Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2355/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı «Rabitəbank” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «Rabitəbank” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan xx.xx.2022-ci il tarixli BTNPU-00693 saylı kredit müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə sms müraciətinə əsasında kredit müqaviləsi üzrə əsas borcuna görə 893,4 (səkkiz yüz doxsan üç manat 40 qəpik) manat, faiz borcuna görə 59,99 (əlli doqquz manat 99 qəpik) manat, dəbbə borcuna görə 106,29 (bir yüz altı manat 29 qəpik) manat, cəmi 1059,68 (bir min əlli doqquzmanat 68 qəpik) manat məbləğində pulun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «Rabitəbank” ASC-nin Biznes Mərkəzi filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 21 Yanvar 2022-ci il tarixli, BTNPU-00693 saylı Kredit müqaviləsinə əsasında cavabdehə xx.xx.2022-ci il tarixdə illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə sms müraciətinə əsasında 30000 manat limitdən ayrılmış, 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli BTNPU-00693 saylı kredit müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə sms müraciətinə əsasında kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), taızlərı və əsas borc məbləğini tam və vaxtmda ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtmda və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli BTNPU-00693 saylı kredit müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə sms müraciətinə əsasında kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər aym 21-dan gec olmayaraq hər ay 512,67 (beş yüz on iki manat 67 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtmda və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 21 Yanvar 2022-ci il tarixli, BTNPU-00693 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 893,4 (səkkiz yüz doxsan üç manat 40 qəpik) manat, faiz borcuna görə 59,99 (əlli doqquz manat 99 qəpik) manat, dəbbə bomuna görə 106,29 (bir yüz altı manat 29 qəpik) manat, borcun cəmi məbləği 1059,68 (bir min əlli doqquz manat 68 qəpik) manat təşkil edir. Cavabdeh məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, bildiriş xx.xx.2025-ci il tarixdə qeyd olunan ünvanda imza edilməklə rəsmi qaydada qəbul edilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasına qərara gəlmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan: - «Rabitəbank” ASC-nin Biznes Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BTNPU-00693 saylı Kredit müqaviləsinə əsasında illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə sms müraciəti əsasında cavabdehə 30000 manat limitdən ayrılmış 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. - xx.xx.2022-ci il tarixli sərəncam- orderindən görünür ki, «Rabitəbank” ASC Cavabdeh 15000 manat məbləğində kredit vermişdir. - «Rabitəbank” ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün xx.xx.2025-cü il tarixinə yaranmış 1059,68 (bir min əlli doqquz manat 68 qəpik) manat borcunu 3 iş günü müddətində ödəməyi tələb olunur, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəkdir. - xx.xx.2025-ci il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə «Rabitəbank” ASC-yə xx.xx.2022-ci il tarixli BTNPU-00693 saylı Kredit müqaviləsinə əsasən 893,4 (səkkiz yüz doxsan üç manat 40 qəpik) manat əsas, 59,99 (əlli doqquz manat 99 qəpik) manat faiz borcu, 106,29 (bir yüz altı manat 29 qəpik) manat dəbbə borcu olmaqla cəmi 1059,68 (bir min əlli doqquz manat 68 qəpik) manat borcu var. - AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzlərinin surətindən görünür ki, «Rabitəbank” ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün cəmi 31 (otuz bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı «Rabitəbank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BTNPU-00693 saylı kredit Müqaviləsinə əsasən ona illik 14 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin cavabdeh tərəfindən ödəniş qrafiki üzrə müəyyən olunmuş aylıq ödənişlər edilməməklə kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da o, müqavilələrin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi (aylıq ödənişləri) vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış 893,4 (səkkiz yüz doxsan üç manat 40 qəpik) manat əsas borcunu iddiaçıya ödəməlidir. İddiaçı həmçinin Cavabdeh tərəfindən 59,99 (əlli doqquz manat 99 qəpik) manat faiz borcunun ödənilməsini xahiş edir. Tərəflər arasında kredit müqaviləsinə əsasən kredit üzrə illik faiz dərəcəsi 14 faiz müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan hallara əsasən Cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, borcunu qaytarmamışdır. Belə olan halda cavabdeh əsas məbləğ üzrə qalıq borcu ilə bərabər, ona əlavə olaraq hesablanmış faiz borcu da ödəməlidir. Odur ki, hazırda iddia tələbi üzrə 59,99 (əlli doqquz manat 99 qəpik) manat faiz borcu hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmçinin cavabdehdən 106,29 manat məbləğində cərimə tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndinə əsasən, borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya Borcalan tərəfindən Kreditoru aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən Borcalan özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə digər hüquqi və fiziki şəxslərə olan borclar kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda, Kreditor kreditin dərhal qaytarılması tələb etməklə yanaşı Borcalana qarşı kreditin ümumi məbləğinin 1 (bir) faizi miqdarında cərimə tətbiq edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hesab edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını, cavabdehdən tələb olunan əsas borc məbləğini nəzərə alaraq, tələb olunan tənasübsüz surətdə yüksək hesablanmış 106,29 manat məbləğində cərimənin 50 (əlli) manat həddinədək azaldılmasını ədalətli hesab edir. İddiaçı həmçinin 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh tərəfindən ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Cavabdeh gəlir məlumatlarına dair edilmiş elektron sorğu ilə müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almışdır, 80 manat pensiya alır. Məhkəmə hesab edir ki, Cavabdeh müharibə veteranı adı almış şəxs olduğundan - dövlət rüsumundan azad olan şəxslər kateqoriyasına aid olduğundan - o dövlət rüsumu ödəməkdən azaddır və belə olan halda Cavabdeh dövlət rüsumu alınmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsaəsn, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı "Rabitəbank” ASC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli BTNPU-00693 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli müraciəti əsasında yaranmış 893,4 (səkkiz yüz doxsan üç manat 40 qəpik) manat əsas borc, 59,99 (əlli doqquz manat 99 qəpik) manat faiz borcu, 50 (əlli) manat dəbbə borcu olmaqla cəmi 1003,39 (min üç manat 39 qəpik) manat pul vəsaiti tutularaq iddiaçı «Rabitəbank” ASC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "Rabitəbank” ASC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli BTNPU-00693 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli müraciəti əsasında yaranmış 893,4 (səkkiz yüz doxsan üç manat 40 qəpik) manat əsas borc, 59,99 (əlli doqquz manat 99 qəpik) manat faiz borcu, 50 (əlli) manat dəbbə borcu olmaqla cəmi 1003,39 (min üç manat 39 qəpik) manat pul vəsaiti tutularaq iddiaçı «Rabitəbank” ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2355/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2355/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver