Məhkəmə qərarları › İş №e-2(005)-2083/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-2083/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2083/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı (açar sözlər: kredit müqaviləsi üzrə borc) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 226.518,72 (iki yüz iyirmi altı min beş yüz on səkkiz manat, 72 qəpik) manat, bundan 114.310,87 (bir yüz on dörd min üç yüz on manat, 87 qəpik) manat əsas və 112.207,85 (bir yüz on iki min iki yüz yeddi manat, 85 qəpik) manat faiz və 517 (beç yüz on yeddi) manat dövlət rüsumunun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 117.300 (bir yüz on yeddi min üç yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 191/R müqavilə əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 8 saylı mənzil ipotekaya qoyulmuşdur. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına, habelə 12-5/2-A-21- 1183/2025 saylı bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2025-ci il tarixə xx.xx.2012-ci tarixli kredit müqaviləsi üzrə cəmi borcu 226.518,72 (iki yüz iyirmi altı min beş yüz on səkkiz manat, 72 qəpik) manat təşkil edir. Bundan 114.310,87 (bir yüz on dörd min üç yüz on manat, 87 qəpik) manat əsas və 112.207,85 (bir yüz on iki min iki yüz yeddi manat, 85 qəpik) manat faiz borcu borcu təşkil edir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2083/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: İş materiallarında olan: - "xxxx" MTK və Cavabdeh arasında bağlanmış 09 fevral 2012-ci il tarixli 191/R saylı müqavilədən görünür ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi 1130-cu məhəllədə 1-ci yaşayış binasının A blokunda 5 mərtəbəsində 8 saylı mənzilində yerləşən mənzilin qiyməti cəmi 117300 manat məbləğində müəyyən edilir. - Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, Cavabdeh 12 % hesablanmaq şərtilə 117300 manat məbləğində 15 il müddətinə ipoteka krediti verilməsini xahiş etmişdir. - 09 fevral 2012-ci il tarixli məxaric orderindən müəyyən olunur ki, Cavabdeh 117300 manat məbləğində krediti İddiaçı ASC-dən təhvil almışdır. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 745/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilməli, Cavabdeh onunla “Zaminbank ASC" arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 800 saylı kredit müqaviləsi üzrə 160.421 AZN (yüz altmış min dörd yüz iyirmi bir manat) əsas borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 28.742,10 AZN (iyirmi səkkiz min yeddi yüz qırx iki manat, 10 qəpik) faiz borcu, cəmi 189.163,10 AZN (yüz səksən doqquz min yüz altmış üç manat, 10 qəpik) məbləğində kredit borcu, xx.xx.2012-ci il tarixli, 934 saylı kredit müqaviləsi üzrə 28.000 AZN (iyirmi səkkiz min manat) əsas, 13.315,61 AZN (on üç min üç yüz on beş manat, 61 qəpik) faiz borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 4.550 AZN (dörd min beş yüz əlli manat) faiz borcu, cəmi 45.865,61 AZN (qırx beş min səkkiz yüz altmış beş manat, 61 qəpik) məbləğində kredit borcu, xx.xx.2012-ci il tarixli, 982 saylı kredit müqaviləsi üzrə 22.500 AZN (iyirmi iki min beş yüz manat) əsas, 10.000 AZN (on min manat) faiz borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 3.000 AZN (üç min manat) faiz borcu, cəmi 35.500 AZN (otuz beş min beş yüz manat) məbləğində kredit borcu, xx.xx.2012-ci il tarixli, 1029 saylı kredit müqaviləsi üzrə 14.500 AZN (on dörd min beş yüz manat) əsas, 8.039,50 AZN (səkkiz min otuz doqquz manat, 50 qəpik) faiz borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 2.175 AZN (iki min yüz yetmiş beş manat) faiz borcu, cəmi 24.714,50 AZN (iyirmi dörd min yeddi yüz on dörd manat, 50 qəpik) məbləğində kredit borcu, xx.xx.2012-ci il tarixli, 893 saylı kredit müqaviləsi üzrə 161.435,10 AZN (yüz altmış beş min dörd yüz otuz beş manat, 10 qəpik) əsas, 117.667,64 AZN (yüz on yeddi min altı yüz altmış yeddi manat, 64 qəpik) faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 23.542,62 AZN (iyirmi üç min beş yüz qırx iki manat, 62 qəpik) faiz borcu, cəmi 302.645,36 AZN (üç yüz iki min altı yüz qırx beş manat, 36 qəpik) məbləğində kredit borcu, xx.xx.2012-ci il tarixli, 801 saylı kredit müqaviləsi üzrə 248.500 AZN (iki yüz qırx səkkiz min beş yüz manat) əsas, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 44.522,92 AZN (qırx dörd min beş yüz iyirmi iki manat, 92 qəpik) faiz borcu, cəmi 293.022,92 AZN (iki yüz doxsan üç min iyirmi iki manat, 92 qəpik) məbləğində kredit borcu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. -Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə ünvanlanmış 23 yanvar 2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2012-ci il tarixli müqavilə üzrə borcun ödənilməsinin 5 gün ərzində təmin edilməsini, əks təqdirdə bankın mülki hüquqlarının müdafiəsi məqsədi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə ünvanlanmış 23 yanvar 2025-ci il tarixli arayışla müəyyən olunur ki, 09 fevral 2012-ci il tarixli ******************** saylı kredit müqaviləsi üzrə 15 yanvar 2025-ci il tarixinə yaranmış tələb müqavilə üzrə əsas borc 114310,87 manat, müqavilə müddəti üçün hesablanmış faiz 112207,85 manat olmaqla ümumi borc cəmi 226518,72 manatdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatnı dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 117.300 (bir yüz on yeddi min üç yüz) manat məbləğində kredit verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh aylıq ödənişləri etməyərək müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə bildiriş məktubu ünvanlanmışdır. Bununla belə, borc ödənilməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq kredit müqaviləsi üzrə əsas borcunu iddiaçıya ödəməlidir. Həmçinin yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə götürdükləri öhdəlikləri tam yerinə yetirməmişdir. Belə olan halda cavabdeh əsas məbləğ üzrə qalıq borcu ilə bərabər hesablanmış faiz borcunu da ödəməlidir. Məhkəmə araşdırması mülki iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına dair verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2025-ci il tarixli 9/2637 nömrəli rəydə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 09 fevral 2012-ci il tarixli, ******************** saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı ASC -nə olan borcu, xx.xx.2025-ci il tarixə əsas borc üzrə 115848,65 manat, faiz borcu üzrə 164505,08 manat, cəmi 280353,73 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kredit müqaviləsi üzrə əsas və faiz borc məbləğlərini, ekspertin həmin məbləğlər üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğlərə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğlər (əsas borc üzrə 115848,65 manat, faiz borcu üzrə 164505,08 manat) iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır və iddiaçı iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, kredit müqaviləsi müddəti üçün əsas və faiz borcu iddia tələbində göstərilən həddə, yəni 114.310,87 (bir yüz on dörd min üç yüz on manat, 87 qəpik) manat əsas və 112.207,85 (bir yüz on iki min iki yüz yeddi manat, 85 qəpik) manat faiz borcu həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. - 241.5-ci maddəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən təmin edilmiş iddianın həcmi nəzərə alınmaqla iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 517 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda cavabdehdən işə baxılması ilə əlaqədar məsrəfi olaraq 50 manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 114.310,87 (bir yüz on dörd min üç yüz on manat, 87 qəpik) manat əsas və 112.207,85 (bir yüz on iki min iki yüz yeddi manat, 85 qəpik) manat faiz olmaqla, cəmi 226.518,72 (iki yüz iyirmi altı min beş yüz on səkkiz manat, 72 qəpik) manat borc və ödənilmiş dövlət rüsumu qismində 517 (beş yüz on yeddi) manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 114.310,87 (bir yüz on dörd min üç yüz on manat, 87 qəpik) manat əsas və 112.207,85 (bir yüz on iki min iki yüz yeddi manat, 85 qəpik) manat faiz olmaqla, cəmi 226.518,72 (iki yüz iyirmi altı min beş yüz on səkkiz manat, 72 qəpik) manat borc və ödənilmiş dövlət rüsumu qismində 517 (beş yüz on yeddi) manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar