Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1728/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaləbinə dair ( mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 “istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar aylıq ödənişin ödənilməsi” təşliyi cəlb edilməklə) iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar aylıq ödənişin ödənilməsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşı “istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar aylıq ödənişin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı xx.xx.2008-ci il tarixdə cavabdeh təşkilatda əmək fəaliyyətinə başlamışdır. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 14 noyabr 2008-ci il tarixli, 19 nömrəli aktdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Ə.Əliyev 8 ünvanda yerləşən binanın tikintisində 8-ci mərtəbədə qəlibləmə işi görərkən başı beton kəmərə dəyərək, müqavimətini itirmiş, oradan yerə yıxılmışdır. Nəticədə oun sol bazunun yuxarı 1/3 səviyyəsində amputasiya güdülü. Sol baldırın 1,3-nin açıq çoxqəlpəli yerini dəyişən sınığı. İlizarov aparatı ilə osteosintezdən sonrakı vəziyyət. Sağ diz oynağının bağlarının qırılması. Döş qəfəsinin əziyi. Sol yuxarı və hər iki aşağı ətrafların kəskin funksiya pozğunluğu. Sağ diz oynağının yellənən oynağı diaqnoxları qoyulmuşdur. Tibbi-sosial ekspertiza sənədlərindən görünür ki şəxsin əmək qabiliyyəti olmadığı müəyyən edilmiş və müddətsiz əllilik təyin edilmişdir. Cavabdeh tərəfindən bir müddət iddiaçıya əmək haqqının 80%-i məbləğində ödənişlər edilsə də, daha sonra bundan imtina edilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyi ilə əlaqədar cavabdeh "xxxx" ASC-dən əmək qabiliyyəti tam bərpa olunanadək hər ay üçün minimum əmək haqqının 80%-i miqdarında ödənişin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o xx.xx.2008-ci i tarixində cavabdeh şirkətdə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2008-ci il tarixində bədbəxt hadisə nəticəsində binadan yıxılaraq xəsarət almışdır. Uzun müddət müalicə olunsa da əmək qabiliyyətinin 80%-ni itirmişdir. xx.xx.2009-cu il tarxində əmək müqaviləmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Hal-hazırda 2ci qrup əliləm. Bədbəxt hadisədən sonra cavabdeh şirkət tərəfindən “istehsalatda baş vermiş bədbəxt hadisə haqqında” AKT tərtib edilmiş və onun peşə qabiliyyətinin itirilmiş faizinin təyin edilməsi üçün 19 saylı zona TSEK-ə məktubla müraciət edilmişdir. Müraciət əsasında 19 saylı zona TSEK-də olmuşam. Orada müvafiq rəy hazırlanaraq cavabdeh təşkilata göndərilmişdir. Uzun müddət əmək haqqının 80% -i (minimum əmək haqqı aldığı üçün ölkə üzrə minimum əmək haqqının 80%-i) mənə hər ay ödənilmişdir. Lakin son dövrlər cavabdeh tərəf ödənişlərdən yayınır. Əvvəllərdə ödənişlərdən yayınmaları olmuşdur. Bu zaman müxtəlif orqanlara etdiyi şikayətlərin nəticəsində ödənişlər bərpa edilmişdir. Son zamanlar get-gəldən bezmişdir. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-ci maddəsinin c) bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə İşəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Bildiyiniz kimi, istehsalatda baş vermiş xəsarətlərlə bağlı ödənişlərin verilməsi qaydası Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə tənzimlənir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarının 2.1-ci maddəsinə əsasən İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar Əvvəli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etmədiyindən və səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Mülki işin materialları AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X1 23 oktyabr 2008-ci il tarixli əmrindən görünür ki, təhqiqat komissiyası təhqiqat aktının 4-cü bölməsində göstərilən tələblərə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi İddiaçı tərəfindən riayət edilmədiyi müəyyən edilmişdir. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinə əsasən istehsalat xarakterlidir, İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" Açıq Səhmdar Cəmiyyətində uçota alınmalıdır. Komissiya üzvləri İddiaçı ilə görüşmüş və sosial hüquqlarını ona izah etmişdir. “City Hospital” Özəl Şəhər Xəstəxanasının xx.xx.2008-ci il tarixli arayışından görünür ki, İddiaçıxx.xx.2008-ci il tarixdə City Hospitala gətirilmişdir. Müayinə zamanı xəstəyə “Sol bazunun orta 1/3-i səviyyəsində travmatik amputasiyası, sol baldırın aşağı 1/3-nin açıq çoxqəpəli sınığı” diaqnozu qoyulmuşdur. Xəstənin dediyinə görə 7-ci mərtəbədən yıxılmışdır. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 14 noyabr 2008-ci il tarixli, 19 nömrəli aktdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Ə.Əliyev 8 ünvanda yerləşən binanın tikintisində 8-ci mərtəbədə qəlibləmə işi apararkən təhlükəsizlik kəmərindən istifadə etməmiş və iş görərkən başı beton kəmərə dəyərək, müqavimətini itirmiş, oradan yerə yıxılmışdır. 0467840 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixində AR Əmək Məcəlləsinin 74/c bəndinə əsasən işdən azad edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 19 saylı zona TSEK-nın sədrinə ünvanlanan 16 aprel 2009-cu il tarixli məktubdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi yazıb xahiş edir ki, İddiaçı peşə qabiliyyətinin itirilmiş faizi təyin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 aprel 2009-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixli 1531a saylı əmrlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Tikinti Layihələrinin İdarə edilməsi Departamentinin “Kosmos” Tikinti Kompleksində fəhlə vəzifəsinə qəbul olunub və AR ƏM-nin 74/c bəndinə əsasən 271a saylı əmrlə xx.xx.2009cu il tarixində işdən azad olunub. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 03 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı sol bazunun yuxarı 1/3-i səviyyəsində amputasiya güdülü, sol baldırın aşağı 1/3nin açıq çoxqəlpəli yerini dəyişən sınığı, İlizarov aparatı ilə osteosintezdən sonrakı vəziyyət, sağ diz oynağının bağlarının qırılması, döş qəfəsinin əziyi, sol yuxarı və hər iki aşağı ətrafların kəskin funksiya pozğunluğu, sağ diz oynağının yellənən oynağı diaqnozu qoyulmuşdur. 02 may 2025-ci il tarixli "xxxx" ASC tərəfindən təqdim edilmiş çıxarışa əsasən, əsasən, İddiaçıma müxtəlif vaxtlarda 264 manat məbləğində aylıq müavinət ödənişi ödənmişdir (2023-cü ilin may ayına qədər). Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət: 1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir 3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında" 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Həmin Qərarın 1.1–ci bəndinin 4–cü hissəsinə əsasən zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydası: 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qərarının 3.5–ci bəndinin tələbinə görə istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000–ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Həmin Qərarın 3.10–cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. İşə baxan məhkəmənin mövqeyi: İşin hallarından görünür ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşı “istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar aylıq ödənişin ödənilməsi” tələbi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmış və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2803/2024 saylı qiyabi qətnamə qəbul edilmiş, iddia təmin edilərək, İddiaçı xx.xx.2008-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyi ilə əlaqədar cavabdeh "xxxx" ASCdən əmək qabiliyyəti tam bərpa olunanadək hər ay üçün minimum əmək haqqının 80%-i miqdarında ödəniş tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən qiyabi qətnamənin lə]vi barəsində məhkəməyə ərizə ünvanlanmış və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-1728/2025 saylı qərardadına əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2803/2024 nömrəli, 17 dekabr 2024cü il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 14 noyabr 2008-ci il tarixli, 19 nömrəli aktdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Ə.Əliyev 8 ünvanda yerləşən binanın tikintisində 8-ci mərtəbədə qəlibləmə işi apararkən təhlükəsizlik kəmərindən istifadə etməmiş və iş görərkən başı beton kəmərə dəyərək, müqavimətini itirmiş, oradan yerə yıxılmışdır.. Hazırda iddiaçı əmək qabiliyyətinin 80%-ni itirməyi ilə əlaqədar cavabdeh "xxxx" ASC-dən əmək qabiliyyəti tam bərpa olunanadək hər ay üçün minimum əmək haqqının 80%-imiqdarında ödənişin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki iş materiallarından görünür ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində İddiaçı xx.xx.2008-ci il tarixdə Ə.Əliyev 8 ünvanda yerləşən binanın tikintisində 8-ci mərtəbədə qəlibləmə işi apararkən təhlükəsizlik kəmərindən istifadə etməmiş və iş görərkən başı beton kəmərə dəyərək, müqavimətini itirmiş, oradan yerə yıxılmışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X1 23 oktyabr 2008-ci il tarixli əmrindən görünür ki, təhqiqat komissiyası təhqiqat aktının 4-cü bölməsində göstərilən tələblərə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi İddiaçı tərəfindən riayət edilmədiyi müəyyən edilmişdir. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinə əsasən istehsalat xarakterlidir. Göründüyü kimi mülki iş materialları ilə bədbəxt hadisənin baş verməsi və iddiaçının əmək qabiliyyətini itirməsi öz təsdiqini tapır. Eyni zamanda həmin bədbəxt hadisə üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin öhdəlik daşıması da öz təsdiqini tapmışdır. Mülki işin materiallarında olan çıxarışdan cavabdeh tərəfindən müavinətin əvvəlki dövrlərdə ödənildiyi, 2023-cü ilin may ayından sonra ödəmələrin dayandığı öz təsdiqini tapır. Məhkəmə tərəfindən sorğular göndərilsə də, iddiaçının əmək müqaviləsi, əmək haqqı barədə məlumatların əks olunduğu digər sənədlər məhkəməyə təqdim edilmədiyindən, iddiaçının orta aylıq əmək haqqını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddia həmin məsələ icra mərhələsində həll edilməlidir. Məhkəmə qeyd edir ki, pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının pozulması ehtimal edilən müvafiq subyektiv hüququ mövcuddur və onun hazırki cavabdeh tərəfindən pozulması faktı da müəyyən edilmişdir. Belə ki, işçi ilə işəgötürən əmək hüquq münasibətlərinin əsas iştirakçılarıdır. Onların arasındakı münasibətlərin tənzimlənməsi Əmək Məcəlləsinin müvafiq normalarına əsasən həyata keçirilir. Yuxarıda istinad olunan normaların tələbinə görə istehsalatda baş vermiş bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin əvəzi, yalnız işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasını təmin etməyən və ona görə təqsirli sayılan işəgötürən tərəfindən ödənilməlidir. Ona görə də hazırkı vəziyyətdə İddiaçı sağlamlığının pozulması nəticəsində əmək qabiliyyətinin daimi olaraq itirdiyinə görə ona minimum aylıq əmək haqqının 80%-i miqdarında ödənclər məhz cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyi ilə əlaqədar cavabdeh "xxxx" ASC-dən əmək qabiliyyəti tam bərpa olunanadək hər ay üçün minimum əmək haqqının 80%-i miqdarında ödəniş tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2008-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyi ilə əlaqədar cavabdeh "xxxx" ASC-dən əmək qabiliyyəti tam bərpa olunanadək hər ay üçün minimum əmək haqqının 80%-i miqdarında ödəniş tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. . Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1728/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1728/2025
02.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver