Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1926/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X5 Mehdi qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi hər ay üçün 646 manat (16 ay) olmaqla, ümumilikdə 10336 (on min üç yüz otuz altı manat) manat və məhkəməyə müraciətlə bağlı ödənilmiş 122 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış R000901 saylı, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC ona məxsus olan ünvan 1 ünvanında yerləşən 8-ci binanın 1-ci blokunun 1-ci mərtəbəsində 28.6 kv.m ümumi sahəsi olan 21 saylı qeyri yaşayış sahəsini və R000759 saylı, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən isə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən Kosmos yaşayış kompleksində 8 saylı binanın 8-ci blokunun 28.8 kv.m ümumi sahəsi olan 22 saylı qeyri yaşayış sahəsini “X3” kimi fəaliyyət göstərməsi üçün İcarəçiyə icarəyə vermişdir. Cavabdehin icarə haqqını ödəməməsilə əlaqədar iddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh “X3” kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən 8-ci binanın 1-ci blokunun 1-ci mərtəbəsində 28.6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokunun 28.8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, eyni zamanda Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmış altı) manat tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. 2(005)-47/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamə üzrə xx.xx.2021-ci il tarixinə kimi icarə haqqının tutulması qət edildiyindən və xx.xx.2021-ci il tarixindən cavabdeh tərəfindən obyektin boşaldılması təmin edilmədiyindən iddiaçının əmlakından bəhər götürmə hüququ pozulmuş, nəticə etibarilə tərəfimizdən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi ödənilməmiş icarə haqqının tələbi barədə iddia qaldırılmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1094/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsilə iddia təmin edilərək cavabdehdən əldən çıxmış fayda kimi 7106 manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh bu günə kimi mülkiyyətində olan qeyri-yaşayış sahəsini hələ də təhvil verməmiş, təhvil verməkdən boyun qaçıraraq tərəflərinin gəlir götürmə, bəhərdən faydalanmasının qarşısını almaqdadır. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi hər ay üçün 646 manat (16 ay) olmaqla, ümumilikdə 10336 manat (on min üç yüz otuz altı manat) və məhkəməyə müraciətlə bağlı ödənilmiş 122 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış R000759 nömrəli, 01 iyul 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verənə məxsus olan ünvan 1 ünvanında yerləşən 8-ci binanın 1-ci blokunun 1-ci mərtəbəsində 28.6 kv.m ümumi sahəsi olan 21 saylı qeyri yaşayış sahəsini və R000759 saylı, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən isə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən Kosmos yaşayış kompleksində 8 saylı binanın 8-ci blokunun 28.8 kv.m ümumi sahəsi olan 22 saylı qeyri yaşayış sahəsini “X3” kimi fəaliyyət göstərməsi üçün icarəçiyə icarəyə vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh “X3” kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən 8ci binanın 1-ci blokunun 1-ci mərtəbəsində 28.6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokunun 28.8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, eyni zamanda Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmış altı) manat tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1094/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən əldən çıxmış fayda kimi 7106 manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış R000901 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verənə məxsus olan ünvan 1 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsini və R000759 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən isə Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokunun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsini “X3” kimi fəaliyyət göstərməsi üçün icarəçiyə icarəyə vermişdir. Qeyd edilən qeyri-yaşayış sahələri ilə yanaşı olan eyni gözəllik salonunun fəaliyyəti üçün icarəyə verilmişdir. Hər iki müqavilə üzrə cəmi 646 manat aylıq icarə haqqı ödənilməli idi. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi müddətlərdə icarə ödənişləri etməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh “X3” kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokun 28, 8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla, (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmış altı) manat tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, qalan hissədə ilk iddia təmin olunmaması, qarşılıqlı iddia qismən təmin olunması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən qeyriyaşayış sahəsinə çəkilmiş xərc kimi 19.605 (on doqquz min altı yüz beş) manat tutulub Cavabdeh ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1094/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən əldən çıxmış fayda kimi 7106 manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iddiaçının “xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi hər ay üçün 646 manat (16 ay) olmaqla 10336 manat pulun” tutulmasına münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasındakı icarə müqaviləsi üzrə münasibətlər mövcud olmadığından iddia tələbinin qanuni əsasını əldən çıxmış faydaya dair münasibətləri tənzimləyən qanunvericilik normaları çıxış edir. Bu baxımdan məhkəmə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən mülki prosessual normalardan müəyyən edilir ki, hazırki mübahisədə əldən çıxmış faydanın olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Mülki işdən göründüyü kimi, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasını təmin etməməklə) əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur, iddiaçı tərəfindən bu halı sübut edəcək mötəbər dəlillər təqdim edilmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək əldən çıxmış faydanı tələb etməkdə haqlı olmuşdur, belə ki, iddiaçı daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri (R000759 nömrəli, 01 aprel 2018-ci il tarixli və R000901 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqavilələri) təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC Cavabdeh mülki hüquqi baxımdan təqsiri sübuta yetirilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi hər ay üçün 646 manat (16 ay) olmaqla, ümumilikdə 10336 (on min üç yüz otuz altı manat) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 122 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi hər ay üçün 646 manat (16 ay) olmaqla, ümumilikdə 10336 (on min üç yüz otuz altı manat) manat məbləğində pul vəsaiti və ödənilmiş 122 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1926/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1926/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver