Məhkəmə qərarları › İş №e-2(005)-1651/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1651/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1651/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40000 ABŞ dolları əsas borc və illik 5 faizdən hesablanmaqla son iki il üçün 6800 manat faiz borcu olmaqla, ümumilikdə 74800 manat pulun, 314,40 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödədiyi 500 manat vəsaitin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh xeyli vaxtdır ki tanışdır. Cavabdeh onun həyat yoldaşı vəfat edəndən sonra bildirmişdir ki, ona dəstək olmaq istəyir. Cavabdeh onun 40000 ABŞ dolları pulunun olduğunu bildiyi üçün təklif etmişdir ki, həmin pulu borc şəklində versin, Rusiya Federasiyasının Moskva şəhərində tanışları ilə birlikdə işlətdikləri biznesə investisiya şəklində yatırıb, hər ay ona bu pulun müqabilində əldə olunan gəlirdən 2000 ABŞ dolları pul göndərsin və əsas pulu nə vaxt geri istəsə 2-3 ay əvvəlcədən bu barədə bildirməklə geri alsın. O, cavabdehə etibar etdiyinə görə 40000 ABŞ dollarını vermişdir. Cavabdeh pulu alandan sonra 5 ay ərzində hər ay ona 2000 ABŞ dolları gəlir kimi versə də, daha sonra nə əsas pulu, nə də qazancı göndərməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, ona qarşı qaldırılan pul tələbi əsassızdır və o, götürdüyü borc məbləğini tam şəkildə iddiaçıya geri qaytarmışdır. Həmçinin Rusiya Federasiyasından yaşadığından və oğlu 1-ci qrup əlil olduğundan məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin əvvəlki məhkəmə iclasında bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 10000 ABŞ dollar xeyir kimi ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İltizamın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 40000 ABŞ dolları məbləğində borc almış və sənəd onun tərəfindən imzalanmışdır; Qəbzin surətindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 314,40 manat dövlət rüsumu ödəmişdir; Çıxarışların surətlərindən görünür ki, **********202929 (Yelo Bank) və **********935492 (Kapital Bank) nömrəli kart hesabları İddiaçı məxsusdur; Cavabdeh tərəfindən İddiaçı ödəniş edilməsi barədə mədaxil qəbzlərindən görünür ki: 1) 472499******2929 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 19:43-də 850 manat məbləğində; 2) Unibank mobil tətbiqi vasitəsi ilə 524375******0265 nömrəli kart hesabından 510307******5492 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 20:10-da 1700 manat məbləğində; 3) Birbank mobil tətbiqi vasitəsi və ********* əməliyyat seriyası ilə 416973******5234 nömrəli kart hesabından 472499******2929 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 12:43-də 350 manat məbləğində; 4) M10 mobil tətbiqi vasitəsi və 21293198 əməliyyat seriyası ilə 510307******5492 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 17:27-də 1000 manat məbləğində; 5) eManat ödəniş sistemi vasitəsi və ********** əməliyyat seriyası ilə 510307******5492 kart hesabına xx.xx.2024-cü il tarixdə saat 13:20-də 1000 manat məbləğində; 6) Birbank mobil tətbiqi vasitəsi və ********* əməliyyat seriyası ilə 510307******4656 nömrəli kart hesabından 472499******2929 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 20:20-də 680 manat məbləğində; 7) Birbank mobil tətbiqi vasitəsi və ********* əməliyyat seriyası ilə 416973******901 nömrəli kart hesabından 472499******2929 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 14:24-də 340 manat məbləğində; 8) Mobil tətbiqi vasitəsi ********0266 nömrəli kart hesabından 472499******2929 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 14:26-da 1340 manat məbləğində; 9) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 04:32-də 500 ABŞ dolları məbləğində; 10) Birbank mobil tətbiqi vasitəsi və ********* əməliyyat seriyası ilə 416973******5234 nömrəli kart hesabından 472499******2929 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 03:19-da 200 manat məbləğində; 11) MilliÖn ödəniş sistemi vasitəsi ilə 510307******5492 nömrəli kart hesabına 500 manat məbləğində; 12) eManat ödəniş sistemi vasitəsi və ********** əməliyyat seriyası ilə 510307******5492 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 20:11-də 500 manat məbləğində; 13) Leobank mobil tətbiqi vasitəsi ilə 409858****7550 nömrəli kart hesabından 472499******2929 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 17:42-də 200 manat məbləğində; 14) Unibank mobil tətbiqi vasitəsi ilə 524375******0265 nömrəli kart hesabından 472499******2929 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 00:49-da 340 manat məbləğində; 15) Mpay mobil tətbiqi vasitəsi və ********** əməliyyat seriyası ilə 416973******4092 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 09:56-da 30 manat məbləğində; 16) 510307******5492 nömrəli kart hesabına 200 manat məbləğində; 17) 524375******0265 nömrəli kart hesabından 472499******2929 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 14:50-də 1700 manat məbləğində; 18) 345 manat məbləğində; 19) 524375******0265 nömrəli kart hesabından 472499******2929 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 19:26-da 850 manat məbləğində; 20) 524375******0265 nömrəli kart hesabından 510307******5492 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 17:12-də 850 manat məbləğində; 21) eManat ödəniş sistemi vasitəsi və ********** əməliyyat seriyası ilə 510307******5492 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 14:19-da 860 manat məbləğində; 22) MilliÖn ödəniş sistemi vasitəsi ilə 510307******5492 nömrəli kart hesabına 1000 manat məbləğində; 23) Yelo Bank ödəniş sistemi vasitəsi və 99000145 əməliyyat seriyası ilə 11900 manat məbləğində; 24) M10 mobil tətbiqi vasitəsi və ********** əməliyyat seriyası ilə 510307******5492 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 15:18-də 1190 manat məbləğində 25) 500 manat məbləğində; 26) Birbank mobil tətbiqi vasitəsi və ********* əməliyyat seriyası ilə 416973******9015 nömrəli kart hesabından 472499******2929 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 12:19-da 340 manat məbləğində; 27) Mpay mobil tətbiqi vasitəsi və ********** əməliyyat seriyası ilə 416973******4092 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 13:31-də 340 manat məbləğində; 28) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 21:08-də 200 ABŞ dolları məbləğində; 29) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 16:42-də 1000 ABŞ dolları məbləğində; 30) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 18:31-də 300 ABŞ dolları məbləğində; 31) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2022-ci il tarixdə saat 15:21-də 500 ABŞ dolları məbləğində; 32) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2024-cü il tarixdə saat 00:29-da 340 manat məbləğində; 33) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 01:24-də 400 ABŞ dolları məbləğində; 34) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 02:07-də 400 ABŞ dolları məbləğində; 35) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2024-cü il tarixdə saat 16:17-də 400 ABŞ dolları məbləğində; 36) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 02:31-də 900 ABŞ dolları məbləğində; 37) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2022-ci il tarixdə saat 16:07-də 500 ABŞ dolları məbləğində; 38) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2024-cü il tarixdə saat 19:06-da 850 manat məbləğində; 39) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2024-cü il tarixdə saat 17:56-da 850 manat məbləğində; 40) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 16:28-də 200 ABŞ dolları məbləğində; 41) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 13:38-də 600 ABŞ dolları məbləğində; 42) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2024-cü il tarixdə saat 16:16-da 1000 ABŞ dolları məbləğində; 43) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 16:45-də 500 ABŞ dolları məbləğində; 44) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2024-cü il tarixdə saat 04:42-də 1000 ABŞ dolları məbləğində; 45) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 16:46-da 300 ABŞ dolları məbləğində; 46) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2022-ci il tarixdə saat 16:01-də 500 ABŞ dolları məbləğində; 47) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2024-cü il tarixdə saat 19:02-də 1700 manat məbləğində; 48) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 17:14-də 1000 ABŞ dolları məbləğində; 49) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 17:30-da 500 ABŞ dolları məbləğində; 50) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 23:28-də 500 ABŞ dolları məbləğində; 51) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2022-ci il tarixdə saat 14:54-də 1625 ABŞ dolları məbləğində; 52) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2022-ci il tarixdə saat 01:13-də 500 ABŞ dolları məbləğində; 53) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2024-cü il tarixdə saat 04:43-də 500 ABŞ dolları məbləğində; 54) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 00:37-də 200 ABŞ dolları məbləğində; 55) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2022-ci il tarixdə saat 17:41-də 1000 ABŞ dolları məbləğində; 56) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2024-cü il tarixdə saat 16:09-da 850 manat məbləğində; 57) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 00:10-da 500 ABŞ dolları məbləğində; 58) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 18:54-də 500 ABŞ dolları məbləğində; 59) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2024-cü il tarixdə saat 21:19-da 1000 ABŞ dolları məbləğində; 60) Zolotaya Korona ödəniş sistemi vasitəsi və ********* əməliyyat seriyası ilə xx.xx.2023-cü il tarixdə saat 18:41-də 100 ABŞ dolları məbləğində; 61) eManat ödəniş sistemi vasitəsi və ********** əməliyyat seriyası ilə 510307******5492 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 13:18-də 850 manat məbləğində; 62) 416973******8003 nömrəli kart hesabına 500 manat məbləğində olmaqla ümumilikdə 33330 manat və 17125 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh İddiaçı geri qaytarmaq şərtilə borc pul istəmiş, iddiaçı tərəfindən ona 40000 ABŞ dolları məbləğində pul verilmişdir. Lakin borclu bu günə kimi üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyinə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdeh tərəf üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, bu da iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə borc münasibətlərinin mövcudluğuna nisbətdə qeyd edir ki, tərəflər arasında “WhatsApp” platforması üzərindən aparılmış yazışmalar, təqdim edilmiş iltizam sənədləri və müvafiq çeklərdən aydın görünür ki, İddiaçı tərəfindən Cavabdeh borc verilmiş və həmin borcun geri qaytarılması ilə bağlı tərəflər arasında mübahisə yaranmışdır. Habelə iddiaçı ilə cavabdeh arasında müqavilə predmeti qismində 40000 ABŞ dolları olmaqla borc münasibətlərinin mövcudluğu onlar tərəfindən də etiraf olunur və iş üzrə mübahisələndirilməyən halı təşkil etməkdədir. İş materiallarında siyahıya alınmış 15 (30 manat), 18 (345 manat), 25 (500 manat), 27 (340 manat) və 62 (500 manat) saylı qəbzlərə münasibətdə məhkəmə qeyd edir ki, həmin qəbzlərdə göstərilən vəsaitin cavabdeh tərəfindən iddiaçıya göndərilməsi sübut olunmur. Belə ki, həmin qəbzlərdəki məlumatlarla pul alan tərəf iddiaçı olması müəyyən olunmur. Qanunvericiliyin tələblərinə əsasən borc məbləğlərinin ödənilməsini sübut etmək yükünü borcalan, yəni cavabdeh daşıyır. İş üzrə əlavə edilmiş materiallardan göründüyü kimi Cavabdeh bu vəzifəni yerinə yetirmək üçün məhkəməyə çoxsaylı mədaxil qəbzləri təqdim etmişdir. Həmin qəbzlər məhkəmə tərəfindən nəzərdən keçirilmiş və aparılmış hesablamalar nəticəsində ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilməklə İddiaçı 33330 manat (qətnamə çıxarılan tarixə 1 Azərbaycan manatı = 0,59 ABŞ dolları məzənnəsi nəzərə alınmaqla, 33330*0,59=19665 ABŞ dolları) və 17125 ABŞ dolları olmaqla, ümumilikdə 36790 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılması müəyyənləşdirilmişdir. Diqqət yetirilməlidir ki, hazırki iş üzrə ödəmələrin təyinatı ilə bağlı tərəflər arasında fikir ayrılığı mövcuddur. Belə ki, iddiaçı ərizəsində tələbin əsası kimi cavabdehə müvafiq məbləğlərin gəlir əldə etmək məqsədi ilə şifahi razılıqla verildiyini qeyd edir. İddiaçı pul müqabilində dövri olaraq gəlir əldə etmək niyyətini və onun realizəsi üçün borc münasibətlərinə daxil olduqlarını vurğulasa da, istinad etdiyi halı sübut etmək üçün məzmununda müxtəlif məbləğlər və qarşısında müvafiq faiz gəlirlərini əks etdirən natamam sənəd təqdim etməklə kifayətlənir. Cavabdeh isə pul köçürmələrinin sadəcə 40000 ABŞ dolları ilə bağlı baş tutması və öhdəliklərinin təkcə borc verilmiş həmin məbləğin geri qaytarılmasından ibarət olması mövqeyindən çıxış etməkdədir. Məhkəmə iddiaçının xeyir götürmək üçün borc verilməsi barədə mülahizəsinə münasibətdə bildirir ki, investisiya qoyuluşu xarakterli addımların atılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada tərəflər arasında hər hansı müqavilə tərtib edilməmiş və ya bu cür müqavilə varsa belə, məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən dəlil kimi iş materiallarına əlavə edilmiş gəlir göstəricilərinə dair sənəd isə özündə heç bir rekviziti əks etdirməyərək, onun kim tərəfindən hazırlanması və imzalanmasını aydınlaşdırmağa imkan vermir və hüquqi qüvvəyə malik deyildir. Odur ki, iddiaçının iddia ərizəsində, nümayəndəsi və vəkilinin məhkəmə iclasında cavabdeh tərəfindən ona ödənildiyini bildirdiyi 10000 ABŞ dollarını gəlir hesab edərək onu əsas borcun hissə-hissə qaytarılması kimi deyil, maddi fayda kimi qiymətləndirməsi düzgün deyildir və bütövlükdə qaytarılmış məbləğlər əsas borcdan silinməlidir. Həmçinin iltizamda Cavabdeh İddiaçı 40000 dollar pulu borc götürməsi təsbit olunmuşdur ki, ona əsaslanaraq iddiaçı tərəfindən pulun verilməsi və cavadehin hissə-hissə pulu qaytarması tərəflər arasında şifahi borc müqaviləsinin bağlanmasını təcəssüm etməkdədir. Habelə nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən cavabdehin qaytardığı pulun borca görə verilmiş olmaması faktı sübuta yetirilməmişdir. Yuxarıda sadalananların məcmusunda məhkəmə vurğulayır ki, cavabdeh tərəfindən iddiaçıya 36790 ABŞ dolları geri qaytarıldığından, iddiaçı əsas borcun qalıq məbləğini yəni 3210 ABŞ dollarını tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin olunmalıdır. Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. İddia tələbinin illik 5 faizdən hesablanmaqla son iki il üçün 6800 manat faiz borcun ödənilməsi hissəsinə nisbətdə məhkəmə qeyd edir ki, faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Bu məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Lakin iş üzrə təqdim olunmuş iltizamda öhdəliklərin icrası üzrə borc məbləğinin hansı müddət ərzində geri qaytarılmalı olması şərtləşdirilməmiş və bu səbəbdən cavabdeh müxtəlif vaxtlarda hissə-hissə köçürmələr etməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir. Yəni ilk növbədə öhdəliyin icrasının gecikdirilməsi və iddiaçının ziyana düşməsi halları öz təsdiqini tapmır. Habelə öhdəliyin icrası müddətini kreditorun tələb anı ilə təyin etsək belə, borcun qaytarılması ilə bağlı danışıqların aparıldığı 2022-ci il tarixdən başlayaraq vaxtaşırı cavabdeh köçürmələr həyata keçirməkdədir. Nəzərə alsaq ki, 40000 ABŞ dolları kifayət qədər yüksək bir məbləğdir və onun tam ödənilməsi zaman alır, bu səbəbdən və cavabdehin daimi şəkildə ödənişlər etməsi və az miqdarda qalıq borcunun olması onun öhdəliklərini ağlabatan müddət ərzində vicdanla icra etdiyini deməyə əsas verir. Məhkəmə hüquqi yardımla bağlı iddiaçının ödədiyi 500 manat pul tələbinin qismən təmin edilməsi qənaətindədir. Belə ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 500 manat vəsaitin ödənilməsinə dair sübut təqdim edilməsə belə, onun hüquq və mənafeyinin faktiki olaraq məhkəmədə vəkil tərəfindən müdafiə olunması, ödənişli əsaslarla vəkil xidmətinin göstərilməsi və ümumiyyətlə işin hallarını, iddianın qismən təmin edilməsinı nəzərə alınaraq, məhkəmə hüquqi yardıma görə ödənilmiş pulun 200 manat hissədə ağlabatan hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 115.0-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3210 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) məbləğində əsas borc və vəkil xərci kimi ödənilmiş 300 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 314,40 manatın 24 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3210 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) məbləğində əsas borc, vəkil xərci kimi ödənilmiş 300 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 314,40 manatın 24 manatı tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar