Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1845/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Naqib oğlundan 5300 (beş min üç yüz) ABŞ dolları (məhkəmə qətnamənin icra olunduğu günə dolların manatla məzənnəsi ilə) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh İddiaçı 5300 (beş min üç yüz) ABŞ dolları borca almışdır. Bununla bağlı iddiaçıyə qəbz vermişdir. Bu qəbzdə Cavabdeh göstərmişdir ki, İddiaçı 5300 (beş min üç yüz) ABŞ dolları məbləğində pul götürmüşdür və onunla bağlanmış müqavilə xx.xx.2022-ci il tarixədək qüvvəsindədir. Bu tarixdən sonra müqavilə qardaşı Şahid Nağıb oğluna tərəfindən yenilənəcək. Şahid olan borc ödəməsə Cavabdeh onun əvəzinə ödəyəcəy. Belə ki, Cavabdeh 5300 ABŞ dolları məbləğində götürdüyü borc pulu qardaşı Şahid bu borcu ödəmədiyi halda ödəmək öhdəliyini üzərinə götürmüşdür. Həmin qəbz beş nəfər tərəfindən imzlamışdır, həmçinin Cavabdeh özimzası ilə təsdiqlənmişdir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Dəfələrlə iddiaçı tərəfindən xəbərdarlıq etməyinə baxmayaraq, borc pulu qaytarmadı. Belə ki, 2024-cü ilin oktyabr və dekabr aylarında iki dəfə cavabdehə pulun qısa müddət ərzində qaytarılması təklifi ilə məktublar göndərilmişdir. Lakin cavabdeh tərəf heç vaxt təkliflərə cavab verməmişdir. Bununla əlaqədar İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə ərizəsi təqdim edilərək, Cavabdeh 5183 ABŞ dolları (məhkəmə qətnamənin icra olunduğu günə dolların manatla məzənnəsi ilə) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 2022-ci ildə cavabdeh iddiaçıdan 5300 ABŞ dolları məbləğində borc almışdır. Bunu təsdiq edən qəbz də var. Cavabdeh 1 ay ərzində pulun qaytarılmasını qeyd etmişdir, lakin borc ödənilməyib. Borcdan cəmi 200 manat ödəniş edilib. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, həmin pulu ona verməyiblər. Qardaşı Gürcüstan Respublikasında ilişib və maşınından dərman tapıblar. Avtomobilin çıxarılması üçün pul istənilib və avtomobil iddiaçıya məxsus olub. Beş nəfərin yanında ona görə imzalamışdır ki, qardaşı gələnə kimi ona zamin durur. Qardaşı Gürcüstan Respublikasından qayıtdıqdan sonra onu iddiaçının yanına aparmış və bundan sonra olan məlumatlardan xəbəri yoxdur. Latın dilini bilmədiyinə görə ərizəni yazmamışdır, amma imza özünə məxsusdur. 10 gün müddətdən sonra qardaşını iddiaçıya təhvil verəcəyimə dair ərizəni imzalamışdır. Evdə xəstə övladı var və maddi imkanı yoxdur. Qardaşı iddiaçıya təklif edib ki, hər ay 150 manat ödəniş etsin, lakin İddiaçı razılaşmayıb. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -xx.xx.2022-ci il tarixli Cavabdeh tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, X4 qəbzi yazıb öz imzası ilə İddiaçı, X2, Cavabdeh, X1 və X3 iştirakı ilə təsdiq etmişdir ki, İddiaçı tərəfindən 5300 ABŞ dolları əlbəəl pul götürmüşdür. 29.12.202-ci il tarixinədək müqavilə Cavabdeh ilə qüvvədədir. Bu tarixdən sonra müqavilə qardaşı Şahid Nağıb oğlu tərəfindən yenilənəcək. Ödəsə özü ödəyəcək. -İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən cavabdehə ünvanlanmış təklif məktubundan görünür ki, cavabdehdən məktubu aldığı gündən 10 gün ərzində 5300 ABŞ dolları borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. -24 iyun 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1972-ci il təvəllüdlü Şahid bildirmişdir ki, o vaxtlar tutulanda iddiaçıdan pul götürmüş və bildirmişdir ki, hissə-hissə ödəniş edəcəkdir. İki dəfə ödəniş etmişdir, lakin iddiaçı bildirdi ki, hissəhissə ödəniş olunmasını istəmir. Bu səbəbdən ödənişləri saxlamışdır. Pulu özü şəxsən almamışdır, birbaşa ora ödənilmişdir. Kimin tərəfindən ödəniş olunması barədə məlumatı yoxdur. Gürcüstan Respublikasında tutulanda 5050 ABŞ dolları məbləğində ödəniş etmişdirlər. İki ay ərzində 200 manat məbləğində ödəniş etmiş, lakin iddiaçı qane etmədiyini bildirmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi razılıq əsasında borc barədə razılıq əldə olunmuşdur. İddiaçı razılıq əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh bu günədək borcunu ödəməmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qəbzdə o, 5300 (beş min üç yüz) ABŞ dolları məbləğində xx.xx.2022-ci il tarixədək qaytaracağını bildirmişdir. Daha sonra cavabdeh öhdəliyini yerinə yetirməyərək, qeyd olunan məbləği tam geri qaytarmamışdır. Cavabdeh tərəfindən cəmi 200 manat ödəniş edilmişdir. İddiaçı qeyd olunan borcun təmin edilməsi məqsədilə ilkin olaraq məktubla cavabdehə müraciət etmiş, borc ödənilmədiyindən hazırki tələblə məhkəməyə müraicət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. - 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi tərəflər arasında mülki münasibətlərin tənzimlənməsi üçün müvafiq razılaşmanın olması zəruridir. Hazırda tərəflər arasında şifahi razılaşmanın olması xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən tərtib edilmiş qəbzdə qeyd olunmuşdur. Lakin cavabdeh öhdəliklərini tam yerinə yetirməmişdir. Cavabdeh tərəfindən iddia tələbində göstərilmiş məbləğin 200 manat (117 ABŞ dolları ekvivalenti) hissəsi ödənilsə də, 5183 ABŞ dolları hissəsi ödənilməmişdir. Qeyd edilənlər İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsinə hüquqi əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, şifahi müqavilə üzrə borcun verilməsini təsdiq edən sübut kimi qəbzin mövcudluğu və bu sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edildiyindən və cavabdehin razılıq üzrə öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, həmçinin cavabdeh müqaviləyə dair nəticələrin riskini daşıdığı halda borcun ödənilməsi barədə kreditora qarşı hər hansı bir tələb irəli sürməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5183 (beş min yüz səksən üç) ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 110,40 (manat Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5183 (beş min yüz səksən üç) ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110,40 (yüz on manat qırx qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 10-cu bəndini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5183 (beş min yüz səksən üç) ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110,40 (yüz on manat qırx qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1845/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1845/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver