Məhkəmə qərarları › İş №e-2(005)-2021/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2021/2023

04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2021/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (açar sözlər: əsassız varlanma, gecikdirilmiş vaxta görə faiz borcu) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 2984,84 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,59 manat və borca illik 5%-lə hesablanmış 273,61 manat əldən çıxmış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 15.2-18.5.2021 tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları icra etmişdir. Nəticədə Cavabdeh oğlu banka cəmi 2984,84 (iki min doqquz yüz səksən dörd manat, 84 qəpik) manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhvin baş verdiyinə görə İddiaçının hesabına əsassız varlanmışdır. Hesab edir ki, varlanmış şəxsin əldə etdiklərinin məhrum olanın tələbi ilə sonuncuya qaytarılması norması AR Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən olan “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipindən qaynaqlanır. Belə ki, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququnun AR Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən bərpası təmin edilməlidir. Əsassız varlanan şəxs məhrum olanın əmlakını heç bir əsas olmadan əldə etməklə, əldə etdiklərini məhrum olana onun tələbi ilə qaytarmadığı halda, sonuncunun mülkiyyət hüquqlarını pozmuş olur. Bu isə həm dövlətdaxili hüquqiaktlar, həm də beynəlxalq konvensiyalarla qadağan olunur. Beləliklə, əsassız varlanma halının baş verməsi ilə varlanmış şəxsin əldə etdikləriniməhrum olana qaytarmaq vəzifəsi yaranır, məhrum olanın isə əsassız varlanma obyektini qaytarmaq hüququ yaranır. Qeyd olunanlara əsasən Cavabdehin iddiaçının hesabına əsassız varlandığını nəzərə alaraq Cavabdeh əldə etdiklərini İddiaçıya qaytarmaqla mülki hüquqi vəzifəsini yerinə yetirməlidir. Bunun nəticəsi olaraq Cavabdeh hüquqazidd yolla əldə etdiklərindən məhrum olmalı, onlardan əsassız olaraq məhrum olmuş İddiaçı isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluq bərpa edilməlidir. II. Tərəflərin mövqeləri: Cavabdeh xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsinə etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçının iddiası əsassızdır və təmin edilə bilməz. Bildirir ki, İddiaçı ASC tərəfindən ona ünvanlanmış 5 fevral 2023-cü il tarixində 16/T2017 saylı müraciətdə plastik kart hesabından istifadə zamanı balansda kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsinin baş verdiyini və 3094,84 manat borc məbləğinin yarandığını qeyd etmişdirlər. Özü tərəfindən plastik kartdan istifadə zamanı kreditləşmə ilə bağlı hər hansı addım atmamış və kreditləşməyə dair müraciət etməmişdir. Kredit ilə bağlı iddiaçıya tərəfindən müraciət edilməyib. Ona məxsus olan kartın hesabında onun icazəsi olmadan pulsilinmiş və hesabı doldurulmuşdur. Bu məsələ ilə bağlı banka dəfələrlə müraciət etmişdir, lakin müraciətləri nəticəsiz qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, çıxarışla və orada göstərilənlərlə cavabdeh tərəfindən həmin məbləğin istifadə edilməsi öz təsdiqini tapmışdır. Kart üzrə çıxarışdan məlum olur ki, cavabdeh Həşimova (Abdullazadə) Sevinc Rasim qızı tərəfindən 19 may 2021 və 03 mart 2023-cü il tarixləri aralığında də bir neçə əməliyyatlar aparılmışdır. Belə ki, bankla cavabdeh arasında hesab və ödəniş kartına dair xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən hesaba yalnış daxil olma olduqda, Müştəri bu barədə 3 iş günü ərzində Banka məlumat verməli və Bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği Banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər Bank tərəfindən akseptsiz qaydada Müştərinin Bankda (mümkün olduqda habelə digər banklarda) mövcud olan hər hansı hesabından silinə bilər. Bundan başqa həmin müqavilənin 4.2-ci maddəsində müştərinin hüquq və vəzifələri qeyd edilib, 4.2.2-ci bəndinə əsasən müştəri kart hesabına artıq və ya səhvən mədaxil olmuş pul vəsaitlərini istifadə etmir, dərhal banka geri qaytarır. Buradan da sübut olunur ki, tərəflər arasında hesab və ödəniş kartına dair bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, qanunsuz istifadə etdiyi məbləği geri qaytarmamışdır. Bundan başqa məhkəməyə təqdim edilmiş kart hesabından çıxarışdan görünür ki, həmin kart cavabdeh Həşimova (Abdullazadə) Sevinc Rasim qızına məxsusdur. Kartın cavabdeh və ya başqa şəxsin tərəfindən istifadə edilməsində birbaşa məsuliyyət cavabdehin üzərindədir. Bu müqavilədə öz əksini tapmışdır. Kart hesabından çıxarışa nəzər yetirilsə məlum olur ki, xx.xx.2021-ci il tarixdə cavabdehin balansında 597,36 manat pulu olduğu halda həmin karta 200 manat mədaxil edilir, bundan sonra cavabdehi balansı 797.36 manar təşkil edir. Sonradan həmin məbləğdən 300 manat istifasə edir və yenidən karta 350 manat və 10 manat pul vəsaiti karta mədaxil olunur. Bundan sonra cavabdehin balansında 857,36 manat pul olur. Kartda 857,36 manat pul olduğu halda cavabdeh 2.283 manatlıq əməliyyat aparır. Bundan sonra kartda olan məbləğdən başqa texniki overdraft nəticəsində karta cavabdehə aid olmayan məbləğdən istifadə edildiyindən, kart mənfiyə düşür və cavabdehin banka 1.425,64 manat borcu əmələ gəlir. Sonradan yenidən 42.50 manat istifadə edir. Demək olar ki, bu qaydada ilə bir neçə dəfə əməliyatlar aparır və banka borclu qalır. Kart hesabından çıxarışda olan əməliyyat balans bölmələrinə nəzər yetirilsə bu fərq tam aydın görünür. Bundan sonra xx.xx.2021- ci il tarixdə borcu olduğu halda yenidən 3.390 manatlı əməliyyat edir və bu zaman artıq kart 4.302,50 mənfiə düşür. xx.xx.2022 – xx.xx.2023 tarixləri aralığında müştərinin kartına bir neçə dəfə ümumilikdə 1.317,66 manat mədaxil edilir. Həmin məbləğlər çıxıldıqdan sonra cavabdehim banka 2.984,84 manat borcu qalmışdır. Kart hesabından çıxarışın sonunda olan dövriyədən aydın olur ki, cavabdehin istifadə etdiyi kartdan xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi 6.268,76 manat məxaric olunmuş, 2.686,56 manat isə mədaxil edilmişdir. Özünün kartında olan vəsait çıxıldıqdan sonra qeyd edilən mənfi öz təsdiqini tapır. Butün bu əməliyyatdan sonra müştərinin kartında 2.984,84 manat mənfi yaranmışdır. Onu da qeyd etmək istəyir ki, xx.xx.2022-ci il tarixdə borcla bağlı cavabdehə bildiriş göndərilmişdir. Cavabdehin özü yaxşı bilir ki, ona aid olmayan vəsaitdən istifadə edib. Əgər cavadehin banka heç bir borcu olmamışdırsa onda nə üçün sonradan bir neçə dəfə karta mədaxil edilmiş yəni 1.317,66 manat vəsaiti bankdan tələb etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı ASC tərəfindən iddiaçıya ünvanlanmış 15 fevral 2023-cü il tarixində 16/T2017 saylı müraciətdə plastik kart hesabından istifadə zamanı balansda kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsinin baş verdiyini və 3094.84 manat borc məbləğinin yarandığını qeyd etmişdirlər. İddiaçı tərəfindən plastik kartdan istifadə zamanı kreditləşdirmə ilə bağlı hər hansı bir addım atmamış və kreditləşməyə dair müraciət etməmişdir. Kredit ilə bağlı iddiaçıya müraciət edilməyib. Bank tərəfindən təqdim edilmiş müqavilənin 1.1-ci bəndinə əsasən müştəri bank hesabı açmağı, həmin hesabla bağlı ödəniş kartı təqdim etməyi AR hüquqi aktlarında və bu müqavilədə nəzərdə tutulan şəsrtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsatini qəbul edib, hesab üzrə, habelə kart vasitəsilə əməliyytaların aparılmasına dai Müştərinin sərancamlarını yerinə yetirməyi, Müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını Bankən qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən hesablara daxil edilmiş pul vəsaitləri AR hüquqi aktlarında qeyd edilənlərə əsasən X1 tərəfindən siğortalanır. Müqavilənin predmetinə fikir verilsə, kartdan istifadəyə görə kredit nəzərdə tutulmamışdır. Bank əsaslandığı guya hesabada pul olmadığına görə hesabın kreditləşməsi baş vermişdir. Halbuki iddiaçı tərəfindən heç bir kreditləşmə baş verməmiş və hesabına artıq pul köçürülməmişdir. Məlum olduğu kimi, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Əmlak hüququ ilə başqasına aid əşyanı qanunsuz sahibliyində saxlayaraq ondan istifadə edən və ya faydalanan şəxs (qanunsuz sahib) həmin əmlaka olan mənfəətini təmin etmək üçün zəruri olan xərclərdən azad olmaqla (müvafiq xərclərə qənaət etməklə) bu mənafeyini başqasının əmlakı hesabına təmin etmiş olur. Bu yolla öz əmlakının passivini (xərclərini) azaltmaq dolayısı ilə varlanma deməkdir. Diqqət edilməlidir ki, əsassız varlanma çərçivəsində müəyyən edilməli olan hallardan biri iddiaçının zərərə düşüb-düşməməsi deyil, cavabdehin iddiaçının hesabına varlanıb- varlanmamasıdır. Bundan başqa iddiaçıya məxsus olan kartın hesabında onun icazəsi olmadan pul silinmiş və hesabı dondurulmuşdur. Bu məsələ ilə bağlı banka dəfələr ilə müraciət etmişdir, lakin müraciətləri nəticəsiz qalmışdır. İddiaçının iddia ərizəsi əsassızdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. III. İşin faktiki halları: - İddiaçı ASC və X2 arasında xx.xx.2020-ci il tarixli hesab və ödəniş kartına dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə, bu Müqaviləyə görə Bank Müştəriyə bank hesabı (bundan sonra - hesab) açmağı, həmin hesaba bağlı ödəniş kartı təqdim etməyi (bundan sonra - Kart), Azərbaycan Respublikasının hüquqi aktlarında və bu Müqavilədə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib, hesab üzrə, habelə Kart vasitəsilə əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, Müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən, Bank tərəfindən ayrı qayda müəyyən edilməmişdirsə, hesabda olan pul vəsaitinə Müştərinin xeyrinə hər hansı faiz hesablanmır. Hesaba yanlış daxilolma olduqda, Müştəri bu barədə 3 (üç) iş günü ərzində Banka məlumat verməli və Bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği Banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər Bank tərəfindən akseptsiz qaydada Müştərinin Bankda (mümkün olduqda habelə digər banklarda) mövcud olan hər hansı hesabından silinə bilər. - Kapital Bank” ASC və X2 arasında xx.xx.2020-ci il tarixdə BRML3268847A202 saylı “Birkart Miles” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, hesaba yanlış daxilolma olduqda, Müştəri bu barədə 3 (üç) iş günü ərzində Banka məlumat verməli və Bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil oldqda həmin məbləği Banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər Bank tərəfindən akseptsiz qaydada Müştərinin hesabından silinə bilər. Müqavilənin 3.3-cü bəndinə əsasən hesabda limitdən artıq borc – overdraft yarandığı halda müştəri bank qarşısında yaranmış borcunu overdraftın yarandığı gündən ənn geci 30 iş günü ərzində ödəməlidir. Yaranmış borc qaytarılmadıqda bank müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. - İddiaçı ASC ödəniş kartı üzrə xx.xx.2020-xx.xx.2023-cü il tarixi üzrə çıxarışdan görünür ki, Cavabdeh hazırda mövcud balansı -2984,84 manatdır. Dövr üzrə -203,996.68 manat məxaric olunub, dövr üzrə 201,011.84 manat mədaxil olunub. - İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ASC Cavabdeh 07 aprel 2023-cü il tarixli bildiriş ünvanlayaraq yaranmış borcun 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2020ci il tarixli hesab və ödəniş kartına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə plastik kart təqdim olunmuşdur. xx.xx.2020-xx.xx.2023-cü il tarixlərində karta 201,011.84 manat pul mədaxil edilmiş, 203,996.68 manat isə məxaric edilmişdir. Kart üzrə qalıq - 2984,84 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehin kart hesabına öhdəlikdən kənar - əlavə cəmi 2984,84 manat məbləğində pul köçürülmüş, cavabdeh isə həmin məbləği qəbul etmişdir. Cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməyərək, dərhal banka geri qaytarmalı olduğu halda, heç bir əsas olmadan banka məxsus vəsaitdən istifadə etmiş və həmin pulu banka geri qaytarmamışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququnun bərpası təmin edilməlidir. - 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır - 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. - 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. - 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığından əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, əsassız varlanma üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayrıd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasmı və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Hazırki iş üzrə cavabdeh hər hansı qanuni əsas olmadan öhdəlikdən kənar iddiaçı tərəfindən onun hesabına köçürülmüş pul məbləği müqabilində əsassız olaraq varlanmışdır. Belə olan halda cavabdeh həmin pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyini daşıyır. Lakin, cavabdeh iddiaçının müraciətindən sonra da əsassız əldə etdiyi pul vəsaitini qaytarmamış, ondan qanunsuz istifadəni davam etdirmişdir. Məhkəmə qeyd edir ki, öhdəliyin yaranması üçün tərəflər arasında müqavilənin olması zəruri şərt deyildir. Öhdəlik həmçinin əsassız varlanma nəticəsində də yaranır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən - öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 14.2 və 14.2.7-ci maddələrindən görünür ki, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borca illik 5%-lə hesablanmış 273,61 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,59 manat manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə) ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2984,84 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 273,61 manat və 52,59 AZN məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. VI. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2984,84 (iki min doqquz yüz səksən dörd manat səksən dörd qəpik) manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 273,61 (iki yüz yetmiş üç manat, altmış bir qəpik) manat və 52,59 (əlli iki manat əlli doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar