Məhkəmə qərarları › İş №e-2(005)-2131/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2131/2023

12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2131/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Сavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 186 manat 30 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 316 manat 70 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİnin MAPS şöbəsinin arayışına əsasən cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 22, mənzil 54 ünvanında qeydiyyatdadır. 151 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, X21 küçəsi, ev 22, mənzil 54 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2009-cu il tarixdə həmin ünvanda yaşayan cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2010-cu il tarixinədək etmiş və həmin ünvan xx.xx.2010-cu il tarixdə 25 manat 80 qəpik borc ilə şəbəkədən ayrılmışdır.xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini “K@TV1”-ə baxdığını etiraf etmiş, bu barədə 1296 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvana xx.xx.2014cü il və xx.xx.2014-cü il tarixdə keçirilən nəzarət baxışı zamanı cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktları aşkar edilmiş, bu barədə 0324 N və 1403 N saylı aktlar tərtib edilmişdir. Bundan əlavə, əvvəllər də həmin ünvana xx.xx.2011-ci il,xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il tarixdə keçirilən nəzarət baxışı zamanı yenidən kabel şəbəkəsinə dəfələrlə qanunsuz qoşulma faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 0257 D, 0474 D, 0729 D, 0975 K və 434 KA saylı aktlar tərtib edilmişdir. Yuxarıda qeyd olunan qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana 0324 N saylı akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2012-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan müddət 621 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 186 manat 30 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq İddiaçı MMC-nin ona qarşı iddiasının tam əsasssız və qanunsuz olduğundan rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, heç vaxt iddiaçının xidmətindən istifadə etməmiş və onunla iddiaçı arasında belə bir müqavilə heç vaxt bağlanmamışdır. Ona iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər məhkəmədə təqdim edilən zaman məlum olmuşdu ki, guya 2011-2014-cü illərdə “Ədalət-A” hüquq şirkəti kabel şəbəkəsinə nəzarət baxışı keçirmiş və onun mənzilində onun xəbəri olmadan qanunsuz qoşulma müəyyən olunması iddia olunur. “Ədalət-A” hüquq şirkəti ancaq hüquqi xidmət göstərmək səlahiyyətinə malikdir, qanunsuz qoşulmaya nəzarəti İddiaçı MMC-nin əməkdaşları həyata keçirməlidir və bu barədə o heç vaxt xəbərdar olunmamışdır. Digər tərəfdən AR Mülki Məcəlləsinin 373-cü maddəsinin tələbinə görə iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. İddiaçı səhvən ümumi iddia müddətini tətbiq etmişdir, halbuki hazırki iddia üzrə iddia tələbi 3 (üç) ildir. Ona görə də hazırki iddia tələbi birmənalı təmin edilməməlidir. Həmçinin “Ədalət-A” hüquq şirkəti tərəfindən tərtib edilmiş saxta aktların heç bir hüquqi əsası yoxdur və onların surətləri ona zamanında, yəni 2011-2014-cü illərdə heç vaxt təqdim edilməmişdir və onun bunlardan xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia ərizəsində qeyd olunan mənzildə alındığı gündən oğlu ailəsi ilə birlikdə yaşayır. Həmin mənzilə dair onunla heç vaxt müqavilə bağlanmamışdır və indiyədək qanunsuz qoşulma barədə ona hər hansı bir müraciət edilməmişdir. Bu səbəbdən iddianın əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, tərəflərin izahatlarını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC “KATV1”-in əməkdaşı X2, “Ədalət-A” hüquq firmasının əməkdaşı X8 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisi Məmmədov Sabir tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0257 D saylı, xx.xx.2011-ci il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 22, mənzil 54 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda mənzilin qapısının döyüldüyü, qapını açanın olmadığı qeyd edilmişdir; İddiaçı MMC “KATV1”-in əməkdaşı X2, “Ədalət-A” hüquq firmasının əməkdaşı X8 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisi Məmmədov Sabir tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0474 D saylı, xx.xx.2011-ci il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 22, mənzil 54 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda mənzilin qapısının döyüldüyü, qapını açanın olmadığı qeyd edilmişdir; İddiaçı MMC “KATV1”-in əməkdaşı X9, “Ədalət-A” hüquq firmasının əməkdaşı X1 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisi Məmmədov Sabir tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0729 D saylı, xx.xx.2011-ci il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 22, mənzil 54 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda mənzilin qapısının döyüldüyü, qapını açanın özünü təqdim etməyərək aktı və bildirişi qəbul etmədiyi qeyd edilmişdir; İddiaçı MMC “KATV1”-in əməkdaşı X13, “Ədalət-A” hüquq firmasının əməkdaşı X9 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisi Məmmədov Sabir tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0975 K saylı, xx.xx.2012-ci il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 22, mənzil 54 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda mənzilin qapısının döyüldüyü, evdə olduqları halda qapının açılmadığı, aktın və bildirişin qapının arxasına qoyulduğu qeyd edilmişdir; İddiaçı MMC “KATV1”-in əməkdaşı X4, “Ədalət-A” hüquq firmasının əməkdaşı X7 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisi Məmmədov Sabir tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 1296 KA saylı, xx.xx.2013-cü il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 22, mənzil 54 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda mənzilin qapısının döyüldüyü, mənzil sahibinin özünü Qardaşov Rəşad kimi təqdim etdiyi qeyd edilmişdir; İddiaçı MMC “KATV1”-in əməkdaşı X10, “Ədalət-A” hüquq firmasının əməkdaşı X3 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisi Məmmədov Sabir tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0434 KA saylı, xx.xx.2012-ci il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 22, mənzil 54 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda mənzilin qapısının döyüldüyü, mənzil sahibinin özünü Qardaşov Rəşad kimi təqdim etdiyi qeyd edilmişdir; İddiaçı MMC “KATV1”-in əməkdaşı X5, “Ədalət-A” hüquq firmasının əməkdaşı X10 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisi Məmmədov Sabir tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0324 N saylı, xx.xx.2014-cü il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 22, mənzil 54 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda mənzilin qapısının döyüldüyü, cavab verən uşağın qapını açmadığı və aktın surətinin mənzilin qapısına qoyulduğu qeyd edilmişdir; İddiaçı MMC “KATV1”-in əməkdaşı X4, “Ədalət-A” hüquq firmasının əməkdaşı X7 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisi Məmmədov Sabir tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 1403 N saylı, xx.xx.2014-cü il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 22, mənzil 54 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda mənzilin qapısının döyüldüyü, qapını açan olmadığı və aktın surətinin qapıya qoyulduğu qeyd edilmişdir; DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 22, mənzil 54 ünvanında qeydiyyatdadır; 151 saylı MKİS tərəfindən verilmiş 147 saylı arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 22, mənzil 54 ünvanda yerləşən yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir; İddiaçı MMC-nin (“K@TV1”) xx.xx.2022-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 22, mənzil 54 ünvanında yaşayan Qardaşov Rəşad arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2010-cu il tarixinədək isə son ödəməsini edib. xx.xx.2010-cu il tarixində 25 manat 80 qəpik borc ilə şəbəkədən ayrılıb; xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Ədalət-A MMC-yə 100 manat məbləğində pul ödənilmişdir; Dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 22, 54 saylı mənzilin “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulması ilə bağlı hər hansısa bir müqavilə bağlanmamışdır. Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə həmin binaya baxış keçirilmişdir. İddiaçı adı çəkilən mənzilə müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdehin “KATV1” kabel şəbəkəsinə qanunsuz olaraq müqavilə bağlamadan qoşulmasının aşkar edildiyinə və bu barədə tərtib edilmiş aktlara əsaslanaraq vurulmuş ziyanın ödənilməsi tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri nəzərdən keçirilə bilər. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, zərərin hüquqazidd hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə əsaslanan tələbin rədd edilməsi üçün əsasdır. Hazırki işdə iddiaçı, cavabdehin qeyri-hüquqi əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehin müvafiq müqavilə bağlamadan qanunsuz olaraq ona məxsus kabel şəbəkəsinə qoşulması halını təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəfindən qanunsuz qoşulmanın aşkar edilməsinə dair tərtib edilən aktlar iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənəddir. Həmin aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmiş, hər hansı video yazı təqdim edilməmişdir. Aktı tərtib edən şəxslər (harada və hansı vəzifədə işləmələri) barəsində, həmçinin aktın həqiqətən cavabdehin ailə üzvü tərəfindən imzalanmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Sonuncu aktın xx.xx.2014-cü tarixdə tərtib edilməsinə baxmayaraq cavabdehdən pul tutulması ilə bağlı 9 ildən sonra həmin akta əsaslanaraq məhkəməyə müraciət olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan aktlar cavabdehin qeyri-hüquqi əməl törətməsini (kabel şəbəkəsinə qanunsuz qoşulmasını) təsdiqləyən mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz, hətta təqdim edilmiş aktlar qeyri-hüquqi əməlin törədilməsini təsdiqləyən mötəbər sübut kimi qəbul edilsə belə, müvafiq sübutlarla qeyri-hüquqi əməlin məhz cavabdeh tərəfindən törədilməsi təsdiq edilmir. Məhkəmə cavabdehin müvafiq iddia tələbinin irəli sürülməsi üçün iddia müddətinin ötürülmüş hesab edilməsinə dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 373.1-ci maddəsinə uyğun olaraq, ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Məhkəmə hesab edir ki, hazırkı mülki iş iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar