Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1659/2024 16.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2813,64 manat və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X7” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 67x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtıərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki,İddiaçı MMC-nin – OBA Qızıldaş 1 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü iltarixində aparılmış İnventarizasiya(mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə 2917 manat 72 qəpik zərər vurması müəyyən edilmiş, eyni tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2813 manat 64 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlımaddiməsuliyyət daşıyırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, X6 filialında işləmişdir. Həmin ərəfədə mağaza açılışa hazırlanırdı. Satış üçün malların gətirildiyi bir gün güclü yağış başladığı, ona kömək edə biləcək işçi olmadığı üçün sayım həyata keçirilmədən malları qəbul etdi. Belə ki, mallar yağışın altında qalıb xarab ola bilərdi. Bir neçə gün sonra malların sayında çatışmazlıq olduğu aşkar edildi. Bu barədə onun tərəfindən məlumat verildi. İddia tələbini yalnız kassa kəsiri hissəsində qəbul edir. İddiaçı tərəfindən təqdim edilən akt fevral ayının 2-də tərtib olunsa da, faktiki olaraq o yanvarın 16-dan işləməmiş və onun funksiyalarını digər şəxs həyata keçirmişdir. İşə gəlməməsi barədə əmri ona bölgə müdiri vermişdir. Ondan sonra administrator vəzifəsində işləyən şəxs isə işdən uzaqlaşdırılmış və işlədiyi dövrdə nöqsanlara yol verdiyi müəyyən edilmişdir. Belə olan təqdirdə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğin hamısının ondan tutulması ədalətli deyil. Belə ki kəsrin onun işlədiyi, yoxsa ondan sonrakı administratorun işlədiyi dövrdə yarandığını müəyən etmək qeyri-mümkündür. O həftələrlə istirahətsiz işləmişdir və yorğun idi. O kassa kəsirini ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. İddiaçı tərəfindən tələb edilən maddi ziyan cavabdehin təqsiri ucbatından meydana gəlməmişdir. Belə ki, həmin dövrlərdə cavabdeh orada işləməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirmişdir ki, o cavabdeh ilə birlikdə işləmişdir. O iddiaçı olan MMC-də 4 ay işləmiş, daha sonra işdən çıxmışdır. Cavabdeh isə təxminən 15-16 yanvar tarixlərində işdən çıxmışdır və ondan sonra başqası işləmişdir. Həmin vaxt şahid Qızıldaş filialında işləmiş, Bahadur ora gəlməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Qardaşı işdən öz istəyi ilə çıxmışdır. O mağazanın açılışı zamanı məzuniyyətdə olduğu üçün qardaşı onu köməyə çağırmışdır. Şirkət tərəfindən operativ sayım aparılırdı, o isə vitrinin səliqəyə salınmasına köməklik göstərmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan 14 iyul 2022-ci il tarixli ərizədən görünür ki, onu Satış Departamentinə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş edir. - “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətində “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmişdir. - Satıcı-kassir vəzifə təlimatından görünür ki, işçi maddi məsuliyyət müqaviləsi çərçivəsində istifadəsində olan avadanlıq və digər vasitələrə görə məsuliyyət daşıyır. Maddi və maliyə vəsaitini, xidmət üçün təyin edilmiş xüsusi vasitələri təyinatından kənar, şəxsi məqsədlər üçün istifadəsinə görə məsuliyyət daşıyır. - “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 iyul 2022-ci il tarixli 333 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin Satış Departamentinin satış şöbəsinə 14 iyul 2022-ci il tarixindən etibarən satıcı-kasir vəzifəsinə işə qəbul edilmişdir. - “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 700 saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış departamentinin satış şöbəsində xx.xx.2022-ci il tariixndən administrator vəzifəsinə keçirilmişdir. - “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən cəmiyyətin satış departamentinin satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. - 22 dekabr 2022-ci il tarixli X7 haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh iddiaçı MMC-də administrator vəzifəsinə qəbul edilərkən, tam maddi məsul vəzifəyə işə qəbul edilmiş və işçiyə etibar edilmişdir. - 02 fevral 2023-cü il tarixli “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin inventarizasiya komissiyasına iltizamnamədən görünür ki, Cavabdeh sayımda tam iştirak etmiş, sayılan miqdarlar yoxlanılmış, sayım qrupuna etirazı olmamışdır. - 02 fevral 2023-cü il tarixli OBA-Qızıldaş filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, 2243 manat əskikgəlmə məbləği müəyyən edilmişdir. Həmin akt “inventarizasiya nəticələri mənim iştirakım ilə aparıldı. Çıxarılan nəticə ilə razıyam” qeydi ilə cavabdeh tərəfindən imzalanmamışdır. - “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 fevral 2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlana yekun nəticələrin “təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh tələb edilmiş, “təbii itki norması” satış dövriyyəsinin 0,15 faizi müəyyən edilməsi, Daxili Nəzarət Departamenti və ümumi işlər şöbəsi əmrdən irəli gələn məsələlərin həll edilməsini təmin etməlidir. - “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixindən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş edir. - “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən AR ƏMək Məcəlləsinin 68.2 “a” (tərəflərin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. - “Oba Market"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh borcun ödəməsinə dair 26 iyul 2023-cü il tarixli xəbərdarlıq göndərmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. - İddiaçı “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 19 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, 19 dekabr 2023cü il tarixinə ümumi borcu 2813,64 manat təşkil edir. Cavabdeh tərəfindən təqdim edilən cd diskdə olan görünütlərdən görünür ki, şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmayan şəxs tərəfindən mallar daşınaraq yığılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ilə iddiaçı “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə əsasən, cavabdeh MMC-də satıcı-kassir, sonradan isə administrator vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda tərəflər arasında 22 dekabr 2022-ci il tarixli X7 haqqında müqaviləyə əsasən cavabdeh iddiaçı MMC-də işlədiyi müddətdə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması və s. öhdəliklərin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Eyni Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 202-ci maddəsinin 1ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, işəgötürən iddiaçı MMC tərəfindən 02 fevral 2023-cü il tarixdə OBA-Qızıldaş filialında aparılmış inventarizasiya nəticəsində maddi sərvətlərin miqdarında əskikgəlmələr müəyyən edilmişdir. Həmin vaxt filialın müdiri və maddi-məsul şəxs cavabdeh olmuşdur. Cavabdeh nəzarətində olan maddi sərvətlərin əskikgəlmələri nəticəsində tərəfindən 2243 manat iddiaçıya ziyan vurulması müəyyən edilmişdir. Məhkəmə cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh həmin dövrdə orada işləmədiyini bildirsə də, xx.xx.2023-cü il tarixli əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə özü tərəfindən təqdim edilmiş 15 fevral 2023-cü il tarixli ərizəyə əsasən, 15 mart 2023-cü il tarixində AR ƏM-nin 68.2-ci maddəsinina bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Eyni zamanda 02 fevral 2023cü il tarixli “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin inventarizasiya komissiyasına iltizamnamədən görünür ki, Cavabdeh sayımda tam iştirak etmiş, sayılan miqdarlar yoxlanılmış, sayım qrupuna etirazı olmamışdır. Buradan müəyyən edilir ki, cavabdehin etirazı mülahizələrdən ibarətdir və onun tərəfindən qeyd etdiyi faktları təsdiq edəcək sübutlar təqdim edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən cd diskdə olan görüntülərə qiymət verərək, bildirir ki, həmin görüntülərdə olan şəxsin kim olması qeyri-müəyyəndir. Eyni zamanda görüntülərdən həmin yerin İddiaçınə məxsus filial olmasını da müəyyənləşdirmək qeyri-mümkündür. Bu səbədən də təqdim edilən cd diskdə olan görüntülər mötəbər sübut qismində dyərləndirilə bilməz. Məhkəmə şahidlərin ifadəsinə də qiymət verərək hesab edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Belə ki, şahid qismində dəvət edilənlərdən birinin cavabdehin qardaşı, digərinin cavabdeh ilə yaxın münasibətlərdə olması, mülki işin materialları ilə təsdiqlənməməsi nəzərə alınaraq onların ifadələrinin inandırıcılığı məhkəmədə şübhə yaratması səbəbindən onların ifadəsi mötəbər sübut qismində qiymətləndirilmir. Göründüyü kimi, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçıya zərər vurulması iş materialları ilə öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı qanunvericiliyin tələblərinə əsasən ona vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən, məhkəmə qeyd edir ki, cavabdehin etirazının dəlilləri, şahidlərin ifadələrində səsləndirdikləri fikirlər həqiqət olsa belə, iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdeh öz istəyi ilə əmək müqaviləsi imzalayaraq əmək fəaliyyətinə başlamışdır. Maddi məsuliyyət barədə müqaviləni də şəxsən imzalamışdır. Belə olan təqdirdə əmək müqaviləsinə xitam verilmədən başqa bir şəxsin onun vəzifələrini icra etməsi halında bu barədə ona görstəriş verən şəxs barədə rəhərliyinə bildirə, əmək müqaviləsinə xitam edilməsini tələb edə bilərdi. Lakin cavabdeh tərəfindən belə bir addım atılmamışdır. Eyni zamanda cavabdeh özü öz izahatında bildirir ki, mağazaya mallar gəllən zaman sayımı həyata keçirməmiş, daha sonra inventarizasiyada əksiklərin olduğu aşkar edilmişdir. Eyni zamanda kassa kəsirinin olması barədə də özü etirafedici izahatlar verir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin etirazı özünümüdafiə xarakteri daşıyır, etirazın dəlilləri mülki işin materialları ilə öz təsdiqini tapmır və məhkəmə onları ağlabatan mühakimə əsasında inandırıcı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 2813,64 manat məbləğində vurulmuş ziyan alınaraq, İddiaçınə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı mediasiya şurasına müraciət etməsi üçün 60 manat ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının mediasiya xərcinin ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC-yə vurulmuş ziyana görə cavabdeh tərəfindən 2813,64 (iki min səkkiz yüz on üç manat altmış dörd qəpik) manat və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1659/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1659/2024
16.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver