Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2072/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi ilə, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə və girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə və girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, SBLMB- 07298 saylı kredit müqaviləsi üzrə kreditə görə 4855,32 manat əsas, faiz borcuna görə 911,25 manat, cərimə borcuna görə 1040 manat olmaqla, borcun cəmi məbləği 6806,57 manat pul və dövlət rüsumu kimi ödənilmiş 89 manat məbləğində pulun tutulması; Cavabdeh qızma məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, komplekt - 1 ədəd, çəkisi - 17,7 qr, əyarı - 750; Kolye qolbaq dəst - 1 ədəd, çəkisi - 28 qr, əyarı - 583; sep - 1 ədəd, çəkisi - 30 qr, əyarı - 583; saat qolbaq - 1 ədəd, çəkisi - 11,1 qr, əyarı - 583; komplekt - 1 ədəd, çəkisi - 15,7 qr, əyarı - 583; üzük - 1 ədəd, çəkisi - 4,1 qr, əyarı - 583; cəmi: 106,6 qr. bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli, SBLMB-07298 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 6806,57 manat pul və dövlət rüsumu kimi ödənilmiş 89 manat məbləğində pulun ödənilməsi; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan qızının xx.xx.2021-ci il tarixli, SBLMB-07298 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 13-0321- ******* saylı kredit müqaviləsinə əsasən illik 30 % (otuz) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 5200 (beş min iki yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. (kreditmüqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). xx.xx.2021-ci il tarixli, SBLMB-07298saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdaredilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasənCavabdehnun xx.xx.2021-ci il tarixli, SBLMB-07298saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4855.32(dörd min səkkiz yüz əlli beş, otuz iki qəpik) manat, faiz borcuna görə 911.25 (doqquz yüz on bir, iyirmi beş qəpik) manat, dəbbə borcuna görə 1040 (min qırx) manat, borcun cəmi məbləği 6806,57 (altı min səkkiz yüz altı, əlli yeddi qəpik) manat təşkil edir. xx.xx.2021-ci il tarixli, SBLMB-07298 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan zinət əşyaları xx.xx.2021-ci il tarixli, SBLMB-07298 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızılzinət əşyaları xx.xx.2021-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Səbail” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Komplekt - 1 ədəd, çəkisi - 17,7 qr, əyarı - 750; Kolye qolbaq dəst - 1 ədəd, çəkisi - 28 qr, əyarı - 583; sep - 1 ədəd, çəkisi - 30 qr, əyarı - 583; saat qolbaq - 1 ədəd, çəkisi — 11,1 qr, əyarı - 583; komplekt - 1 ədəd, çəkisi - 15,7 qr, əyarı - 583; üzük - 1 ədəd, çəkisi - 4,1 qr, əyarı - 583; cəmi: 106,6 qr. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SBLMB-07298 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətim bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”.Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iddia tələbini qismən qəbul edərək, cərimə borcunun silinməsini və borcun əmlaka yönəldilməsi hissəsində iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdilər. Eyni zamanda cavabdeh məhkəməyə iddia tələbinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, hesab edirlər ki, iddia tələbi qisnən əsassız və ədalətsizdir, təmin edilə bilməz. Əvvəla, hələ kredit alana qədər xx.xx.2020-ci ildə anası X3 ağır xəstəlikdən Avrasiya Klinikasında cərrahi əməliyyat olunmuşdu. Ondan sonra isə Mülki Onkologiya Mərkəzində uzun müddət müayinə və müalicələr almışdır. Yəni 2020-ci ilin avqust ayının 21-də müayinə olunmuş, ambulator şəraitdə müalicə olmuş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Milli Onkolgiya Mərkəzinin Onko-ginekologiya şöbəsində müalicə olunmuşdur. Bundan sonra da indiyə qədər mütəmadi olaraq şüa müalicəsi alır. Müayinə və müalicələrə kifayət qədər böyük məbləğdə pullar xərclənir. (Müalicə sənədləri əlavə olunur) Anasının müalicəsinə böyük məbləğdə xərclər çəkdiyi üçün kreditin ödənişində gecikmələr baş vermişdir. O, əvvəllər də dəfələrlə kreditlər götürmüş, həmin kreditləri vaxtında və səliqəli şəkildə ödəmişdir. Hazırki krediti də ilk iki ayda artıqlaması ilə ödəyib, yəni 2021-ci ilin may və iyun aylarında ödəniş cədvəlinə görə hər ay 290 manat əvəzinə 300 manat ödəmişdir. Amma, sonradan ananın müalicəsi ilə əlaqədar kredit borcunu ödəyə bilməmişdir. Hesab edir ki, iddia tələbi qismən əsassız və ədalətsizdir, təmin edilə bilməz. Əvvəla, hələ kredit alana qədər xx.xx.2020-ci ildə anası X3 ağır xəstəlikdən Avrasiya Klinikasında cərrahi əməliyyat olunmuşdur. Ondan sonra isə Mülki Onkologiya Mərkəzində uzun müddət müayinə və müalicələr almışdır. Yəni 2020-ci ilin avqust ayının 21-də müayinə olunmuş, ambulator şəraitdə müalicə olmuş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Milli Onkolgiya Mərkəzinin Onko-ginekologiya şöbəsində müalicə olunmuşdur. Bundan sonra da indiyə qədər mütəmadi olaraq şüa müalicəsi alır. Müayinə və müalicələrə kifayət qədər böyük məbləğdə pullar xərclənir. (Müalicə sənədləri əlavə olunur) Anasının müalicəsinə böyük məbləğdə xərclər çəkdiyi üçün kreditin ödənişində gecikmələr baş vermişdir. O, bankdan cəmi 5200 manat kredit götürmüş və faizlərlə birlikdə banka 6978 manat pul qaytarmalıdır. Girov qoyduğu qızılların ümümi dəyəri isə 8606 manatdır. Əgər bank işçiləri həmin qızılların satışından əldə ediləcək vəsaitin borcu ödəməyəcəyini düşünürlərsə, deməli onlar qabaqcadan qızılları dəyərdəyməzinə satmağı planlaşdırırlar. O, əvvəllər də dəfələrlə kreditlər götürmüş, həmin kreditləri vaxtında və səliqəli şəkildə ödəmişdir. Hazırki krediti də ilk iki ayda artıqlaması ilə ödəmiş, yəni 2021-ci ilin may və iyun aylarında ödəniş cədvəlinə görə hər ay 290 manat əvəzinə 300 manat ödəmişdir. Amma, sonradan anasının müalicəsi ilə əlaqədar kredit borcunu ödəyə bilmədi. İkincisi, müqaviləyə ötəri nəzər salmaqla görmək olur ki, həmin müqavilə "borc alan" üçün həddən artıq ağır şərtlər nəzərdə tutur. Alınmış kreditə görə illik faiz dərəcəsinin 30% müəyyən edilməsi cox yüksək faiz dərəcəsidir. Belə vəziyyətdə "borc verən" tərəfindən əlavə olaraq cərimə məbləğinin tələb edilməsi ədalətsizlikdir və onun ağır vəziyyətindən istifadə etməkdir. Onu həmin müqavilələri imzalamağa ehtiyac məcbur etmişdir. Ona görə də, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə müəyyən edilmiş qaydada o dəbbə pulunu ödəməkdən azad edilməlidir. Üçüncüsü, kredit borcunun təminatı kimi girov qoyduğum qızıl-zinət əşyalarını yaxın qohumlardan alıb girov qoymuş, tutmanın həmin əşyalara yönədilməsi onu daha ağır vəziyyətə sala bilər. Həm də, nəzərə alınmalıdır ki, kredit borcunun qaytarılma müddəti bitməmişdir. Müqavilə müddəti başa çatanadək o, imkan tapıb borcunu ödəyəcək. Belə olduğu halda, qızılların satılmasına ehtiyac da qalmayacaq. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 13-0321- ******* saylı kredit müqaviləsinə əsasən illik 30 % (otuz) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 5200 (beş min iki yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 13-0***-******* saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan zinət əşyaları xx.xx.2021-ci il tarixli, SBLMB-07298 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. xx.xx.2021-ci il tarixli “Saxlanc girovunun qiymətləndirməsinə və kassaya təhvil verilməsi”nə dair aktına əsasən İddiaçı ASC-nin “Səbail” filialına saxlanca verilmişdir və aşağıdakılardan ibarətdir: Komplekt - 1 ədəd, çəkisi - 17,7 qr, əyarı - 750; Kolye qolbaq dəst - 1 ədəd, çəkisi - 28 qr, əyarı - 583; sep - 1 ədəd, çəkisi - 30 qr, əyarı - 583; saat qolbaq - 1 ədəd, çəkisi — 11,1 qr, əyarı - 583; komplekt - 1 ədəd, çəkisi - 15,7 qr, əyarı - 583; üzük - 1 ədəd, çəkisi - 4,1 qr, əyarı - 583; cəmi: 106,6 qr. xx.xx.2021-ci il tarixli Saxlanc girovu haqqında müqaviləsinin 2.3.2-ci bəndinə əsasən “Girov Qoyan” bu müqavilə üzrə özünün borc öhdəliklərini müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə girov qoyulmuş əşyanın dəyərindən öz mülahizəsinə görə təminat alaraq, təminatlı borc üzrə əsas borcu və faizləri bağlamalıdır. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, bu borcalan Cavabdeh 5200 (beş min iki yüz) manat məbləği illik 30%-lə, 24 ay müddətinə aylıq 290,75 manat annuitetlə ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 13-0321- ******* saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4855.32manat, faiz borcuna görə 911.25 manat, dəbbə borcuna görə 1040 manat, cəmi 6806,57 manat məbləğində borcu təşkil edir. xx.xx.2021-ci il tarixli Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, borcalandan müqavilə üzrə ümumi borc məbləğinin 3 iş günü ərzində ödənilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş lakin qarşı tərəf müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində əsaslı olduğundan təmin olunmalı, Cavabdeh xx.xx.2021-ci il tarixli, 13-0321- ******* saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4855.32manat, faiz borcuna görə 911.25 manat məbləğində pul iddiaçının xeyirinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, SBLMB-07298 saylı kredit müqaviləsi üzrə 1040 manat dəbbə borcu əsas borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 150 manata endirilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi tutmanın girov əmlaka yönəldilməsi hissəsində qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, 13-0321- ******* saylı kredit müqaviləsi üzrə tutulacaq kreditin təminatı kimi Komplekt - 1 ədəd, çəkisi - 17,7 qr, əyarı - 750; Kolye qolbaq dəst - 1 ədəd, çəkisi - 28 qr, əyarı - 583; sep - 1 ədəd, çəkisi - 30 qr, əyarı - 583; saat qolbaq - 1 ədəd, çəkisi — 11,1 qr, əyarı - 583; komplekt - 1 ədəd, çəkisi - 15,7 qr, əyarı - 583; üzük - 1 ədəd, çəkisi - 4,1 qr, əyarı - 583; cəmi: 106,6 qr. qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları hərracda satılmalı, satışdan əldə ediləcək məbləğ hesabına cavabdehin banka olan borcu ödənilməli, borc ödənildikdən sonra girov əmlakın satışından qalan məbləğ Cavabdeh qaytarılmalı və iddiaçının girov əmlakı borcun ödənilməsinə kifayət etmədikdə borc ümumi qaydada cavabdehdən ümumi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 89 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 13-0321- ******* saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4855,21 manat, faiz borcuna görə 911,25, cərimə borcuna görə 150 manat olmaqla, cəmi 5916,46 manat və 89 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutulacaq məbləğ kreditin təminatı kimi Komplekt - 1 ədəd, çəkisi - 17,7 qr, əyarı - 750; Kolye qolbaq dəst - 1 ədəd, çəkisi - 28 qr, əyarı - 583; sep - 1 ədəd, çəkisi - 30 qr, əyarı - 583; saat qolbaq - 1 ədəd, çəkisi — 11,1 qr, əyarı - 583; komplekt - 1 ədəd, çəkisi - 15,7 qr, əyarı - 583; üzük - 1 ədəd, çəkisi - 4,1 qr, əyarı - 583; cəmi 106,6 qr. qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları hərracda satılmalı və satışdan əldə ediləcək məbləğ hesabına Cavabdeh banka olan borcu ödənilməli, borc ödənildikdən sonra girov əmlakın satışından qalan məbləğ Cavabdeh qaytarılmalı, girov əmlakı borcun ödənilməsinə kifayət etmədikdə Cavabdeh ümumi qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 13-0***-******* saylı kredit müqaviləsi üzrə 4855,21 manat əsas borc, 911,25 manat faiz borcu, 150 manat cərimə borcu olmaqla cəmi 5916,46 manat və 89 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutulacaq məbləğ kreditin təminatı kimi komplekt - 1 ədəd, çəkisi - 17,7 qr, əyarı - 750; Kolye qolbaq dəst - 1 ədəd, çəkisi - 28 qr, əyarı - 583; sep - 1 ədəd, çəkisi - 30 qr, əyarı - 583; saat qolbaq - 1 ədəd, çəkisi - 11,1 qr, əyarı - 583; komplekt - 1 ədəd, çəkisi - 15,7 qr, əyarı - 583; üzük - 1 ədəd, çəkisi - 4,1 qr, əyarı - 583; cəmi 106,6 qram qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları hərracda satılsın və satışdan əldə ediləcək məbləğ hesabına Cavabdeh banka olan borcu ödənilsin, borc ödənildikdən sonra girov əmlakın satışından qalan məbləğ Cavabdeh qaytarılsın. Girov əmlakı borcun ödənilməsinə kifayət etmədikdə Cavabdeh ümumi qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2072/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2072/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver