Məhkəmə qərarları › İş №e-2(005)-2156/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2156/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2156/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 31133.69 manat əsas, 389.08 manat faiz, cəmi 31522.77 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 184.57 manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30.40 manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada ərizə təqdim edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 25723.49 manat əsas, 79,44 manat faiz, cəmi 25802,93 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 184,57 manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30.40 manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 17/14 saylı kredit müqaviləsinə əsasən sonuncuya mənzilin alınması üçün illik 4% dərəcəsi ilə 102 ay müddətinə 68700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil ipoteka ilə yüklü edilmiş və bununla bağlı tərəflər arasında xx.xx.2017-ci il tarixli 17/14 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 2595 nömrəli reyestr kitabının 241855 nömrəli vərəqində (reyestr nömrəsi **********73- 05301-093093, qeydiyyat nömrəsi **********) xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində İddiaçı ASC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 25723.49 manat əsas, 79.44 manat faiz, cəmi 25802.93 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 184.57 manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30.40 manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin 3.1.6-cı bəndinə əsasən bank bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər: 3.1.6.1. borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizini ödəniş cədvəli üzrə ödəmədikdə; 3.1.6.2. borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə. Eyni zamanda, bankla aralarında bağlanmış ipoteka müqaviləsinin 2.5.6-cı bəndinə əsasən aşağıdakı hallarda bankın ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsini tələb etmək hüququ var: 2.5.6.1. kredit müqaviləsində nəzərdə tutulmuş əsaslar olduqda. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən alıcı-ipoteka qoyan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə annuitet ödənişlər 60 gündən çox gecikdirildikdə və ya 3.1.2-ci bəndinə əsasən alıcı-ipoteka qoyan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə annuitet ödənişlər 12 ay ərzində 3 və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə ipoteka predmetinə tutma yönələ bilər. Yəni bu iki müqavilə bir biri ilə əlaqəli olduğuna görə öhdəliyin vaxtından əvvəl ödənilməsi təsbit edilmişdir. Eyni zamanda, ipoteka müqaviləsinin 1.6.4-cü bəndinə əsasən kredit üzrə annuitet ödənişi 795.62 manat təşkil edir. Eyni məbləğ onunla bağlanmış kredit müqaviləsinin əlavəsində də qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli 9/4998 saylı ekspertiza rəyindən də görünür ki, xx.xx.2022-ci il tarixinədək ödəniş etmişdir. Ona iddiaçı tərəfindən iki dəfə pretenziya göndərilməsi qeyd edilir. Birincisi xx.xx.2019-cu il tarixdə, ikincisi də xx.xx.2020-ci il tarixdə. Bu pretenziyalardan sonra o, hələ iki il öhdəlikləri yerinə yetirməyə davam etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə müraciət edərək kredit borcunun tutulması və sair tələblə çıxış etməsinə baxmayaraq, ona kredit müqaviləsində nəzərdə tutulan annuitet ödənişlər barədə heç bir pretenziya göndərilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi pretenziyalar iki il bundan əvvəl olan borcu əks etdirir və iddia ərizəsi ilə müraciət edən dövrə heç bir aidiyyəti yoxdur. Məhkəməyə təqdim edilmiş ekspertiza rəyində yalnız iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən onun banka olan borcu müəyyən edilmişdir. Lakin onun həmin tarixlərdə kredit üzrə neçə gün və ya ay üzrə gecikdirilmiş annuitet və ya kredit ödənişləri barədə heç bir hesablama aparılmamışdır ki, həmin ekspert rəyinin nəyi sübut etməsi ona qaranlıq qalır. Hal-hazırda o, borclu qaldığı aylıq annuitet və ya kredit ödənişi üzrə 3629 manat qalıq borcunun ödənişini etmişdir. Bundan sonra da öhdəliklərini yerinə yetirəcəkdir. Hər hansı gecikmə nəticəsində onsuz da ona müqavilənin şərtinə uyğun olaraq dəbbə pulu hesablanır. İddiaçı onun cüzi borcuna və bu qədər etdiyi ödənişlərə münasibətdə nəyə görə onun əmlakını tez-tələsik satdırmaq istəyir bu ona aydın deyil. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh ilə İddiaçı ASC arasında 10 yanvar 2017-ci il tarixdə 17/14 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 4 faiz ödənilməsi şərti ilə 102 ay müddətinə 68.700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 10 yanvar 2017-ci il tarixli 17/14 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 10 yanvar 2017-ci il tarixli 17/14 saylı kredit müqaviləsinə əlavədən görünür ki, cavabdeh 102 ay müddətində 68700 manat krediti hər ayın 01-dən gec olmayaraq ilk ayı 726.92 manat, sonrakı ayları 795.62 manat (sonuncu ay 795.20 manat) ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2595 nömrəli reyestr kitabının 241855 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 10 yanvar 2017-ci il tarixli 17/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka 25723.49 manat əsas borc, 79.44 manat faiz borcu, cəmi 25802.93 manat borcu yaranmışdır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı ASC («kreditor») ilə Cavabdeh («borcalan») arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli 17/14 saylı kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana illik 4 faiz ödənilməsi şərti ilə 102 ay müddətinə 68700 manat məbləğində kredit verilmişdir. 10 yanvar 2017-ci il tarixli 17/14 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə İddiaçı ASC kredit müqaviləsində göstərilən məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4998 saylı rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 10 yanvar 2017-ci il tarixli 17/14 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-ci il tarixə banka 31160.76 manat əsas, 321.90 manat faiz; xx.xx.2022-ci il tarixə 30849.57 manat əsas, 82.27 manat faiz borcu vardır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10 yanvar 2017-ci il tarixli 17/14 kredit müqaviləsi üzrə 25723.49 manat əsas, 79.44 manat faiz, cəmi 25802.93 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir; ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 39.4-cü maddəsinə əsasən tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. 39.5-ci maddəsinə əsasən bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin UNİ/İ 66-616/22 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin likvid qiyməti 110000 manat təşkil edir. Məhkəmə qeyd edir ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 110000 manat müəyyən edilməli, mənzil satılmalı və ondan əldə ediləcək vəsait Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh və digər şəxslər həmin mənzili tərk etməlidirlər. Belə ki, iddiaçı, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda, onların ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılmalarını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar 184.57 manat dövlət rüsümu, bildirişin qeydə alınmasına görə ödənilmiş 30.40 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə, habelə 150 manat məhkəmə-mühasibatlıq ekspertizasının xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına, 250 manat qiymətləndirmə xərci "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 25723,49 manat əsas, 79,44 manat faiz, cəmi 25802,93 (iyirmi beş min səkkiz yüz iki manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 184,57 (bir yüz səksən dörd manat əlli yeddi qəpik) manat dövlət rüsümu və bildirişin qeydə alınmasına görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə yönəldilsin. Həmin daşınmaz əmlak açıq hərraca çıxarılsın, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 110.000 (bir yüz on min) manat müəyyən edilsin. Qeyd olunan daşınmaz əmlak açıq hərracda satılsın və ondan əldə ediləcək vəsait Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh qaytarılsın. ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh və digər şəxslər mənzili tərk etsinlər. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq, VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar