Məhkəmə qərarları › İş №e-2(005)-2191/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2191/2022

03.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2191/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən 3390 manat maddi ziyanın və 64 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması tələbinə dair ərizə təqdim edərək, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ** BG *** nömrəli, Dacia Logan markalı minik avtomobili ilə cavabdehin istifadəsində olan və “FELİX TAXİ" Məhdud Məsuliyyətli Cəmiyyət ayıq sürücü xidmətinin əməkdaşı Cavabdeh3 tərəfindən idarə olunan ** MY *** nömrəli, Ford Fusion markalı minik avtomobili xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində, Cehyun Hacıbəyli küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində toqquşmuşlar. Yol nəqliyyat hadisəsi cavabdehin istifadəsində olan avtomobili idarə edən sürücünün təqsiri nəticəsində baş vermişdir. Belə ki, cavabdehə məxsus avtomobili idarə edən ayıq sürücü Cavabdeh3 işıqforun qırmızı işığında dayanmadan keçərək, yolayırıcına sol tərəfdən yaxınlaşan, iddiaçıya məxsus avtomobillə toqquşmuşdur. Hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən sxem tərtib edilmiş və ayıq sürücü Cavabdeh3 barəsində xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Bildirir ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə 3390 manat maddi ziyan dəymişdir. Lakin, cavabdehin istifadəsində olan avtomobilin icbari sığortası olmadığı üçün iddiaçıya avtomobilin təmiri ilə bağlı xərclər ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etməyərək, bildirdi ki, hadisə baş verən gün Cavabdeh2 MMC-yə məxsus sifariş nömrəsinə zəng edərək, ayıq sürücü xidmətindən istifadə etmək istəyini bildirmiş, daha sonra Cavabdeh3 ayıq sürücü kimi gəlmiş, özünəməxsus avtomobilini ona təqdim etmişdir. Lakin bu zaman ayıq sürücü avtomobili idarə edərkən hadisəni törətmişdir. Onun avtomobilinə də hadisə nəticəsində ziyan dəymiş, indiyədək həmin ziyanı aradan qaldıra bilməmişdir. Hazırki mübahisədə o, hər hansı cavabdehlik daşıya bilməz, ayıq sürücü xidmətindən istifadə etməkdə elə məqsədi bütün bunların qarşısını almaqdan ibarət olmuşdur. Cavabdeh3 iddia tələbini qismən qəbul edərək, hadisənin onun təqsirindən olduğunu, iddiaçıya məxsus avtomobilə ziyan dəydiyini, eyni zamanda digər Cavabdeh2 MMC ilə hər hansı əmək münasibətlərində olmadığını, vergi xidməti orqanlarında qeydiyyatdan keçmədən cəmiyyət ilə əməkdaşlıq etdiyini, belə ki sifarişlərin gəlməsi üçün cəmiyyətin onun mobil telefonuna xüsusi proqram yüklədiyini, həmin proqram vasitəsilə də gələn sifarişləri qəbul etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 MMC-yə məhkəmə iclasına üzrsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Lakin iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 MMC- yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehi ərdən 3390 manat maddi ziyan və 64 manat dövlət rüsumunun ödənilməsini tələb etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Ç.Sadığovun avtomobilinin icbari sığortası olmadığına görə ona dəymiş ziyanın sığorta hesabına ödənilməsi mümkünsüz olduğu üçün Ç.Sadığovla bərabər Cavabdeh2 MMC-də məsuliyyət daşımalıdır. İddiaçının Cavabdeh2 MMC-yə qarşı irəli sürdüyü tələbini tamamilə əsassız və qanunvericiliyə zidd hesab edirəm. Göründüyü kimi, Qanun icbari sığorta öhdəliyini digər şəxslərin üzərinə deyil, məhz mülkiyyətində avtonəqliyyat vasitəsi olan sahibin üzərinə qoymuşdur. Belə olan halda, avtonəqliyyat vasitəsinin sahibinin (cavabdeh Ç.Sadığovun) mülkiyyətində olan avtonəqliyyat vasitəsini icbari sığorta etmədən 3-cü şəxsə (iddiaçıya) vurduğu zərərə görə bu avtonəqliyyat vasitəsinin sahibi olmayan digər şəxsə (Cavabdeh2 MMC-yə) qarşı tələb irəli sürməsini qanunvericiliyə zidd hesab edir. Belə olan halda, avtonəqliyyat vasitəsinin sahibinin olan cavabdeh mülkiyyətində olan avtonəqliyyat vasitəsini icbari sığorta etsəydi iddiaçıya dəymiş zərər sığorta hesabına ödənilə bilərdi. Bu isə o deməkdir ki, iddiaçı bu vəziyyətdə heç bir halda Cavabdeh2 MMC- yə qarşı sığorta ilə bağlı tələb irəli sürə bilməzdi. Qeyd etdikləri deməyə əsas verir ki, iddiaçının bu sığorta münasibətlərindən irəli gələn əsaslar üzrə Cavabdeh2 MMC-yə qarşı tələb irəli sürməyə subyektiv hüququ mövcud deyil və Cavabdeh2 MMC bu əsasla irəli sürülmüş tələb üzrə cavabdeh qismində çıxış edə bilməz. Deməli iddiaçının Cavabdeh2 MMC-yə qarşı iddia tələbi rədd edilməlidir. İddiaçının Cavabdeh2 MMC-yə qarşı olan tələbi qeyri müəyyəndir. Belə ki, iş üzrə iki cavabdeh qeyd olunsa da, iddia tələbinin hansı həcmdə hansı cavabdehə qarşı yönəlməsi qeyd edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının qeyri-müəyyən tələbi mümkünsüz olduğuna görə Cavabdeh2 MMC-yə qarşı hissəsində rədd edilməlidir. İddiaçı cavabdchlər X4 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehi ərdən 3390 manat maddi ziyan və 64 manat dövlət rüsumunun ödənilməsini tələbi Cavabdeh2 MMC-yə aid hissədə rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında İXP nömrəli ******* saylı protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 23:00radələrində Ford Fusion minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh3 tərəfindən idarə edərkən İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında TP nömrəli ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh3 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, ** BG *** dövlət qeydiyyat nişanlı, Dacia Logan markalı minik avtomaşına dəymiş maddi ziyan 3390 manat müəyyən edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şəxsin əmək fəaliyyəti ilə bağlı məlumatların təqdim edilməsi barədə 24 may 2022-ci il tarixli 2(005)-2191/2022 nömrəli sorğunuza X3 Xidmətində baxılmışdır. Sorğunuzla əlaqədar bildiririk ki, məktubda qeyd olunan şəxsin adına ’'Felix-Taxi’’ MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. İş materiallarında olan, ƏN-V seriyalı, 830910 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Dacia Logan” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini X2 vermişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4424 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Toyota Bakı Mərkəzi" tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli cüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Dacia Logan” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2940,00 manat müəyyən edilir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində ayıq sürücü qismində Cavabdeh1 məxsus Ford Fusion markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən, İddiaçı məxsus ** BG *** dövlət qeydiyyat nişanlı, Dacia Logan markalı avtomobillə toqquşmuşdur. Nəticədə iddiaçının avtomobilinə ziyan dəymişdir. Cavabdeh3 xx.xx.2022ci il tarixli inzibati tənbeh vermə haqqında TP nömrəli ******* saylı qərarla İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. “Felix-Taxi’’ MMC tərəfindən Cavabdeh3 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4424 saylı rəyinə əsasən, 2007-ci il buraxılışlı “Dacia Logan” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2940,00 manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatlarla qismən sübuta yetmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə bildirir ki, Cavabdeh3la digər cavabdeh “Felix-Taxi’’ MMC arasında hər hansı əmək münasibətlərinin olması müəyyən edilmir, bununla yanaşı məhkəmə qeyd zəruri hesab edir ki, AR Vergilər Nazirliyində Cavabdeh3 fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. Üstəlik də tərəflərin əmək münasibətlərində olmadıqları məhkəmə araşdırması zamanı sübuta yetmişdir. Mülki işdən göründüyü kimi, inzibati xətanı Cavabdeh3 törətməsi, iddiaçıya məxsus avtomobilə ziyanın məhz onun tərəfindən vurulması mübahisəsizdir, habelə cavabdeh “Felix-Taxi’’ MMC qanuni əsaslar olmadan ayıq sürücü xidməti üzrə sürücünü yönləndirmişdir. Bu baxımdan şirkət ayıq sürücü xidməti göstərdiyi üçün sürücülərin peşəkarlığı, müştərilərin təhlükəsizliyi və s. barədə müştərilər qarşısında tam keyfiyyətli xidmətə dair öhdəlik götürmüş olub. Bununla yanaşı məhkəmə hesab edir ki, yuxarıda sadalananlara əsasən AR MM-nin 1099.1-ci maddəsində nəzərdə tutulmuş müddəalar hazırki mülki mübahisəyə tətbiq edilə bilmədiyindən, cavabdeh “Felix-Taxi’’ MMC ilə yanaşı inzibati xəta törətmiş Cavabdeh3 da zərərin əvəzini ödəmək öhdəliyi daşıyır. İşin faktiki hallarından göründüyü kimi baş vermiş yol nəqliyyat qəzası zamanı ** BG *** dövlət qeydiyyat nişanlı, Dacia Logan markalı avtomobilə ziyanın vurulması, cavabdehlər Cavabdeh3 və “Felix-Taxi’’ MMC-nin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasında səbəbli əlaqənin olduğu sübuta yetmişdir. Digər Cavabdeh1 münasibətdə isə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh3 və “Felix-Taxi’’ MMC-yə münasibətdə qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4424 saylı rəyi ilə müəyyən edilən 2940 manat məbləğində pul cavabdehlər Cavabdeh3 və “Felix- Taxi’’ MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə habelə digər Cavabdeh1 münasibətdə iddia tələbini əsassız hesab edərək, ona aid hissədə iddianın təmin edilməməsini qanuni hesab edir. Belə ki, Cavabdeh1 törədilmiş delikt və vurulmuş ziyanla bağlı hər hansı məsuliyyət daşıması müəyyən edilmir. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası MPM 265.4-cü maddəsinə əsasən, “Felix-Taxi’’ MMC-nin hərəkətlərində Azərbaycan Respublikası CM-nin müvafiq maddəsində ehtiva olunan cinayətin əlamətləri aşkara çıxdığından bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdehlər Cavabdeh3 və “Felix-Taxi’’ MMC-dən müştərək qaydada iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 64 manat dövlət rüsumu iddiaçının xeyrinə, 100 manat ekspertiza xərci Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və “Felix-Taxi’’ MMC-dən müştərək qaydada 2940 manat və 64 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh3 və “Felix-Taxi’’ MMC-dən müştərək qaydada tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar