Məhkəmə qərarları › İş №e-2(005)-2184/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2184/2024

30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2184/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin “subroqasiya qaydasında geri qaytarılması tələbinə dair” kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1833,80 (bir min səkkiz yüz otuz üç manat 80 qəpik) manat məbləğində vəsaitin və 38,34 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “X1" markalı, MM293MH dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Nissan X-Trail" markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalı olan "Nissan X-Trail" markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, "Nissan X-Trail" markalı, ** GB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" SŞ ASC- də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. "xxxx" Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq "Nissan X-Trail" markalı, **-GB-*** döviət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma (franşiza) məbləği çıxılmaqla. 1833,80 (bir min səkkiz yüz otuz üç manat 80 qəpik} manat məbləğində sığorta ödənişi 10226 nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən ödənilmişdir. xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında qərarında Cavabdeh təqsirli bilindiyi öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş Azari Express poçt xəbərnaməsindən göründüyü kimi borcun ödənilməsi ilə bağlı pretenziya məktubu Cavabdeh tərəfindən qəbul edilmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, 1833,80 (bir min səkkiz yüz otuz üç manat 80 qəpik) manat məbləğində sığorta ödənişi Cavabdeh iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh xx.xx.2024-cü il tarixdə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmə qəbzinə imza etməklə şəxsən almış, Cavabdeh xx.xx.2024-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etdiyini bildirmiş və borcun aylıq hissələrə bölünərək ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan, həmçinin cavabdehin ərizəsinə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İcbari sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, "Nissan X-Trail" markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinədək bəzi hadisələrdən, o cümlədən yol-nəqliyyat hadisələrindən İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növündə sığortalamış və sığortalıya **********3 nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. - Bakı şəhər DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixində İnzibati tənbehetmə barədə qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. - “X2” tərəfindən xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, hadisə nəticəsində, "Nissan X-Trail" markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər qiymətləndirilmiş 1933,80 manat məbləğində zərər müəyyən edilmişdir. - İddiaçı Sığorta Şirkəti ASC -nin 100916 №-li “Sığorta aktı”ndan görünür ki, 1933,80 manat məbləğində sığorta ödənişi hesablanmış zərərçəkən şəxsə xx.xx.2021-ci il tarixdə ödəniş tapşırığına əsasən ödənilmişdir. - Azərbaycan Respublikasi Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 05/3508/di №-li məktubundan görünür ki, Gürcüstan vətəndaşı Cavabdeh sonuncu dəfə ünvan 1 ünvanına qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 38,34 manat dövlət rüsumu rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etdiyini bildirmiş və borcun aylıq hissələrə bölünərək ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortlara haqqında” Azərbaycan Respublikası Qanunun: - 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İş materiallarından göründüyü kimi xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “X1" markalı, MM293MH dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Nissan X-Trail" markalı, **- GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsində "xxxx" Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalı olan "Nissan X-Trail" markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, "Nissan X-Trail" markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" SŞ ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. "xxxx" Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq "Nissan X-Trail" markalı, **-GB-*** döviət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma (franşiza) məbləği çıxılmaqla 1833,80 (bir min səkkiz yüz otuz üç manat 80 qəpik) manat məbləğində sığorta ödənişi 10226 nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən ödənilmişdir. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri və hadisə yerindən yayınması halları iş materialları ilə müəyyən edilmişdir. Belə ki, cavabdeh barəsində xx.xx.2021-ci il tarixində İnzibati tənbehetmə barədə qərar tərtib olunmuş və o, AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 manat cərimə olunmuşdur. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq 16 dekabr 2021-ci il tarixli pretenziya məktubu göndərməklə subroqasiya tələbi olan borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmiş, lakin bu bir nəticə verməmişdir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh iddia tələbini qəbul edir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmçinin Cavabdeh xx.xx.2024-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etdiyini bildirmiş və borcun aylıq hissələrə bölünərək ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 38,34 (otuz səkkiz manat otuz dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 1833,80 (bir min səkkiz yüz otuz üç manat 80 qəpik) manat məbləğində dəymiş ziyan, 38,34 (otuz səkkiz manat otuz dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1833,80 (bir min səkkiz yüz otuz üç manat 80 qəpik) manat, 38,34 (otuz səkkiz manat otuz dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar