Məhkəmə qərarları › İş №e-2(005)-1908/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1908/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1908/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2022-ci il tarixli 300757-CNS-38196 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 535,67 (beş yüz otuz beş, 67) manat məbləğində əsas borc, 45,27 (qırx beş, 27) manat məbləğində faiz borcu, 25,80 (iyirmi beş, 80) manat məbləğində cərimə, ümumilikdə isə 606,74 (altı yüz altı, 74) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, mülki işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 1908/2023 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2022-ci il tarixli 300757-CNS-38196 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli 300757-1-34256 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2022-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 546,21 (beş yüz qırx altı manat 21 qəpik) manat məbləğində borcu illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 535,67 (beş yüz otuz beş manat 67 qəpik) manat məbləğində əsas borc, 45,27 (qırx beş manat 27 qəpik) manat məbləğində faiz borcu, 25,80 (iyirmi beş manat 80 qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə isə 606,74 (altı yüz altı manat 74 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə “iddia tələbinin həcminin azaldılması”na dair ərizə təqdim edərək "Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2022-ci il tarixli 300757-CNS-38196 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 535,67 (beş yüz otuz beş manat 67 qəpik) manat məbləğində əsas borc 25,27 (iyirmi beş manat 27 qəpik) manat məbləğində faiz borcu, 25,80 (iyirmi beş manat 80 qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 586,74 (beş yüz səksən altı manat 74 qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2022-ci il tarixli 300757-CNS-38196 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli 300757- 1-34256 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2022-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 546,21 (beş yüz qırx altı manat 21 qəpik) manat məbləğində borcu illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1339P saylı pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə qalıq borcunun 3 iş günü müddətində ödənilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 300757-CNS-38196 saylı, xx.xx.2022-cii il tarixli "Nağd pul krediti müqaviləsi" üzrə Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış ümumi borcu 586,74 (beş yüz səksən altı manat 74 qəpik) manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 22 avqust 2022-ci il tarixli 300757-CNS-38196 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli 300757-1-34256 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2022-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 546,21 (beş yüz qırx altı manat 21 qəpik) manat məbləğində borcu illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə cavabdeh kredit məbləği ilə təmin edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu iddiaçıya ödəməlidir. İddiaçı iddia tələbində cavabdehin əsas borcunu 535,67 (beş yüz otuz beş manat 67 qəpik) manat, faiz borcunu 45,27 (qırx beş manat 27 qəpik) manat, cərimə borcunu 25,80 (iyirmi beş manat 80 qəpik) manat qeyd etsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbinin azaldılması barədə ərizə təqdim edilərək xx.xx.2023-cü il tarixli maliyyə arayışında cavabdehin əsas borcunun 535,67 (beş yüz otuz beş manat 67 qəpik) manat, faiz borcunun 25,27 (iyirmi beş manat 27 qəpik) manat, cərimə borcunun 25,80 (iyirmi beş manat 80 qəpik) manat olması bildirmişdir. Odur ki, məhkəmə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş müvafiq hesablamanı nəzərə alaraq cavabdehdən ümumilikdə 586,74 (beş yüz səksən altı manat 74 qəpik) manat borcun tutulmasını əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2022-ci il tarixli 300757-CNS-38196 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi»nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 535,67 (beş yüz otuz beş manat 67 qəpik) manat məbləğində əsas borc, 25,27 (iyirmi beş manat 27 qəpik) manat məbləğində faiz borcu, 25,80 (iyirmi beş manat 80 qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə isə 586,74 (beş yüz səksən altı manat 74 qəpik) manat borc, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2022-ci il tarixli 300757- CNS-38196 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi»nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 535,67 (beş yüz otuz beş manat 67 qəpik) manat məbləğində əsas borc, 25,27 (iyirmi beş manat 27 qəpik) manat məbləğində faiz borcu, 25,80 (iyirmi beş manat 80 qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə isə 586,74 (beş yüz səksən altı manat 74 qəpik) manat borc, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar