Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2170/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər X4 və Cavabdeh2 qarşı “borcun tutulması” dair iddia ərizəsi üzrə mülki iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X4 və Cavabdeh2 qarşı “borcun tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.08.2019-cu il tarixli 034NFPK №-li kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə 4989.96 (dörd min doqquz yüz səksən doqquz manat 96 qəpik) manat əsas, 112.51 (bir yüz on iki manat 51 qəpik) manat faiz və 0.10 (0 manat 010 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hurmuz oğlundan tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbinə etiraz edərək ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, İddiaçı ASC cavabdehlər X4 və Cavabdeh2 qarşı “borcun tutulmasına” dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh X2 qeydiyyatda olduğu ünvanını ünvan 1indən müəyyən edilmişdir ki, cavabdehin qeydiyyat ünvanı ünvan 2 Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Məhkəmə hesab edir ki, cavabdeh X3 rəsmi qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 105, Əhmədli qəsəbəsi, mənzil 35 ünvanı Xətai rayonu ərazisində yerləşdiyindən həmin iddia tələbi Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC cavabdehlər X4 və Cavabdeh2 qarşı “borcun tutulması dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti rəsmi təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2170/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2170/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver