Məhkəmə qərarları › İş №e-2(005)-188/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-188/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-188/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 7 Aprel 2022-ci il tarixli, RBNPT- 00193 saylı kredit müqaviləsi üzrə əsas borca görə 11910,2 manat, faiz borcuna görə 855,27 manat, cərimə borcuna görə 4000,54 manat olmaqla cəmi 16 766,01 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 140,3 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Qusar rayonu, Xuray kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 7 Aprel 2022-ci il tarixli, RBNPT-00193 saylı kredit müqaviləsi üzrə cəmi 16766,01 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 185,3 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Qusar rayonu, Xuray kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və toıpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 Qusar rayonu, Xuray kəndində mülkiyyətində olan 0,12 ha toıpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması və mənzilin boşaldılması; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 7 Aprel 2022-ci il tarixli, RBNPT-00193 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 7 Aprel 2022-ci il tarixli, RBNPT-00193 saylı kredit müqaviləsinə əsasən illik 20 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 20002,71 manat məbləğində kredit verilmişdir. 7 Aprel 2022-ci il tarixli, RBNPT-00193 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtmda və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 7 Aprel 2022-ci il tarixli, RBNPT-00193 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 11910,2 manat, faiz borcuna görə 855,27 manat, cərimə borcuna görə 4000,54 manat olmaqla cəmi 16 766,01 manat təşkil edir. 7 Aprel 2022-ci il tarixli, RBNPT-00193 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Qusar rayonu, Xuray kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi İddiaçı ASC qarşısında 7 Aprel 2022-ci il tarixli, RBNPT-00193 saylı Sonrakı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 7 Aprel 2022-ci il tarixli, RBNPT-00193 saylı kredit müqaviləsinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqaviləyə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 7 Aprel 2022-ci il tarixli, RBNPT-00193 saylı kredit müqaviləsi üzrə əsas borca görə 8710,2 manat, faiz borcuna görə 2131,32 manat, dəbbə borcuna görə 4000,54 manat, cəmi 14 842,06 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 140,3 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Qusar rayonu, Xuray kəndində mülkiyyətində olan 0,12 ha toıpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 7 Aprel 2022-ci il tarixli, RBNPT-00193 saylı kredit müqaviləsi üzrə cəmi 14 842,06 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 185,3 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 7 Aprel 2022-ci il tarixli, RBNPT-00193 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi 21 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 140,30 manat dövlət rüsumu İddiaçı ASC–yə geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar