Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-220/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı (açar sözlər: icarə müqaviləsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan 629.48 (altı yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)- 2646/2024 saylı qərardadı ilə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 1212 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 134.6 kv.m. torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 629.48 (altı yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-3872/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 1212 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 1291.88 (min iki yüz doxsan bir manat, səksən səkkiz qəpik) manat məbləğində vəsaitin tutularaq, Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 1212 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 1292 (min iki yüz doxsan iki) manat məbləğində vəsaitin tutularaq, Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, 1995-ci ildə atası ilə zavod arasında müqavilə bağlanmış və əmlak icarəyə götürülmüşdür. Orada İdman Sağlamlıq Kompleksi yaradılıb. 1998-ci ildə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı bildirib ki, həmin əmlak dövlətə məxsusdur və onlarla da müqavilə bağlanılmalıdır. 2001-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bildirilmişdir ki, ya əmlakı alın, ya da satışa çıxarılacaq. Bundan sonra ödəniş olunmuş və əmlak özəlləşdirilmişdir. Dövlətin hərrac çıxardığı əmlakı almışdır. İki il icarə müqaviləsi bağladıqdan sonra bildirmişlər ki, həmin əmlakı ona sata bilmirlər, çünki zavodun binasına bitişikdir. Rəsmi ərizə ilə müraciət edərək icarə müqaviləsinin müddətini uzatmaq istəmədiyini bildirmişdir. Lakin yanvar ayından etibarən ona hər ay ödənişlə bağlı mesajlar gəlir. Müqavilənin müddəti bitmiş və bununla bağlı rəsmi müraciət etmişdir. Hazırda torpaqdan bəhər götürmür, bu əmlakın atında olan torpaq sahəsidir. Orada bağ salmamışdır, heçnə əkmir. Dekabr ayında ödənişi tam etdikdən sonra rəsmi məktubla müraciət etmiş və müqaviləni uzatmaq istəmədiyini qarşı tərəfə bildirmişdir. Onlar isə müqaviləni özləri uzatdığını bildirmişlər. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdən Cavabdeh adına qeydə alınmışdır. Torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh arasında bağlanmış özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 1212 №-li 10 yanvar 2022-ci il tarixli müqavilədən görünür ki, İcarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 134.6 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Torpaq sahəsinin illik icarə haqqı 1590.0 manat; aylıq icarə haqqı 132.5 manatdır. Bu müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir. Müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinini ərizəsi olmadıqda o, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir. - Cavabdeh 1212 nömrəli müqavilə üzrə şəxsi hesab vərəqəsi ilə müəyyən olunur ki, sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə olmuşdur. Yekun ödənilmiş məbləğ 3174 manatdır. - xx.xx.2024-cü il tarixli icarə haqqı borcunun ödənilməsi barədə məktubdan görünür ki, dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun 7 iş günü ərzində ödənilməsi, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh aralarında bağlanmış 1212 nömrəli müqavilənin 4.1, 4.2-ci bəndlərini rəhbər tutaraq müqavilənin uzadılmasının mümkünsüzlüyünü nəzərə alaraq, 1212 nömrəli müqavilənin ləğv edilməsini xahiş etmişdir. - Bakı şəhəri Keşlə bələdiyyəsi tərəfindən verilmiş 05 №-li 03 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Keşlə qəsəbəsi, D.Aslan küçəsi 6 ünvanında ona məxsus qeyri-yaşayış sahəsinə görə torpaq və əmlak vergisindən borcu yoxdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Həmin əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Tərəflər arasında bağlanmış 10 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 134.6 kv.m torpaq sahəsi Cavabdeh illik icarə haqqı 1590.0 manat olmaqla icarəyə verilmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixə qeyd olunan torpaq sahəsinə görə ödənilməmiş 1292 manat icarə haqqının tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. -424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. -700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Plenumun Qərarına əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə torpaq sahəsinin icarə müddəti xx.xx.2022ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir (4.1). Müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir (4.2). Müqavilənin müddəti başa çatdıqda ona xitam verilə bilər (7.1). Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində torpaq sahəsi və ya onun bir hissəsi üzərində icarə hüququna xitam əsasları sırasında torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtarması müəyyən olunmuşdur. Həmin Məcəllənin 75-ci maddəsinin 6-cı hissəsinə görə, torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Mülki Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinə əsasən, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsində qeyd olunmuşdur ki, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən müqavilə müddəti ərzində xx.xx.2022-ci il tarixdə 226,53 manat; xx.xx.2022-ci il tarixdə 299,55 manat; xx.xx.2022-ci il tarixdə 499,25 manat; xx.xx.2022-ci il tarixdə 560,16 manat; xx.xx.2023-cü il tarixdə 530 manat; xx.xx.2023-cü il tarixdə 98,54 manat; xx.xx.2023-cü il tarixdə 450,32 manat; xx.xx.2023-cü il tarixdə 246,60 manat; sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 263,60 manat olmaqla aylıq ödənişlər yerinə yetirilmiş, icarə haqqı kimi icarəyəverənə iki il müddəti ərzində ümumilikdə 3174,55 manat vəsait ödənilmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin bitməsinə 1 ay müddət qalmış - xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininə yazılı formada ərizə ilə müraciət edərək, ona məxsus qeyriyaşayış binasının 5 ilə yaxındır fəaliyyət göstərmədiyini bildirmiş, müqavilənin müddətinin uzadılmasının mümkünsüzlüyünü nəzərə alaraq 1212 nömrəli müqavilənin ləğv edilməsini xahiş etmişdir. Qeyd olunan ərizə xx.xx.2023-cü il tarixdə sonuncu tərəfindən təhvil alınmışdır. Göründüyü kimi, cavabdeh - icarəçi müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl icarəyəverənə yazılı formada müraciət edərək, iradə ifadəsi ilə müqavilə müddətinin uzadılmasından imtina etdiyini bildirmiş, aralarında bağlanmış müqaviləyə müddəti bitdikdə xitam verilməsini xahiş etmişdir. Qeyd olunan aydan sonra icarəçi müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən və onun uzadılmaması barədə müraciət etdiyindən müqavilə üzrə ödəniş etməyi dayandırmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən (4.1), müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən, tərəflərdən birinin - icarəçi Cavabdeh müqavilə müddətinin uzadılmaması barədə yazılı ərizəsi olduğundan (4.2) 1212 saylı torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddətin qurtardığı xx.xx.2024-cü il tarixdən xitam verilmiş, tərəflərin bir-birinə qarşı öhdəliyi qalmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müddəti bitmiş 1212 №-li 10 yanvar 2022-ci il tarixli müqavilə üzrə müqavilə müddəti bitdiyi tarixdən sonrakı dövr üzrə xx.xx.2024-cü il tarixə olan icarə haqqı borcunun ödənilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır və bu səbəbdən onun iddiası məhkəmə tərəfindən əsaslı hesab edilərək təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: -9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, onun tələbi isə təmin edilmədiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “cavabdehdən xx.xx.2022-ci il tarixli, 1212 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 1292 (min iki yüz doxsan iki) manat məbləğində vəsaitin tutularaq, Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220 və 358- 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “cavabdehdən xx.xx.2022-ci il tarixli, 1212 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 1292 (min iki yüz doxsan iki) manat məbləğində vəsaitin tutularaq, Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-220/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-220/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver