Məhkəmə qərarları › İş №e-2(005)-2363/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2363/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2363/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank Respublika ASC Cavabdeh1, Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, iddiaya sadələşdirilmiş icraat qaydasında kiçik iddia kimi deyil, iddia icraatı qaydasında baxılmalı olduğu müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda iddiaçı Bank Respublika ASC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, Cavabdeh2hin oğlu tərəfindən kredit borcunun tam şəkildə ödəndiyini, bu səbəbdən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin və ödənilmiş 38,46 manat dövlət rüsumunun İddiaçı ASC-yə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddiaçının ərizəsi təmin edilərək iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1.-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Bank Respublika ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Mülk iş üzrə ödənilmiş 38,46 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx"ASC-yə qaytarılsın. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar