Məhkəmə qərarları › İş №e-2(005)-2107/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2107/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2107/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mənzil Tikinti Kooperativinə və Cavabdeh3 qarşı “pul, tələbin ipoteka predmetinə yönəldilməsi, açıq hərracda satılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mənzil Tikinti Kooperativinə və Cavabdeh3 qarşı “pul, tələbin ipoteka predmetinə yönəldilməsi, açıq hərracda satılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mənzil Tikinti Kooperativindən və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə 12-xx-xx-2016-AF-BP nömrəli 07 iyun 2016-cı il tarixlKi redit müqaviləsinə əsasən əsas borc üzrə 119 818.18AZN, faiz borcu üzrə 4392.59 AZN, cərimə borcu 0.06 AZN olmaqla, cəmi 124 210,83 AZN borc məbləğinin, İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 40 AZN dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 414.21 AZN dövlət rüsumu və 0.40 AZN xidmət haqqının tutulması; Tələbin 12-xx-xx-2016-AF-BP nömrəli 07 iyun 2016-cı il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 73, M9, m4 ümumi 110.9 kv.m. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019-cu il, yüklü edilən əmlakən reyestr nömrəsi: **********73-05301-093035) yönəldilməsi; Həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin Cavabdeh1 12-xx-xx-2016-AF-BP nömrəli 07 iyun 2016-cı il tarixliKredit müqaviləsinə əsasən cəmi 124 210,83 AZN borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 40AZN dövlət rüsumuvə xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 414.21 AZN dövlət rüsumu və 0.40 AZN xidmət haqqının ödənilməsinə yönəldilməsi; Satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəməyə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə yazılı ərizə təqdim edərək, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mülki iş üzrə iddia ərizəsinin, AR Mülki Prosessual Məcəlləsininin 114.1.3-cü maddəsinə əsasən Nərimanov rayon Məhkəməsinə ödənilmiş 414.21 AZN dövlət rüsumu və 0.40 AZN xidmət haqqının (**********), ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 40 AZN dövlət rüsumu və xidmət haqqının iddiaçıya geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 3 nömrəli Qərarnın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən və iş hazırlıq mərhələsində olduğundan hazırkı mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə (qəbz № **********) 414,21 (dörd yüz on dörd manat iyirmi bir qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mənzil Tikinti Kooperativinə və Cavabdeh3 qarşı “pul, tələbin ipoteka predmetinə yönəldilməsi, açıq hərracda satılması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə (qəbz № **********) ödənilmiş 414,21 (dörd yüz on dörd manat iyirmi bir qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar