Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1857/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh tərəfindən 15000 manat məbləğində pul vəsaitinin və məhkəmə xərcləri üçün ödənilmiş dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh məxsus xx.xx.2019-cu il qeydiyyat tarixli, 99SC014 qeydiyyat nişanlı “HYUNDAİ İ40” minik markalı avtomobili X4 15000 manat məbləğində pulu verərək əldə etmişdir. Eyni zamanda iddiaçının qardaşı oğlu da 20000 manat məbləğində pul verərək Cavabdeh avtomobil əldə etmişdir. X7 onların vermiş olduğu pulu yanlarında Cavabdeh vermişdir. İddiaçı bildirir ki, qardaşı oğlu avtomobili aldıqdan sonra onu öz adına rəsmiləşdirmişdir. İddiaçı isə əldə etmiş olduğu xx.xx.2019-cu il qeydiyyat tarixli, 99SC014 qeydiyyat nişanlı “HYUNDAİ İ40” minik markalı avtomobili bir müddət sonra rəsmiləşdirməyi düşünmüşdür. Bundan sonra Cavabdeh İddiaçı həmin avtomobilə dair özündə idarə etmə, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq səlahiyyətləri verən etibarnamə vermişdir. Həmin avtomobili bir müddət idarə etdikdən sonra 2022-ci ilin sentyabr ayında Bərdə Rayon Polis İdarəsindən etibarnamənin Cavabdeh tərəfindən ləğv edilməsi barədə məlumat verilmişdir. Qeyd olunan halla bağlı şikayət etdikdən sonra Cavabdeh iddiaçıya bildirmişdir ki, X7 ona yalnız pulun yarısını vermişdir, qalan məbləği isə verməmişdir. İddiaçı bildirir ki, o, 15000 manat məbləğində pulu Cavabdeh və X4 vermişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında ifadə verən Cavabdeh Zakir oğlu iddiaçı və şahid X1 tanımadığını, onunla X7 arasında münasibətlər olduğunu, sonuncunun ondan 3 avtonəqliyyat vasitəsi götürüb pulunu hissə-hissə ödəməyi öhdəliyinə götürməsinə baxmayaraq, daha sonra ödəmələri vaxtlı-vaxtında etmədiyi üçün iddiaçıya verilmiş etibarnaməni ləğv etdirdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı Cavabdeh məxsus “HYUNDAİ İ40” minik markalı avtomobili X4 15000 manat məbləğində pulu verərək əldə etmişdir. O özü isə aldığı avtomobilə görə 20000 manat məbləğində pulu Cavabdeh vermişdir. Avtomobilləri Cavabdeh aldıqdan sonra sonuncu onlara notariat qaydada təsdiq edilmiş etibarnamələr vermişdir. Lakin bir müddətdən sonra vermiş olduğu notariat qaydada təsdiq edilmiş etibarnamələri ləğv etdirmişdir. Belə ki, mülki işin materiallarında olan; - xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 özünə məxsus olan 90ZS820 qeydiyyat nişanlı “HYUNDAİ İ40” minik markalı avtomobili Cavabdeh 20000 manata satmışdır. - 99SC014 qeydiyyat nişanlı “HYUNDAİ İ40” minik markalı avtomobil xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. xx.xx.2019cu il tarixdən xx.xx.2024-cü il tarixədək AVTORENTACAR MMC-yə etibarnamə verilmişdir. - 99SC014 qeydiyyat nişanlı “HYUNDAİ İ40” minik markalı avtomobil xx.xx.2019-cu il tarixdə qeydiyyat şəhadətnaməsinin dəyişməsi əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X4, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı etibarnamə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh məxsus 29 iyul 2019-ci il qeydiyyat tarixli, 99SC014 qeydiyyat nişanlı “HYUDAİ İ40” minik markalı avtoobili 09 iyun 2022-ci il tarixdə sərəncam vermək hüququnu (bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq üçün ərizə vermək) da ehtiva edən etibarnamə verməklə onun sahibliyinə və istifadəsinə verib. Eyni vaxtda Cavabdeh digər avtomobilini və avtomobil üzərində idarəetmə və sərəncam hüququnu da nəzərdə tutan etibrnamə ilə birlikdə X2 verib. Daha sonra X6 maşını öz adna qeydiyyatdan keçirib. İddiaçıya verilmiş etibarnaməni isə cavabdeh 07 aprel 2023-cü il tarixdə xitam etdirib. Hazırda məhkəməyə mürciət edən iddiaçı avtonəqliyyat vasitəsinin 09 iyun 2022-ci il tarixdə iddiaçıya satıldığını, bunun müqabilində iddiaçının X4 və Cavabdeh 15000 manat pul ödədiyini bildirir, sonuncudan həmin pul məbləğinin tutulmasını xahiş edir. Cavabdeh iddiaçını tanımadığını, X3 ona olan borcunu ödəmədiyi üçün avtomobil üçün verilmiş etibarnəməyə xitam verdiyini bildirir. AR Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 417.3-cü maddəsinə əsasən tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının cavabdehə münasibətdə pul tələbinə dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsinin özündə iddiaçı tərəfindən 15000 manat məbləğində pulun X4 verildiyi, elə iddiaçının yanında Xalidin həmin pul məbləğini cavabdehə ötürdüyü bildirilir. Daha sonra yenə iddia ərizısində pulun X4 və Cavabdeh Zakir oğluna verildiyi qeyd edilir. Məhkəmə iclasında Məhkəmə şahidin ifadəsinə də qiymət verərək qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə iclasında ifadə vermiş şahid X6 iddiaçının qohumu – qardaşı oğludur. O özü də Cavabdeh başqa bir avtomobil aldığını, etibarnamə əsasında öz adına qeydiyyatdan keçirdiyini; əmisinin adına verilmiş etibarnamənin isə cavabdeh tərəfindən ləğv edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, tək şahidin ifadəsi əsasında (xüsusilə də qohumluq əlaqəsində olan) iddianın təmin edilməsi düzgün deyil. İddiaçı tərəfindən iddiasını təsdiq edən başqa heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən müəyyən bir pul qarşılığında xx.xx.2019-cu il qeydiyyat tarixli, 99SC014 qeydiyyat nişanlı “HYUNDAİ İ40” minik markalı avtomobilini etibarnamə ilə İddiaçı verməsi halı mövcud ola bilər. Məhkəmə hesab edir ki, şəxsə sərəncam hüququnun da verməsi də tərəflərin arasında hər hansı bir razılaşmanın olmasından xəbər verir. Lakin iddiaçı tərəfindən cavabdehə 15000 manat məbləğində ödəniş edilməsi barədə konkret və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən digər şahidlərin dindirilməsi barədə vəsatətlər daxil olmamış, yazıl sübutlar, tərəflər arasında danışıqlar və s. təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş whastapp yazışmalarının skrinşotlarını məhkəmə mötəbər mənbə qismində qiymətləndirmir, çünki həmin görüntülərin həqiqi olmaması ehtimalı mövcuddur. Eyni zamanda onlar cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hal olaraq qiymətləndirir. İddiaçı tərəfindən tərəflər arasında öhdəlik münasibətlərinin olması, iddiaçının öhdəliyi icra etsə də - 15000 manat məbləğində pulu ödəsə də, cavabdehin bir müddət sonra etibarnaməni ləğv etdirməklə öhdəliyin icrasından yayındığını iddia edilir. Lakin iddiaçının bu müddət ərzində hansı səbəbdən avtonəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirməməsi, tərəflərin alqı-satqı müqaviləsi bağlamaması, pulun ödənilməsi barədə hər hansı qəbzin olmaması məsələlərinə aydınlıq gətirilmir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsası olaraq öhdəliyin pozulması deyil, əsassız varlanma, və ya maddi ziyanın vurulması olsaydı belə, iddiaçı tərəfindən 15000 manat pul məbləğinin cavabdehə təhvil verilməsi barədə konkret və mötəbər sübutlar təqdim edilmədiyinə görə, iddia tələbi təmin edilə bilməz. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1857/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1857/2023
28.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver