Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-221/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X1 Xalid qızının sədrliyi, Məhkəmə iclas kattibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 892,63 manat – bundan 261,37 manat əsas, 303,81 manat faiz, 270,13 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 57,32 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2017-ci il tarixli 051T07170007 nömrəli kredit kart müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri, ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 892,63 manat təşkil edir. Bundan 261,37 manat əsas, 303,81 manat faiz, 270,13 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 57,32 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********919 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmişlər. İddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, iclasın onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilməməlidir. İş materiallarında olan : - İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 04 iyul 2017-ci il tarixli “kredit kartının verilməsi və istifadəsi üzrə 051T07170007 nömrəli müqaviləyə əsasən İddiaçı ASC Cavabdeh bank tərəfindən buraxılmış kredit kartının verilməsi, kart vasitəsi ilə kredit xəttinin açılması, Cavabdeh isə kart vasitəsi ilə mallar, iş və xidmətlər üzrəödənişlərin yerinə yetirilməsi valyuta mübadiləsinin aparılması, nağd pul vəsaitinin əldə edilməsi, nağdsız formada öz hesabından vəsaitin başqa hesaba köçürülməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi və qanunvericiliklə qadağan olunmayan digər əməliyyatları həyata keçirmək barədə ödəliklər götürürlər. - LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, 892.11 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi bldirilmişdir. - Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədə qeyd edir ki, ona məxsus 51-70192624-14 saylı kredit kartından xx.xx.2017-ci tarixdə 2 naməlum əməliyyatla 255.79 manat və 4.15 manat pul çıxarıldığı bildirilmiş və həmin karta müvəqqəti blok qoyulmasını xahiş etmişdir. - Cavabdeh tərəfindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə qeyd edir ki, xx.xx.2017-ci il tarixdə İddiaçı ASC-yə yazılmış ərizədə ona məxsus 51-70192624-14 saylı kredit kartından xx.xx.2017-ci tarixdə 2 naməlum əməliyyatla 255.79 manat və 4.15 manat pul çıxarılmışdır. İddiaçı ASC-nin plastik kart şöbəsi bu əməliyyatları sistemdə yoxlayaraq əmin oldu ki, məbləğlər blokdadır, sistemdən çıxarılmayıb və qaytarılacaq. Sonradan İddiaçı ASC-yə bununla bağlı yenidən müraciət olunduqda, ona bankın lisenziyasının ləğv olunduğu, sistemə giriş etmək mümkün olmadığı bildirilmiş və Əmanətlərin Sığortalanması Fonduna müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən 255.79 manat və 4.15 manat pulun ona qaytarılmasını xahiş etmişdir. - AZ55AZER**********14AZN41010 nömrəli hesabdan çıxarışdan müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə 051-2204-0053 nömrəli əməliyyatla 256.59 manat kredit götürülmüş, həmin tarixdə 051-23111-0054 nömrəli əməliyyatla krtdan 254.05 manat və 2.54 manat çıxarış edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2590/2022 saylı qərardadından müəyyən olunur ki : 1.İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 261.37 manat əsas, 224.14 manat cərimə, 257.82 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43.32 manat faiz borcu, ümumilikdə 786.65 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(005)- 4274/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2017-ci il tarixli, 051T07170007 saylı kredit sazişi üzrə Cavabdeh 261.37 manat əsas, 257.82 manat faiz, 224.14 manat cərimə, 43.32 manat gecikdirilmiş vaxt üçün cərimə borcu olmaqla ümumilikdə cəmi 786.65 (yeddi yüz səksən altı manat altmış beş qəpik) manat, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. 3.Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. 4.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin apelyasiya şikayətinin dəlillərindən və məhkəmə kollegiyasında verdiyi izahatlarından məlum olur ki, hazırki iş üzrə cavabdeh istifadə etdiyi kredit kartına qanunsuz müdaxilə olması barədə 20 dekabr 2017-ci il tarixdə İddiaçı ASC-yə, 24 yanvar 2018-ci il tarixdə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi müraciət etmişdir. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verdiyi 25 aprel 2022-ci il tarixli məktubda cavabdehin banka müraciət etdiyi və müraciətin hələ də araşdırıldığı qeyd edilmişdir. Həmçinin cavabdehin apelyasiya məhkəməsində təqdim etdiyi ərizələrin kserosurətindən görünür ki, həmin ərizələr İddiaçı ASC və LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edilmiş və bu barədə həmin ərizələrin üzərində qeydiyyat aparılmışdır. İşin qeyd edilən halları onu göstərir ki, cavabdeh iddiaçının tələb etdiyi borc məbləğinin onun kart hesabından qanunsuz silinməsi barədə vaxtında iddiaçını məlumatlandırmış və iddiaçı cavabdehin həmin müraciətini hələ araşdırdığını bildirmişdir. Belə olan halda iddiaçı cavabdehin müraciətini araşdırıb müvafiq qərar qəbul etmədən, cavabdehin borcunun olması və həmin borcun işin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan məhkəmədə iddia qaldırması və birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mülki prosessual qanunverciliyin 259.0.1-ci maddəsinin tələblərinə əməl etməsini yoxlamadan iddia ərizəsinin icraata qəbul edilərək baxılması, prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2590/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(005)-4274/2021 saylı qətnaməsi ləğv edilmiş, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. - Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış cavab məktubunda İddiaçı ASC-nin müflis elan edildiyi və Əmanətlərin Sığortalanması Fondunun həmin bankın ləğvedicisi təyin edildiyi, ləğv prosesində olan İddiaçı ASC-nin təsdiqlənmiş tələbləri siyahısında Cavabdeh tələblərinin aşkar edilmədiyi qeyd olunmuşdur. - “Azericard” LLC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd olunur ki, “Cavabdeh məxsus 51-70****24-14 saylı kredit kartından xx.xx.2017-ci il tarixdə iki əməliyyatla 255.79 manat və 4.15 manat pul məbləğlərinin hansı saatlarda, harada, hansı üsulla çıxarılması barədə mövcud məlumatların təqdim edilməsi haqqında" xx.xx.2022-ci il tarixli, e-2(005)-3489/2022 nömrəli qərardadın icrası üçün "xxxx" MMC-yə ünvanlanmış müraciətə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2016-cı il tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”-na əsasən Kredit əməliyyatları barədə müvafiq sənədlərin saxlanılma müddəti bitdiyindən Azərikard tərəfindən müvafiq məlumatların təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki iş materiallarında müəyyən olunur ki, tərəflər arasında olan münasibətlər müqavilədən yaranan öhdəlik hüquq münasibətləridir. İddiaçı ASC kartdan istifadə ilə bağlı bağlanmış müqavilə üzrə Cavabdeh tərəfindən ödənilməmiş borcun tutulmasını tələb edir. Mülki iş materiallarından aydın olur ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə ona məxsus kartdan naməlum əməliyyatlarla pul məbləğlərinin çıxarıldığını İddiaçı ASC-yə bildirmiş və karta müvəqqəti blok qoyulmasını xahiş etmişdir. Lakin iddiaçı tərəfindən cavabdehin bu müraciətini qeydə alsa da araşdırılması yekunlaşmadan cavabdehə qarşı kredit borcunun qaytarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2590/2022 saylı qərardadı Cavabdeh müraciətləri üzrə başlanılmış araşdırılma yekunlaşmadığı üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onlar cavabdehə tələbinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin göstərişinə əsasən bankın müflis elan edildiyi 27 dekabr 2017-ci il tarixdən 60 təqvim günü müddətində qeydə alınmadığı bildirilir. Halbuki mülki işin materialları ilə cavabdehin 21 dekabr 2017-ci il tarixdə İddiaçı ASC-yə, 24 yanvar 2018-ci il tarixdə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna plastik kartdan silinmələrin həyata keçirilməsi məsələsinin araşdırılması məqsədilə müraciət etdiyi müəyyən edilir. Bundan başqa, iş materiallarında olan, iddiaçının Bakı Apellyasiya Məhkəməsinin hakiminə ünvanlandığı məktubundan müəyyən edilir ki, iddiaçı cavabdehə plastik kartdan silinən pul vəsaitinin bərpa olunması ilə bağlı araşdırma aparıldığı, araşdırma yekunlaşdıqdan sonra müraciətə yenidən baxılacağı bildirilmişdir. Belə olan halda iddiaçı tərəfindən cavabdehin müraciətinə mahiyyəti üzrə cavab verilmədiyi, ötən müddət ərzində plastik kartdan silinmələrin həyata keçirildiyinin araşdırılmadığı, cavabdehə formal cavab ünvanlayaraq, tələbinin qeydə alınmadığı qeyd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər mülki işin materialları ilə öz təsdiqini tamadığından, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırki iş üzrə iddiaçı cavabdehdən kredit borcunun qayarılmasını tələb etsə də, cavabdeh tərəfindən kart üzrə naməlum əməliyyatların aparılması barədə vaxtında edilmiş müraciətləri vaxtında araşdırmamış, nəticədə mülki işin məhkəmə araşdırması zamanı sənədlərin saxlama müddəti ötdüyündən ədalətli və hərtərəfli araşdırmanın aparılması ümkün olmamışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə