iyirmi səkkiz manat 89 qəpik) manat faiz borcu, 2000 (iki min) manat cərimə borcu, ümumilikdə 24628,89 (iyirmi dörd min altı yüz iyirmi səkkiz manat,89 qəpik) manat kredit borcu iddiaçı “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 176 manat dövlət rüsumunun 103 manatı və 300 manat hüquqi yardım xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun, qalan hissədə ididaçıya aid edilsin. Cavabdehlər Cavabdeh2 tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş “NİSSAN PATROL” minik markalı (buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598, rəngiqara),**-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin. Həmin avtomobil açıq hərrac yolu ilə realizə edilsin,əmlakın satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitlər əmlakın mülkiyyətçisi Cavabdeh1 verilsin. İpoteka predmetinin satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada Cavabdeh2 tutulsun. Cavabdeh1 məxsus olan “NİSSAN PATROL” minik markalı (buraxılış ili-2014, BAN:JN8AY2NY8F9110598, rəngi-qara),77- CU-013 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 47.700 manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat pulun 58 manatı iddiaçı “X7 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətindən, 92 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-163/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-163/2025
19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver