Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1827/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5645 manat əsas borc, nümayəndəyə ödənilmiş 300 manat pulun və 30 manat dövlət rüsumunun cəmi 5975 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, bildirir ki, bir neçə illərdir ki, o Bakı şəhəri, Nərimanov rayonu ərazisində Baksol adlanan ərazidə metal tikinti materiallarının satışı ilə məşğul olur. Cavabdeh Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "Dərnəgül" bazarında tikinti materialları satışını həyata keçirən Tanrıverdi adlı şəxs ondan işlədiyi Baksol tikinti bazarında çoxlu sayda metal tikinti materiallarını nisyə alaraq bir neçə günə ödəmək şərtilə aparmış, lakin bu günə kimi həmin materialların pulunu ona ödəməmişdir. Bildirir ki, Tanrıverdinin ondan apardığı və ödəmədiyi tikinti materiallarının ümumi dəyəri 5645 manat təşkil edir. Tanrıverdidən dəfələrlə pulu tələb etməyinə baxmayaraq o həmişə pulu yaxın vaxtlarda ödəyəcəyini demiş lakin sonradan ödəməmişdir. Eləcə də hesab edir ki, işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və nümayəndəyə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı da cavabdehlərdən tutulmalıdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu iddia tələbinə etiraz etməyərək, mülki mübahisənin məhkəmədən kənar həll edilməsi üçün onlara vaxt verilməsini xahiş etdi. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göxxxxərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi 17ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, 08.01.2021-ci il tarixdə Nərimanov RPİ-nin,17-ci PŞ-nə ünvanlanmış ərizəyə baxılmış, ərizədə göxxxxərilən xüsusatlarla bağlı toplanmış materialdan belə məlum olmuşdur ki, vətəndaş X1 Tanrıverdi Abdulla oğlu və X5 ilə aralarında olmuş alverdən irəli gələrək yaranmış borc məsələsi mülki xaraketerlidir. İş materiallarına əlavə edilmiş 16.01.2021-ci il tarixli Cavabdeh izahatından görünür ki, Cavabdeh “xxxx” Metal MMC-də işləyir, İddiaçı müraciəti ilə tanış olmuş, bildirir ki, onun işlədiyi MMC ilə özü işlədiyi MMC arasında rəsmi müqavilə əsasında metal alqı-satqısı olmuş, lakin qeyd olunan metalın ƏDV hissəsi ödənilməmiş və əsas hissəsi olan 5600 manat borcu görülmüş işin müqabilində hələlik onların MMC-yə ödənilməmiş qaldığı üçün onlara borc yaranmışdır. Gələcəkdə bu məsələlər həllini tapdıqda qeyd olunan borc tərəfindən ödəniləcəkdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış arayışdan görünür ki, araşdırma məqsədi ilə, 3-cü şəxs olan xx.xx.1964-cü il təvəllüdlü Nərimanov rayonu M.Əlizadə küçəsi 117,mənzil 87də yaşayan (AZE-********) Tanrıverdi Abdulla oğlundan izahat alınmış, o bildirmişdir ki, İddiaçı işlədiyi metal satışı yeri ilə xeyli miqdarda əvvəllərdə müqavilə əsasında alver etmiş ödənməmiş borca səbəb də bank sixxxxemində yaranmış problemləri səbəbindən ödəniş edə bilmədiklərini, yaxın zamanda qalan 5600 manat borcuda ödəyəcəkdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, 08.01.2021-ci il tarixdə Nərimanov RPİ-nin,17-ci PŞ-nə ünvanlanmış ərizəyə baxılmış, ərizədə göxxxxərilən xüsusatlarla bağlı toplanmış materialdan belə məlum olmuşdur ki, vətəndaş X1 Tanrıverdi Abdulla oğlu və X5 ilə aralarında olmuş alverdən irəli gələrək yaranmış borc məsələsi mülki xaraketerlidir. 16.01.2021-ci il tarixli Cavabdeh izahatından görünür ki, Cavabdeh “xxxx” Metal MMC-də işləyir, İddiaçı müraciəti ilə tanış olmuş, bildirir ki, onun işlədiyi MMC ilə özü işlədiyi MMC arasında rəsmi müqavilə əsasında metal alqısatqısı olmuş, lakin qeyd olunan metalın ƏDV hissəsi ödənilməmiş və əsas hissəsi olan 5600 manat borcu görülmüş işin müqabilində hələlik onların MMC-yə ödənilməmiş qaldığı üçün onlara borc yaranmışdır. Gələcəkdə bu məsələlər həllini tapdıqda qeyd olunan borc tərəfindən ödəniləcəkdir. Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış arayışdan görünür ki, araşdırma məqsədi ilə, 3-cü şəxs olan xx.xx.1964-cü il təvəllüdlü Nərimanov rayonu M.Əlizadə küçəsi 117,mənzil 87-də yaşayan (AZE-********) Tanrıverdi Abdulla oğlundan izahat alınmış, o bildirmişdir ki, İddiaçı işlədiyi metal satışı yeri ilə xeyli miqdarda əvvəllərdə müqavilə əsasında alver etmiş ödənməmiş borca səbəb də bank sixxxxemində yaranmış problemləri səbəbindən ödəniş edə bilmədiklərini, yaxın zamanda qalan 5600 manat borcu da ödəyəcəkdir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddia tələbinin əsasını iddiaçının fiziki əşya sayılan pullarını cavabdehin qanunsuz sahibliyindən tələb etməsi təşkil edir. Azərbaycan Respublikası Konxxxxitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən ixxxxifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə tikinti materiallarını nisyə satmış və həmin materialların dəyəri olan pulu tələb edir. Tikinti materiallarının cavabdehə verilməsinin real olması, lakin sonradan cavabdehin həmin malların dəyərini ödəməməsi və bunun nəticəsində cavabdehin iddiaçının satdığı tikinti materiallarına görə həmin malların pulunu qaytarmaq öhdəliyi daşıması işin təkzib olunmayan hallarıdır. Bununla da müəyyən olunur ki, cavabdehin iddiaçıya məxsus tikinti materiallarını satın alaraq apardığı və ödəmədiyi tikinti materiallarının ümumi dəyəri 5600 manat məbləğində pulu özündə qanunsuz saxlamaqla iddiaçıya qaytarmaqdan imtina edir. Belə ki, Cavabdeh oğlu tərəfindən polis idarəsində verilmiş izahatdan da göründüyü kimi, cavabdeh iddiaçıdan ümumi dəyəri 5600 manat olan tikinti materiallarını satın almış, lakin sonradan tikinti materiallarının dəyərinin ödənilməsi öhdəliyini pozmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğlundan 5600 manat məbləğində pul İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ixxxxifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ixxxxinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 300 manat pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 5600 (beş min altı yüz) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat və 30 manat dövlət rüsumu İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə ödənilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1827/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1827/2021
30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver