Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1826/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh adlı şəxslə təsadüfən tanış olmuş və o özünü Allah adamı kimi tanıdaraq onu inandırmışdır ki, ondan düzgün və etibarlı insan yoxdu. Bir gün xx.xx.2018ci ildə cavabdeh 35000 (otuz beş min) manat məbləğində ona məxsus Qaraçuxur qəsəbəsində yerləşən natamam tikili evi almaq istədiyini bildirmiş və onlar evi tikinti materialı ilə birlikdə 35000(otuz beş min) manata razılaşmışlar. Sonradan Cavabdeh oğlu İlham ondan xahiş etmişdir ki, evi 33000(otuz üç min) manata razılaşsın, o cavabdehin xahişini qəbul etmiş və yarımtikilimənzili 33000(otuz üç min) manata satmağa razı olmuşdur. Cavabdeh iddiaçıya bildirmişdir ki, tikintinin pulunu hissə-hissə bir-iki ilə ödəyəcək və o da onu düzgün insan olaraq tanıdığı üçün razılaşmışdır. Cavabdeh ona birinci dəfə 5000(beş min)manat, sonradan iki dəfə 3000(üç min)manat, sonradan altı dəfə 1000(min) və 500(beş yüz) manat ödədi və sonuncu dəfə cavabdehin oğlu mənə 2022-ci ilin iyun ayinda 500(beş yüz) manat ödədikdən sonra Cavabdeh ona ümumilikdə 6500(altı min beş yüz) manat borcu qalmışdır. Cavabdehin oğlu İlham iddiaçıya söz vermişdir ki, borcu anasının əvəzinə özü ödəyəcəkdir. Lakin, həmin borcu müxtəlif bahanələrlə bu günə qədər vermək istəmir. O da bu səbəblərə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Hüquqi məsələlər; Azərbaycan Respublikası Konistitusiyasının 60-cı maddəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, 62-ci maddənin tələblərinə əsasən Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Konistitusiyasının 71-ci maddəsinin 7-ci bəndinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 125cimaddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahatında cavabdehə 35000 manat dəyərində torpaq saşəsi və yarımtikili verdiyini, həmin əmlakın dəyərinin qismən qaytarıldığını, hazırda cavabdehin ona 6500 manat borcunun qaldığını, qalıq pulu ona qaytarmadığını bildirdi və iddiasının təmin olunması xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. O məhkəməyə yazılı etiraz təqdim etmiş, göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar həqiqətə uyğun deyil, tam böhtan xarakterlidir. İddiaçı onunla təsadüfi deyil, iş əsnasında tanış olmuşdur. Cavabdehin qızı ilə həyat yoldaşı arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və qətnamə icraya yönəldilmişdir. Həmin ərəfədə iddiaçı məhkəmə icraçısı olmuşdur. O, cavabdehi və qızını aldadaraq məhkəmə qətnaməsini icra etməli olduğu halda, əksinə onları yoldan çıxardaraq uşaqlara kəsilmiş aliment pulundan imtina etməyə inandırmağa məcbur etmişdir. Sonradan onlara bəlli olmuşdur ki, iddiaçı xidməti vəzifələrinin icrasından sui-istifadə edərək sair maraqları üzündən çıxış etmişdir. Bundan əlavə o, iddiaçı ilə şifahi razılaşarkən, iddiaçı yalan vədlər verərək ona bildirmişdir ki, guya qısa müddətdə torpağın və yarımtikilinin sənədlərini onlara təqdim edəcək və onlar alqı-satqı sənədləşməsini yekunlaşdıracaqlar. Lakin 2018-ci ildən etibarən iddiaçı onları aldatmış və heç bir sənəd təqdim etməmişdir. O, dəfələrlə torpaq sahəsini və onun üzərindəki yarımtikilinin sənədləşməsi üçün aidiyyatı təşkilatlara müraciət edərək rüsumlar ödəmiş, lakin sənədləşməyə nail ola bilməmişdir. Həmçinin o qeyd etmişdir ki, yarımtikilinin tikilib başa çatdırılması üçün 100.000 manatdan artıq pul xərcləmişdirlər. O, iddiaçıdan pulu və çəkdiyi xərci geri istədikdə o, böhtan ataraq məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf məhkəmənin hazırlıq iclaslarında göstərmişdir ki, iddiaçıdan torpaq sahəsini həqiqətən də 33000 manata almışdır, həmin puldan 6500 manat qalıb, lakin o pulu torpağın və tikilinin sənədi olmadığından sənədləşdirməyə xərcləmişdir, buna görə də iddia olunan pulu qaytarmaq istəmir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən tərtib olunmuş əlyazmadan görünür ki, «Mən Cavabdeh İddiaçı 2018-ci ildə 5100 manat verdim, 27900 manat borcum qaldı» xx.xx.2018-ci il tarixdə Cavabdeh, İddiaçı, X2 tərəfindən əlyazma ilə tərtib olunmuş qəbzdən görünür ki, «Mən Cavabdeh bu gün 5100 manat mənə ödəməli olduğu 33000 manat borcundan aldım. Cavabdeh mənə 27900 manat borcu qaldı.» b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, İddiaçı və Cavabdeh arasında razılaşmaya əsasən özlərinin 33000 manat dəyəridən müəyyən etdikləri torpaq sahəsi və yarımtikili sonuncunun istifadəsinə verilmiş, Cavabdeh həmin pulu hissə-hissə olmaqla 2018-ci ildən başlayaraq İddiaçı ödəmiş, ididaçı həmin puldan 6500 manat qalıq olduğunu iddia edir. Cavabdeh yazılı etirazında iddia tələbini qəbul etməsə də, məhkəmədə verdiyi izahatında iddiaçıya 6500 manat borcunun qalmasını etiraf etmişdir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü cavabdehə 6500 manat pulun verilməsinin sübut etməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, pulun verilməsinin cavabdeh tərəfindən qəbul edilməsi əks tərəfə bu halı sübut etmə vəzifəsindəne azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehin etirafının hər hansı şəxsin hüquq və mənafelərini pozması faktını aşkar etmədiyindən etirafın qəbul olunması qənaətinə gəlir. Mülki Məcəlləinin 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki işin hallarından mübahisənin hüquqi təbiətinin əsassız varlanma olduğu müəyyən olunur. Belə ki, iddiaçı cavabdehlə aralarında olan razılığa əsasən torpaq sahəsini ona vermiş, bunun müqabilində tərəflər həmin əmlakın dəyərini 33000 manat müəyyən etməklə Cavabdeh tərəfindən İddiaçı ödənişlər həyata keçirilmiş, lakin 6500 manat pulun verilməsi həyata keçməmişdir, yəni əmlak İddiaçı tərəfindən əldə edilməmiş, bununla da Cavabdeh əsassız varlanmışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 33000 manat dəyərində torpaq və yarımtikilinin verilməsi işin mübahisəsiz halıdır. Bunu məhkəmə iclasında hər iki tərəf bu halı bildirmiş və mübahisələndirməmişdir. Eyni zamanda, məhkəmə iclasında cavabdeh iddiaçıya olan borcunu hissə-hissə qaytardığını, həmin puldan 6500 manat qalıq qaldığını etiraf etmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına pul məbləği əldə etməklə əsassız varlandığı və iddiaçının tələbi ilə pulu ona geri qaytarmadığı iş materialları ilə müəyyən olunur. Bu səbəbdən də Cavabdeh əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, İddiaçı tərəfindən tələb olunan 6500 manat pul məbləği qaytarmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan, iş üzrə ödənilməli olan 85 dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6500 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilməli olan 85 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1826/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1826/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver