Məhkəmə qərarları › İş №e-2(005)-1742/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1742/2025

19.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1742/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları xx.xx.2024-cü il tarixində iddiaçının mülkiyyətində olan Porhse Panamera 4S Minik markalı, ** SY *** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən X2, Cavabdeh1 mülkiyyətində olan, X7 markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı etibarnamə əsasında idarə edən Cavabdeh2 avtomobillə Bakı şəhəri Ziya Bünyadov prospektində hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli X5 protokola əsasən, Cavabdeh2 törətdiyi yol-nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Cavabdeh2 barəsində qərar çıxarılmış və həmin qərarla 40 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. "xxxx" MMC-nin 22 avqust 2025-ci il tarixli hesabatından görünür ki, Porhse Panamera 4S Minik markalı, ** SY *** qeydiyyat nişanlı nqəliyyat vasitəsinə dəymiş zərərin məbləği 7100 manat, əmtəə dəyər itikisi isə 38 100 manat müəyyən edilmişdir. Hazırda iddiaçı dəymiş zərərin məbləği,nəqliyyat vasitəsinə zərər dəyməsi nəticəsində əmtəə dəyər itkisini, hüquqi yardımın göstərilməsi və mülki iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş edir. İddia ərizəsinin dəlilləri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəymiş zərərin 2100 manat məbləğinin, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinin bazar dəyərində 20% (31000 (otuz bir min) manat) ucuzlaşma baş verdiyindən 31000 (otuz bir min) manat dəymiş zərərin, hüquqi yardımın göstərilməsi üçün ödədiyim 1500 manat məbləğin və tərəfimdən ödənilmiş 193.80 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində saat 17:40-də mülkiyyətimdə olan Porhse Panamera 4S Minik markalı, ** SY *** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən X2,Cavabdeh1 mülkiyyətində olan, X6 markalı,**-FF-*** dövlət qeydiyyat nişanlı etibarnamə əsasında idarə edən Cavabdeh2 avtomobillə Bakı şəhəri Ziya Bünyadov prospektində hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 1711/2024 saylı vəkil sorğusundan göründüyü kimi, Azərbaycan Respublikası DİN Baş Polis İdarəsi X8 İdarəsinə sorğu verilmiş və yol-nəqliyyat hadisəsi ilə əlaqədar sənədlər istənilmişdir. Həmin sorğuya Azərbaycan Respublikası DİN Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 7/2-426 nömrəli sorğuya cavab məktubundan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sənədlər Bakı şəhəri 25saylı Vəkil Bürosuna göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli X5 protokoldan görünür ki, Cavabdeh2 törətdiyi yol-nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş Cavabdeh2 barəsində TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı çıxarılmış və həmin qərarla 40 manat məbləğində cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən avtomobilin əvvəlki vəziyyətinə qaytarılması, yəni, tam yararlı vəziyyətə salınması üçün 15252 manat vəsait lazımdır. Bundan sonra avtomobil tərəfimizdən təmir edilmiş və hazırda yararlı vəziyyətdədir. İddia ərizəsinə əlavə edilmiş təmir kartlarında və ödəniş çeklərindən göründüyü kimi,avtomobilin təmiri üçün tərəfimizdən xərclər çəkilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Beynəlxlaq Bankına məxsus mobil tətbiq vasitəsindən çıxarışa əsasən həmin qəza ilə bağlı dəymiş zərərin 5.000 (beş min) manat məbləği hesabıma köçürülmüşdür. Nəzərinizə çatdırıram ki, qalıq 10252 manat məbləğin ödənişi ilə bağlı dəfələrlə tərəfimdən cavabdehlə əlaqə saxlanılsa da, cavabdeh qalıq məbləğin ödənişindən müxtəlif bəhanələr gətirərək icra etməkdən boyun qaçırmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş EM-2190VK-17582/24 nömrəli, xx.xx.2024-cü il tarixli hüquqi yardım göstərilməsinə dair müqaviləyə əsasən, mövcud tələbi üzrə birinci instansiya məhkəməsində hüquqlarını qorumaq üçün Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə 1500 manat məbləğində müqavilə bağlamış və tərəfimdən 1500 manat məbləğində vəsait online qaydada PulPal vasitəsi ilə ödənilmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh1, Cavabdeh2 tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia tələbini qismın qəbul edir. İddiaçıya dəymiş ziyan ilə bağlı 2100 manat ödənilməsi ilə bağlı hissədə razı olduğunu, lakin iddiaçı tərəfindən sonradan təqdim edilən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizədə qeyd edilən məbləğ ilə razı olmadığını qeyd etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları - ******* saylı X5 protokolun surətindən görünür ki,Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2024-cü il tarixli,TP 681506 saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - "xxxx" MMC tərəfindən verilən ********** nömrəli təmir kartından görünür ki, Porhse Panamera 4S Minik markalı, ** SY *** qeydiyyat nişanlı avtomobilin təmir qiyməti 8000 manat müəyyən edilmişdir. - "xxxx" MMC tərəfindən verilən ********** nömrəli təmir kartından görünür ki, Porhse Panamera 4S Minik markalı, ** SY *** qeydiyyat nişanlı avtomobilə təmir qiyməti 4000 manat müəyyən edilmişdir. - "xxxx" MMC tərəfindən hazırlanan qüsur aktından görünür ki, Porhse Panamera 4S Minik markalı, ** SY *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 15252 manat müəyyən edilmişdir. - “Hüquqi Yardımın göstərilməsi ilə” bağlı müqavilədən görürülür ki,iddiaçı ona hüquqi yardımın göstərilməsi ilə bağlı 1500 manat pul vəsaiti Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil hesabına köçürülümüşdür. - xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Porhse Panamera 4S Minik markalı, ** SY *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. - "xxxx" MMC-nin 22 avqust 2025-ci il tarixli hesabatından görünür ki, Porhse Panamera 4S Minik markalı, ** SY *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 7100 manat, əmtəə dəyər itkisi isə 38 100 manat müəyyən edilmişdir. - ********** saylı qəbzin surətindən görünür ki, iddiaçı qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 126 manat dövlət rüsumu ödəmişdir. - ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 67,80 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, mülki hüquq pozuntusu (delikt) yalnız Cavabdeh2 tərəfindən törədildiyindən vurulmuş ziyan yalnız Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Tərəflər arasında əsas mübahisə avtomobilə dəymiş maddi ziyanın məbləği ilə bağlı olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə aktına əsasən vurulmuş ziyanın məbləği 15252 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı iddia ərizəsində avtomobilə dəymiş məbləğin 2100 manat, yolnəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinin bazar dəyərində ucuzlaşmaya görə isə 20% (31000 ) manat məbləğində qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə X1 mülkiyyətində olan X7 markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı etibarnamə əsasında idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Porhse Panamera 4S Minik markalı, ** SY *** qeydiyyat nişanlı nqəliyyat vasitəsinə ziyan dəymişdir. Cavabdeh İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli X5 protokola əsasən törətdiyi yol-nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmiş və barəsində TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı çıxarılaraq 40 manat məbləğində cərimə edilmişdir. Daha sonra avtomobil iddiaçı tərəfindən təmir edilmiş və avtomobilə dəymiş zərərin 5.000 (beş min) manat məbləği sığorta şirkəti tərəfindən qarşılanmışdır. Cavabdeh qalıq məbləğin ödənişini icra etməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı qalan 2100 manat məbləğində dəymiş zərər, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinin bazar dəyərində ucuzlaşmaya görə isə 20% (31000 ) manat, mülki iş üzrə ödənilmiş dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün ödənilən xidmət haqqını cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə tərəfindən dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilərək, "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 22 avqust 2025-ci il tarixli hesabatından görünür ki, Porhse Panamera 4S Minik markalı, ** SY *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 7100 manat, əmtəə dəyər itikisi isə 38 100 manat müəyyən edilmişdir. Məhkəmə rəy ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə, "xxxx" MMC-nin rəyi ilə razılaşaraq qeyd edir ki, rəyinin məzmunundan və tədqiqatının aparıldığı sənədlərdən görünür ki, qiymətləndiricini gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə rəy ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı və cavabdehin nümayəndəsi ekspert rəyi ilə razı olduqlarını fasiləsiz audio-videoyazının aparıldığı məhkəmə proseslərində də ifadə etmişdirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, dəymiş zərərin məbləğini müəyyən edərkən məhkəmə ekspert rəyini əsas götürərək və dəymiş zərərin məbləğindən 5000 manat pul vəsaitinin iddiaçıya ödənilməsini nəzərə alaraq, (7100-5000=2100 manat) hissəsi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının nəqliyyat vasitəsinə dəymiş zərər ilə bağlı əmtəə dəyər itkisinin tələb edilməsi ilə bağlı hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, nəqliyyat vasitəsinin bazar dəyərində ucuzlaşmaya görə isə 20% (31000 ) manat iddia tələbi həcmində tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, qiymətləndirmə rəyində əmtəə dəyər itkisi 38100 manat olduğu bildirilsə də, qiymətləndiricinin özünün apardığı hesablamadan müəyyən edilir ki, həmin məbləğ əslində 31000 manat təşkil edir (155000*20/100). Məhkəmə onu da qeyd edir ki, cavabdeh rəyin qeyd edilən hissəsi ilə razı olmasa da, təkrar qiymətləndirmə barədə vəsatət verməmiş, özü hər hans fərqli qiymətləndirmə rəyi təqdim etməmişdir. İddiaçının vəkildən hüquqi yardım almaq üçün ödədiyi və cavabdehdən tələb etdiyi 1500 manat məbləğində pul isə məhkəmə xərcidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsindən də görünür ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin, iddiaçı tərəfindən 25 saylı Vəkil Bürosunun vəkili Vəkil hesabına 1500 manat məbləğində pul ödənildiyi göstərən müqavilə iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ ağlabatan deyil. Sözügedən hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən 250 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 106.4. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Porhse Panamera 4S Minik markalı, ** SY *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2100 (iki min bir yüz) manat məbləğində dəymiş ziyan, nəqliyyat vasitəsinin bazar dəyərində ucuzlaşmaya görə isə 31000 manat, 250 manat hüquqi yardımın göstərilməsi üçün çəkilmiş xərc və 193,80 manat məbləğində dövlət rüsumunun 186,48 manatı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi ziyana görə 2100 (iki min bir yüz) manat, avtomobilin əmtəə dəyərinin itkisinə görə 31000 (otuz bir min) manat, ödənilmiş vəkil xərcinə görə 250 (iki yüz əlli) manat pul tutularaq İddiaçı ödənilsin Mülki iş üzrə ödənilmiş 193,80 manat məbləğində dövlət rüsumunun 186,48 manatı Cavabdeh2 tutularaq İddiaçı ödənilsin,qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar