Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1632/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdı̇ İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Əlmuradov Rasim Cavad oğlunun vərəsəsi Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit üzrə ödənilməmiş 389.21 manat əsas borc, 103.69 manat faiz borcu olmaqla, cəmi 492.90 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Əlmuradov Rasim Cavad oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********13 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə Bank tərəfindən 620 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Əlmuradov Rasim Cavad oğlu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. Borc alan Əlmuradov Rasim Cavad oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 8 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 03 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Əlmuradov Rasim Cavad oğlunun ölümündən sonra arvadı Cavabdeh1 müraciətinə əsasən vərəsəlik işi açılmışdır. Bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Əlmuradov Rasim Cavad oğlunun kredit üzrə Banka ödənilməmiş 389.21 manat əsas borc, 103.69 manat faiz borcu olmaqla, cəmi 492.90 manat borcu qalmışdır. Cavabdeh mərhum Əlmuradov Rasim Cavad oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Daha sonra xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh2 və Cavabdeh3 qızının da cavabdehlər kimi işə cəlb olunmasını, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızından BPM**********98 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 695.72 manat, faiz borcu üzrə 121.05 manat olmaqla, cəmi 816.77 manat borcun, BPM**********13 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 389.21 manat, faiz borcu üzrə 103.69 manat olmaqla, cəmi 492.90 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 60 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınmaqla iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmən iclasında iştirak etmiş Cavabdeh2, Cavabdeh3 qızının nümayəndəsi Cavabdeh1 mərhum Əlmuradov Rasim Cavad oğlunun miras əmlakını qəbul edəcəklərini bildirmiş, iddia tələbinə dair cavabdehlərin hər hansı etirazı daxil olmamış, həmin krediti ödəmək imkanına malik olmadığını bildirmişlər. Hazırki məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hazırki iclasın cavabdehlərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - "xxxx" ASC ilə Əlmuradov Rasim Cavad oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********13 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə Bank tərəfindən 620 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Əlmuradov Rasim Cavad oğlu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Əlmuradov Rasim Cavad oğlunun xx.xx.2020-ci il tarixli, BPM**********13 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ödənilməmiş əsas borcu 389,21 manat, faiz borcu 103,69 manat olmaqla, cəmi borcu 492,9 manat təşkil edir. - "xxxx" ASC ilə Əlmuradov Rasim Cavad oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********98 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Əlmuradov Rasim Cavad oğluna 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Əlmuradov Rasim Cavad oğlu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Əlmuradov Rasim Cavad oğlunun xx.xx.2019-cu il tarixli, BPM**********98 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ödənilməmiş əsas borcu 695,72 manat, faiz borcu 121.05 manat olmaqla, cəmi borcu 816.77 manat təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 8 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubunda qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə ölmüş Əlmuradov Rasim Cavad oğlunun ölümündən sonra arvadı X1 ərizəsi əsasında vərəsəlik işi açılmışdır. - "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan aydın olur ki, "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına kredit borcunu 5 gün ərzində qaytarmayacağı halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC və Əlmuradov Rasim Cavad oğlu arasında kredit müqavilələri bağlanmış, kredit müqaviləsinə əsasən Əlmuradov Rasim Cavad oğlu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öz öhdəsinə götürsə də onun öhdəlik tam icra edilmədən vəfat etmişdir. "xxxx" ASC borclunun ölməsini və vərəsəlik işinin açılmasını, cavabdehlərin vərəsələr kimi tanınmaları barədə ərizə vermələrini nəzərə alaraq onlara qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cü maddəyə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi qanunvericiliyə əsasən ölən şəxsin vərəsələri miras əmlakı ilə yanaşı miras qoyanın vəzifələrini də qəbul edirlər. Hazırki iş üzrə isə iş materiallarından notariat ofisində vərəsəlik işinin açıldığı, cavabdehlərin isə hələ ki qanun üzrə vərəsəlik haqında şəhadətnamə almadıqları aydın olur. Bununla belə məhkəmə iclasında iştirak etmiş cavabdehlər miras əmlakını qəbul etmək, bununla da "xxxx" ASC-yə olan pul öhdəliklərini də qəbul etmək niyyətlərini aydın şəkildə ifadə etmişlər. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçməsə də, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Şəxsin kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, borclunun öldüyü təqdirdə onun miras qalmış əmlakını qəbul etmiş vərəsələri tərəfindən icrası mümkün olan pul öhdəliyidir. Qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Qeyd edilən Plenum Qərarına əsasən vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi təsdiq edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenum Qərarında o da qeyd olunur ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə cavabdehlərin iddianı etiraf etməsinə baxmayaraq, qanun üzrə vərəsəlik şəhadətnaməsinin olmaması kimi formal əsaslarla iddianın rədd edilməsini hüquqların məhkəmə müdafiəsinə prinsipcə zidd olduğu qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, mülki mühakimə icraatı tərəflərin iradəsi və fəallığı ilə şərtləndirilir. Məcəllənin 9.3cü maddəsinə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızından müştərək qaydada BPM**********98 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 695.72 manat əsas borc, 121.05 manat faiz borcu olmaqla, cəmi 816.77 manat borc; BPM**********13 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 389.21 manat əsas borc, 103.69 manat faiz borcu olmaqla, cəmi 492.90 manat kredit borcu və ödənilmiş 33,10 manat dövlət rüsumu, habelə 0.40 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün ilk növbədə 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəsə də sonradan iddia tələblərini artırmış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin113.2-ci maddəsinə əsasən əlavə olaraq 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəməli olmuşdur. İddia təmin edildiyindən məhkəmə ödənilmiş cəmi dövlət rüsumunun məbləğinin və bank xidmət haqqının cavabdehlərdən tutulmasını qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızından müştərək qaydada BPM**********98 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 695.72 manat əsas borc, 121.05 manat faiz borcu olmaqla, cəmi 816.77 manat borc; BPM**********13 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 389.21 manat əsas borc, 103.69 manat faiz borcu olmaqla, cəmi 492.90 manat kredit borcu və ödənilmiş 60 manat dövlət rüsumu, habelə 0.80 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1632/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1632/2023
08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver