Məhkəmə qərarları › İş №e-2(005)-1735/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1735/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1735/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi,, İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASCnin “Əcəmi” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MK-A0221-14/20A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixə ödənilməmiş 10655.98 manat əsas borc, 1079.8 manat faiz borcu və 40.7 manat dəbbə pulu olmaqla, ümumilikdə 11776.48 manat borcun, iddianın qaldırılması üçün ödənilmiş 125.33 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx"-nin “Əcəmi” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MK-00221- 14/20A saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 72 ay müddətinə illik maksimal 35 faiz ödəmək şərti ilə 100000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kreditlər verilə biləcəyi razılaşdırılmışdır. İddiaçı Bank "xxxx"-nin “Əcəmi” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MK-A0221-14/20A saylı əlavə kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 18 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 15000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. İddiaçı Bank "xxxx"-nin “Əcəmi” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MK-A0221- 14/20A saylı əlavə kredit müqaviləsinə 2207.2021-ci il tarixli, 1 nömrəli əlavə sazişə əsasən müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 8 ay müddətinə, xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2020-ci il tarixdə iddiaçıyla MKZ-00221-14/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh3 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Kreditin təminatı qismində Cavabdeh2 xx.xx.2020-ci il tarixdə iddiaçıyla MKZ2-00221-14/20Asaylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh3 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 10655.98 manat, faiz borcu 1079.8 manat, dəbbə pulu 40.7 manat, cəmi borc 11776.48 manat təşkil edir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh və zaminlərə kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqavilələrin müvafiq olaraq 3.1-ci və 7.4cü maddələrinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirdi ki, kredit müqaviləsi üzrə etdiyi ödənişlər tam nəzərə alınmamış və kredit müqaviləsi üzrə real borc məbləğindən daha artıq borc tələb olunur. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, kredit müqaviləsi üzrə borcalan Cavabdeh3 olsa da, sonradan borc Cavabdeh2 adına keçirilmişdir. Lakin onlara yeni kredit müqaviləsi təqdim edilməmiş, özü də buna razılıq verməmişdir. Məhkəmə iclasında Cavabdeh2 banka yaxınlaşaraq borcun onun adına keçirilməsinə dair yeni kredit müqaviləsi bağlansa da, ona bu müqavilə və ona dair sənədlərin verilmədiyini bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları İddiaçı Bank "xxxx"-nin “Əcəmi” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MK-00221- 14/20A saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 72 ay müddətinə illik maksimal 35 faiz ödəmək şərti ilə 100000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kreditlər verilə biləcəyi razılaşdırılmışdır. İddiaçı Bank "xxxx"-nin “Əcəmi” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MK-A0221-14/20A saylı əlavə kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 18 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 15000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. İddiaçı Bank "xxxx"-nin “Əcəmi” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MK-A0221- 14/20A saylı əlavə kredit müqaviləsinə 2207.2021-ci il tarixli, 1 nömrəli əlavə sazişə əsasən müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 8 ay müddətinə, xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2020-ci il tarixli, MK-A0221-14/20A saylı əlavə kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər müəyyənləşdirilmiş ödənişlər etməyi öz üzərinə götürmüşdür. İddiaçı Bank "xxxx"-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MK-00221-14/20A saylı əsas zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 borcalan Cavabdeh3 xx.xx.2020-ci il tarixli, MK-A0221-14/20A saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin vaxtında və lazmı qaydada icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı Bank "xxxx"-nin “Əcəmi” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MK-00221- 14/20A saylı əsas kredit müqaviləsinə əsasən, Cavabdeh2 borcalan Cavabdeh3 xx.xx.2020-ci il tarixli, MK-A0221-14/20A saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin vaxtında və lazmı qaydada icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/6784 nömrəli ekspert rəyində qeyd olunur ki, Cavabdeh3 Bank "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə 11397,08 manat əsas, 5098,29 manat faiz, cəmi 16495,37 manat borcu vardır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Bank "xxxx" ASC və Cavabdeh3 mülki qanunvericiliyin müqavilələr azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsiplərindən çıxış etməklə sərbəst iradələrini aralarında mülki müqavilə bağlayaraq ifadə etmişlər. Bu müqavilənin bağlanması ilə onlar nisbi mülki hüquq münasibətlərinə daxil olmuşlar. Bu münasibətlərin məzmunu Bank "xxxx" ASC-nin müqavilə predmeti olan borc pul məbləğini Cavabdeh3 mülkiyyətinə vermək vəzifəsindən və Cavabdeh3 müqavilə üzrə razılaşdırılmış qaydada və müddətlərdə ödənişlər edilməsini tələb etmək hüququndan, Cavabdeh3 borc məbləğini əldə edərək öz mülkiyyətinə daxil etmək hüququ və əsas borc və ona hesablamış faizləri razılaşdırılmış qaydada və müddətdə Bank "xxxx" ASC-yə ödəmək vəzifəsindən ibarətdir. Eyni zamanda borcalanın kredit müqaviləsi üzə öhdəliklərinin icrasına təminat olaraq Cavabdeh1 və Cavabdeh2 və Bank "xxxx" ASC arasında zaminlik müqavilələri bağlanılmışdır. Bank "xxxx" ASC müqavilə üzrə öz öhdəliklərini lazımınca yerinə yetirmiş, lakin Cavabdeh3 öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqavilə üzrə ödənişləri vaxtında ödəməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bank "xxxx" ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MK-A0221-14/20A saylı əlavə kredit müqaviləsinə əsasən kredit verilmiş və müəyyən olunmuş müddətə əsas kredit borcunu faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh3 həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh1 və Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh3 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Mülki iş üzrə kredit müqaviləsi üzrə borcun məbləğini müəyyən olunması üçün ekspertiza təyin edilmiş, əldə edilən rəydən Cavabdeh3 Bank "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə 11397,08 manat əsas, 5098,29 manat faiz, cəmi 16495,37 manat borcu olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında Cavabdeh3 kredit müqaviləsi üzrə etdiyi bəzi ödənişlərə dair qəbzin olduğunu, lakin bu ödənişlərin borca hesablanmadığını bildirərək rəyə etiraz etmişdir. Lakin cavabdeh tərəfindən məhkəmə təqdim olunan həmin qəbzdən ödənişin kredit müqaviləsi üzrə borcun qaytarılması üçün deyil, bank hesabının artırılması təyinatı ilə edildiyi aydın olur. Buna görə də məhkəmə həmin qəbzi sübut qismində araşdırmır və əldə edilmiş rəyin əsassızlığına dair hər hansı sübutla əsaslandırılmadığından rəyi sübut qismində qəbul edir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddia tərəfindən iddia tələbində qeyd edilən əsas və faiz borcunun məbləği ekspert rəyində hesablanmış əsas və faiz borc məbləğindən az olduğundan həmin iddia tələbində qeyd edilən əsas və faiz borc məbləğinin cavabdehlərdən tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə iddiaçı tərəfindən tələb olunan cərimə borcunu nəzərdən keçirərək, bu borcun əsas borc məbləğinə tənasübsüz olmaması səbəbindən iddia tələbinin cərimə borcunun tutulması hissəsində də əsaslı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Bank "xxxx" ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşlər. Məhkəmə iclasında zaminlər kredit müqaviləsi üzrə borcun sonradan Cavabdeh2 adına keçməsinə dair yeni kredit müqaviləsinin bağlandığını bildirsələr də, müvafiq sənədlərin onlara təqdim edilmədiyini qeyd etdilər. Heç bir sübutla əsaslandırılmaığından məhkəmə zaminlərin bu izahatını sübut qismində qəbul etmir. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının pozulmuş olmasına dair sübutlar təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zamin kimi borcalan Cavabdeh3 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas və faiz borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 125.33 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, MK-A0221-14/20A saylı əlavə kredit müqaviləsinə əsasən 10655.98 manat əsas borc, 1079.8 manat faiz borcu və 40.7 manat dəbbə pulu olmaqla, ümumilikdə 11776.48 manat borc tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə 10655.98 manat əsas borc, 1079.8 manat faiz borcu və 40.7 manat dəbbə pulu olmaqla, ümumilikdə 11776.48 (on bir min yeddi yüz yetmiş altı manat, qırx səkkiz qəpik) manat borc və 125.33 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar