Məhkəmə qərarları › İş №e-2(005)-209/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-209/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-209/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 və digər Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul ödənilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 203810 (iki yüz üç min səkkiz vüz on manat) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 04.10.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması və dəyişdirilməsi barədə ərizə təqdim edərək, 203810 (iki yüz üç min səkkiz ytiz on manat) manat pulun cavabdelər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi və İddiaçı ilə Cavabdeh1 arasında Qəbələ rayonu Nic kəndində yerləşən ********** qeydiyyat nömrəli Çıxrışa əsasən Cavabdeh1 mülkiyyətində olan 3.9 ha torpaq sahəsi və üzərində 5789.6 kvadrat əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmış hesab ediməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin əvvələrində əvvəldən tanıdığı Cavabdeh2 və oğlu Cavabdeh1 digər tanıdığı X2 ilə aralarında borc münasibətlərinin olduğunu, əmlaklarının girovda olduğunu, verdikləri pulların faizə çıxıldığını, İ.Şirinovun əmlakları dəyər-dəyməz edib satacağını, nəticədə yenə borclu qalacaqlarını, hazırda borca görə İ.Şirinov tərəfindən sıxışdırıldıqlarını bildirmiş və yaranmış vəziyyətdən çıxmağa köməklik istəmişlər. Bunun qarşılığında Qəbələdə yerləşən quşçuluq fabrikində qurulacaq biznesə şərik olacağını, həmin biznesdən gələn gəlirdən qalan borcun qaytarılacağına dair vəd verilmişdir. Eyni zamanda Cavabdeh1 təcili Almaniyada təhsili ilə əlaqədar təcili pul lazım olduğunu da bildirmişdir. Yaranmış vəziyyətdə cavabdehərə kömək edilməsi həm də qurulacaq biznesə şərik olmaq niyyəti ilə köməklik etməyə etiraz etməmiş və İ.Şirinovla danışdıqdan sonra borcun təminatı olaraq girov qoyulmuş əmlakların zəmanəti ilə cavabdehlərin mövcud 411000 (dörd yüz on bir min) manat borclarını İ.Şirinova ödəməyi razılaşmışlar. Əmlakın sənədləşmə işlərinə, əmlakların qeydiyyatlarının dəyişməsinə, əmlakların girovdan çıxarılmasına, bankdan götürülən kreditlər üçün əlavə xərclər yaranmışdır və Cavabdeh1 ümumi borca aid olmayan Almaniyada təhsili üçün əlavə 5000 manat vəsait verilmişdir. Beləliklə borc məbləği ümumilikdə 424000 manat təşkil etmişdir. Cavabdehlərə köməklik məqsədi ilə bankdan müəyyən hissədə kredit götürülmüş, əlavə olaraq digər şəxslərdən borca pul götürülmüşdür. Cavabdehlə razılaşmaya əsasən cavabdehlər banka olan borcu hisssəhissə ödəməli idilər. Lakin keçən aylar ərzində banka olan borc ödənmədiyindən əlavə olaraq yaranmış faiz borclarının silinməsi üçün bankla razılığa gəlib təkrar kredit vəsaiti ayrılmışdır ki, bu da iddiaçı üçün əlavə öhdəliklər və faiz borcları idi. Lakin bu günədək cavabdehlər yaranmış borcu tam ödəməmiş, satılan əmlak hesabına borcun müəyyən 176000 manatı ödənilmiş, müəyyən hissəsi, yəni 44190 manat vəsait məhkəmə qərarına əsasən Cavabdeh1 tərəfindən ödənilməsi icra məmurları tərəfindən təmin edilmişdir. Lakin qalan 203810 manat vəsait cavabdeh tərəfindən ödənilməmiş olaraq qalmışdır. Əksinə cavabdehlər söz verdikləri kimi heç bir biznes işi qurmamış, Cavabdeh2 Qəbələdə quşçuluq fabrikini işə salmaq əvəzinə dərhal əmlakı adından çıxararaq digər cavabdehə bağışlayaraq borcun ondan tutulmasından yayınmağa çalışmışdır. Cavabdehlərlə aparılan danışıqlar heç bir nəticə verməmişdir. Cavabdehlərdən və İ.Şirinovdan hüquq mühafizə orqanlarına şikayətlər edilmiş, cavabdeh Şahin İsgəndərov biznes quracağını vəd etdiyi Qəbələdə yerləşən quşçuluq fabrikini işlədərək deyil, bu dəfə sataraq qalan borcunu ödəyəcini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 ayrı-ayrılıqda iddia tələbini müdafiə edib iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək tərəflər arasındakı digər məhkəmə mübahisələrində aralarındakı borc münasibətlərinə münasibət bildirildiyini, bu səbəbdən hazırkı iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Borcverən”- "xxxx" KB ASC ilə “Borcalan” İddiaçı arasında 25.09.2017-ci il tarixli, 33BKƏ/17-1 №-li əlavə kredit müqaviləsindən görünür ki, Bu müqaviləyə görə “Borcverən” müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə Krediti "Borcalan”ın mülkiyyətinə verir və "Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə "Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə “Bank" tərəfindən "Borcalan”a verilən kreditin məbləği 200 000 (iki yüz min) AZN təşkil edir. Kredit 36 (otuz altı) ay müddətinə, “25” sentyabr 2020-ci il tarixinədək illik 23 (İyirmi üç) faiz ödəmək şərtilə verilir. Kreditin məqsədli təyinatı: İstehlak, mənzilin təmiri; Kredit məbləği hissələrlə (tranşlarla) verilə bilər. Hər növbəti hissənin məbləği, müddəti və verilməsi şərtləri Borcverən tərəfindən müəyyən olunur. 25.09.2017-ci il tarixli, 33BKƏ/17-1 №-li əlavə kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kredit üzrə aylıq ödəniş məbləği 7742 manat müəyyən edilmişdir. “Borcverən”- "xxxx" KB ASC ilə “Borcalan” İddiaçı arasında 03.04.2018-ci il tarixli, 21BKƏ/18 №-li əlavə kredit müqaviləsindən görünür ki, Bu müqaviləyə görə “Borcverən” müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə Krediti "Borcalan”ın mülkiyyətinə verir və "Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə "Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə “Bank" tərəfindən "Borcalan' a verilən kreditin məbləği 70 000 (Yetmiş min) AZN təşkil edir. Kredit 24 (İyirmi dörd) ay müddətinə, “03” Aprel 2020ci il tarixinədək illik 22 (İyirmi iki) faiz ödəmək şərtilə verilir. Kreditin məqsədli təyinatı: Dövriyyə vəsaitlərinin artırılması; Kredit məbləği hissələrlə (tranşlarla) verilə bilər. Hər növbəti hissənin məbləği, müddəti və verilməsi şərtləri Borcverən tərəfindən müəyyən olunur. 03.04.2018-ci il tarixli, 21BKƏ/18 №-li əlavə kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kredit üzrə aylıq ödəniş məbləği 3896 manat, son ay üçün isə 3874 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, 11312117 №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 15, mənzil 34 ********** qeydiyyat nömrəsi ilə 23.09.2017-ci il tarixdə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edlmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 98 saylı fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə 23.09.2017-ci il tarixdə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edlmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 14.05.2019-cu il tarixli, 2(103)-5068/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 06.02.2019-cu il tarixli 2(005)-727/2019 saylı qətnaməsi dəyişdirilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1 44461,70 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.09.2019-cu il tarixli, 2(102)- 6383/2019 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 14.05.2019-cu il tarixli, 2(103)-5068/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Borcverən”- İddiaçı ilə “Borcalan” Cavabdeh2 arasında bağlanmış 22.01.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı, Cavabdeh2 bir il müddətinə, yəni 22 yanvar 2015-ci il tarixə qədər heç bir faiz almadan 51500 manat pulu borc vermiş, Cavabdeh2 isə müqavilədə göstərilən 51500 manat pulu İddiaçı borc almışdır. Borc Qəbələ rayonunda ödənilməlidir. “İpoteka saxlayan”- İddiaçı ilə “İpoteka verən”- Cavabdeh2 arasında bağlanmış 22.01.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, bu müqaviləyə uyğun olaraq ipoteka saxlayan ipoteka verənə bir il müddətinə 51500 manat verir. İpotekanın predmeti Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində ola ümumi sahəsi 161,4 kv.m olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evidir. “Borcverən”- İddiaçı ilə “Borcalan” Cavabdeh1 arasında bağlanmış 30.08.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı, Cavabdeh1 221000 manat məbləğində borc pul verir. “Borcalan” krediti 30.08.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. “İpoteka saxlayan”- İddiaçı ilə “İpoteka qoyan”- X3 əvəzinə Cavabdeh2 arasında bağlanmış 30.08.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 104,9 kv.m yaşayış sahəsi 48,7 kv.m olan 2 otaqlı mənzili ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri ipoteka saxlayanın razılığı ilə 250000 manat məbləğində müəyyən edilmişdir. “Borcverən”- X2 ilə “Borcalan” Cavabdeh2 arasında bağlanmış 07.01.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, “Borcverən”, “Borcalan”a 170000 manat məbləğində borc pul verir. “Borcalan” krediti 07.01.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. “Borcverən”- X2 ilə “Borcalan” Cavabdeh2 arasında bağlanmış 17.05.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, “Borcverən”, “Borcalan”a 170000 manat məbləğində borc pul verir. “Borcalan” krediti 07.01.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. “Girov saxlayan”- İddiaçı ilə “Girov qoyan”- Cavabdeh2 arasında bağlanmış 18.05.2016-cı il tarixli girov müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 161,4 kv/m olan fərdi yaşayış evi və mülkiyyətin olan 0.16 ha torpaq sahəsi, Oğuz rayon dövlət notariat kontorunun 17.05.2016-cı il tarixli, 3M-20 reyestr nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Qəbələ şəhəri, Natəvan küçəsində, 16 №-li fərdi yaşayış evi (0,16 ha torpaq sahəsi ilə birlikdə) ********** qeydiyyat nömrəsi ilə 19.05.2016-cı il tarixdə X1 xeyrinə ipoteka ilə yüklü edlmişdir. Reyestrdə 7E-2668 № ilə qeyd edilmiş, 51 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən İddiaçı tərəfindən təsdiq edilmiş 16.02.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı bildirmişdir ki, 30.08.2017-ci il tarixli 3-M-907 reyestr nömrəli kredit və 3-M-908 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən ona olan borc məbləği tam olaraq ödənilmişdir. Bununla əlaqədar xahiş edir ki, 30.08.2017-ci il tarixli 3-M-908 reyestr nömrəli ipoteka müqaviləsinə xitam verilsin və ünvan 2 ünvanda yerləşən mənzilin üzərinə qoyulmuş yüklülük ləğv edilsin. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş Bakı Apellasiya Məhkəməsinin 2(103)-5068/2019 saylı, 14.05.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Həmin qətnamə ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 06.02.2019-cu il tarixli 2(005)-727/2019 saylı qətnaməsinin dəyişdirilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1 44461,70 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı tərəf 203810 manat vəsaitin cavabdeh tərəfindən ödənilməmiş olaraq qaldığını iddia etsə də, həmin məbləğin 2(005)-727/2019 saylı mülki iş üzrə tələb olunmamasının səbəbini izah edə bilməmişdir. Digər tərəfdən, tərəflər arasında borc münasibətinə və qalıq borcun məbləğinə qanuni qüvvəsini almış məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunvericiliyin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə mübahisələndirilən hallara əvvəlki məhkəmə çəkişmələri zamanı baxılıb qiymət verildiyindən və qanuni qüvvəsini almış məhkəmə aktları həll edildiyindən İddiaçı iddiası əsassızdır. Bundan əlavə iddiaçının digər tələbi onunla Cavabdeh1 arasında Qəbələ rayonu Nic kəndində yerləşən ********** qeydiyyat nömrəli Çıxrışa əsasən Cavabdeh1 mülkiyyətində olan 3.9 ha torpaq sahəsi və üzərində 5789.6 kvadrat əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmış hesab ediməsidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında müqavilənin bağlanmış hesab edilməsi üçün əsas şərt olan yazılı formaya riayət olunmadığından müqavilə bağlanmış hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 647.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Maddə 89.1. Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yuxarıda qeyd edildiyi kimi iddia tələbi üzrə mübahisələndirilən halların heç biri öz həqiqi və hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçıların hazırkı iddiası əsassızdır, onlar iddianı əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul ödənilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul ödənilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar