Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1705/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC Cavabdeh qarşı əmr icraatı qaydasında “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 420 (dörd yüz iyirmi) manat və 120 (bir yüz iyirmi) manat borc məbləği və 20 manat məbləğində dövlət rüsumunun-cəmi 560 (beş yüz altmış) manat tutularaq tələbkara ödənilməsinə dair məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkar İddiaçı MMC-nin direktoru X1 ilə borclu Cavabdeh arasında 18.04.2018-ci il tarixdə hissə-hissə şərti ilə 01-AGT000023658 və 23.05.2018-ci il tarixli 01-AGT000024849 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "İddiaçı" mağazasından ümumi nisyə dəyəri 1860 (bir min səkkiz yüz altmış) manat olan Samsung NG950 DS 64 Black (İMEİ **********62889) markalı mobil telefon və 360 (üç yüz altmış) manat olan X4 5A 32 Gray (**********97286) markalı mobil telefonlar almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh 18.05.2018-ci il və 23.06.2018-ci il tarixdən başlayaraq hər ayın 18-i və 23dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 155 (bir yüz əlli beş) manat və 30 (otuz) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri- 420 (dörd yüz iyirmi) manatı, 120 (bir yüz iyirmi) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə borclu Cavabdehnın borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, borclu tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədirlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1705/2021 saylı, 17.02.2021-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh 540 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması əmr edilmişdir. Cavabdeh 09.03.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə etiraz ilə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1705/2021 saylı, 17.02.2021-ci il tarixli məhkəmə əmrinin ləğv edib, mülki prosessual Məcəllə ilə müəyyən olunmuş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qərardadı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1705/2021 saylı, 17.02.2021-ci il tarixli məhkəmə əmri məhkəmə əmrinin ləğv edilməsi və mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etməyərək, iddia tələbini qəbul etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və təmin etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan 23.05.2018-ci il tarixli, № 01-AGT000024849 nömrəli X3-Satqı Müqaviləsinə əsasən, “Satıcı” adlanacaq “xxxx” MMC bundan sonra “Alıcı” adlanacaq Cavabdeh şəxsi istehlak və istifadə üçün 11 ay müddətinə 360 manat məbləğində X4 5 A 32 Gray markalı mobil telefonu nisyə alqı-satqı şərtləri əsasında verir. İş materiallarında olan 23.05.2018-ci il tarixli, № 01-AGT000024849 nömrəli müqavilə üzrə ödəniş cədvəlinə əsasən, Cavabdeh 360 manat məbləğində 11 ay müddətinə, aylıq 30 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 18.04.2018-ci il tarixli, № 01-AGT000023658 nömrəli X3-Satqı Müqaviləsinə əsasən, “Satıcı” adlanacaq “xxxx” MMC bundan sonra “Alıcı” adlanacaq Cavabdeh şəxsi istehlak və istifadə üçün 11 ay müddətinə 1860 manat məbləğində Samsung N950 DS 64 Black markalı mobil telefonu nisyə alqı-satqı şərtləri əsasında verir. İş materiallarında olan 18.04.2018-ci il tarixli, № 01-AGT000023658 nömrəli müqavilə üzrə ödəniş cədvəlinə əsasən, Cavabdeh 1860 manat məbləğində 11 ay müddətinə, aylıq 155 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 18.04.2018-ci il tarixli, № 01-AGT000023658 nömrəli X3-Satqı Müqaviləsi və 23.05.2018-ci il tarixli, № 01- AGT000024849 nömrəli X3-Satqı Müqaviləsi üzrə müvafiq olaraq 420 manat və 120 manat, ümumilikdə 540 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 23.05.2018-ci il tarixli, № 01-AGT000024849 nömrəli X3-Satqı və 18.04.2018ci il tarixli, № 01-AGT000023658 nömrəli X3-Satqı Müqavilələrinin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilələr üzrə borcu hazırda ümumilikdə 540 manat təşkil edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən əlavə olaraq 10 (on) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 18.04.2018-ci il tarixli müqavilə üzrə 420 manat borc və 23.05.2018-ci il tarixli müqaviləsi üzrə 120 manat borc və 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 18.04.2018-ci il tarixli, müqavilə üzrə 420 manat borc və 23.05.2018-ci il tarixli müqaviləsi üzrə 120 manat borc və 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdehdən 10 dövlət rüsumu tutulsun və Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1705/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1705/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver