Məhkəmə qərarları › İş №e-2(005)-1921/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1921/2022

25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1921/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 cavabdeh “Bakı Elektriktökmə QSC-yə qarşı əlillik dərəcəsindən asılı olaraq 2011ci ilin yanvar ayından bugünədək zərərin əvəzinə görə ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh “Bakı Elektriktökmə QSC-yə qarşı əlillik dərəcəsindən asılı olaraq 2011ci ilin yanvar ayından bugünədək zərərin əvəzinə görə ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin ödənilməsi tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,iddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı9, İddiaçı2, İddiaçı5, İddiaçı3, X6 və İddiaçı8 əlillik dərəcəsindən aslı olaraq 2011-ci ilin yanvar ayından bu günədək zərərin əvəzinə görə ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin "xxxx" ASC tərəfindən hesablanaraq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar X1 bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətində uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuş və istehsalatda əmək qabiliyyətinin itirilməsi səbəbindən ona verilmiş əlillik dərəcəsindən aslı olaraq cavabdeh "xxxx" ASC hər ay onlara ödənc etməyə borclu olmuşdur. Lakin cavabdeh müəsissə həmin ödəncləri ödəməkdən imtina etmişdir. Bundan əvvəlki illər üzrə məhkəmə qətnaməsi əsasında aylıq ödənclər müvafiq olaraq 2003-2010-cu il tarixinədək ödənilmişdir. Həmin qətnamə ilə Fondun Nərimanov rayon şöbəsi ilə ASC arasında tərtib ediləcək üzləşmə aktına əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işcisinə verilməli olan ödəncin 01 oktyabr 2003-cü ildən hesablanaraq iddiaçılara verilməsı qət edilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən iddiaçılara aylıq ödənclərin verilməsindən imtina edilməsi Nərimanov rayon məhkəməsində mübahisələndirilmiş və müvafiq məhkəmə aktları qəbuledilmişdir. Bu mübahisəyə sonda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 noyabr 2004-cü il tarixli qərarı ilə hüquqi qiymət verilmiş və mübahisəyə yenidən apellyasiya instansiyası məhkəməsində baxılmış iddianın təmin olunması barədə qətnamə qəbul edilmişdir. Cavabdeh "xxxx"ASC aylıq ödəncləri 2010-cu ilin sonuna qədər ödəmiş olsa da 2011-ci ilin yanvar ayından etibarən əsassız və qanunsuz olaraq iddiaçılara aylıq ödənclərin verilməsi dayandırılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)- 1921/2022 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçıların nümayəndəsi və vəkili Vəkil şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi əmək mübahisəsindən yaranmış törəmə hüquq münasibətləri olsa da, qanunvericilikdə nəzərdə tutulmuş fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərəri delikt hesab etməklə onu öhdəliyin bir növü kimi tanıyır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)- 1921/2022 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)-1921/2022 nömrəli qərardadı ləğv edilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edir ki, keçmişdə Respublika əhəmiyyətli “Mərkəzielektriktökmə” zavodunun (xx.xx.2001-ci il tarixindən "xxxx" ASC-yə çevrilmilşdir ) 1990-cı illərin məlum hadisələrdən sonra istehsal fəaliyyəti azalmış, 2000-ci illərcən sonra isə demək olar ki, tam dayanmışdır. Bir neçə xırda sifarişlər olsa da müəssisə gəlirlə işləmədiyindən maliyyə təsərrüfat fəaliyyəti iflic vəziyyətinə düşmüşdür. Vaxtı ilə müəssisədə işləyib peşə xəstəliyi nəticəsində və istehsalatda xəsarət alan, məktubda qeyd olunan və sairə əmək əlillərinə ödəniş imkanı olmadığına görə və özəlləşdirməyə gedən müəssisələrin borc yüklərinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 804 saylı 04 avqust 2008- ci il tarixli Fərmanı və Nazirlər Kabinetinin 242 saylı Qərarı ilə təsdiq edilmiş “Qaydalara” əsasən ödənc DSMF-dən Dövlət tərəfindən ödənilir. Eyni zamanda həmin şəxslərin bəzilərində xəstəliyin olması haqda şübhə yarandığından Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********8 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda onların Agentliyin Komissiyasına müraciət etməsi zərurəti yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı6 Dövlət Sosial Müdafiə Fondundan Peşə əmək qabiliyyətini itirmiş işçi kimi 120 manat məbləğində müddətsiz sosial müavinət, İddiaçı9 180 manat müddətsiz sosial müavinət, İddiaçı2 240 manat müddətsiz sosial müavinət, İddiaçı8 180 manat müddətsiz sosial müavinət, İddiaçı1 240 manat müddətsiz sosial müavinət, İddiaçı4 180 manat müddətsiz sosial müavinət, İddiaçı5 180 manat müddətsiz sosial müavinət, İddiaçı7 180 manat müddətsiz sosial müavinət alır. Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005ci il tarixli qətnaməsinə əsasən əmək fəliyyətini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin ailələrinə əmək zədəsi almış və peşə xəsəliyinə tutulmuş işçilərə zərəin əvəzinə görə ödənişlər üzrə borcun hesablanaraq iddiaçılar İddiaçı6, X2, X4, X5, X7, X3, İddiaçı2, X8, İddiaçı8 və qeyrilərinə ödənilməsinin təmin edilməsi "xxxx" ASC-yə həvalə edilmişdir. Məhkəmə iddiaçılarının hazırki tələbi ilə bağlı aşağıdakı qanunvericilik müddəalarını əsas götürür: Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 1.2.1 -ci bəndinə əsasən bu Qaydalar əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin ailələrinə, əmək zədəsi almış və peşə xəstəliyinə tutulmuş işçilərə zərərin əvəzinə görə ödənişlərlə bağlı dövlət müəssisələrinin borclarının ödənilməsinə şamil edilir. Qaydaların 4.1-ci bəndinə əssən borclar Fondun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktlarına əsasən ödənilir. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Qaydalar özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət (peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə - 33 manat; peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə - 44 manat; peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə - 55 manat; peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə - 66 manat; həlak olduqda - 77 manat) verilir (bənd 3.1). Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər (bənd 4.1). istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvü, yaxud himayəsində olan digər şəxs aylıq ödəncin əvəzinə aylıq müavinət almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinət təyin edən orqana ərizə ilə müraciət edir və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq müqavilə bağlayır (bənd 4.2). Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir (bənd 5.1). Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir (bənd 5.2). Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya "DOST" mərkəzləri tərəfindən həyata keçirilir (bənd 5.3). Mülki işin materiallarından aydın olur ki, iddiaçılar X1 bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətində uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuş və istehsalatda əmək qabiliyyətinin itirilməsi səbəbindən ona verilmiş əlillik dərəcəsindən aslı olaraq cavabdeh "xxxx" ASC hər ay onlara ödənc etməyə borclu olmuşdur. Cavabdeh "xxxx"ASC aylıq ödəncləri 2010-cu ilin sonuna qədər ödəmiş olsa da 2011-ci ilin yanvar ayından etibarən əsassız və qanunsuz olaraq iddiaçılara aylıq ödənclərin verilməsi dayandırılmışdır. Bu səbəbdən də iddiaçılar haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə sorğusuna cavab məktubunda əlillərə ödəniş etmək imkanlarının olmadığını, eyni zamanda sosial müavinət alan şəxslərdən bəzilərinin əlillik dərəcəsinin həqiqətən olmasına şübhə yarandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, ödəniş imkanın olmadığını bildirən cavabdeh bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir, hüquqi şəxs müflis elan edilməmişdir və fəaliyyət göstərir. Eyni zamanda iddiaçıların əlil omasına cavabdehin şübhəsi cavabdeh tərəfindən ödənişlərin dayandırılmasına əsas vermir. Əlillik təyin olunub-olunmamasına dair qərarı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin“müvafiq qurumu qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdeh Bakı "xxxx" ASC-dən əlillik dərəcəsindən asılı olaraq 2011-ci ilin yanvar ayından bu günədək ödənilməmiş müavinət məbləği tutularaq iddiaçılara ödənilməli, habelə qətnamə elan olunduğu tarixdən hər ay həmin ödənclərin ardıcıl olaraq davam etdirilməsi Bakı "xxxx" ASC-nə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı "xxxx" ASC-dən əlillik dərəcəsindən asılı olaraq 2011-ci ilin yanvar ayından bu günədək zərərin əvəzinə görə ödənilməmiş müavinət məbləği tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 ödənilsin. Qətnamə elan olunduğu tarixdən hər ay əlillik dərəcəsindən asılı olaraq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 hesablanmış müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi Bakı "xxxx" ASC-nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar