Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1964/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh - Cavabdeh 40000 manat məbləğində pulun, dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manatın, qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi hesablanmaqla 40000 manat məbləğinin faizinin ödənilməsi və ödənilmiş 225 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 6 saylı Dövlət Notariat Kontorunda borc verən İddiaçı, borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli notarial təsdiq edilmiş kredit müqaviləsi mövcuddur. Kredit müqaviləsinə əsasən borc verən alana 250000 manat məbləğində borc vermiş və borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etməmiş və borcunu qaytarmamışdır. Bu azmış kimi notariat kontoru tərəfindən bağlanmış kredit müqaviləsinin etibarsız sayılması barədə Nərimanov rayon Məhkəməsinə iddia qaldırmışdır.xx.xx.2021-ci il tarixli 2(005)-3436/2021-ci il tarixli qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia rədd edilsin kimi qət edilmişdir. Bundan başqa cavabdeh tərəfindən iddia qaldırdığı ərizədə qeyd etmişdir ki, 30 aprel 2019-cu il tarixdə 250000 manat məbləğindən 57000 manat qaytarmış, bundan sonra isə 31 oktyabr 2019-cu il tarixdə 50000 manat qaytarmışdır, Bundan sonra isə üç dəfəyə olmaqla (500, 500, 300) İddiaçı adına pul göndərmişdir.Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh iddiası rədd edildiyini gördükdə, mənimlə razılığa gəlmək üçün müxtəlif müraciətlər etdikdən sonra xx.xx.2021-ci il tarixdə yenidən tərəflər qarşılıqlı razılaşma ilə borcunun 40000 manat olması barədə razılığa gəlmişlər. Razılaşma əsasında xx.xx.2021-ci il tarixdən etibarən 6 ay müddətində borcunu tam olaraq ödəyib qurtarması barədə öhdəlik götürmüşdür. Elə həmin gün 43000 manat borc məbləğindən 3000 manat məbləğində pul ödəmuş, lakin cavabdeh müqavilə ilə nəzərdə tutulmuş müddətə kimi pulun qaytarılması öhdəliyini götürsə də hazıra kimi 40000 manat borcu qalmışdır.Cavabdehdən ona olan borcunun qaytarılması tələb etsə də, borcu qaytarmaqdan bu günə kimi boyun qaçırır. İddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuş və pozulmuş hüquqlarını məhkəmə tərəfindən bərpa olunması qənaətinə gəlmişdir.Cavabdehin ona olan borcunu qaytarmaması, razılaşma öhdəliklərinin yerinə yetirilməməsi ilə bərabər həm də iddiaçınınmülkiyyət hüquqlarının pozulmasına dəlalət edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkiliddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-cimaddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirakı İddiaçı qızı tərəfindən təmin edilmiş Şahid məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh nümayəndəsi və vəkili qismində digər mülki işdə (kredit müqaviləsinin etibarsızlığı) onu müdafiə etmiş, hələdə cavabdeh tərəfindən ona verilən etibarnamə qüvvədədir. Tərəflər şərikli iş görmüş, cavabdeh borcdan hissə-hissə 57.000 manat ödəmişdir. 43.000 manat isə qalmış, ondan 3.000 manat ödəmiş və hazırda 40.000 manat borcu qalmışdır. Kredit müqaviləsi bağlanarkən iddiaçının atası onun nümayəndəsi qismində iştirak etmiş, o isə cavabdehin nümayəndəsi olaraq imza çəkib razılığa gəlmişlər. Razılaşma bağlanandan sonra cavabdeh borcu ödəyəcəyi barədə söz vermiş, lakin yerinə yetirməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu İmanov.Ə.L tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 250000 manat məbləğində borc vermiş və borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(005)-3436/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi rədd edilmişdir; Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin predmeti - Cavabdeh İddiaçı 2003-cü ildə iş qurmaq üçün borca pul almış, lakin həmin pulu vaxtında qaytara bilməmişdir. Həmin borca verilmiş pul barəsində tərəflər arasında 28 may 2018-ci il tarixdə 6 saylı Dövlət Notariat Kontorunda kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi bağlanıldıqdan sonra həmin borca verilmiş real puldan 107.000-manat qaytarılmış, qalan 43.000 manat isə bu günə kimi qaytarılmamışdır. Razılaşmanın şərtləri: Tərəflər arasında qalan real borcun 43.000-manat olması (qalması) barədə razılığa gəlinir .Cavabdeh öhdəlik götürürki, hazırkı müqavilə bağlanıldığı gündən başlayaraq altı ay ərzində hissə-hissə olmaqla İddiaçı borclu qaldığı 43.000 manat pulu tam olaraq ödəyəcəkdir. İddiaçı öhdəlik götürür ki, Cavabdeh tərəfindən ona borclu olduğu 43.000manat pulu hazırkı müqavilə bağlanıldığı gündən başlayaraq altı ay ərzində hissə-hissə olmaqla ödəyərkən pulları qəbul edəcək, 43.000-manat pul altı ay ərzində tam olaraq ödəniləcəyi təqdirdə Cavabdeh qarşı bundan sonra pul tələbi, maddi-mənəvi ziyanla bağlı hər hansı iddia qaldırmayacaqdır. 43.000manat pul altı ay ərzində tam olaraq ödəniləcəyi təqdirdə tərəflər arasında 28 may 2018-ci il tarixdə 6saylı Dövlət Notariat Kontorunda bağlanılmış kredit müqaviləsi ləğv edilmiş hesab ediləcəkdir. Müqavilədə qəbul edilmiş öhdəliklər vaxtında, lazımı qaydada icra edilməzsə digər tərəf pul tələbi maddi-mənəvi ziyanla bağlı məhkəməyə müraciət edə bilər; xx.xx.2021-ci il tarixli İddiaçı tərəfindən yazılmış və imzalanmış əlyazmanın mətnində “3000 (üç min) manat aldım; sözləri qeyd olunmuşdur; xx.xx.2022-ci il tarixli qəbzə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 225 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 250.000 manat məbləğində pulu borc almış və həmin məbləği xx.xx.2019-cu il tarixədək İddiaçı qaytarılması barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsi bağlanıldıqdan sonra həmin borca verilmiş real puldan 107.000-manat qaytarılmış, qalan 43.000 manat isə bu günə kimi qaytarılmamışdır. Daha sonra tərəflər arasında xx.xx.2021-ci il tarixində Razılaşma bağlanmış, Razılaşmaya əsasən Cavabdeh tərəfindən ona borclu olduğu 43.000 manat pulu hazırkı müqavilə bağlanıldığı gündən başlayaraq altı ay ərzində hissə-hissə olmaqla ödəyərkən pulları qəbul edəcəyi, 43.000 manat pul altı ay ərzində tam olaraq ödəniləcəyi təqdirdə Cavabdeh qarşı bundan sonra pul tələbi, maddimənəvi ziyanla bağlı hər hansı iddia qaldırmayacağı barədə öhdəlik götürmüşdür. Bu razılaşmadan sonra cavabdeh tərəfindən 3000 (üç min) manat məbləğində pul ödənilmiş, daha sonra isə ödəniş olunmamışdır. İddiaçı borc müqaviləsi üzrə qalan 40.000 manat məbləğində borcu Cavabdeh tələb edir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 225 manat məbləğində dövlət rüsumu ödənilmiş, lakin bu məbləği cavabdehdən tələb edir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc müqavilələri bağlanmışdır. Həmin borc müqavilələrinə əsasən İddiaçı cavabdehə müqavilə üzrə 250.000 manat məbləğində pul vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almışdır. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə, həm də bundan sonra qaytarmamış, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda işin hallarından göründüyü kimi cavabdehin idiaçıya 40000 manat borcu qalmışdır. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, yaranmış borc məbləğini və ödənilmiş 225 manat dövlət rüsumunu iddiaçıya ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 40.000manat məbləğində pul vəsaiti alınaraq, İddiaçın averilməlidir Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının pul tələbinin təmin olunmasını ona münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X5 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Məhkəmə iddia tələbinin “qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi hesablanmaqla 40000 manat məbləğinin faizinin ödənilməsi” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə iddianın əldən çıxmış fayda 40.000 manat cavabdehdən tutulması ilə bağlı nəticəyə gəlmişdir ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olduğunu və faktiki sübut təqdim etmədiyindən, iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli,Cavabdeh 40.000 (qırx min)manat pul vəsaiti və 225 (iki yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən vəAzərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 40.000 (qırx min) manat pul vəsaiti və 225 (iki yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1964/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1964/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver