Məhkəmə qərarları › İş №e-2(005)-2080/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2080/2022

03.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2080/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən subroqasiya qaydasında 2765 (iki min yeddi yüz altmış beş) manat məbləğində ziyanın və ödənilmiş 47.65 (qır yeddi manat altmış beş qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti xərci tutularaq "xxxx" ASC nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə etdiyi **-TD-*** dövlət qeydiyyat nişanlı QAZ 3110 markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh1 idarə etdiyi yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə **-KN-*** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** KN *** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 2 765,00 (iki min yeddi yüz altmış beş) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən 2 765,00 (iki min yeddi yüz altmış beş) manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsə ödənilməsi avtonəqliyyat vasitəsinin təmir olunması üçün ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmiş 2 765,00 (iki min yeddi yüz altmış beş) manat məbləğində vəsaitin subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndələri vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP № ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 **-TD-*** dövlət qeydiyyat nişanlı Qaz 3110 minik markalı avtomobili idarə edərkən yol hərəkətləri qaydalarını pozan sürücüsünün zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması ara məsafəsi qaydasını pozaraq Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş“ zərərçəkmiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki,**- KN-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” markalı avtonəqliyyat vasitəsinə ümumilikdə 2765 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan X1 Sığortası şəhadətnaməsindən görünür ki, **-KN-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” markalı avtobus xx.xx.2020-ci il tarixdə "xxxx" ASCdə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, **- KN-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” markalı avtobusa dəymiş 2765 manat zərər sığorta şirkəti tərəfindən sığortaçıya ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, zərərçəkmiş **-KN-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” markalı avtonəqliyyat vasitəsi üzrə "xxxx" ASC tərəfindən ödənilmiş 2765 manat məbləği ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2588/L saylı bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC tərəfindən ödənilmiş 2765 manat məbləğində vəsaiti 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi təklif olunmuş, qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında ona qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qərardadı ilə məhkəmə-iqtisad ekspertizası təyin edilmiş və keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 9/3853 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, “Paşa Sığorta" QSC tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-cı il buraxılışlı “Vaz 21099” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2765 manat müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən sığortalanmış **-KN-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” markalı avtonəqliyyat vasitəsinə Cavabdeh1 və Cavabdeh2 məxsus **-TD-*** dövlət qeydiyyat nişanlı X3 zərər vurulmuşdur. İddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə dəyən zərər qarşılanmışdır. Daha sonra çəkilmiş xərclərin ödənilməsi barədə cavabdehlərə bildiriş göndərilmiş, lakin cavabdehlər vurulmuş zərərin əvəzini ödəməmişdir. Bu səbəbdən də iddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət etmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1 -ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1 -ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 916.1 -ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Mülki Məcəllənin 448.1 -ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, “VAZ 21099” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 2765 manat məbləğində pul cavabdehlər tərəfindən "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 47.65 manat dövlət rüsumu və 0.40 manat bank xidməti xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 2765 manat məbləğində ziyan və ödənilmiş 47.65 (qır yeddi manat altmış beş qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərci tutularaq "xxxx" ASC nə ödənilməli, habelə Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçiriməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında müştərək olaraq 2765,00 (iki min yeddi yüz altmış beş) manat məbləğində ziyanın və ödənilmiş 47,65 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərci iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar