Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-234/2025 04.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları xx.xx.2015-ci il tarixdə Cavabdeh idarəetmə hüququ (sürücülük vəsiqəsi) olmadan idarə etdiyi “Mercedes 180” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 2107” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə həmin nəqliyyat vasitəsində olan sərnişinlər:1. X5 ağır dərəcəli bədən xəsarəti alaraq 2-ci qrup əlil olmuş 2. X12 yüngül dərəcəli bədən xəsarəti almış 3. X15 yüngül dərəcəli bədən xəsarəti almış 4. X13 az ağır dərəcəli bədən xəsarəti almış 5. “VAZ 2107” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli,1(002)-255/2016 saylı hökmündən müəyyən edilir ki, Cavabdeh Azərbaycan respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02(iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi,Azərbaycan Respublikasının CM-nin 69-cu maddəsinə əsasən,Cavabdeh 09 mart 2016-cı il tarixdən 10 mart 2016-cı il tarixədək həbsdə saxlanıldıöı 01 gün nəzərə alınmaqla qəti olaraq 02(iki) 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02(iki) il 05(beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi,zərəçəkmiş şəxslər X2,X6 və X10 vurduğu maddi və mənəvi zərərə görə 5031 (beş min otuz bir) manat məbləğində pul tutularaq mülki iddiaçı X2 ödənilməsi barədə hökm verilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh xx.xx.2015-ci il tarixli yol-nəqliyyat hadisəsi ilə bağlı zərərçəkənlərə ödənilmiş ümumilikdə 7500 AZN (yeddi min beş yüz manat) pulun və iddianın məhkəmədə qaldırılması üçün ödənilmiş 95 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki,“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2015-ci il tarixdə Cavabdeh idarəetmə hüququ (sürücülük vəsiqəsi) olmadan idarə etdiyi “Mercedes 180” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 2107” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə həmin nəqliyyat vasitəsində olan sərnişinlər:1. X5 ağır dərəcəli bədən xəsarəti alaraq 2-ci qrup əlil olmuş 2. X12 yüngül dərəcəli bədən xəsarəti almış 3. X15 yüngül dərəcəli bədən xəsarəti almış 4. X13 az ağır dərəcəli bədən xəsarəti almış 5. “VAZ 2107” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta şəhadətnaməsinin 040158, 040160, 040159, 047310, 040161, 040157 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Mercedes 180” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur.İş materiallarında olan AR Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi məktuba əsasən, Qazaxıstan respublikasının vətəndaşı Cavabdeh (Ragımov Akhmedaly) sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur.İş materiallarına əlavə edilmiş Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh “Mercedes 180” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan hüquqsuz olaraq idarə etmişdir. Qaradağ rayon Məhkəməsinin hökmü ilə Cavabdeh təqsirli bilinərək 2 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmişdir.“İcbari Sığorta Haqqında” qanunun 14-cü maddəsinə əsasən, zərərçəkənin bədən xəsarətialması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin müəyyən olunması halında sığorta ödənişisığorta məbləğinin (5000) 60%-ni təşkiledir.“İcbari Sığorta Haqqında” qanunun 14-cü maddəsinə əsasən, sağlamlığa dəymiş yüngül bədən xəsarətinə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin (5000) 15%-ni təşkiledir.“İcbari Sığorta Haqqında” qanunun 14-cü maddəsinə əsasən, sağlamlığa dəymiş az ağır dərəcəli xəsarətə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30%-ni təşkiledir.Yuxarıda adıçəkilən qanunun müddəalarına əsasən, zərərçəkən X1 2-ci qrup əlilliyinə görə 027909 saylı sığorta aktına əsasən 2105 saylı kassa məxaric orderi ilə 1500 AZN və 026694 saylı sığorta aktına əsasən, 1516 saylı kassa məxaric orderi ilə 1500 AZN olmaqla, cəmi 3000 AZN sığorta ödənişi edilmişdir.X7 yüngül dərəcəli xəsarətinə görə 026693 saylı akta əsasən, 1517 saylı kassa məxaric orderi ilə 750 manat sığorta ödənişi edilmişdir.X3 yüngül dərəcəli bədən xəsarətinə görə 026691 saylıakta əsasən, 1519 saylı kassa məxaric orderi ilə 750 manat sığorta ödənişi edilmişdir.X4 az ağır dərəcəli xəsarətinə görə 026692 saylı akta uyğun olaraq, 1518 saylı kassa məxaric orderi ilə 1500 manat sığorta ödənişi olunmuşdur.Nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “VAZ 2107” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1500 AZN zərər dəymişdir. 032182 saylı akta uyğun olaraq, 1589 saylı ödəniş tapşırığı ilə X11 1500 manat sığorta ödənişi edilmişdir.Bildirilir ki, xx.xx.2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh yuxarıda qeyd edilən Qaradağ rayon Məhkəməsinin hökmünə əsasən, idarəetmə hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək, yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobildə olan 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti almağına səbəb olmuşdur. Buna görə də ona qarşı subroqasiya hüququ yaranmışdır.Qeyd edilir ki, sözügedən hökmdən sonradan zərərçəkmiş şəxslər tərəfindən Apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Qaradağ rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır.Hesab edilir ki, cəmi 7500 AZN (yeddi min beş yüz manat) pul Cavabdeh İddiaçıSığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2017-ci il tarixli, 1(103)-255/2017 saylı qərarın surətindən görüünr ki,apellyasiya şikayəti təmin edilməmiş,Cavabdeh barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılması qərara alınmışdır. "xxxx"MMC-nin 22 iyul 2025-ci il tarixli hesabatından görünür ki,yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ 2107" markalı,11BG147 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin dəyəri 1385 (bir min üç yüz səksən beş) manat təşkil etmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdirlər. Lakin,iddiaçı "Elektron Məhkəmə"İnformasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq ,nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları - PAT********** nömrəli sığorta şəhadətnaməsinin 040158, 040160, 040159, 047310, 040161, 040157 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Mercedes 180” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. - Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli,1(002)-255/2016 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02(iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi,Azərbaycan Respublikasının CM-nin 69-cu maddəsinə əsasən,Cavabdeh 09 mart 2016-cı il tarixdən 10 mart 2016-cı il tarixədək həbsdə saxlanıldıöı 01 gün nəzərə alınmaqla qəti olaraq 02(iki) 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02(iki) il 05(beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi,zərəçəkmiş şəxslər X2,X6 və X10 vurduğu maddi və mənəvi zərərə görə 5031 (beş min otuz bir) manat məbləğində pul tutularaq mülki iddiaçı X2 ödənilməsi barədə hökm verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2017-ci il tarixli, 1(103)-255/2017 saylı qərarın surətindən görüünr ki,apellyasiya şikayəti təmin edilməmiş,Cavabdeh barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - 27 oktyabr 2016-cı il tarixli "Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə"Hesabatdan görünür ki,“VAZ 2107” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1500 AZN zərər dəymişdir. - "xxxx" MMC-nin 22 iyul 2025-ci il tarixli hesabatından görünür ki,yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ 2107" markalı,11BG147 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin dəyəri 1385 (bir min üç yüz səksən beş) manat təşkil etmişdir. - Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 95 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. 925-1.3-cü maddəsinə əsasən sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. 925-1.4-cü maddəsinə əsasən müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. 925-1.5-ci maddəsinə əsasən müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. «İcbari sığortalar haqqında» Qanunun): 6.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 1 6.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 14.2.3.1. İ dərəcə əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə – 80 faiz; 14.2.3.2. İİ dərəcə əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə – 60 faiz; 14.2.3.3. İİİ dərəcə əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə – 40 faiz; (əvvəlki redaksiyada) 18.1-ci maddəsinə əsasən Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Azərbaycan Respublikası Mərkəzi X14 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qərarının 3-cü bəndinə əsasən yol-nəqliyyat hadisəsi zamanı aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir: -zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; -yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarı
1. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir.
2. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. 3. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.
İşə baxan məhkəmənin mövqeyi
Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, işin mübahisəsiz halları ilə müəyyən edilir ki,Cavabdeh idarə etdiyi “Mercedes 180” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 2107” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə həmin nəqliyyat vasitəsində olan sərnişinlərə zərədəymiş və “VAZ 2107” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsində “Mercedes 180” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirli olduğu təsbit edilmişdir. Həmin vaxt zərər dəymiş digər avtomobil iddiaçı tərəfindən bağlanmış icbari sığorta müqaviləsi qüvvədə olmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli,1(002)-255/2016 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02(iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi,Azərbaycan Respublikasının CM-nin 69-cu maddəsinə əsasən,Cavabdeh 09 mart 2016-cı il tarixdən 10 mart 2016-cı il tarixədək həbsdə saxlanıldıöı 01 gün nəzərə alınmaqla qəti olaraq 02(iki) 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02(iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi,zərəçəkmiş şəxslər X2,X6 və X10 vurduğu maddi və mənəvi zərərə görə 5031 (beş min otuz bir) manat məbləğində pul tutularaq mülki iddiaçı X2 ödənilməsi barədə hökm verilmişdir. Hazırda iddiaçı zərərçəkənlərə ödənilmiş ümumilikdə 7500 AZN (yeddi min beş yüz manat) pulun və iddianın məhkəmədə qaldırılması üçün ödənilmiş 95 manat dövlət rüsumunu mübahisələndirir. Məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməlidir və iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli,1(002)-255/2016 saylı hökmündən görünür ki, Cavabdeh təqsirli bilinmiş, zərəçəkmiş şəxslər X2,X6 və X10 vurduğu maddi və mənəvi zərərə görə 5031 (beş min otuz bir) manat məbləğində pul tutularaq mülki iddiaçı X2 ödənilməsi barədə hökm verilmişdir. Daha sonra cavabdeh tərəfinən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2017-ci il tarixli, 1(103)- 255/2017 saylı qərarın surətindən görüünr ki, apellyasiya şikayəti təmin edilməmiş,Cavabdeh barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdə təqsirləndirilən şəxs (hazırki mülki iş üzrə cavabdeh) Cavabdeh Abışov amran Taryel oğluna məxsus “Mercedes 180” markalı **-UX-*** dövlət nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi təsbit edilmişdir. Məhkəmə iddia tələbinin avtomobilə dəymiş maddi ziyanla bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 27 oktyabr 2016-cı il tarixli "Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə "Hesabata əsasən,“VAZ 2107” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1500 AZN zərər dəymişdir. İddiaçı da iddia ərizəsində avtomobilə dəymiş məbləğin 1500 (bir min beş yüz) manat məbləğində qiymətləndirir. Məhkəmə tərəfindən avtomobilə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilmiş, "xxxx" MMC tərəfindən aparılmışdır. "xxxx" MMC-nin 22 iyul 2025-ci il tarixli hesabatından görünür ki,yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ 2107" markalı,11BG147 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin dəyəri 1385 (bir min üç yüz səksən beş) manat təşkil etmişdir. Məhkəmə rəy ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində dəymiş zərəri 1500 manat məbləğin ödənilməsini tələb edir. Mübahisənin düzgün həll edilməsi üçün yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir "xxxx" MMC-nin ekspert rəyi ilə, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği 1385 (bir min üç yüz səksən beş) manat müəyyən edilmişdir. Məhkəmə, "xxxx" MMC-nin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməli, avtomobilə dəyən ziyanın əvəzi olaraq 1385 (bir min üç yüz səksən beş) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən zərərçəkmiş şəxslərə həmin vaxt qüvvədə olan “İcari sığorta” haqqında AR Qanununun 14-cü maddəsinə əsasən dəymiş ziyanın iddiamı tərəfindən ödənildiyi mülki işin materialları ilə təsdiq olunur. Belə olan təqdirdə tələb həmin hissədə tam təmin edilməli və X2 ödənilmiş 3000 manat, X10 ödənilmiş 750 manat, X8 ödənilmiş 750 manat, X9 1500 manat məbləğində pulun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, Cavabdeh ümumilikdə 7380 (yeddi min üç yüz səksən) manat məbləğində pul tutularaq "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Mülki iş üzrə ödənilmiş 95 manat dövlət rüsumunun 91 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməli,qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, eyni zamanda qiymətləndirmə eksprtizasının keçirilməsi üzrə xərcin tutulması məsələsi də həll edilməlidir. Belə ki, mülki işin materiallarında olan rəydən görünür ki, rəyin hazırlanması üçün 150 manat məbləğində vəsait tələb olunur. Tərəflər icraatın gedişində həmin məbləği ödəməyiblər. İddia qismən təmin edildiyinən, xərc mütənasib şəkildə tərəflərə aid edilməli, Cavabdeh Bəhmə oğlundan 147 manat, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-dən isə 3 manat məbləğində pul tutularaq "xxxx" MMCyə (VÖEN:**********; H/h:AZ66AİİB********************; Kapital Bank ASC-nin Nərimanov filialı, kod:200093; SWİFT: AİİBAZ2X; M/hAZ37NABZ********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 7380 (yeddi min üç yüz səksən) manat məbləğində pul tutularaq iddiaçı “Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mülki iş üzrə ödənilmiş 95 (doxsan beş) manat məbləğində dövlət rüsumunun 91 (otuz dörd) manatı Cavabdeh tutularaq iddiaçı “Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat mələğində pulun 147 manatı Cavabdeh; 3 manatı iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-dən tutularaq "xxxx" MMC-yə (VÖEN:**********; H/h:AZ66AİİB********************; Kapital Bank ASC-nin Nərimanov filialı, kod:200093; SWİFT: AİİBAZ2X; M/hAZ37NABZ********************) ödənilməlsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə