Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2290/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Borclu qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh Borclu qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu 1130 (bir min yüz otuz) manat borc məbləği və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 1160 (bir min bir yüz altımış) manat tutularaq İddiaçı MMC-yə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı müəyyən edilmiş müddətdə iş materiallarında olan sənədlərin əsillərini məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən 16.06.2021-ci il tarixdə saat 10:40-a təyin edilmiş məhkəmə iclası yenidən 30.06.2021-ci il saat 11:15-dək vaxt müəyyən edilməklə iddiaçı tərəfə sübutu təqdim etmək vəzifəsi izah edilmiş, bu barədə tərəfə bildiriş göndərilmiş, lakin təyin edilən vaxta iddiaçının nümayəndəsi tələb olunan sənədlərin əsillərini təqdim etməmişdir. Bununla belə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. Göründüyü kimi iddiaçının nümayəndəsinə iddia tələbi ilə bağlı iş materiallarında olan sənədlərin əsillərinin məhkəməyə təqdim edilməsi üçün məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində müvafiq sənədləri məhkəməyə təqdim etməmiş, bu hal isə iddia ərizəsinin baxılmamış saxlanılması üçün birbaşa əsasdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Eyni zamanda iddiaçıya izah edilsin ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən iddia verməklə məhkəməyə müraciət edilə bilər. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara a l d ı: İddiaçı MMC-nin cavabdeh Borclu qarşı “pul tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2290/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2290/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver