Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1689/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı “alimentin məbləğinin artırılması” iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin məbləğinin artırılması” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a. Tələb: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tam təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3342/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilərək “Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 25 manat olmaqla cəmi 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın tam təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3342/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilərək “Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 25 manat olmaqla cəmi 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 300 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı ilə Cavabdeh 28 mart 2013-cü il tarixdə rəsmi nikahda olmuşlar. Birgə nikahdan onların iki övladı, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3342/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 25 manat olmaqla cəmi 50 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qərar qəbul edilmişdir. İddiaçı bildirir ki, halhazırda qətnamə ilə müəyyən edilmiş məbləğdə aliment iki azyaşlı uşağın saxlanılması üçün kifayət etmir. Uşaqların maddi tələbatı günü-gündən artır. Eyni zamanda qeyd edir ki, müvafiq qətnamə ilə müəyyən edilmiş aliment məbləği ölkə üzrə 2024-cü il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan aşağıdır. Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2-17-5/2-44973/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, Cavabdeh hal-hazırda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində işləyir. Cavabdeh rəsmi əmək haqqısına dair məlumatların əldə edilməsi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə edilmiş müraciətə isə şirkət tərəfindən imtina cavabı verilmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia tələbinə yazılı qaydada etiraz təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi ilə razı deyil, iddia tələbi əsassız və qanunsuzdur, iddia tələbi təmin edilməməlidir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə birgə övladları Leyla və Camal anasının, yəni İddiaçıin yanında saxlanılması, xx.xx.2014-cü il təvəllüdlü İddiaçı Fərid qızının və xx.xx.2018-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq əmək haqqının 1/3 hissəsi miqdarında hər ay hər uşaq üçün 25 manat olmaqla cəmi 50 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bildirir ki, iddiaçının maddi durumu olduqca yüksəkdir. Sadəcə alimentin artırılması üçün iddia ərizəsini verməklə onu cəzalandırmaq niyyətindədir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman işə baxan məhkəmələr tərəfindən tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Alimentin miqdarının artırılması tələbi o halda təmin oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermiş olsun. Hazırkı halda Cavabdeh bildirir ki, onun maddi vəziyyətində mənfiyə doğru dəyişiklik baş vermişdir. Yəni maddi vəziyyəti ağırlaşmışdır. Həmçinin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh digər qadından olan övladları xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarında aliment ödəyir. Göründüyü kimi, ümumilikdə hər ay cavabdeh qazancının 2/3 hissəsi və 50 manat sabit pul məbləği aliment ödənilməsinə sərf olunur. Cavabdeh bildirir ki, 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 saylı texnoloji nəqliyyat sahəsində mexanik vəzifəsində işləyir və aylıq əmək haqqısı 908 manat təşkil edir. Beləliklə, aylıq qazancından, yəni ki, 908 manat pul məbləğindən ay ərzində ödəməli olduğu alimentlərin cəmi məbləğini yəni 654 manat pul vəsaitini ödədikdən sonra şəxsi ehtiyaclarına 254 manat pul qalır. Qalan pul isə indiki dövrdə ərzaq qiymətlərinin artmasını nəzərə alaraq yaşayış üçün kəskin şəkildə kifayət etmir. Bununla belə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən ölkə üzrə yaşayış minimumu 270 manat təşkil edir. Göründüyü kimi, aylıq şəxsi ehtiyaclarına görə qalan məbləğ ölkə üzrə yaşayış minimumundan belə azdır. Maddi vəziyyətini, digər uşaqlara görə ödədiyi alimenti nəzərə alaraq, hesab edir ki, övladları xx.xx.2014-cü il təvəllüdlü İddiaçı Fərid qızının və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment məbləği hazırki şəraitdə bütün övladlarının mənafeyi və cavabdehin vəziyyətinin nəzərə alınması uyğundur. Çünki övladları arasında ayrı-seçkilik qoymadan, onları hərtərəfli təmin etmək bərabər şəkildə saxlamaq onun valideynlik borcudur. Qətnamə qəbul edildiyi gündən etibarən bu günədək cavabdeh bildirir ki, müntəzəm olaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay alimenti övladı üçün ödəmiş, gecikdirmələrə yol verməmişdir. Неç bir yerdə rəsmi işləmədiyi vaxtlarda da borc tapıb aliment məbləğini övladının saxlanması üçün iddiaçıya ödəmişdir. Bir daha qeyd edir ki, iddaçının tələbinə qiymət verilərkən öhdəsində olan digər uşaqların ümumi sayının çox olmasını və aliment ödəyən valideynin kimi onun qanuni mənafeləri nəzərə alınmalıdır. Cavabdeh bildirir ki, onun başqa nikahdan olan digər övladlarına da aliment ödəməyini nəzərə alaraq hesab edir ki, alimentin məbləği azaldılaraq hazırki iddia üzrə aylıq gəlirlərindən əlavə sabit pul məbləğində tutulmadan cəmi ¼ hissəsində aliment tutulmalıdır. Bunlardan başqa, alimentin artırılması ilə bağlı son məhkəmə qətnaməsinin qəbul edilməsindən qısa müddət keçmişdir. Bu müddət ərzində övladı Sabirin əlavə ehtiyacları əmələ gəlməmiş, yəni onun saxlanılması üçün çəkilən xərclərin miqdarında (xəstələnməsi, hər hansı dərnəyə yazılması və s.) dəyişiklik olmamışdır. Bu halda isə alimentin miqdarının artırılmasını tələb etmək hesab edir ki, əsassızdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin (dəqiqləşdirilməsi) məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh yazılı etirazın dəlillərinə uyğun izahat verib, hazırda onun əmək haqqından tutulan alimentin məbləğinin artırılması üçün əsasların olmadığını, bundan başqa nikahdan kənar 2 övladının olduğunu və onların da saxlanılması üçün aliment ödədiyini, məhkəmənin aliment tələbinə qiymət verərkən, aliment məbləğini 4 uşaq arasında bölməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materialları: xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiyada iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2014-cü il tarixli, AZ-İİİ 266062 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İ 794090 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 3342/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, 25 fevral 2014-cü il təvəllüdlü X3 və 10 oktyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 25 manat olmaqla, cəmi 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1288/2021 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X4 atasının Cavabdeh olması faktı müəyyən edilməsi, X7 aid doğum haqqında şəhadətnamədə müvafiq dəyişiklik edilərək, ata qrafasında Cavabdeh yazılması, xx.xx.2017-ci il təvəllüdlü X7 doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə olunması, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X2 xeyrinə Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulması, alimentin tutulması müddətinin 22 yanvar 2021-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. Əsaslandırıcı hissə: b. İşin faktiki halları: Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan iki övladı doğulmuşdur, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaqlar anasının yanında qalır və iddiaçı onların saxlanılması üçün cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(005)-3342/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi) Hazırda iddiaçı yetkinlik yaşına çatmayan övladının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Cavabdeh iddiaya etiraz edir, hazırda başqa övladlarının da saxlanılması üçün əmək haqqından alimentin tutulduğunu qeyd edərək, məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. (Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 1288/2021 saylı qətnaməsi) Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 22.2.2. Məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.1.2-ci maddəsinə əsasən məhkəmə 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tuta bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 234. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin qiymətləndirməsi: Göründüyü kimi, valideynin daimi gəliri mövcuddursa, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması mümkündür. Bundan başqa, alimentin tutulması həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilməsi uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarına əsasən ödənilən alimentin məbləği minimum dolanacaq xərclərindən azdır. Həmçinin nəzərə alınmalıdır ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin pozulması ilə nəticələnə bilər. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, onun maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh 25 fevral 2014-cü il təvəllüdlü X3 və 10 oktyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də alimentin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların başqa zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd olunanlardan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh etirazının dəlillərində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1288/2021 saylı qətnaməsini təqdim etməklə, hazırda digər uşaqlarının saxlanılması üçün onun əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutulduğunu qeyd etmişdir, lakin bu hal o demək deyildir ki, hazırda iddiaçı ilə cavabdehin birgə nikahından dünyaya gəlmiş övladlarının saxlanılması üçün tələb edilən alimentin miqdarının artırılması mütləq qaydada rədd edilməlidir. Belə ki, EMİS-dən əldə edilmiş çıxarışla müəyyən edilmişdir ki, cavabdeh DNŞ-nin Nəqliyyat İdarəsində mexanik vəzifəsində işləyir, əmək haqqı 1090 manat təşkil edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, alimentin artırılması barədə iddiaçının tələbi qismən əsaslıdır. Çünki hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsi zəruridir. Belə ki, cavabdehin hazırda əmək haqqının 1/3 hissəsi 363 manat, bir uşağa görə həmin məbləğ 181,5 manat təşkil edir, belə olan halda məhkəmə hər bir uşağa görə əlavə olaraq sabit pul məbləğində 50 manat alimentin tutulmasını ədalətli və qanuni hesab edir. Bundan başqa, hazırki qətnamə digər uşaqların xeyrinə tutulacaq alimentin məbləğində hər hansı azalmaya gətirib çıxarmamışdır. Məhkəmə qeyd edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 50 manat mediasiya xərci tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3342/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 25 fevral 2014-cü il təvəllüdlü X3 və 10 oktyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1689/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1689/2024
14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver