Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1694/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Birgə iddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 MMC-nin Cavabdeh qarşı (açar sözlər: pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Birgə iddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Birgə iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı1 MMC-nin xeyrinə 910 manat eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun və İddiaçı2 MMC- nin xeyrinə 997 manat eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun məbləğində vəsaitin tutularaq həmin şirkətlərin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC və İddiaçı2 MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli şifahi razılaşmaya əsasən İddiaçı1 MMC-yə 910 manat və İddiaçı2 MMC-yə 997 manat borcu yaranmışdır. Həmin razılaşmaya əsasən İddiaçı1 MMC və İddiaçı2 MMC-nin satış təmsilçisi Satıcı müəyyənləşdirilmiş şərtlərlə və qaydada kosmotoloji məhsullarını Alıcı Cavabdeh mülkiyyətinə verməyi, Alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən Alıcı hər ay ona təhvil verilmiş malın dəyərini 30 gün ərzində ödəməyi öhdəsinə götürür. Borcun ödənilməsinə dair Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilib, hətta xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir, xx.xx.2024-cü il tarixli İddia Ərizəsi qarşı tərəfə göndərilmişdir. Lakin, buna baxmayaraq cavabdeh müqavilə üzrə ödənilməli olan borcu ödəməmişdir. Sonda bu əsasla hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçıların nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələri səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 MMC xx.xx.2024-cü il tarixdə “Elektron kabinet” vasitəsilə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmişdirlər. İddiaçılar etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1694/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. IV. İşin faktiki halları: İş materiallarında olan: -**********2 №-li xx.xx.2022-ci il tarixli malların satışı barədə çıxarışdan görünür ki, “Cosmetolojy” anbarı tərəfindən alıcı Cavabdeh qiyməti 40 manat olan X2 18“, qiyməti 115 manat olan “Hyalux Kiss”, qiyməti 190 manat olan “X3”, qiyməti 40 manat olan “Salmon sv 53 serum № 1 Belgium”, qiyməti 40 manat olan “Salmon PDRN-Revo serum № 1 Belgium” malları təhvil verilmişdir. Sənəd üzrə borc 425 manat, ümumi borc 425 manatdır. -**********0 №-li xx.xx.2022-ci il tarixli malların satışı barədə çıxarışdan görünür ki, “Cosmetolojy” anbarı tərəfindən alıcı Cavabdeh qiyməti 30 manat olan iki ədəd “Lipobella”, qiyməti 120 manat olan “Hyamax deep”, qiyməti 40 manat olan “X2 18”, qiyməti 40 manat olan “Salmon sv 53 serum № 1 Belgium”, qiyməti 40 manat olan “Salmon PDRN-Revo serum № 1 Belgium” malları təhvil verilmişdir. Sənəd üzrə borc 300 manat, ümumi borc 725 manatdır. -**********1 №-li xx.xx.2023-cü il tarixli malların satışı barədə çıxarışdan görünür ki, “Cosmetolojy” anbarı tərəfindən alıcı Cavabdeh qiyməti 60 manat olan iki ədəd “Hyalux Antiaging blue” malı təhvil verilmişdir. Sənəd üzrə borc 120 manat, ümumi borc 805 manatdır. -**********5 №-li xx.xx.2023-cü il tarixli malların satışı barədə çıxarışdan görünür ki, “Cosmetolojy” anbarı tərəfindən alıcı Cavabdeh qiyməti 190 manat olan “X3” malı təhvil verilmişdir. Sənəd üzrə borc 190 manat, ümumi borc 785 manatdır. - İddiaçı2 MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, mövcud olan 1050 manat borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - İddiaçı1 MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, mövcud olan 910 manat borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, nümayəndənin izahatı və iş materialları ilə müəyyən olunur ki, İddiaçı1 MMC və İddiaçı2 MMC ilə Cavabdeh arasında bağlanmış şifahi razılaşmaya əsasən, sonuncuya qiyməti 40 manat olan X2 18, qiyməti 115 manat olan “Hyalux Kiss”, qiyməti 190 manat olan “X3”, qiyməti 40 manat olan “Salmon sv 53 serum № 1 Belgium”, qiyməti 40 manat olan “Salmon PDRN-Revo serum № 1 Belgium” malları, qiyməti 30 manat olan iki ədəd “Lipobella”, qiyməti 120 manat olan “Hyamax deep”, qiyməti 40 manat olan “X2 18”, qiyməti 40 manat olan “Salmon sv 53 serum № 1 Belgium”, qiyməti 40 manat olan “Salmon PDRN-Revo serum № 1 Belgium” malları, qiyməti 60 manat olan iki ədəd “Hyalux Antiaging blue” malı, 190 manat olan “X3” malı təhvil verilmişdir. Cavabdeh qeyd olunan malları təhvil almışdır. Bununla belə qeyd olunan mallar üzrə ödənişləri etməmiş, iddiaçılara borcu yaranmışdır. İddiaçı2 MMC və İddiaçı1 MMC tərəfindən Cavabdeh pretenziya məktubları ünvanlanmaqla, mövcud olan borcun ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqıya dair öhdəlik münasibətləri yaranmış, yuxarıda adı çəkilən mallar Cavabdeh təhvil verilmiş, bununla belə cavabdeh təhvil aldığı malların dəyərini ödəmədiyindən iddiaçıların qarşısında öhdəliyi yaranmışdır. Öhdəliyə əsasən borclu (cavabdeh) kreditorların (iddiaçıların) xeyrinə müəyyən hərəkəti etməli - pulu ödəməlidir. Digər tərəfdən kreditorların borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh öz öhdəliyini yerinə yetirmədiyindən birgə iddiaçılar bu hüquqdan istifadə edərək, qeyd olunan mallara əsasən ödənilməli olan pul məbləğinin cavabdehdən tutulması barədə tələblə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 MMC haqlı olaraq hazırki iddia tələbi məhkəmə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh razılaşma üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçılara olan borcunu ödəməyərək, bununla da razılaşmanın şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, yaranmış borcunu iddiaçılara ödəməlidir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia tam təmin edildiyindən, Cavabdeh dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbinin həcmi nəzərə alınmaqla iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 MMC və İddiaçı2 MMC-nin hər biri tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat (cəmi 60 manat) məbləğində dövlət rüsumu Cavabdehdan tutularaq iddiaçıların xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 910 (doqquz yüz on) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı1 MMC-nin xeyrinə, 997 (doqquz yüz doxsan yeddi) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı2 MMC-nin xeyrinə ödənilməlidir. VI. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 238, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 910 (doqquz yüz on) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı1 MMC-nin xeyrinə, 997 (doqquz yüz doxsan yeddi) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı2 MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1694/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-1694/2024
03.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver