Məhkəmə qərarları › İş №e-2(005)-1674/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1674/2021

20.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1674/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi X3, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” MMCnin nümayəndəsi X4 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı “mənzilin və açarlarının təhvil verilməsi və mənzilə istifadə hüquqlarının tanınmasına dair” ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “xxxx” MMC cəlb edilməklə) mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı “mənzilin və açarlarının təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınmasına dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, giriş C blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 73,30 kv.m olan B01 saylı, 2 otaqlı mənzilin və açarlarının ona təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınması” barədə qətnamə qəbul olunmasını, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTKnin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, giriş C blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 73,30 kv.m olan B01 saylı, 2 otaqlı mənzilə dair 03 noyabr 2018-ci il tarixli C-060/06 saylı müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 03 noyabr 2018-ci il tarixdə "Cavabdeh" MTK ilə ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasından pay barədə müqavilə bağlamışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən ünvan 1 ünvanında inşa edilən binanın giriş C blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 84,27 kv.m., yaşayış sahəsi 73,30 kv.m., olan B01 saylı, 2 otaqlı mənzil bir pay kimi iddiaçıya verilməlidir. Həmin mənzilin (payın) dəyəri 1 kv.m. üçün 1 300 manat, cəmi 109 551 manat müəyyən edilmişdi və iddiaçı həmin məbləği tam ödəmişdir. Mənzilin dəyərinin tam ödənilməsi faktı həm MTK-mn direktoru D.T.Rəsulovun imzaladığı qeyd olunan müqavilənin 4.1-ci maddəsində, həm də həmin şəxsin imzaladığı 03 noyabr 2018-ci il tarixli Arayışında öz əksini tapmışdır. Lakin həmin vaxtdan 2 il keçməsinə baxmayaraq MTK mənzili iddiaçıya vermir, ora girməyinə, ondan istifadə edib müəyyən işlər görməyinə mane olur. Əksinə, onda həmin mənzili MTK tərəfindən qanunsuz olaraq başqa şəxslərin istifadəsinə verməsi şübhəsi var. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı cavabdeh "Cavabdeh” Mənzil-Tikinti Kooperativinə qarşı ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,30 kv.metr olan B01 saylı 2 otaqlı mənzilin aşarlarının iddiaçıya təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə e- 2(005)- 1674/2021saylı mülki iş məhkəmənin icraatındadır. Qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh ” MTK ilə Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,30 kv.metr olan B01 saylı izolə olunmuş 2 otaqdan ibarət mənzilə dair 03 noyabr 2018-ci il tarixli C-060/06 saylı müqavilə bağlamışlar. Əlavə olaraq qarşılıqlı iddiaçı bildirir ki, ünvan 2 ünvanda 25 yanvar 2018-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1. X17- 50 manat, 50 pay haqqı, 50%, 2. X28 - 20 manat, 20 pay haqqı, 20 %, 3. X19 5 manat, 5 pay haqqı, 5%, 4. X10 5 manat, 5 pay haqqı, 5% və X29 - 20 manat, 20 pay haqqı, 20%) Cavabdeh Mənzil- Tikinti Kooperatini təsis etmişlər. "Cavabdeh ” Mənzil-Tikinti Kooperativi ünvan 3 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə xxxx "xxxx" MMC ilə "Cavabdeh"MTK arasında 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli əlavə dəyər vergisi ilə birlikdə 5900000-00 (Beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. xxxx "xxxx" MMC ilə “Cavabdeh " MTK arasında bağlanmış 05 oktyabr 2019cu il tarixli razılaşma müqaviləsi ilə tərəfər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda 05 oktyabr 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər xxxxyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri-yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq "ŞƏHƏR İNCİSİ" yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin Kooperatvin digər üzvüləri X18, Əliyev Araz Təmiraz oğlu və onun qardaşı Əliyev Tahir Təmiraz oğlu, X28 tərəfindən aparılması, X8 tikinti işlərində və Kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və Kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X9 verilməsi üçün Kooperativin digər üzvlərinin razılığı ilə X20 tərəfindən kooperativin digər üzvü X9 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış Etibarnamə verilmişdir. "Cavabdeh ” MTK-nın üzvü X20 tərəfindən "Cavabdeh " MTK-nın digər üzvü X9 verilən 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X1 təşkilat olan "xxxx" MMC'-yə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X6 qeyri qanuni hərəkətlərindən xəbər tutan X20 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur ki, X18 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və (X28 əlbir olaraq xxxxyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. X18 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X28 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər. X18 və Əliyev Tahir Təmiraz oğlu hal-hazırda ölkə hüdudlarından kənardadırlar. Beləliklə qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh " MTK ya qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında bağlanmış 03 noyabr 2018-ci il tarixli C-060/06 saylı müqavilə üzrə ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,30 kv.metr olan B01 saylı izolə olunmuş 2 otaqdan ibarət mənzilə dair qeyri qanuni olaraq, heç bir hüquqi əsası olmayan müqavilə bağlamışlar. Belə ki, "Cavabdeh" MTK ilə "xxxx" MMC arasında bağlanmış müqavilə, iddiaçı "Cavabdeh" MTK-ya podaratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X29, X18, X22 etibardan sui istifadə edərək, qeyriləri ilə əlbir olaraq 3-cü şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq küllü miqdarda vəsaitlərini mənimsəmişlər. Tərəflər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də MTK üzvülərinin maraqlarına xidmət edir. Birincisi: cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurmuşdur? İkincisi: Mənzilin dəyərini kimə və vaxt ödəmişdir? Üçüncüsü: "Cavabdeh ” MTK-nın mənzilləri olmadığı halda hansı mənzilləri satmışdır? Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh” MTK adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondadır ki, qarşılıqlı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı niyə binanın tikintisi üçün hüquq müəyyən edici sənəd tələb etməmişlər. Yəni ünvan 1 ünvanında tikilən ev, kimə məxsus olması qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən soruşulmamışdır. Daha sonra mənzilin dəyəri qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməmişdir. Mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyətlərini həyata keçirmək üçün bağlanmışdır. Beh olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın balansında mənzil olmayıb və hal-hazırdada yoxdur. Bağlanmış müqavilədə olan imzalar icraçı direktora aid deyil və onun tərəfindən bağlanmamışdır. Göstərilənlərdən aydın olur ki, mübahisəiəndirilən işin tərkibində cinayət tərkibi var, bu səbəbdən də e-2(005)- 1674/2021 saylı mülki iş üzrə cinayət tərkibinin olması barədə aidiyyatı orqanlara məlumat verilməlidir. Beləliklə qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh" MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ararsında ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,30 kv.metr olan B01 saylı izolə olunmuş 2 otaqdan ibarət mənzilə dair 03 noyabr 2018-ci il tarixli C-060/06 saylı müqavilə əhəmiyyətsiz müqavilədir. Əhəmiyyətsiz müqavilə bağlandığı andan etibarsızdır. Beh olan halda yuxarıda göstərilən 03 noyabr 2018-ci il tarixli C-060/06 saylı müqavilə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Həmçinin qarşılıqlı iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi X7 20.04.2020-ci il tarixdə məhkəməyə dəftərxna vasitəsi ilə vəsatət təqdim edərək ilkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,30 kv.metr olan B01 saylı 2 otaqlı mənzilin açarlarının iddiaçıya təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə e- 2(005)-1674/2021 saylı mülki iş məhkəmənin icraatındadır. Qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh ” MTK ilə Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ararsında ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunda 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,30 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət B01 saylı, mənzilə dair 03 noyabr 2018-ci il tarixli B-060/06 saylı müqavilə bağlamışlar. Əlavə olaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ararsında ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunda 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 184,27 kv.m yaşayış sahəsi, 73,30 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət B01 saylı, mənzilə dair 03 noyabr 2018-ci il tarixli B-060 06 saylı müqavilə və maliyyə arayışı üzrə imzalar “Cavabdeh ” MTK-nın icraçı direktoruna məxsus deyil. Belə olan halda ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş iddia üzrə göstərilən hallar tam şəkildə cinayət xarakterlidir. Belə ki, ilkin idda üzrə cavabdehin əmlakı olmadığı, (yəni mənzili olmadığı) halda necə mənzil satır, bu isə sual doğrur. Belə ki, ilkin iddia üzrə cavabdeh bir hüququ əldə etmədiyi halda başqasına necə bu hüququ verir, bu halda sual olaraq qalır. Əlavə olaraq bu iş üzrə cavabdehin vəzifəli şəxsi ilə bərabər bir neçə nəfər əlbir olmuş və vətəndaşlara qarşı dələduzluq etməklə mənzillərin alqı-satqısı adı altında vətəndaşları aldatmaqla külli miqdarda pullarını mənimsəmişlər. Beləliklə yuxarıda göstərilən tələb üzrə e-2(005)-1674/2021 saylı işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308, 309 və 310-cu maddələrinin tərkibi müəyyən edilir. Buradanda məlumdur ki, mülki işin tərkibində cinayət əməlləri var. Belə olan halda icraatda olan işin həmin hissəsinin araşdırması bilvasitə hüquq mühafizə orqanlarına aid olduğundan məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə müvafiq olaraq xüsusi qərardad çıxarılmalıdır. E-2(005)-1674/2021 saylı iş materiallarında cinayət əməlinin tanınması və prokurorluq orqanlarına göndərilməsi barədə xüsusi qərardad qəbul qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda “xxxx” MMC-nin nümayəndəsi X11 13.04.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 55.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Qanunun bu tələbinə əsasən, “xxxx” MMC-in mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etsə də iddia ərizəsi ilə müraciət etmədiyindən onun ərizəsi üçüncü şəxs qismində cəlb olunmaya dair prosessual vəsatət kimi qiymətləndirilmiş və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X11 məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilə istifadə hüququnun tanınması barədə e-2(005)-1674/2021 nömrəli mülki iş halhazırda məhkəmənin icraatındadır. İddiaçı məhkəməyə müraciət edərək ünvan 4 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.m olan B01 saylı 2 otaqlı mənzili İddiaçı sahiblik və istifadə hüququnun tanınmasını və cavabdehlər Cavabdeh MTK və “xxxx” MMC tərəfindən ünvan 5 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.m olan B01 saylı 2 otaqlı mənzili İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, İddiaçı ilə “Cavabdeh" MTK arasında müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən Cavabdeh MTK ünvan 6 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.m olan B01 saylı 2 otaqlı mənzilin payçıya verilməsini və payçı isə müqavilə dəyərinin kooperativə ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC (“xxxx”) ilə Cavabdeh MTK (“Podratçı”) arasında 05 iyul 2018-ci il tarixdə № 0507/01-18 saylı “Podrat” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Podratçı” “xxxx”nin tapşırığına uyğun olaraq, layihəsi “Azərdövlətlayihə” tərəfindən hazırlanmış, ünvan 3 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlmişlər. “xxxx” MMC ilə Cavabdeh MTK arasında bağlanmış 5 iyul 2018-ci il tarixli müqavilə ilə görüləcək işlərin ümumi dəyəri 5,000,000 AZN (beş milyon) manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.1 bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan işlərin ümumi dəyəri podratçı tərəfindən müvafiq qaydada hesablanmış və xxxxyə təqdim olunmuş işlər həcminə əsasən müəyyən edilir. Müqavilə üzrə görüləcək işlərin icrası, təhvili və dəyərin ödənilməsi müqaviləyə əlavə olunacaq təhvil qəbul aktlarına və tərəflərin imzaladıqları digər yazılı razılaşmalarda göstərilən ardıcıllıqla həyata keçirilir. Bağlanmış “podrat” müqaviləsinə əsasən, podratçı, xxxxnin tapşırığı ilə özünün və ya xxxxnin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. xxxx isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürmişdür. xxxx “xxxx” MMC ilə podratçı Cavabdeh MTK arasında ünvan 7 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 5 iyul 2018-ci il tarixli 0507'01-18 saylı müqavilə üzrə Cavabdeh MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən xxxx müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, “Cavabdeh" MTK-nın icraçı direktoru X12 tərəfindən MTKnın digər payçıları olan X20, X28, X19, X29 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim” Aktından görünür ki, tərəflər “A” və “B" blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki, “Podratçı" tərəfindən (on iki min yeddi yüz əlli səkkiz, 23) kv.m həcmində beton (taxta-qəlib) işləri yerinə yetirilmişdir. Sözügedən akta əsasən “Podratçı” tərəfindən ümumi dəyəri 6.490.000.00 (ƏDV daxil) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetirilmiş, kv.m (on iki min yeddi yüz əlli səkkiz, 23) olan tikinti quraşdırma işlərinin müqabilində, Podratçıya 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəlmişlər. Sonradan 21 yanvar 2020-ci il tarixdə A və B blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim Aktı”na əsasən xxxx tərəfindən Podratçıya 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. 24 yanvar 2020-ci il tarixdə isə podratçı tərəfindən xxxxyə məktub göndərilərək, “təhvil-təslim aktı”nın və “Mənzillərin Bölgü Aktının müddəalarına uyğun olaraq 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin onlar tərəfindən göstəriləcək şəxslərin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Lakin halhazırda Cavabdeh MTK 12.03.2020-ci il tarixdə 07.01.2020-ci il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. E-2- 2(113)-113/2021 nömrəli iş Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır. İş üzrə dəfələrlə məhkəmə baxışı təyin edilmiş, 15 məhkəmə iclası keçirilmişdir. 19.03.2021-ci il tarixli qərardad ilə iş üzrə icraat dayandırılmış, məhkəmə Cavabdeh MTK tərəfindən görülən işlərin həcmi və işlərin görülməsinə sərf edilmiş materialların qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmişdir. “xxxx" MMC-nin iddiaçı qarşısında öhdəliyi Cavabdeh MTK-nın iddiasının təmin edilib- edilməməsindən asılıdır. Həmin təhvil-təslim aktına görə “xxxx” MMC-nin üzərinə müəyyən öhdəçilik götürmə ehtimalı vardır. Həmin təhvil-təslim aktı etibarsız sayıldığı halda, “xxxx” MMC-nin iddiaçı qarşısında heç bir öhdəçiliyi olmayacaqdır. Belə ki, təhvil- təslim aktının etibarsız sayıldığı halda iddiaçıya mənzil verilməsi barədə razılaşma öz əhəmiyyətini itirəcəkdir. Lakin, məlum olmuşdur ki, “xxxx”nin razılığı və xəbəri olmadan ona məxsus mənzillər, qeyri-yaşayış sahələri, o cümlədən qarajlara dair “Podratçı" tərəfindən digər şəxslərlə saxta müqavilələr bağlanılmışdır. Cavabdeh MTK-nın əməkdaşları tərəfindən saxta müqavilələrin tərtib olunması barədə ilk vaxtlar Cavabdeh MTK-nın özünə xəbərdarlıq, 24.02.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilmişdir. Cavabdeh MTK-nın direktoru Rəsulov D. tərəfindən “xxxx" MMC-yə məktub göndərilərək bildirilmişdir ki, Cavabdeh şirkəti olaraq üzərilərinə onu götürmüşlər ki, bundan sonra bütün alqı-satqı və barter əməliyyatlarını xxxxnin ümumi razılığı olmadan həyata keçirməyəcəkdirlər. Lakin Cavabdeh MTK-nın verdiyi zəmanətə baxmayaraq, qanunsuz əməllərini davam etdiyinə dair şübhələri vardır. Buna görə 18 aprel, 24 iyun və 10 iyul 2019-cu il tarixlərində Cavabdeh MTK-nın sədri X13 bildiriş-xəbərdarlıqlar ünvanlamış, Xəbərdarlıqlarda bildirmişdir ki, tərəflər arasında bağlanmış qüvvədə olan müqavilə və razılaşmalara əsasən tikinti işlərinin müqavilə üzrə vaxtında yerinə yetirilmir, tərəflər arasında yazışmalar nəticəsində razılaşdırılmış qrafıkdən geri qalır, “Cavabdeh" MTK-dan ətraflı rəsmi hesabatlar tələb etmişlər. Lakin qanuni tələblər diqqətə alınmamış, xəbərdarlıqların üçünə də cavab gəlməmiş, tələblər yerinə yetirilməmişdir. Göründüyü kimi, İddiaçının “Podradçı” Cavabdeh MTK ilə bağlanmış müqavilədən və qeyd olunan mənzilin onun mülkiyyətinə verilməsindən “xxxx" MMC-nin “xxxx" kimi heç bir razılığı olmamış və məlumatlandırılmamışdır. 24 fevral 2020ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru vanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında X2 olduğu Cavabdeh MTK-nın icraçı direktoru vəzifəsində işləmiş X5 qanunsuz hərəkətləri barədə fakt üzrə cinayət işi başlamışdır. Cinayət işinin başlanmasına səbəb və əsas "Cavabdeh” MTK-nın vəzifəli şəxslərinin xxxx “xxxx” MMC ilə bağlanmış müqavilə əsasında ünvan 8 ünvanında inşa etdikləri çoxmərtəbəli yaşayış binalarındakı mənzilləri hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxta müqavilələr əsasında ayrı-ayrı vətəndaşlara satmış və bununla da etibarlarından sui-istifadə etməklə onları aldadaraq külli miqdarda pul vəsaitlərini ələ keçirməsi və bununla bağlı toplanmış material üzrə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, xxxx “xxxx" MMC ilə podratçı Cavabdeh MTK arasında ünvan 7 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı müqavilə üzrə “Cavabdeh" MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən xxxx müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh MTK-nın icraçı direktoru X14 tərəfindən MTK-nın digər payçıları olan X20, X28, X19, X29 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrıayrı vətəndaşlara ümumilikdə 17.545.45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. Cinayət işi 03 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə başlanılmış və həmin tarixdə istintaqın aparılması Baş İdarənin istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi İ dərəcəli hüquqşünas X15 həvalə edildilməklə istintaqı aparılır. İddiaçının iddia ərizəsində paylı mülkiyyətlə əlaqədar istinad etdiyi istinad etdiyi Mülki Məcəllənin müddəalarına “xxxx” MMC-nin heç bir aidiyyəti yoxdur. Belə ki, “Cavabdeh" MTK ilə “xxxx” MMC arasında birgə fəaliyyət ilə əlaqədar heç bir müqavilə bağlanmamışdır. Məhkəmənin nəzərinə bir daha çatdırırıq ki, Cavabdeh MTK-nın öhdəçiliyinin təmin edilməsi barədə “xxxx” MMC üzərinə heç bir öhdəçilik götürməmişdir. “xxxx” MMC-nin həmçinin iddiaçıya hər hansı mənzil verilməsi öhdəçiliyi olmamış və iddiaçı ilə “xxxx” MMC arasında heç bir razılaşma, müqavilə öhdəçiliyi olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Qeyd olunan hüquq normalarına əsasən, iddiaçının Cavabdeh MTK ilə bağladığı müqavilə üzrə mənzilin dəyərinin ödənilməsi, yaxud nə qədər ödənilməsi faktı müəyyən edildikdən sonra, müqavilə ilə ödənilmiş muzd barədə mədaxil qəbzinin qanuna uyğunluğunu, ümumiyyətlə həmin muzdun ödənilməsi barədə heç bir sübut müəyyən edilməmişdir. İddiaçı öz hüququndan sui-istifadə etməklə “xxxx” MMC-nin heç bir öhdəçiliyi olmadan işə cəlb etmiş, Cavabdeh MTK-dan mənzil tələbi yox, ona vurulmuş zərər məbləği barədə iddia qaldırması daha qanuna uyğun, məqsədə müvafiq olardı. İddiaçı iddia tələbi təmin edilməsin, ünvan 4 ünvanında inşa edilən 3 girişili 21 mərtəbəli yaşayış evinin Giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.m olan B01 saylı 2 otaqlı mənzil üzrə “Cavabdeh" MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi X7 ilkin iddia ərizəsinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X11 iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Cavabdeh 03.11.2018-ci il tarixli C-60/06 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C, blokunda 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 m2 yaşayış sahəsi 73,30 m2 olan izolə olunmuş 2 otaqdan ibarət B01 saylı mənzilin “payçıya” verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürürlər. Cavabdeh MTK-nın kassa mədaxil orderirinin qəzinin surətindən görünür ki, İddiaçı mənzilə görə 109.551,0 (yüz doqquz min beş yüz əlli bir) manat məbləğində pul vəsaitini kassaya mədaxil etmişdir. Cavabdeh MTK-nın 03.11.2018-ci il tarixli 38 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ona görə ki, o həqiqətən Cavabdeh MTK-nın ünvan 9 ünvanında inşa etdiyi yaşayış kompleksində C blokunun 06-cı mərtəbəsində yerləşən, 2 otaqlı ümumi sahəsi 84.27 m2, C01 nömrəli mənzilin dəyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə C-60/06 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06.10.2020-ci il tarixli **********43 nömrəli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, giriş C blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 84.27 kv.m yaşayış sahəsi 73.30 kv.m olan B01 saylı mənzili daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatdan keçməmişdir. 07.09.2020-ci il tarixli qeyd olunan qərardad 14.09.2020-ci il tarixdə icra olunaraq qeydiyyata alınmamış əmlaklara qoulmuş məhdudiyyətlər bazasında qeyd olunan mənzilin üzərinə qadağa qoyulmuşdur. Cavabdeh “xxxx” MMC-yə ünvanlanmış 25.01.2020-ci il tarixli 023 nömrəli məktubun surətindən görünür ki, “xxxx”xxxx“Cavabdeh MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetrilmiş Tikinti Quraşdırma işlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim” aktı-nın, habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq, aşağıda adı,soyadı və digər məlumatları qeyd olunan şəxsin adına rəsimləşdirlməsi xahiş edilmişdir. İddiaçı Cavabdeh Mənzil Tikinti Şirkətinə ünvanladığı 17.01.2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh MTK tərəfindən 03.11.2018-ci il tarixdə müqavilə bağlanılaraq mənzil alınmışdır. Müqavilədə göstərilən məbləğin tam ödənilərək maliyyə arayışının və ödəniş qəbzi alındığını, binanın 2019-cu ilin sonuna qədər təhvil verilcəyi bildirilsə də hələ də mənzillə təmin olunmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi ev 13/15-də yerləşən binanın C bloku, 6-cı mərtəbə, sıra 1 nömrəli mənzili iddiaçıya təhvil verilməsini, əks halda bununla bağlı hüqu-mühafizə orqanlarına hüquqularının bərpası üçün müraciət ediləcəyi qeyd edilmişdir. 05 iyul 2018-ci il tarixli № 0507/01-18 nömrəli müqavilənin surətindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş və mövcud olan, hüquqi ünvanı: Azərbaycan Respublikası, ünvan 10lət mülkiyyətində olan hüquqi şəxs, “xxxx” MMC, X16 şəxsində bundan sonra “xxxx” adlandırılacaq və digər tərəfdən Cavabdeh MTK (VÖEN **********), X18 şəxsində, bundan sonra “Podratçı” adlandırılacaq, xxxxnin tapşırığına uyğun olaraq, “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 3 ünvanında yerləşən 3, bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair (burada “iş” adlanacaq) texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlinərək ehtimal olunan qiymət 5,000,000.00 (beş milyon) manat məbləğində ödəniş yerinə yetirilmiş işlər həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müvafiq həcmdə mənzil sahəsi ilə əvəz (barter) edilməsi müəyyən edilmişdir. Cavabdeh MTK tərəfindən X13 ünvanlanmış 08.04.2019-cu il 06.2019-cu il, 07.2019cu il tarixlərdə 12/72 nömrəli bildiriş-xəbərdarlığın surətindən görünür ki, 03 fevral 2018-ci il tarixində “xxxx”xxxxCavabdeh MTK arasında bağlanmış razılaşma və davamı olaraq 5 iyul 2018-ci il tarixli 01-18 saylı müqavilə tərəflər arasında müəyyən hüquq və vəzifələr qoyulmuşdur. Cavabdeh MTK “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani 13/15 ünvanlarında 21 mərtəbəli 3 girişli yaşayış binasını 24 ay müddətində tikib təhvil verməlidir. Cavabdeh MTK-nın apardığı işlər barədə mütəmadi olaraq “xxxx” MMCyə hesabat verilməli və görülən işlər 2 nömrəli forma ilə təsdiqlənməldir. Dəfərlərlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq Cavabdeh MTK hesabat verməkdən yayınır. Cavabdeh MTK satış səlahiyyətləri olmadığı halda, vətəndaşlara çox sayda mənzillər satmışdır. Belə ki, Cavabdeh MTK-nın icraçı direktoru Dilafir Rəsulovun “xxxx” MMC-yə ünvanladığı məktubda 15.02.2019-cu il tarixədək ******* AZN (dörd milyon doqquz yüz səksən doqquz min altı yüz yetmiş manat) dəyərində vətəndaşlarla alqı-satqı və barter əməliyyatları həyata keçirildiyini, bundan sonra alqı-satqı və barter əməliyyatlarının “xxxx” MMC-nin razılığı olmadan həyata keçirməyəcəyi barədə zəmanət versə də bu əməllər hazıradək davam etməkdədir. Bu əməllərin qeyri-qanuni və cinayət tərkibli olduğunu bir daha yazılı nəzərə çatdırıldığı və 20.04.2019-cu ilə qədər ətraflı hesabat verməyə dəvət etmişlər. Əks təqdirdə müqavilənin 9.1, 9.1.1, 9.1.2, 9.1.3 bəndlərinə əsasən işlər dərhal dayandırılaraq və bu əməllər barədə araşdırma aparılması üçün hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. Cavabdeh MTK-nın 30.10.2019-cu il tarixli 03 nömrəli məktubundan görünür ki, 05.10.2019-cu ildə “xxxx”xxxxCavabdeh MTK arasında bağlanmış razılaşma müqaviləsində 05.07.2018-ci il tarixli tərəflər arasında bağlanmış podrat müqaviləsi və ondan irəli gələn 1,2 və 3 saylı əlavələr ləğv edilmişdir. Bundan sonra tərəflər arasında əməkdaşlıq əsasında “Şəhər İncisi” yaşayış kompleksinin A və B bloklarına aiddir. Aid olduğu üçün Cavabdeh MTK-nın C bloku üzərində heç bir hüquq və iddiası qalmamışdır. Bunu nəzərə alaraq Cavabdeh MTK-nın C blokuna aid bağladığı satış müqavilələrini bir tərəfli qaydada ləğv edilmişdir. 07 yanvar 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, podratçı Cavabdeh MTK tərəfindən ümumi dəyəri 6,490,000.00 (ƏDV daxil) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetrilmiş, 12.758.23 kv.m (on iki min yeddi yüz əlli səkkiz, 23) olan TQİ-nin, habelə xxxx “xxxx” MMC-ə vergi məqsədləri üçün ödənilmiş 1,610,705.00 (bir milyon altı yüz on min yeddi yüz beş) manat vəsaitin müqabilində, podratçı Cavabdeh MTK-a 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəldikləri qeyd edilmişdir. 21 yanvar 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, tərəflər təsdiq edirlər ki, 07 yanvar 2020-ci il tarixində imzalanmış “Təhvil-Təslim AKT-na” uyğun olaraq, xxxx “xxxx”xxxx“Cavabdeh MTK”-ya 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. Cavabdeh 09.12.2019-cu il tarixli “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərin ləğv edilməsi haqqında” Cavabdeh MTK-nın 02 dekabr 2019-cu il tarixli 01 saylı əmrin ləğv olunması haqqında 02 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MTK-nın icraçı direktoru X14 tərəfindən satılmış mənzillərə dair vətəndaşlarla bağlanmış müqavilələrin və maliyyə arayışlarının ləğv edilməsi barədə 02 dekabr 2019-cu il tairxli 01 saylı əmr qüvvədən düşmüş hesab olunaraq icraçı direktoru D.Rəsulov tərəfindən qeyriqanuni satılmış mənzillərə dair müqavilələrin ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunması, icraçı direktor X5 əməlində mənimsəmə hallarının olubolmamasının araşdırılması üçün prokurorluq və ya aidiyyəti üzrə hüquq mühafizə orqanalrına müraciət olunması və əmrin surətləri xxxx “xxxx” MMC-yə və vətəndaşlara təqdim edilməsi qeyd edilmişdir. 05 iyul 2018-ci il tarixli 0507/01-18 saylı müqavilənin məzmunundan görünür ki, Azərbaycan Respublikası, ünvan 10lət mülkiyyətində olan hüquqi şəxs, “xxxx” MMC, X16 şəxsində “xxxx” adlandırılacaq və digər tərəfdən Cavabdeh MTK, X18 şəxsində “podratçı” adlandırılacaq, xxxxnin tapşırığına uyğun olaraq “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 12 ünvanında yerləşən 3, bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair (burada “iş” adlanacaq) texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetrilməsinə dair razılığa gəldikləri qeyd edilmişdir. Cavabdeh 25.01.2020-ci il tarixli 023 nömrəli məktubunun surətindən görünür ki, “xxxx”xxxx“Cavabdeh MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetrilmiş tikinti quraşdırma işlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKT-nın” habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq mənzillərin müvafiq şəxslərin adına rəsimləşdirilməsi xahiş olunmuşdur. Cavabdeh Mənzil-Tikinti 25.01.2020-ci il tarixli məktubun surətindən görünür ki, “xxxx”xxxx“Cavabdeh MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirilmiş tikinti quraşdırma işlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKT-nın” habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixində imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq, aşağıda adı, soyadı və digər məlumatları qeyd olunan şəxsin adına rəsmiləşdirlməsi xahiş edilmişdir. Məhkəmə hər iki (ilk və qarşılıqlı) iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 359.4-cü maddəsinə əsasən xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mənzil Məcəlləsinin 113.1-ci maddsəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. İşin hallarından göründüyü kimi tərəflər arasında müqavilələr bağlanarkən Cavabdeh Mənzil Tikinti Kooperativi icraçı direktoru X9 etibarnamə verərək etibarnamə üzrə digər hüquqlarla yanaşı MTK adından bütün idarə və təşkilkatlarda, MTK-da müqavilə bağlamağı ərizə ilə müraciət etməyi hesab üzərində sərəncam verməyi və .s hüquqlarını etibar etmişdir. Bu hüquqlardan irəli gələrək X18 etibarnamə əsasında iddiaçı ilə mübahisəli mənzillərə dair müqavilə bağlanmışdır. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması ilə mübahisənin yaranma ehtimalını ehtiva edən mülki hüquq münasibətlərinin mövcudluğu onun hüquqi nəticələrinin həllini müəyyən edən Mülki Məcəllənin 360-cı maddəsi ilə şərtləndirilmişdir. Həmin maddəyə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Sözügedən Məcəllənin 360.2-ci maddəsində o da qeyd edilir ki, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki qanunvericiliyin tələblərinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər, yəni daşınmaz əmlakların alqı-satqısı ilə əlaqədar hüquqi prosedurların MTK tərəfindən şəxsən deyil, onun etibarnamə üzrə nümayəndəsi X18 vasitəsilə həyata keçirilməsi mübahisələndirilən əmlakın iddiaçıya verilməməsi üçün əsas deyildir. Mənzil qanunvericiliyinin də tələblərindən aydın olur ki, mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Qeyd olunan hal ardı-arda bir neçə iddiaçının iddia tələbi yaranmasına əsas olmuşdur. Bundan başqa o da qeyd edilməlidir ki, müvafiq etibarnamənin verilmə tarixi ilə qeyd olunan alqı-satqı müqavilələrinin bağlanma tarixlərinin müqayisəsi nəticəsindən göründüyü kimi iddiaçı ilə Dilafər Rəsulov arasında müqavilə bağlanarkən həmin etibarnamə öz hüquqi qüvvəsini itirməmiş, yəni MTK rəhbərliyi tərəfindən etibarnamə ləğv edilməmişdir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İddiaçının mübahisələndiridiyi müqavilədən görünür ki, həmin müqavilələr Cavabdeh MTK-nın səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İddiaçının iddia tələbində qeyd etdiyi “istifadə hüququnun tanınmasına” münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin həqiqiliyi tərəflər arasında öhdəliyin yerinə yetirilməsini şərtləndirir. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinin də tələblərinədən aydın olur ki, pay haqqının tam ödənilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün əsasdır. Qanunvericinin belə mövqeyindən aydın olur ki, pay haqqının tam ödənilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçməsi ilə istifadə hüquqnu şərtləndirir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının bağlanmış müqavilə üzrə istifadə hüququ olduğu halda, bu hüququn tanınmasını məhkəmə qaydasında təkrar tələb etməsi əsaslı hesab edilə bilməz. Məhkəmə ilkin iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlir. Qarşılıqlı iddia tələbi üzrə verilmiş ayrıca ərizə ilə cavabdehlər barəsində xüsusi qərarın çıxarılmasına dair vəsatətə münasibətdə məhkəmə qeyd edir ki, MPM-nin 265.4cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi mülki prosessual qanunvericiliyə uyğun olaraq xüsusi qərarın çıxarılması cinayətin əlamətlərinin aşkar edilməsilə məhkəmə tərəfindən tətbiq edilən hüquqi prosessual hərəkətdir. Odur ki, belə tələb prosessual vəsatət kimi qiymətləndirilməlidir və məhkəmə bu məsələdə tərəflərin mülahizəsindən asılı deyildir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, ilkin və qarşılıqlı iddiaçının iddia ərizələrində qeyd etdiyi ümumi tələblərə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 03.11.2018-ci il tarixli C-60/06 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan giriş C blokunun, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 73,30 kv.m olan, 2 otaqlı B-01 saylı mənzil Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, 03.11.2018-ci il tarixli C-60/06 nömrəli müqavilənin etibarsızlığına əsas olmadığından və ilkin iddia ilə müqavilə üzrə tələbə hüquqi qiymət verildiyindən qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, dövlət rüsumu ilə bağlı tələb olmadığından tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 03.11.2018-ci il tarixli C-60/06 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan giriş C blokunun, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 73,30 kv.m olan, 2 otaqlı B-01 saylı mənzil ilkin iddia üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ilkin iddia üzrə İddiaçı təhvil verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar