Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2359/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Şirinova Fatima Ağamehdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 19 aprel 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində kreditin (borc pul vəsaitinin), həmçinin 511 (beş yüz on bir) manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2019-cu il tarixli kredit (borc) müqaviləsinə əsasən, iddiaçı 19 aprel 2022-ci il tarixədək qaytarılması şərti ilə 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə borc kimi təqdim etsə də, cavabdeh tərəfindən həmin vəsait bu günədək geri qaytarılmamışdır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kreditin ödənilməsi üçün tədbir görülməmiş, müqavilədən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Cavabdeh nümayəndəsi və vəkili X7 xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia rədd edilməklə, ilkin İddiaçı ilə aralarında bağlanılmış 19 aprel 2019-cu il tarixli 130000 ABŞ dollarına dair kredit müqaviləsinin əhəmiyyətsiz əqd sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X15 Cavabdeh bacanağı olmaqla yanaşı həmdə İnqiltərədə ali təhsil aldıqdan sonra, burada Ali Neft Məktəbində müəllim işləmiş və rəhbərliyin etimadını qazandığından Neft Şirkətinin Alternativ Enerji Departamentinin rəhbəri vəzifəsinə təyin edilmiş və Londonda “Bayraktar UK” şirkətinin ortağı olmuşdur. Azərbaycan neft-kimya məhsulla yüksək ehtiyac olduğundan, həmin şirkətin adından Azərbaycanda fəalliyyət göstərən “İnkon" MMC-yə neft-kimya məhsullarını satır, böyük dövriyyə və yüksək qazanc əldə etdiyini və bu işdə qəlir olduğunu söyləyirdi. Cavabdeh İddiaçı sözlərinə inanaraq dediyi hesablara ayrı-ayrı vaxtlarda, qazanc əldə etmək məqsədi ilə 450 000 ABŞ dolları məbləğində pul köçürtmüşdür. Nə gəlir, nə də köçürtdüyü pullar ona qayıtmadığından, aldadıldığını anlayaraq, polis orqanlarına şikayət edərək, Sənan Eminovun barəsində ölçülərin götürülməsini xahiş etmişdir. İstintaq zamanı məlum olmuşdur ki, Sənan Eminov barəsində çoxlu şikayətlər var və şikayətlər əsasında onun barəsində cinayət işi başlanılaraq, məhkəmə qərarı əsasında interpol vasitəsi ilə axtarış elan olunmuşdur. Şikayətçilər arasında İddiaçı adı var və onun Sənan Eminov barəsində verdiyi şikayətdə, Sənanın onu, 2018-ci ilin yanvar-iyun aylarında, gəlir vədd edərək, hissə-hissə 470000 ABŞ dolları məbləğində pulunu ələ keçirməsi göstərilirdi. İddiaçı şikayətində göstərirdi ki, 2019-cu ilin fevral ayına qədər aylıq qazanc verilsə də, mart ayından etibarən ödənişləri dayandırılmışdır. Sənan Emil ilə əlaqə saxlayaraq bildirmişdir ki, Mədəd adlı investor ilə aralarında pul köçürməsi gecikdiyindən narazılıq yaranmış, qısa müddətdə Mədəd adlı investora köçürmələri bərpa edəcək və narazılığı aradan qaldırmaq üçün, onunla aralarında girov və kredit müqavilələri bağlanmasını xahiş etmiş və bildirmişdir ki, bu formal xarakter daşıyır və heç bir narahatçılıq yoxdur. Sənan ilə bacanaq olduğundan Cavabdeh onun sözlərinə inanmışdır. Kredit müqaviləsi heç bir pul köçürməsi əməliyyatı aparılmadığından, faktiki başa çatdırılmamış, formal xarakterlidir və işin digər hallarında əsas götürərək müqavilə əhəmiyyətsiz əqd kimi tanınmalıdır və İddiaçı iddiası təmin olunmamalıdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X7 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtinası barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh tərəfindən məhkəmə mübahisəsi predmeti üzrə kredit müqaviləsinin əhəmiyyətsiz hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qarşılıq iddia ərizəsi icraata qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, qarşılıqlı iddia işdə iştirak edən şəxs tərəfindən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində təqdim edilə bilər. Məhkəmə tərəfindən iddia ərizəsi 17 may 2023-cü il tarixində cavabdehə təqdim edilsə də, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi 2 ay sonra məhkəmə təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən qarşılıqlı iddia ərizəsində tərəflər arasında bağlanmış kredit müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X7 qarşılıqlı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci girişi, 13-cü mərtəbəsində, ümumi sahələri 68,30 və 78,40 m2-dən ibarət olan, 63 və 64 saylı hər biri iki otaqlı mənzillərin tam dəyəri payçı Cavabdeh tərəfindən tam ödənilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 80 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanılmışdır. Payçı ona düşən 2 otaqlı tam sahəsi eyvanla birlikdə 78,40 m2 olan mənzilin sahəsinin hər m2 üçün 700 AZN olmaqla cəmi 54880 AZN manat ödəməyi öhdəsinə götürür. Payçı ümumi məbləğin ilkin payı kimi 20000 AZN ödəyir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli öhdəçilikdən görünür ki, Yasamal rayonu, Şərifzadə küçəsi ev 12, 64 saylı mənzilin qiyməti 54880 AZN, ilkin payın miqdarı 20000 AZN, qalıq isə 34880 AZN təşkil edir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 85 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanılmışdır. Payçı ona düşən 2 otaqlı tam sahəsi eyvanla birlikdə 68,30 m2 olan mənzilin sahəsinin hər m2 üçün 700 AZN olmaqla cəmi 47810 AZN manat ödəməyi öhdəsinə götürür. Payçı ümumi məbləğin ilkin payı kimi 20000 AZN ödəyir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli öhdəçilikdən görünür ki, Yasamal rayonu, Şərifzadə küçəsi ev 12, 63 saylı mənzilin qiyməti 47810 AZN, ilkin payın miqdarı 20000 AZN, qalıq isə 27810 AZN təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli girov müqaviləsi bağlanması haqqında ilkin müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 130000 ABŞ dolları məbləğdə borc qaytarılmadıqda, borca görə tutma ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 78,40 kv.m. olan 2 otaqlı 64 saylı mənzil və ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 68,30 kv.m, olan 2 otaqlı 63 saylı mənzil tələb hüququ ilə məxsus olan əmlaklara qanunvericiliyə uyğun qaydada girov üsulu ilə ödənilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmış, “Borc verən” “Borc alana” 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində pul borc verməyi öhdəsinə götürmüşdür, borc verən bu müqavilənin 1-ci bəndində göstərilən borc məbləğini Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2019-cu il tarixli ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə əsasən (1 ABŞ dolları - 1.70 AZN - 221000 (iki yüz iyirmi bir min) manat)) notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Borc alana ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 19 aprel 2019-cu il tarixli kredit (borc) müqaviləsinə əsasən, İddiaçı 19 aprel 2022-ci il tarixədək qaytarılması şərti ilə 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində pul vəsaitini borc kimi təqdim etsə də, Cavabdeh həmin müqavilə üzrə alınmış 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində borc pul vəsaitini bugünədək geri qaytarmamışdır. Qeyd edilənləri nəzərə alaraq ödənilməli olan 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində borc pul vəsaitinin 3 (üç) təqvim günü ərzində ödənilməsi xahiş olunur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 4753/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, bina 12 ünvanda yerləşən, ümumi sahəsi 68,30 kv.m olan 2 otaqlı 63 saylı və ümumi sahəsi 78.40 kv.m olan 2 otaqlı 64 saylı mənzillərə dair ödənilmiş pul vəsaitinə ½ hissədə X1, ½ hissədə Cavabdeh payları müəyyən edilmiş, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 68.30 kv.m olan 2 olaqlı 63 saylı və həmin binada ümumi sahəsi 78,40 kv.m olan 2 olaqlı 64 saylı mənzillərə dair İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixdə 5 saylı xüsusi notariat ofisində 3M-328 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin təminatı olan girov müqaviləsinin bağlanması haqqında ilkin müqavilə etibarsız hesab edilmiş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan İddiaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı şikayət ərizəsində qeyd olunur ki, məsələlərlə bağlı araşdırma aparılaraq X9 cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş zərərin ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 xx.xx.2021-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi barədə qərarın surətindən görünür ki, qərarda göstərilən faktlar əsasında Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaq aparılmışdır. İş materiallarında olan DİN İNTERPOL-un Milli Mərkəzi Bürosunun vəkil X13 xx.xx.2022-ci il tarixdə ünvanladığı məktubdan görünür ki, X15 xx.xx.2022-ci il tarixdən İNTERPOL kanalları ilə beynəlxalq axtarışdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5147/2022 nömrəli qərarı ilə iddiaçı X2 və üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2648/2022 nömrəli mülki iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci girişi, 13cü mərtəbəsində, ümumi sahələri 68,30 və 78,40 m2-dən ibarət olan, 63 və 64 saylı hər biri iki otaqlı mənzillərin tam dəyəri payçı X6 tərəfindən tam ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Borc verən” “Borc alana” 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində pul borc verməyi öhdəsinə götürmüşdür. Habelə, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsinin təminatı olaraq girov müqaviləsi bağlanması haqqında ilkin müqavilə bağlanmış, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 78,40 kv.m. olan 2 otaqlı 64 saylı mənzil və ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 68,30 kv.m, olan 2 otaqlı 63 saylı mənzil girov ilə yüklü edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4753/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 5 saylı xüsusi notariat ofisində 3M-328 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin təminatı olan girov müqaviləsinin bağlanması haqqında ilkin müqavilə etibarsız hesab edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 5 saylı xüsusi notariat ofisində 3M- 328 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin təminatı olan girov müqaviləsinin bağlanması haqqında ilkin müqavilə etibarsız hesab edilmişdir. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, ilk iddia üzrə iddiaçı kreditin ödənilməsi üçün tədbirlər gördüyünü, lakin cavabdehin müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etmədiyini, bu səbəbdən də kredit üzrə borc verdiyi 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində pul vəsaitini tələb edir. Cavabdeh iddia tələbini qəbul etməyərək, müqavilənin formal bağlandığını əsas gətirərək, həmin əqdin əhəmiyyətsiz əqd olduğundan qarşılıqlı iddia ilə müraciət edir. Bildirir ki, ilk iddiaçı ilə aralarında girov və kredit müqavilələri bağlanmasını onun qohumu X9 xahiş etdiyini və müqavilənin formal xarakter daşıdığını, Sənan Eminovun onun qohumu olduğuna görə onun sözlərinə inandığını, Kredit müqaviləsi üzrə heç bir pulun köçürülməsi əməliyyatı aparılmadığını, qeyd edərək, müqavilənin əhəmiyyətsiz əqd kimi tanınmasını xahiş edir. Məhkəmə ilk növbədə qarşılıqlı iddia tələbi ilə bağlı dəlillərə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlərin etibarlılıq şərtləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqe aşağıdakı kimidir: “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə” dair 18 mart 2022-ci il Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, iddiaçının dəlillərinə görə, mübahisələndirilən kredit müqaviləsi üzrə heç bir pulun köçürülməsi əməliyyatı aparılmamışdır. Lakin mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli İddiaçı tərəfindən ödənilmiş 221000 manat pulun ödənilməsinə dair qəbzin surətindən görünür ki, iddia tələbinin bu dəlili öz təsdiqi tapmır. Məhkəmə həmçinin də, qarşılıqlı iddiaçının mübahisəli kredit müqaviləsinin bağlanmasının qohumunun xahişi üçün formal, yalnız görünüş üçün bağlanması barədə dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlillər iş materialları ilə təkzib olunur. Belə ki, qarşılıqlı iddiaçı öz tələblərinin təsdiqi üçün xx.xx.2021-ci il tarixli cinayət işi başlanması qərarına istinad edərək bildirir ki, istintaq zamanı məlum olmuşdur ki, Sənan Eminov barəsində çoxlu şikayətlər var, həmin şikayətçilərdən biri də ilk iddia üzrə İddiaçıdur. Məhkəmə qeyd edir ki, sözügedən qərarda hazırki iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh izahatlarında bildirir ki, “2019-cu ilin may ayında isə özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 64 və 65 saylı mənzilləri İddiaçı girov qoyaraq ondan 130.000 ABŞ dollar məbləğində borc alaraq onu da Mədət vasitəsi ilə Sənana vermişdir.” Belə olan halda məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı mübahisəli kredit müqaviləsinin formal, yalnız görünüş üçün bağlanmasını bildirsə də, məhkəmə araşdırması zamanı, həmçinin də polis orqanında verilmiş izahatlarla sübut olunmuşdur ki, mübahisələndirilən müqavilə tərəflərin iradə ifadəsi ilə bağlandığından və mövcud əqdin etibarsızlığı üçün əsaslar müəyyən edilmədiyindən, müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Belə ki, yuxarıdakı izahatların kontekstində mübahisəyə hüquqi qiymət verildikdə, qarşılıqlı iddia tələbinin dəlili kimi istinad edilmiş (pul məbləğinin Cavabdeh verilmədiyi) işin faktiki hallarına uyğun gəlmədiyi müəyyən edilir. Çünki qarşılıqlı iddiaçının özünün izahatından bəlli olur ki, müqavilə bağlanan zaman İddiaçı həmin məbləğdə pulu qəbul etmişdir, lakin sonradan həmin pulun öz qohumuna verməsi və s. hallar hətta həqiqət kimi qəbul edildiyi təqdirdə belə hazırki mülki mübahisə üçün hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə qeyd edir ki, iddianın (onun dəlillərinin) özü-özlüyündə əsassız olması onu nəzərdə tutur ki, iddiaçının özünün bildirdiklərinə görə iddia (iddianın dəlilləri) əsassızdırsa, yəni hətta iddiaçının söylədiyi bütün faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasının (iddianın qanuni əsasının) dispozisiya şərtləri mövcud olmursa əlavə araşdırma aparılmadan iddia (dəlillər) rədd olunur. Çünki əgər iddiaçının bildirdiyi faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə iddia (dəlillər) əsassızdırsa həmin hallara dair təqdim edilmiş sübutların tədqiqi və qiymətləndirilməsi heç bir əhəmiyyət kəsb etmir. Bu baxımdan qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2019-cu il tarixli kredit müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. Belə olan təqdirdə mübahisələndirilən kredit müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi barədə iddia tələbi əsassız və qanunsuzdur. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin əhəmiyyətsiz əqd sayılmasına dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə, həmçinin ilk iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2019-cu il tarixli kredit (borc) müqaviləsinə əsasən, iddiaçı 19 aprel 2022-ci il tarixədək qaytarılması şərti ilə 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə borc kimi təqdim etsə də, cavabdeh tərəfindən həmin vəsait bu günədək geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, 19 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində pul vermişdir. Bununla yanaşı məhkəmədə sübut olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə, ilk iddiaçının nümayəndəsinin (vəkilininin) Vəkil1 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qiymət verməyə lüzum görməyərək, özünün gəldiyi bu nəticəni prosessual qənaət prinsipi baxımından əsaslı hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki ilkin iddia tələbi təmin edilməli, yəni 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində kredit (borc pul vəsaiti), həmçinin 511 (beş yüz on bir) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin əhəmiyyətsiz əqd hesab olunması”na dair qarşılıqlı iddia tələbi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilk iddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 511 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu isə iddiaçı Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və 511 (beş yüz on bir) manat dövlət rüsumu İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2359/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2359/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver