Məhkəmə qərarları › İş №e-2(005)-1646/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1646/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1646/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “borcun restrukturizasiya olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və İddiaçı 25.10.2013-cü il tarixdə Cavabdeh1 ASC-dən götürülmüş kredit müqaviləsi üzrə qalıq borcun Azərbaycan Resublilkası Prezidentinin 2019-cu il 28 fevral 551 nömrəli fərmanın şərtlərinə uyğun olaraq restruktizasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 və İddiaçı 25.10.2013-cü il tarixdə Dəmirbank ASC-dən 24 ay müddətinə illik 33% olmaqla 6300 ABŞ dolları miqdarında kredit götürmüşdür. Maliyyə vəziyyətinin pisləşməsi səbəbindən kredit tam ödənilməmiş, nəticədə Cavabdeh1 ASC məhkəməyə müraciət edərək, X1 və İddiaçı 3630,60 ABŞ dolları əsas borc, 3382,51 ABŞ dolları faiz borcu, 2371,82 ABŞ dolları cərimə borcu olmaqla cəmi 9384 (doqquz min üç yüz səksən dörd) ABŞ dollarının tutulması barədə məhkəmə əmrinin verilməsi üçün müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli, 2(055)1923/2017 saylı əmri ilə cəmi 9384 (doqquz min üç yüz səksən dörd) ABŞ dollarının tutularaq Cavabdeh1 ASC-yə ödənilmsi əmr edilmişdir. 27.12.2017-ci il tarixdə Cavabdeh1 ASC müflis elan edilmiş və həmin tarixdən Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilmişdir. Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Resublilkası Prezidentinin 28 fevral 2019-cu 551 nömrəli fərmanı əsasında qeyd olunan kredit restrukturizasiya edilməli idi. Həmin dövrdə müvafiq icra hakimiyyəti orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatası fərmanın tətbiqi barədə qaydalar müəyyən etdi. Həmin qayalara əsasən restrukturizasiya və güzəştin müəyyən edilməsi üçün əsas elektron portalda borclunun və kreditin məlumatları əks etdirldikdən sonra ləğvetmə prosesində olan bankın ləğvedicisinə müraciət etməklə kredit borucunu restrukturizasiya etmək qaydası müəyyən edilmişdir. Qaydalar qüvvəyə mindikdən sonra İddiaçı LPO Cavabdeh1-a və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə şifahi müraciət etmişdir. Onun müraciətinə cavab olaraq, borcun texnki səbəbdən portalda qeyd edilmədiyi üçün kreditlərini restrukturizasiya etməkdən imtina etdilər. Yenə də ona heç bir rəsmi məlumat, cavab verilməsə də ona şifahi olaraq gözləməsini Maliyyə Bazarlarına Nəzarət Platasına müraciət etməyi tövsiyyə edərək krediti restrukturizasiya etməkdən imtina etdilər. Bu barədə o, 29.10.2019-cu il tarixdə rəsmi olaraq həm yazılı və həm də elektron qaydada Maliyyə Bazarlarına Nəzarət Platasına müraciət etmişdir. Müraciətindən sonra yenə də bir neçə dəfə MBNP-nın inzibati binasına getmişdir. Hər dəfə ona problemin tezliklə aradan qaldırılacağını, gözləməyini bildirirdilər. Lakin sonradan MBNP ləğv edilərək bütün hüquqlar Mərkəzi Banka ötürüldü. O, qeyd edilən şikayət üzrə Mərkəzi Banka müraciət etsə də bu günədək problem həllini tapmamışdır. Azərbaycan Resublilkası Prezidentinin 2019-cu il 28 fevral 551 nömrəli fərmanın icrası Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edildiyindən İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı kredit xəttinin restruktizasiya olunması barəd inzabati icraat üzrə məhkməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qeyd olunan kredit müqaviləsi üzrə qalıq borcun restruktizasiya olunmalı kreditlər üzrə siyahıya əlavə edildildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi 2-1(112)- 5172/2021 saylı, 20.10.2021-ci il tarixli qərardadı ilə iddia tələbi təmin olunduğundan iş üzrə icraata xitam verilmişdir. Kredit müqaviləsinin restruktizasiya edilməsi ilə bağlı X21 Cavabdeh1 ASC-yə iddiaçı tərəfindən müraciət olunmasına baxmayaraq bank restruktizasiya etməkdən yayınır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X12 iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Saatlı rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli, 2(055)-1923/2017 saylı qətnaməsinin surətinə əsasən kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borclular X7 və İddiaçı qarşı borcun tutulmasına dair ərizə təmin olunmuş, borclu Saatlı rayonu, Əlisoltanlı kəndində yaşayan 10 may 1973-cü il təvəllüdlü X8 və Bakı şəhəri K.Rəhimov küçəsi, ev 1, mənzil 72-də yaşayan xx xxxxxxx 1987-ci il təvəllüdlü İddiaçı 3630,60 ABŞ dolları əsas borc, 3382,51 ABŞ dolları faiz borcu, 2371,82 ABŞ dolları cərimə borcu, cəmi 9384 (doqquz min üç yüz səksən dörd) ABŞ dolları 93 (doxsan üç) sent tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi əmr edilmişdir; Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5172/2021 saylı, 20.10.2021-ci il tarixli qərardadının surətinə əsasən İddiaçı (X2 zamini) cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Əmanətlərin Sığortalanması Fondu və LPO Dəmirbank məhkəmə icraatına 3-cü şəxslər qismində cəlb edilməklə “kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya olunmalı kreditlər üzrə siyahıya əlavə edilmə öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi” tələbi barədə inzibati iş üzrə icraata xitam verilmişdir; İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına və LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış ərizəsinə əsasən “zamini olduğum X3 Cavabdeh1 ASC-də kredit xətti üzrə olan borc məbləği Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına uyğun olaraq restrukturizasiya dairəsinə düşür. Bu barədə əvvəllərdə sizə müraciət etməyimə baxmayaraq bu günə qədər heç bir tədbir görülməmişdir. Bu səbəbdən də tərəfimizdən məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Mərkəzi Bankın nümayəndəsi həqiqətən də qeyd olunan kredit xətti restrukturizasiya olunmalı kreditlər üzrə siyahıya əlavə edildiyini bildirərək bu bardə sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən heç bir mübahisə olmadığına görə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Sənədlərin surətini müraciətimə əlavə edirəm. Sizdən xahişim budur ki, X6 və İddiaçı Cavabdeh1 ASC-də mövcud olan kredit xətti (Saatlı rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli, 2(055)-1923/2017 saylı qətnamə) restrukturizasiya edilsin” qeyd olunmuşdur; Azərbaycan Respublikasının Mərkəzi X11 ərizəsinə cavab məktubunun surətində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı (Fərman) ilə 01.03.2019-cu il tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının (01.01.2012-ci il tarixdən - 01.03.2019-cu il tarixədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi), yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanmışdır. X10 01.03.2019-cu il tarixinə banklara və digər kredit təşkilatlarına olan əsas borcunun məbləği milli valyutada 17.000 manatdan (və ya xarici valyutada 10.000 ABŞ dollarından) az olduğu üçün, X21 Cavabdeh1 ASC ilə imzalanmış 25.10.2013-cü il tarixli, 70161862-16 hesab nömrəli kredit müqaviləsi üzrə 01.03.2019cu il tarixinə 360 gündən çox gecikdirilmiş qalıq borcu Fərmana müvafiq olaraq restrukturizasiya çərçivəsinə düşür” göstərilmişdir; Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 25 oktyabr 2013-cü il tarixli krediti müqaviləsinə əsasən kreditor "xxxx" ASC borcu X9 24 ay müddətinə, illik 33% olmaqla 6300 ABŞ dolları məbləğində kredit verməyi, kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, hesablanmış faiz borcunu ödəməyi, habelə gecikmələrə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin kredit müqaviləsi üzrə iş üzrə İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı iddia tələbində Cavabdeh1 ASC-nin üzərinə onunla yeni müqavilənin bağlanması öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının bu tələbini aşağıdakı əsaslara görə əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 390-cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. İddiaçı cavabdehə irəli sürdüyü şərtlər daxilində müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi tərəfləri «müqavilə azadlığı» prinsipinə ziddir. Belə ki, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli Plenumunun Qərarında qeyd olunur ki, müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan göründüyü kimi, müqavilə hər şeydən əvvəl ikitərəfli və ya çoxtərəfli əqddir. Məhz buna görə də Mülki Məcəllənin 389.2-ci maddəsində müəyyən edilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi). Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı). İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar çərçivəsində yeni kredit müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Çünki tərəflər arasında bağlanmış kredit müqaviləsi mövcud olmuş, hazırda iddiaçının müəyyən etdiyi şərtlərlə yeni müqavilənin bağlanmasına cavabdehin məcbur edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa hazırkı iş üzrə iddiaçı 25.10.2013-cü il tarixdə Dəmirbank ASC ilə bağllanmış kredit müqaviləsi üzrə əsas borclu deyil, zamin olmuşdur. Buna görə də, bu tələb əsassızdır, təmin oluna bilməz. Müqavilənin bağlanması tərəflərin iradəsində asılı olan bir haldır ki, tərəflər, eləcə də iş üzrə cavabdeh əqdi imzalamaqdan imtina edə bilər. “Müqavilə azadlığı” prinsipi çərçivəsində tərəflər tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “borcun restrukturizasiya olunması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “borcun restrukturizasiya olunması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar