Məhkəmə qərarları › İş №e-2(005)-1833/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1833/2023

10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1833/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X6 Mehdi qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın əvəzi olaraq 7891,47 (yeddi min səkkiz yüz doxsan bir manat qırx yeddi) manat məbləğində pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomaşın xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. O, həmin avtomobilə dair X4 etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə X5 etibarnamə əsasında idarə etdiyi həmin avtomaşınla Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olarkən Cavabdeh özünə məxsus “BMW 528 minik” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti haqqında qanunvericiliyin tələblərini pozaraq iddiaçıya məxsus avtomaşını və işıqforu vurmuş, nəticədə iddiaçıya məxsus avtomaşına və işıqfora maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon DYPŞ-də araşdırma aparılmış, araşdırma nəticəsində sürücü Cavabdeh təqsirli olması müəyyən edilərək, barəsində inzibati protokol tərtib edilmiş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh inzibati məsuliyyətə cəlb olunması barədə qərarla razılaşmış, qərarı mübahisələndirməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomaşına 10953 (on min doquz yüz əllim üç) manat məbləğində, işıqfora dəymiş ziyanın məbləği isə 6935,45 manat məbləğində müəyyən edilmiş, icbari sığorta şirkəti dəymiş maddi ziyanı 5000 manat həddində qarşılayaraq avtomobilə dəymiş zərərə görə 3061,47 manat məbləğində sığorta ödənişi etmiş qalan məbləği isə, işıqfora dəymiş maddi ziyanın əvəzi olaraq müvafiq icra hakimiyyəti orqanına ödəmişdir. Beləliklə, iddiaçıya məxsus avtomaşına dəymiş 10953 manat məbləğində ziyandan cəmi 3061,47 manatı sığorta şirkəti tərəfindən ödənilmiş, yerdə qalan 7891,47 manat məbləğində maddi ziyan isə, cavabdeh tərəfindən ödənilməli olduğu halda, indiyədək ödənilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirik. Qeyd edir ki, iddiaçı məcburi köçkün statusuna malik olduğundan dövlət rüsumu ödəməkdən azaddır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirib, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsində təqsirinin sübuta yetirilmədiyini, müvafiq qərarın qüvvədə olmadığını bu səbəbdən də deliktin törədilməsində təqsirli olmadığına görə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçının nümayəndəsi (vəkili) EMİS vasitəsilə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiklərini bildirib, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP-5105158 № li protokoldan görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP-5450703 № li İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 40 manat məbləğində İnzibati cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 528 minik” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4378 saylı ekspertiza rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı "Ford Fusion minik” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9090,00 manat müəyyən edilir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh, mülkiyyətində olan “BMW 528 minik” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində İddiaçı məxsus “Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Sabunçu rayon DYPŞ-də araşdırma aparılmış və Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olduğu və hadisə yerindən yayındığı müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP-5105158 № li protokol tərtib edilmiş və həmin protokol əsasında eyni tarixli TP-5450703 № li İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Cavabdeh 40 manat məbləğində İnzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4378 saylı ekspertiza rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı "Ford Fusion minik” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9090,00 manat müəyyən edilir. Hazırda cavabdeh tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddia tələbi əsassızdır, etirazının dəlili kimi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(005)-2679/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına istinad edərək bildirir ki, həmin qərar ilə Cavabdeh nümayəndəsi, Vəkil2 şikayəti qismən təmin edilərək, Bakı Şəhər Sabunçu RPİ X8 Şöbəsinin YNH üzrə inspektoru X1 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci tarixli qərarı ləğv edilməsi, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı Şəhər Sabunçu RPİ X8 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar cavabdehin təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu inkar olunmasa da, həmin zərərin Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu öz təsdiqini tapmır. Yuxarıda sadalananlardan göründüyü kimi, Cavabdeh iddiaçıya məxsus “Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə təqsirli hərəkətləri sübuta yetirilmədiyindən, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın əvəzi olaraq 7891,47 (yeddi min səkkiz yüz doxsan bir manat qırx yeddi) manat məbləğində pulun Cavabdeh tutulması barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin məhkəmə onu qeyd edir ki, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası xərci İddiaçı 100 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı 100 manat məbləğində pul tutulsun və (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar