Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1752/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Kərimov Nadir Seyfulla oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 2183.12 manat əsas olmaqla, cəmi 2183.12 manat kredit borcu və ödənilmiş 41.83 manat dövlət rüsumunun, habelə 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Nərimanov” filialı ilə Kərimov Nadir Seyfulla oğlu arasında bağlanmış 19.08.2019-cu il tarixli, BPM**********80 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 2500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 4.4.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 Seyfulla oğlu 01.06.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 21 saylı dövlət Notariat Ofisinin 12.01.2022-ci il tarixli 34/2022 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Kərimov Nadir Seyfulla oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş 11.03.2022-ci il tarixli maliyyə arayışına əsasən, Kərimov Nadir Seyfulla oğlunun vəfat etdiyi tarixə Banka ödənilməmiş 2183.12 manat əsas olmaqla, cəmi 2183.12 manat borcu qalmışdır. Cavabdehlər mərhum Kərimov Nadir Seyfulla oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə borcalan Kərimov Nadir Seyfulla oğlu arasında bağlanmış 19.08.2019-cu il tarixli, BPM**********80 nömrəli Kredit müqaviləsinə əsasən "xxxx" ASC cavabdeh Kərimov Nadir Seyfulla oğluna 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablamaq şərti ilə 2500 manat məbləğində kredit verməyi, cavabdeh Kərimov Nadir Seyfulla oğlu isə həmin krediti götürməyi və həmin saziş ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür; 18.12.2020-ci il tarixli, 2V-107 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən 01.06.2020-ci il tarixdə vəfat etmiş Kərimov Nadir Seyfulla oğlunun vərəsəsi – oğlu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanda yerləşən 16 saylı mənzilindən ibarətdir; ünvan 2 ünvanlandığı 12.01.2022-ci il tarixli məktubun surətindən görünür ki, 01.06.2020-ci il tarixdə vəfat etmiş Kərimov Nadir Seyfulla oğlunun adına vərəsəlik işi açılmış, vərəsələr 1. arvadı - Cavabdeh1 2. Oğlu - Cavabdeh2 3. Oğlu - Cavabdeh3 müəyyən edilmişdir; 19.08.2019-cu il tarixli, BPM**********80 nömrəli Kredit Sazişi üzrə 11.03.2022-ci il tarixli maliyyə arayışına əsasən Kərimov Nadir Seyfulla oğlunun "xxxx" ASC ASC-yə 2183.12 manat məbləğində əsas borcu yaranmışdır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Kərimov Nadir Seyfulla oğlu arasında bağlanmış 119.08.2019-cu il tarixli, BPM**********80 nömrəli Kredit Sazişinə əsasən "xxxx" ASC tərəfindən Kərimov Nadir Seyfulla oğluna 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 2500 manat məbləğində kredit verilmişdir. Kərimov Nadir Seyfulla oğlu həmin sazişlə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür. Lakin X1 Seyfulla oğlu kredit ödənişlərini vaxtlı vaxtında icra edə bilməmişdir. Belə ki, X1 Seyfulla oğlunun 01.06.2020-ci ildə öldüyünü nəzərə alararaq, onun yuxarıda adı çəkilən 19.08.2019-cu il tarixli, BPM**********80 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1ci dərəcəli vərəsəsindən tələb edir. Bu vərəsələr: borclunun arvadı - İsgəCavabdeh1, borclunun övladları - Cavabdeh2 və Cavabdeh3. "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 41.83 manat məbləğində dövlət rüsumunu da cavabdehdən tələb etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Ona görə də cavabdehlər kredit müqaviləsi üzrə borcu ödəməyə borcludurlar. Cavabdehlər kredit alanın öldüyü tarixə, yəni 01.06.2020-ci il tarixinədək mövcud olan borcu ödəməyə görə məsuliyyət daşıyırlar. Kredit alanın 19.08.2019-cu il tarixli, BPM**********80 saylı kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 2183.12 manat əsas borcu vardır. Ödəniş cədvəlindən görünür ki, kredit alan həmin aya görə 76.1 manat ödəməli idi. Mülki Məcəllənin 1306-cı maddəsinin mənasına görə vərəsələr alınmış miras aktivi həddində məsuliyyət daşıyırlar. Bununla bağlı məhkəmə qeyd edir ki, borcun məbləğinin alınmış miras aktivindən çox olduğu müəyyən edilmədi. Belə ki, MM-in 1307-ci maddəsində qeyd olunmuşdur ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Nəzərə alınmalıdır ki, miras notarius tərəfindən siyahıya alınmayıb, odur ki, miras qoyanın borcunun (2183.12 manatın) mirasdan çox olduğunu sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Vərəsəlik şəhadətnaməsində bir əşyanın (sahəsi 13,2 kv.m təşkil edən bir otağın) qeyd olunması mirasın yalnız həmin əşyadan ibarət olması kimi qəbul edilə bilməz. Mirasın yalnız bu əşyadan ibarət olması barədə sübut təqdim edilməyibsə, MMin 1307-ci maddəsinin məqsədləri baxımından hesab olunur ki, digər əşyalar da (pul, daşınar əşya, ər-arvadın ümumi əmlakındakı pay və s.) miras qalıb. Həmin maddənin mənasına görə vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edənə qədər mirasın borcdan çox olduğu pezumpsiyası qüvvədə olur. Nəzərə alınmalıdır ki, MM-in 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Cavabdehlər vərəsəlik şəhadətnaməsində göstərilən əşyanı miras kimi qəbul etməklə kredit verəndən qalan mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası tamamilə qəbul etmiş sayılırlar. Lakin cavabdehlər məhkəmə iclasında gəlməmiş, borcun (4.554,25 manatın) mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Vərəsələrin öhdəliyi birgə deyil, paylıdır. Belə ki, MM-in 1306-cı maddəsində “özlərinin hər birinin payına mütənasib surətdə” ifadəsindən istifadə olunması ona dəlalət edir ki, öhdəlik paylıdır. Məsuliyyətin paya mütənasibliyi məsuliyyətin ədalətliliyini təmin edir, yəni az pay almış vərəsə çox pay almış vərəsə ilə eyni həcmdə məsuliyyət daşımalı deyil, hər bir vərəsə miras qoyanın hesabına hansı həddə zənginləşibsə həmin həddə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” , 4 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 2183.12 manat əsas olmaqla, cəmi 2183.12 manat kredit borcu və ödənilmiş 41.83 manat dövlət rüsumunun, habelə 0.40 manat xidmət haqqı tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş əsas borc üzrə 2183.12 (iki min yüz səksən üç manat on iki qəpik) manat kredit borcu və 41.83 (qırx bir manat səksən üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1752/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1752/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver