Məhkəmə qərarları › İş №e-2(005)-2210/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2210/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2210/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan 178133 manat əsas borc, 81005.97 manat faiz borcu, 196152.80 manat dəbbə borcu, ümumilikdə 455291.77 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 745.29 manat dövlət rüsumu və 1.12 manat bank xidməti haqqının Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan xx.xx.2020-ci il tarixli RPZG-00010-00/20A saylı sonrakı ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanında yerləşən 9 saylı mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin, Cavabdeh tutulması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, 36 ay müddətinə, 17 faiz olmaqla 178133 AZN məbləğində kredit verilmişdir və Cavabdeh isə həmin kreditdən xx.xx.2019-cu il tarixli, DEN-00011- 00/19A saylı kreditin bağlanması məqsədi ilə istifadə etməyi və onu 12 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2023-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçıyla RPZG-00010-00/20A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanında yerləşən 9 saylı mənzili xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. "xxxx" MMC tərəfindən 2019-cu il tarixində Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanında yerləşən 9 saylı mənzilin qiymətləndirilməsi keçirilmişdir və mənzilin real bazar dəyəri 250000 manat, likvid dəyəri isə 230000 manat müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 7-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 178133 manat, faizlərin məbləği 81005.97 manat, dəbbə borcu 196152.80 təşkil edir. Beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 455291.77 manat təşkil edir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, RPZ-00010-00/20A saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, 17 faiz olmaqla 178133 manat məbləğinədə kredit verilmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsi üzrə Cavabdeh Bank "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 178.133,00 manat, faiz borcu üzrə 81.005,97 manat, dəbbə borcu 196.152,80 manat, cəmi 455291,77 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli RPZG-00010-00/20A saylı Sonrakı İpoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanda yerləşən 9 saylı mənzili xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsinə əsasən öhdəliyin təmin edilməsi məqsədilə ipoteka saxlayan “Bank "xxxx" ASC-nin xeyrinə yüklü etmişdir. İş materiallarında olan 13 mart 2023-cü il tarixli MXD-2023/970 saylı bildirişdən görünür ki, Cavabdeh öhdəliyini 5 (beş) gün müddətində tam formada icra etməsi ilə bağlı xəbərdarlıq edilmiş, Bankın pul tələbləri ödənilməzsə, tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı Nikah evi tərəfindən 02 iyun 2012-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında 05 noyabr 1993-cü il tarixdə nikah bağlanmış, bu barədə həmin tarixdə 2580 nömrəli qeyd edilmişdir. Ərə Hüseynzadə, arvada Hüseynzadə soyadı verilmişdir. İş materiallarında olan 24 avqust 2021-ci il tarixdə 29 saylı notariat ofisində təsdiqlənmiş ərizədən görünür ki, X1 Natiq Hüseynağa oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22, 9 saylı mənzilin Bank "xxxx" ASC-yə ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m olan mənzil Cavabdeh tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2019-cu il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m olan mənzil Bank "xxxx" ASC-nin xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 3288 nömrəli reyestr kitabının 307310 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bank "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 13 mart 2023cü il tarixli MXD-2023/970 saylı bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Həmin bildiriş xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-90/5091/2023 №li rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı, xx.xx.2020-ci il tarixli, RPZ-00010-00/20A №-li Kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə: -əsas borc üzrə 178.133,00 manat; -faiz borcu üzrə 81.005,98 manat. xx.xx.2023-cü il tarixə: -əsas borc üzrə 178.133,00 manat; -faiz borcu üzrə 88.408,40 manat. İş materiallarında olan “X7 Mərkəzi” MMC-nin 03 sentyabr 2023-cü il tarixli YDQM № 005-045/2023 saylı hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m olan mənzilin bazar dəyəri 322.000 AZN, likvid dəyəri isə 290.000 AZN müəyyən edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Bank "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə, 17 faiz olmaqla 178133 manat məbləğində kredit verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-90/5091/2023 №-li rəyinə əsasən Cavabdeh Bank "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsi üzrə borcu aşağıdakı kimidir. Əsas məbləğ üzrə 178.133,00 manat, faiz üzrə borc 88.408,40 manat. xx.xx.2020-ci il tarixli RPZG-00010-00/20A saylı İpoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsinə əsasən öhdəliyin təmin edilməsi məqsədilə ipoteka saxlayan Bank "xxxx" ASC-nin xeyrinə yüklü edir. İpoteka predmetinin təsviri və olduğu yer: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m olan mənzil. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli mənzil Bank "xxxx" ASC-nin xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 3288 nömrəli reyestr kitabının 307310 nömrəli vərəqində qeydiyyata alınmışdır. 13 mart 2023-cü tarixli bildirişdən görünür ki, cavabdehlərə öhdəliyin tam formada icra edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli Bank "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Həmin bildiriş xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, iş üzrə iddiaçı Bank "xxxx" ASC həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə iş üzrə ekspert rəyini və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır, Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsi üzrə 178133 manat məbləğində əsas borc və 81005,97 manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli RPZ-00010- 00/20A saylı kredit müqaviləsi üzrə 196152,80 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 10000 manata endirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanında yerləşən 9 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin Bank "xxxx" ASC qarşısında olan borcların ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan məbləğ cavabdehin iddiaçı Bank "xxxx" ASC qarşısında xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh tutularaq Bank "xxxx" ASC-nin hesabına ödənilməsi hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə əsasən, girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 39.4-cü maddəsinə əsasən tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. 39.5-ci maddəsinə əsasən bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qeyd edir ki, “X7 Mərkəzi” MMC-nin 03 sentyabr 2023-cü il tarixli YDQM № 005-045/2023 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m olan mənzilin hazırkı likvid qiyməti 290.000 manat təşkil edir. Məhkəmə qeyd edir ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m olan mənzilə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m olan mənzilin açıq hərracda ilkin satış qiyməti 290.000 manat müəyyən edilməli, qeyd olunan daşınmaz əmlak açıq hərracda satılmalı və ondan əldə ediləcək vəsait Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulmalı, Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olan ipoteka predmeti ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m olan mənzilə tutma yönəldikdən və o hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m olan mənzil boşaldılmalı və Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.25 kv.m olan mənzili tərk etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 745.29 manat dövlət rüsumu və 1.12 manat bank xidməti haqqı, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 350 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə cavabdehlərdən 100 manat mühasibatlıq ekspertiza xərci Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli RPZ-00010-00/20A saylı kredit müqaviləsi üzrə 178133 manat məbləğində əsas borc, 81005,97 manat məbləğində faiz borcu, 10000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 269.138,97 (iki yüz altmış doqquz min yüz otuz səkkiz manat, doxsan yeddi qəpik) manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 745.29 manat dövlət rüsumu, 1.12 manat bank xidməti haqqı tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanında yerləşən 9 saylı mənzilə yönəldilsin. Həmin daşınmaz əmlak açıq hərraca çıxarılsın, Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanında yerləşən 9 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 290.000 manat müəyyən edilsin. Qeyd olunan daşınmaz əmlak açıq hərracda satılsın və ondan əldə ediləcək vəsait Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh qaytarılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanında yerləşən 9 saylı mənzilə tutma yönəldikdən və o hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanında yerləşən 9 saylı mənzil boşaldılsın və Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22 ünvanında yerləşən 9 saylı mənzili tərk etsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Aparılmış daşınmaz əmlakların qiymətləndirilməsi barədə hesabatın dəyəri olan 350 manat Cavabdeh tutulsun, VÖEN **********, Hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, Bank: Paşa Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ82NABZ********************, KOD:505141, S.W.İF.T BİK:PAHAAZ22 “X7 Mərkəzi” MMC-nin hesabına keçirilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar