Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-237/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (açar sözlər: kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsi; zamin) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh Cavabdeh3, Cavabdeh Cavabdeh2 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla BOKT "xxxx" MMC arasında bağlanmış L-BK- 0050356-F saylı Kredit və BK-00001847, BK- 00020467 saylı Zaminlik müqavilələrinin ləğv olunması, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsas məbləğ üzrə 9499,73 (doqquz min dörd yüz doxsan doqquz manat 73 qəpik) manat, faiz borcu üzrə 64,65 (altmış dörd manat 65 qəpik) manat olmaqla cəmi 9564,38 (doqquz min beş yüz altmış dörd manat 38 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 116 (bir yüz on altı) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh2 ilə BOKT "xxxx" MMC-nin Bakı Filialı arasında xx.xx.2019-cu il tarixli, L-BK-0050421-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 10582,26 manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh1 və Cavabdeh3 ilə müvafiq olaraq BK-00001847, BK-00020467 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1082,53 manat, faiz borcu üzrə 437,47 manat olmaqla cəmi 1520 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 9499,73 manat, faiz borcu üzrə 64,65 manat olmaqla cəmi 9564,38 manat məbləğində kredit borcu var. Cavabdehlə təşkilat arasında bağlanmış kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən kredit üzrə ödənişlər razılaşdırılmış cədvələ uyğun ödənilmədikdə kreditor müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. Təşkilatla borclunun zamini arasında bağlanmış BK-00001847, BK-00020467 Zaminlik müqavilələrinin 2.1 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5 bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə verib. II. Tərəflərin mövqeləri: İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə yazılı izahat təqdim edərək bildirmişdir ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-1213/2018 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsas məbləğ üzrə 9704,80 ABŞ dolları, faiz borcu üzrə 1857,08 ABŞ dolları, müqavilə müddət bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz 899,12 ABŞ dolları olmaqla cəmi 12461 (on iki min dörd yüz altmış bir dollar) ABŞ dolları məbləğində kredit borcu və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməli idi. Həmin qətnamə üzrə ödənilməli olan kredit borcu "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fervral 2019cu il tarixli 551 nömrəli Fərmanının əhatə dairəsinə düşmüşdür. "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"nın 4.3.1-ci maddəsinə əsasən, 5822,88 (beş min səkkiz iyirmi iki manat 88 qəpik) manat. (3425,22 ABŞ Dollar,) məbləğində kompensasiya hesablanaraq Cavabdeh2 əsas məbləğ üzrə borcunun azaldılması uçun "xxxx" MMC-yə ödənilmişdir. Fərmanın tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixində Cavabdeh2 6224,86 ABŞ dolları məbləğindəki əsas borc üzrə qalığı manata çevrilərək restrukturizasiya olunması uçun onunla yeni kredit müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 yazılı ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 yazılı ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iddia tələbini müdafiə etdiklərini bildirmiş, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-1213/2018 saylı qətnaməsi ilə müəyyən olunur ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 9.704,80 (doqquz min yeddi yüz dörd ABŞ dolları, səksən sent) ABŞ dolları məbləğində əsas, 1.857,08 (bir min səkkiz yüz əlli yeddi ABŞ dolları, səkkiz sent) ABŞ dolları məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi illik 5 faiz dərəcəsi ilə hesablanmış 899,12 (səkkiz yüz doxsan doqquz ABŞ dolları, on iki sent) ABŞ dolları məbləğində faiz, cəmi 12.461 (on iki min dörd yüz altmış bir) ABŞ dolları məbləğində kredit borcu, habelə 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumunun tələb edilməyən 10 (on) manat hissəsi iddiaçı BOKT "xxxx" MMC-yə aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manat məbləğində pulun 100 (bir yüz) manat hissəsinin Cavabdeh2, 45 (qırx beş) manat hissəsinin isə iddiaçı BOKT "xxxx" MMC-dən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. - Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış L-BK- 0050421-F saylı xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən iddiaçı sonuncuya illik 1 % olmaqla, 60 ay müddətinə (12 ay möhlətlə) 10582,26 AZN məbləğində kredit verməyi borclu isə verilmiş krediti və ona hesablnana faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəmək öhdəliyini öhdəsinə götürüb. - L-BK-0050421-F saylı Kredit müqaviləsinə əlavə № 1 ilə müəyyən olunur ki, Cavabdeh2 illik 1 % olmaqla, 60 ay müddətinə (12 ay möhlətlə) 10582,26 AZN məbləğində kredit verilmişdir. - Bank olmayan kredit təşkilatı "xxxx" MMC və Cavabdeh3 arasında bağlanmış BK- 00020467 Zaminlik müqaviləsindən görünür ki, müqavilənin 2.1 bəndinə əsasən üzrə borclu (cavabdeh) müvafiq kredit müqaviləsi L-BK-0050421-F saylı (xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi) üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5 bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə verib. - Bank olmayan kredit təşkilatı "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış BK- 00001847 Zaminlik müqaviləsindən görünür ki, müqavilənin 2.1 bəndinə əsasən üzrə borclu (cavabdeh) müvafiq kredit müqaviləsi L-BK-0050421-F saylı (xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi) üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5 bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə verib. - xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, cari tarixə borc əsas məbləğ üzrə 9499,73 manat, faiz 64,65 manat, cəmi 9564,38 manatdır. Son ödəniş edilmiş tarix xx.xx.2024-cü il, gecikdirilmiş günlərin sayı 1079 manatdır. - Bank olmayan kredit təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 göndərilmiş 25 aprel 2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərdən xəbərdarlıq məktubu ilə öhdəliklərinin 5 iş günü ərzində yerinə yetirmək təklif edilmiş, əks halda məhkəmə qarşısında iddia qaldırılacağı bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli 9/7091 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK- 0050421-F saylı kredit müqaviləsinə əsasən ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixinə Cavabdeh2 iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı-yə yaranmış borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 9489,95 manat, faiz borcu üzrə 16,87 manat. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər – iddiaçı və Cavabdeh2 arasında sonuncuya illik 1 % olmaqla, 60 ay müddətinə (12 ay möhlətlə) 10582,26 AZN məbləğində kredit verilməsinə dair L-BK-0050421-F saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmçinin kreditin təminatı kimi iddiaçı ilə digər cavabdehlər arasında Cavabdeh1 və Cavabdeh3 ilə BK-00001847, BK-00020467 saylı Zaminlik müqavilələri bağlanmışdır. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdehlər aylıq ödənişləri etməyərək müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə bildiriş məktubu ünvanlanmışdır. Bununla belə, borc ödənilməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq kredit müqaviləsi üzrə əsas borcunu iddiaçıya ödəməlidir. Həmçinin yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə götürdükləri öhdəlikləri tam yerinə yetirməmişdir. Belə olan halda cavabdeh əsas məbləğ üzrə qalıq borcu ilə bərabər hesablanmış faiz borcunu da ödəməlidir. Məhkəmə araşdırması mülki iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli L-BK- 0050421-F saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə Cavabdeh2 iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı-yə yaranmış borcu əsas borc üzrə 9489,95 manat, faiz borcu üzrə 16,87 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçı iddia tələbində kredit müqaviləsi üzrə 9499,73 (doqquz min dörd yüz doxsan doqquz manat 73 qəpik) manat, faiz borcu üzrə 64,65 (altmış dörd manat 65 qəpik) manat tutulmasını xahiş etmişdir. Həmçinin iddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə yazılı ərizə təqdim edərək, təyin olunmuş ekspertizanın nəticəsi ilə iddia məbləği arasında ciddi fərq olmadığı üçün ekspertin rəyi ilə razılaşdıqlarını bildirmişdir. Məhkəmə kredit müqaviləsi üzrə əsas borc və faiz borcu məbləğini müəyyən edərkən iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK- 0050421-F saylı kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/7091 nömrəli ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin ekspert rəyi sübut kimi qəbul edilməli, kredit müqaviləsi üzrə əsas borc məbləği və kredit müqaviləsi müddəti üzrə faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq - əsas borc üzrə 9489,95 manat, faiz borcu üzrə 16,87 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici öhdəliklərin təminatı olaraq zaminlik münasibətini müəyyən etmişdir. Hazırda iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən zaminlər, Cavabdeh2 60 ay müddətinə illik 1 faizlə 10582,26 manat kredit verilməsinə dair kredit müqaviləsi üzrə öhdəliklərə dair birgə məsuliyyət daşıyırlar. Belə olan halda hazırki iddia tələbi üzrə müəyyən edilmiş öhdəliklər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlarla müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh3 qaçqınlıq statusuna malikdirlər, Cavabdeh1 qaçqınlıq statusu yoxdur. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia qismən təmin edildiyindən və Cavabdeh1 dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən (digər cavabdehlər qaçqın olmaqla dövlət rüsumu ödəməkdən azaddırlar) iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 116 manat dövlət rüsumunun 115 (yüz on beş) manat hissəsi Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda cavabdehlərdən müştərək qaydada işə baxılması ilə əlaqədar məsrəfi olaraq 100 (yüz) manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış L-BK-0050421-F saylı xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi, Bank olmayan kredit təşkilatı "xxxx" MMC və Cavabdeh3 arasında bağlanmış BK-00020467 Zaminlik müqaviləsi və Bank olmayan kredit təşkilatı "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış BK-00001847 Zaminlik müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 9489,95 (doqquz min dörd yüz səksən doqquz manat doxsan beş qəpik) manat əsas, 16,87 (on altı manat səksən yeddi qəpik) manat faiz olmaqla, cəmi 9506,82 (doqquz min beş yüz altı manat səksən iki qəpik) manat pul vəsaiti iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 115 (yüz on beş) manat Cavabdeh1 tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməli, ərizə qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış L-BK- 0050421-F saylı xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi, Bank olmayan kredit təşkilatı "xxxx" MMC və Cavabdeh3 arasında bağlanmış BK-00020467 Zaminlik müqaviləsi və Bank olmayan kredit təşkilatı "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış BK- 00001847 Zaminlik müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 9489,95 (doqquz min dörd yüz səksən doqquz manat doxsan beş qəpik) manat əsas, 16,87 (on altı manat səksən yeddi qəpik) manat faiz olmaqla, cəmi 9506,82 (doqquz min beş yüz altı manat səksən iki qəpik) manat pul vəsaiti iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 115 (yüz on beş) manat Cavabdeh1 tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-237/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-237/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver