Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2368/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “abunə müqaviləsi üzrə xidmət müqabilində yaranmış borcun ödənilməsi tələbinə dair” mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “abunə müqaviləsi üzrə xidmət müqabilində yaranmış borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək abunə müqaviləsi üzrə xidmət müqabilində yaranmış 1704 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun, ümumilikdə 1724 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azercell” ilə Cavabdeh arasmda 14 iyul 2016-cı il tarixdə abunə müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə ona ********* nömrə verilmişdir. Abunəçi həmin nömrə vasitəsilə Abunəçi və "İddiaçı" MMC arasında bağlanan 14.10.2016-cı il tarixli "çoxsaylı nömrələr üzrə, mobil telefon cihazının güzəştli şərtlərlə satışına dair" X2 əsasən, "iPhone" kampaniyasına qoşulmuşdur. Həmin Əlavəyə əsasən, Abunəçi "Hədsiz internet" tarif paketinə qoşulmaqla "iPhone 6 S" mobil telefon cihazı əldə etmişdir və əldə etdiyi telefon cihazın müqabilində 18 ay ərzində hər ay 119 azn (ƏDV daxil) aylıq haqq ödəməlidir. ********* nömrəsində 25.01.2017-ci il tarixində mobil telefon cihazına görə ödəniləcək aylıq haqdan ƏDV daxil (zəng və SMS xidməti daxil olmaqla) 122 manat, 25.02.2017-ci il tarixində 119 manat, 25.03.2017-ci ildə 119 manat, 25.03.2017-ci il tarixində isə cihazın qalığı da daxil olmaqla 1344 manat və ümumilikdə, bütün ayların və cihazın cəmi olaraq 1704 manat məbləğində faktura kəsilmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə və abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən ********* nömrəsindən istifadə edilmiş telekommunikasiya xidmətləri müqabilində hesablanmış xidmət haqlarının ödənilməsinə görə abunəçi kimi məhz Cavabdehlik daşıyır. Belə ki, "İddiaçı" MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır. Müvafiq müqavilə üzrə xidmət haqqının ödənilməsi abunəçinin öhdəliyidir və bu öhdəlik onun tərəfindən icra edilməlidir. Abunə Müqaviləsinə müvafiq əlavənin şərtlərinə əsasən, abunəçilər kampaniyaya qoşulduqdan sonra nəzərdə tutulan müddətdən daha tez hər hansı səbəbdən həmin nömrə ilə bağlı münasibətlərə xitam verildikdə və ya Abunə Müqaviləsində nəzərdə tutulmuş qaydada xidmət göstərilməsində məhdudiyyət qoyulduqda (nömrənin rabitə xəttinin iki tərəfli bağlanması halı), əldə edilmiş mobil telefon cihazı ilə bağlı müəyyən edilmiş ödəniləcək ümumi məbləğin ödənilməmiş hissəsini tam həcmdə ödəməlidirlər. Qeyd olunan şərtə uyğun olaraq, 10.05.2017-ci il tarixində nömrədə telefon cihazına görə ödəniləcək 1704 manat (ƏDV daxil) məbləğində faktura kəsilmişdir. Qeyd olunan faktura borcların son ödəmə tarixinədək ödənilməməsi səbəbindən müvafiq Abunə Müqaviləsinin şərtlərinə uyğun olaraq, ********* nömrənin rabitə xətti bağlanmışdır. Göstərilənlərə əsasən və qüvvədə olan qanunvericiliyin yuxarıda istinad edilmiş müddəalarına uyğun olaraq, Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Ödəmələr "AZERCELL"in müvafiq ödəmə məntəqələrində və vasitələri ilə (o cümlədən, bank və poçtlarda, ATM bankomatları, müvafiq ödəmə kartları, İnternet ilə və s.) həyata keçirilir. "AZERCELL" öz mülahizəsinə əsasən nömrənin hesabına keçirilən məbləğin maksimal və minimal hədlərini müəyyən edə bilər. Müqaviləninin 4.2-ci bəndinə əsasən Hesab-fakturada göstərilən ödəniş müddətləri Abunəçi tərəfindən pozularsa, "AZERCELL" Abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Müqaviləsinin 4.3- cü bəndinə əsasən gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%- dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər "AZERCELL" tərəfindən davam etdirilir. Borclunun öz borcunu ödəməsinin son tarixi 2017-05-10 il müəyyən olunsa da müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini, mülki iş üzrə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh 05.04.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə təqdim etdiyi etiraza uyğun izahat verərərək bildirmişdir ki, 02.11.2017-ci il tarixli məhkəmə əmri ilə razı olmadığından məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən həmin mülki iş iddia icraatına keçirilmişdir. O, “xxxx” MMC-dən telefon almamışdır. Onun istifadəsində olan mobil nömrənin tarif planının dəyişdirilməsi yolu ilə abunə müqaviləsi əsasında ona mobil telefon verilməli idi. O bu barədə müraciət etsə də ona telefon təqdim edilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-7981/2017 tarixli məhkəmə əmrindən görünür ki, 1704 manat əsas borc üzrə və 20 manat dövlət rüsumu borclu Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulmuşdur. Nərimanov rayon icra şöbəsinin 13.11.2017-ci il tarixli №17/69-321683/17-14 nömrəli bildirişə əsasən Cavabdeh tələbin könüllü icrası üçün “icra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən müvafiq olaraq ona “10” gün müddətində vaxt verilmiş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Cavabdeh 05.04.2021-ci ildə məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2368/2021 nömrəli, 08.04.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-7981/2017 tarixli məhkəmə əmri ləğv edilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1991-ci il tarixdə doğulmuşdur. 26.01.2016-cı il tarixli mobil cihazların güzəştli kredit şərtləri ilə satışına dair abunə müqaviləsinə əlavənin 2-ci bəndinə əsasən “Azercell” “Abunəçi” yə yuxarıda göstərilən mobil telefon cihazlarını güzəştli şərtlərlə satır. “Abunəçi” əldə etdiyi bu mobil telefon cihazının müqabilində, bu əlavə qüvvəyə mindiyi andan etibarən yuxarıdakı “abunəçi” əldə etdiyi bu mobil telefon cihazının müqabilində, bu əlavə qüvvəyə mindiyi andan etibarən yuxarıdakı cədvəldə müəyyən edilmiş müddət ərzində hər ay aylıq haqq ödəyəcəkdir. Bu məbləğ digər xidmət haqqları ilə yanaşı müvafiq nömrəyə görə faktura dövrünün sonunda çıxan aylıq hesab fakturada öz əksini tapır və həmin fakturada öz əksini tapmış son ödəmə tarixinədək “abunəçi” tərəfindən verilir. Müvafiq ödənişlər ilə bağlı öhdəlik “Abunəçi” tərəfindən ödənilir. Müvafiq ödənişlər ilə bağlı öhdəlik “abunəçi” tərəfindən tam və lazımınca icra edilmədikdə “Abunəçi” “Azercell” qarşısında müvafiq həcmdə borclu hesab edilir və bu zaman bu əlavənin cərimələr ilə bağlı 1 və ya 2 saylı cədvəllərində nəzərdə tutulan aidiyyatı cərimələri həyata keçirir. Bu əlavəyə əsasən “abunəçi” tərəfindən əldə edilən cihaza mülkiyyət hüququ, yuxarıdakı cədvəldə müəyyən edilmiş müddət ərzində ödənişlər tam şəkildə həyata keçirildikdən sonra yaranır. Bu müqavilənin 3-cü bəndinə əsasən “Abunəçi” zəmanət verir ki, bu əlavə əsasında istifadəyə götürdüyü mobil telefon cihazı müqabilində yuxarıdakı cədvəldə müəyyən edilmiş müddət ərzində faizssiz olaraq haqq ödəyəcəkdir. Bu müddətdən daha tez abunə müqaviləsində qeyd edilən əsaslar ilə bir (abunəçi tərəfindən limitin keçməsi ilə bağlı xəttin birtərəfli bağlanması halı istisna olmaqla) və ya iki tərəfli, o cümlədən abunəçinin müraciəti əsasında, addan-ada əməliyyatın keçirilməsi nəticəsində bağlandıqda və ya xidmətlərin istifadəsinə məhdudiyyətlər qoyulduqda bu əlavənin cərimələr ilə bağlı 1 və ya 1 saylı cədvəllərində nəzərdə tutulan aidiyyatı cərimələri tam həcmdə ödəyəcək. Müqavilənin 5-ci bəndinə əsasən əlavə qüvvəyə mindiyi andan etibarən, “abunəçi” əldə etdiyi cihazın geri qaytararaq qarşılığında ödədiyi pulun, çəkdiyi xərcin qaytarılmasını və ya cihazın dəyişdirilməsini tələb etmək hüququndan məhrum olur. Müvafiq ödənişlər ilə bağlı öhdəlik “Abunəçi” tərəfindən tam və lazımınca icra edilmədikdə, “Azercell” “Abunəçi” yə bu əlavədə göstərilən cədvəldə müəyyən edilmiş cərimə məbləğini tətbiq edilməklə yanaşı, güzəşdli şərtlər ilə əldə edilmiş cihaza xidmət göstərilməsinin dayandırılması ilə əlaqədar isə mobil telefonların qeydiyyatını aparan aidiyyəti dövlət qrumuna (Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X3) müraciət etmək hüququnu özündə saxlayır. Belə məhdudiyyət qoyulması, “abunəçi” ni bu əlavədə müəyyən edilmiş cərimə məbləği tam şəkildə ödənilməsi öhdəliyin icrasından azad etmir. Güzəştli şərtlər ilə əldə edilmiş cihaza xidmət göstərilməsi dayandırıldıqda, yalnız bu əlavədə müəyyən edilmiş cərimə məbləği tam şəkildə “Azercell”ə ödənildikdən sonra müvafiq məhdudiyyətin aradan qaldırlması xahişi ilə “Azerell”ə müraciət edə bilər.Bu əlavəyə əsasən “Abunəçi” tərəfindənəldə edilən cihaza mülkiyyət hüququ, yuxarıdakı cədvəldə müəyyən edilmiş müddət ərzində ödənişlər tam şəkildə həyata keçirldikdən sonra yaranır. Yalnız bu əlavədə müəyyən edilmiş müddət ərzində ödənişlər və ya cərimə məbləği tam şəkildə “Azercell”ə ödənildikdən sorna müvafiq cihaza “Abunəçi” tərəfindən özgəninkiləşdirilə bilər. Bu şərtin tələblərinə “Abunəçi” tərəfindən riayət edilməməsi nəticəsində “icraçı” bu müqavilədə nəzərdə tutulan öhdəliklərinin icrası ilə bağlı “Abunəçi” və 3-cü şəxslərin bütün tələblərə görə “Azercell” cavabdehlik daşımır. Bu müqavilənin 6-cı bəndinə əsasən nəzərdə tutulmuş müddət bitdikdə və yuxarıda göstərilən ümumi məbləğ tam şəkildə ödənildikdə, həmçinin həmin müddətdən daha tez hər hansı səbəbdən “Abunəçi” yuxarıdakı cədvəldə müəyyən edilmiş cərimə məbləğini daha tez ödədikdə nömrədə “Hədsiz” “Hədsiz zəng” və “Hədsiz internet” ƏDV daxil tarif paketlərindən istifadəni dayandırmaq və ya başqa tarif paketinə keçmək istəsə MX-nə müraciət etməldidir. Belə müraciət olmadıqda “Hədsiz”, “Hədsiz Zəng” və “Hədsiz internet” ƏDV daxil tarif paketlərinə uyğun olaraq xidmət haqqı hesablanmaqla müvafiq tarif paketinin şərtlərindən yararlanma müvafiq nömrə ilə bağlı münasibətlərə xitam verilənədək davam edəcək. Məhkəmə mülki mübahisəyə dair gəldiyi nəticəni aşağıda qeyd edilənlərə əsasən hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. Tərəflər arasında bağlanmış 26.01.2016-cı il tarixli mobil cihazların güzəştli kredit şərtləri ilə satışına dair abunə müqaviləsinə əlavənin 2-ci bəndinə əsasən “Azercell” “Abunəçi” yə yuxarıda göstərilən mobil telefon cihazlarını güzəştli şərtlərlə satır. “Abunəçi” əldə etdiyi bu mobil telefon cihazının müqabilində, bu əlavə qüvvəyə mindiyi andan etibarən yuxarıdakı “abunəçi” əldə etdiyi bu mobil telefon cihazının müqabilində, bu əlavə qüvvəyə mindiyi andan etibarən yuxarıdakı cədvəldə müəyyən edilmiş müddət ərzində hər ay aylıq haqq ödəyəcəkdir. Bu məbləğ digər xidmət haqqları ilə yanaşı müvafiq nömrəyə görə faktura dövrünün sonunda çıxan aylıq hesab fakturada öz əksini tapır və həmin fakturada öz əksini tapmış son ödəmə tarixinədək “abunəçi” tərəfindən verilir. Bu müqaviləyə əlavənin 3-cü bəndindən də göründüyü kimi “Abunəçi” olaraq Cavabdeh zəmanət verir ki, bu əlavə əsasında istifadəyə götürdüyü mobil telefon cihazı müqabilində yuxarıdakı cədvəldə müəyyən edilmiş müddət ərzində faizssiz olaraq haqq ödəyəcəkdir. Qeyd edilən şərtlərdən göründüyü kimi müqavilənin imzalanması ilə “xxxx” MMC tərəfindən mobil telefon cavabdehə təqdim edilmişdir. Cavabdeh məhkəmə iclasında “onun istifadəsində olan mobil nömrənin tarif planının dəyişdirilməsi yolu ilə abunə müqaviləsi əsasında ona mobil telefon verilməli idi, lakin telefon ona təqdim edilməməsinə dair” mübahiəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərindən də göründüyü kimi “xxxx” MMC tərəfindən təqdim edilməli mübahisəli telefonda Cavabdeh istifadəsində olan mobil nömrə istifadə edilməli idi. Bu səbəbdən 29.04.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh “xxxx” MMC-dən telefon almamasına və o bu barədə müraciət etsə də ona telefon təqdim edilmədiyinə dair etirazına münasibətdə məhkəmə tərəflərə mübahisəli mobil telefonun təqdim edilib edilmədiyinə dair mübahisənin həll edilməsi üçün ekspertizanın keçirilməsinə dair münasibətini soruşmuşdur. Əgər telefon təqdim edilmişdirsə bu halda Cavabdeh istifadəsində olan mobil nömrə müqavilə ilə ona təqdim olunmuş imai kodlu mobil telefonda istifadə edilməli idi. 29.04.2021-ci il tarixli məhkəmə iclasında ekspert rəyindən asılı olaraq ekspertiza xərcinin iddianın əsaslığına təsir etməsilə bağlı tərəflər məlumatlandırılmış, “xxxx” MMCnin nümayəndəsi ekspertizanın keçirilməsinə etiraz etməyərək telefonun Cavabdeh verildiyini bildirmişdir. Cavabdeh ekspertizanın keçirilməsinə etiraz edərək ona məxsus abunə nömrəsinin həmin telefonda bəlkə də istifadə olunduğunu bildirmişdir. İşin hallarından göründüyü kimi Cavabdeh məxsus və müqavilə bağlanmazdan əvvəllər də onun istifadəsində olmuş abunə nömrəsi ona mübahisəli hazırki müqavilə üzrə mobil telefon təqdim olunduğu halda həmin İMEİ kodlu telefonda istifadə edilə bilərdi. Bu halın müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizanın keçirilməsini tərəflərin diqqətinə çatdırsa da Cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Yuxarıda sadalanan əsaslardan çıxış edərək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış 26.01.2016-cı il tarixli mobil cihazların güzəştli kredit şərtləri ilə satışına dair abunə müqaviləsinə əlavənin 2-ci və 3-cü bəndlərinin mövcudluğu, işin araşdırılması ilə bağlı yuxarıda qeyd edilən hallar Cavabdeh telefonun ona verilməməsinə dair mübahisəsinin əsaslılığını istisna edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı mobil cihazların güzəştli kredit şərtləri ilə satışına dair abunə müqaviləsi ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1704 (min yeddi yüz dörd ) manat əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 1704 ( bir min yeddi yüz dörd) manat və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1724 (bir min yeddi yüz iyirmi dörd) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2368/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2368/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver